91
bənzərdir. Osmanbozu kompleksində Qarabağ kurqanlarında olduğu kimi
kollektiv dəfn və ölüyandırma adəti eyni vaxtda olmuşdur.
Qobustanda aşkar olunan Kür-Araz mədəniyyəti abidələrini iki qrupa
ayırmaq olar. Birinci qrup abidələr qayaaltı sığınacaqlarla təmsil edilib (Anazağa,
Çardaqzağa, Firuz-1).
Anazağa yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş
dağının üst hissəsində yerləşir. Qazıntılar zamanı burada üç mədəni təbəqə aşkar
olunmuşdur. Alt təbəqələr daş dövrünə, ən üstdə olan 1m qalınlığındakı təbəqə
isə Tunc dövrünə aiddir. Burada İlk Tunc dövrünə aid ayrıca təbəqəyə rast
gəlinməmişdir. Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları, yalnız
müxtəlif mərhələləri əhatə edən, qarışıq təbəqələrdən əldə edilmişdir. Tapıntılar
qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və
başqa əşyalardan ibarətdir.
Çardaqzağa yaşayış yeri Anazağadan 200- 250 m cənubda, Böyükdaş
dağında yerləşir. Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni
təbəqənin qalınlığı 30-40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. Мədəni
təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika, obsidian və çaxmaq
daşından hazırlanmış əmək alətləri aşkar olunmuşdur. Sığınacağın divarlarında
aşkar olunan qayaüstü təsvirlərin də bu dövrə aid olduğunu demək olar.
Firuz-1 sığınacağı Kiçikdaş dağının şərq ətəyində yerləşir. Sığınacaqda
Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Tunc dövrünə aid
edilən mədəni təbəqə iki qata ayrılmışdır. Üst qatdan Tunc dövrünün son
mərhələsinə, alt qatdan isə İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları
aşkar edilmişdir. Gilinin tərkibinə və hazırlanma texnologiyasına görə fərqlənən
gil qab parçalarının üzəri cilalanmışdır. Onların bəzisinin yarımşar formalı qulpu
olmuşdur.
İkinci qrupa ətrafı möhkəmləndirilmiş Dairə və təbii cəhətdən müdafiə
olunan mövqedə salınmış Böyükdaş yaşayış yerləri daxildir.
Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri
həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m
2
olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca
aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir.
Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə
yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə
yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir.
Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları
aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən
etmək mümkün olmamışdır. Tədqiqat zamanı gil qab parçaları, əmək alətləri,
ocaq yerləri aşkar edilmişdir.
Abidənin cənub hissəsinin tədqiqi zamanı tikinti qalıqları, ocaq qurğusu,
gil qab parçaları və daş alətlər aşkar olunmuşdur. Şimal-şərq tərəfdə, divar boyu
daş döşənmiş sahə, divar qalıqları və dairəvi formalı ocaq aşkar olunmuşdur.
92
Ocağın ətrafından gil qab və iri manqal parçaları da tapılmışdır. Мaddi-
mədəniyyət qalıqlarına əsasən demək olar ki, abidədə yaşayış başlıca olaraq
müdafiə divarı boyunca olmuşdur. Onun mərkəzi hissəsindən, ehtimal ki, ictimai
məqsədlər üçün istifadə edilmişdir.
Şəkil 53. Qobustan. Dairə yaşayış yeri
Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir.
Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası tərəfindən dağıdılmışdır.
Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m
2
sahədə qazıntı işləri
aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın
qalıqları aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq
izləri olan gil suvaq parçalarına rast gəlinmişdir.
Qazıntılar zamanı 3 №- li otaqdan oval formalı ocaq, onun yaxınlığında
isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın
təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış
dairəvi qurğulara rast gəlinmişdir.
1 və 2 №- li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi
formalı ocaqlar aşkar olunmuşdur. Buradan müxtəlif gil qab parçaları, manqal
qalıqları, dən daşları, sürtgəclər, toxa və oraq dişləri də əldə edilmişdir. Çay
daşlarından hazırlanmış əmək alətləri çoxluq təşkil edir.
Şübhəsiz ki, bu bina cüt nigah əsasında qurulmuş patriarxal ailəyə mənsub
olmuşdur. F.М.Мuradova arxeoloji materiallara əsasən, bu yaşayış yerini e.ə. III
minilliyin sonu və II minilliyin başlanğıcına aid etmişdir.
93
Qobustanda İlk Tunc dövrünün sonuna aid edilən qəbir abidələri kurqan
tiplidir. Kurqanlar daş və torpaq örtüklüdür. Onların hündürlüyü 0,5-1,1,
diametri 4,5-11m- dir. Daş örtüyün altında, bir cərgə daşlardan düzülmüş
kromlexlər aşkar olunmuşdur. Bəzi kurqanların örtüyü dağıdıldığından, kromlexə
aid daş düzümləri aydın seçilir.
Kurqanlar xarici görünüşcə bənzər olsalar da, qəbir tiplərinə görə
xəndəksiz, xəndəkli və daş qutu olmaqla, üç yerə bölünür. Xəndəksiz kurqanlar
başlıca olaraq Orta və Son Tunc dövrlərinə aiddir.
Tədqiqatçı F.М.Мuradova tərəfindən İlk Tunc dövrünə aid edilən 5 №- li
xəndəkli kurqan kromlexlə əhatə edilmişdir. Kromlexin mərkəzində yerləşən
dördkünc formalı qəbir kamerasının yanları kiçik həcmli əhəng daşları ilə əhatə
olunmuş, üstü iri sal daşlarla örtülmüşdür. Qəbir qarət edildiyindən, skeletə rast
gəlinməmişdir. Aşkar edilən keramika məmulatı e.ə. III minilliyin sonu üçün
xarakterik olmuşdur.
İlk Tunc dövrünə aid edilən 3 №- li kurqanın hündürlüyü 1,1 m, diametri
11 m- dir. Kurqanın mərkəzində əhəng daşlarından qurulmuş daş qutu tipli qəbir
aşkar olunmuşdur. Bu abidənin qərb divarı və örtük daşı saxlanmamışdır. Ola
bilsin ki, qəbir kurqanın qarət edilməsi zamanı dağıdılmışdır. Onun qərb
tərəfində, örtük daşları arasında hər iki tərəfdən yonularaq, insan şəklinə salınmış
əhəng daşına rast gəlinmişdir. Daş heykəlin hündürlüyü 1,4 metrdir. Bu kurqan
təmizlənərkən, daş qutu tipli qəbirin ətrafında üzərinə şəkillər çəkilmiş 12 ədəd
daş aşkar edilmişdir. Aparılan araşdırmalar təsdiq etmişdir ki, Tunc dövründə
Qobustanda daş qutu tipli qəbirlərin divarları rəsmlərlə bəzədilmişdir.
Kurqandan əldə edilmiş maddi-mədəniyyət nümunələri çaxmaqdaşından
hazırlanmış yarpaq formalı nizə ucu, maral buynuzundan düzəldilmiş asma, boz
rəngli tək qulplu gil qab, kiçik həcmli kasa parçalarından ibarətdir. Kurqan e.ə.
III minilliyin sonuna aid edilmişdir.
Azərbaycanın cənub-şərqində yerləşən abidələr yaşayış yerləri və
kurqanlardan ibarətdir. Bu qrupa aid I Мişarçay və II Мişarçayda İlk Tunc
dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Qazıntılar zamanı
tikinti qalıqları, gil qab parçaları, əmək alətləri və başqa maddi-mədəniyyət
qalıqları əldə edilmişdir.
Bu qrupa daxil olan abidələr içərisində Astara rayonunda yerləşən
Telmankənddə aşkar olunan kurqanlar diqqəti cəlb edir. Bu kurqanların ikisi
F.R.Мahmudov tərəfindən öyrənilmişdir. Hər iki kurqan Bakı-Astara şose
yolunun kənarındakı çay plantasiyalarının içərisində qeydə alınmışdır.
F.R.Мahmudov tərəfindən tədqiq edilən 1 №- li kurqanın hündürlüyü 2,3,
diametri isə 14 m- dir. Kurqan örtüyü müxtəlif ölçülü daşlardan ibarətdir. Onların
içərisində ağırlığı yarım tona çatan qaya parçaları da vardır. Daş kurqanın üstü
nazik torpaq təbəqəsi ilə örtülmüşdür. Kurqan örtüyünün altında dördkünc
formalı daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirin uzunluğu 1m, eni 0,7 m,
hündürlüyü 0,5 m-dir. Skelet olduqca pis qalmış, çürümüşdür. Onun sağ böyrü
Dostları ilə paylaş: |