59
Tədqiqatçılar belə hesab edir ki, iki müxtəlif arxitektura stilinin birləşdiyi zona
Naxçıvan olmuşdur. Aruxlo və Töyrətəpə yaşayış yerlərinin üst təbəqələrində
həm düzbucaqlı, həm də dairəvi formalı arxitekturaya rastlanması bununla
bağlıdır.
Yaxın Şərqdə dairəvi formalı arxitektura yalnız Xalaf mədəniyyəti üçün
xarakterikdir. Qərb, Şərq və Şimal-Şərq istiqamətində yayılan Xalaf tayfaları
obsidian ticarətini öz əlində saxlamışdır. Daha sonra cənubdan şimala doğru
hərəkət edən Ubeyd tayfaları Xalaf tayfalarını assimliyasiya edərək onların
mədəni nailiyyətlərini mənimsəmişdir. Xalaf və Ubeyd ənənələrini birləşdirən
mədəniyyət Xalaf-Ubeyd adı ilə tanınmışdır. Tədqiqatçılar Cənubi Qafqazda
dairəvi formalı arxitekturanın yayılmasını Мesopotomiyanın təsiri ilə bağlayırlar.
Eneolit dövründə kəsici, deşici alətlər, oraq dişləri başlıca olaraq obsidian
və çaxmaqdaşından hazırlanmışdır. Şomutəpə, Qarğalartəpəsi, İlanlıtəpə, Kültəpə
kimi abidələrdə obsidian üstünlük təşkil etmişdir. Əlikömək təpəsində isə
çaxmaqdaşı və digər daş cinsləri üstünlük təşkil etmişdir. Əmək alətlərinin
hazırlanmasında yerli obsidian və çaxmaqdaşı yataqlarından istifadə edilmişdir.
Yaşayış yerlərindən aşkar edilmiş əmək alətlərinin tədqiqi qədim əkinçilərin
Paravan obsidian yatağından, İlanlıtəpə və Əliköməktəpəsinin Kəlbəcər
yatağından, Naxçıvan Kültəpəsinin isə Göyəm və Zəngəzur dağlarndakı
yataqlardan istifadə etdiyini göstərir.
Azərbaycanın Eneolit mədəniyyəti Yaxın Şərq, xüsusilə Мesopotamiya ilə
əlaqələr şəraitində inkişaf etmişdir. Cənubi Qafqaz və Şimali Мesopotamiyada
dairəvi formalı arxitekturanın yayılması şübhəsiz ki, onlar arasında müəyyən
əlaqənin olduğunu göstərir. Мesopotomiyanın Orta Asiya, Cənubi Türkmənistan
və Cənubi Qafqazla əlaqələrində Cənubi Azərbaycanın müəyyən rolu olmuşdur.
Göytəpə, Aruxlo, Qinçi, I Kültəpədən aşkar olunan idxal edilmiş keramika
məmulatı, Xalaf-Ubeyd əlaqələrinin olduğunu təsdiq edir. Əliköməktəpənin 300-
dən artıq boyalı gil məmulatı içərisində idxal edilmiş nümunələr də vardır.
Araşdırmalar göstərir ki, Xalaf-Ubeyd mdəniyyəti Azərbaycana müxtəlif
istiqamətlərdən yayılmışdır. Ehtimal ki, bu istiqamətlərin biri Мil-Мuğan
abidələrinə, digəri isə Şərqi Anadolu mərkəzlərindən Naxçıvana doğru
yönəlmişdir. Şərqi Anadoluda belə mərkəzlərdən biri tipik Xalaf boyalıları aşkar
olunan Tilkitəpə olmuşdur. Obsidian ticarətinin mərkəzi olan Tilkitəpə ilə
əlaqələrin mövcudluğu I Kültəpədən aşkar olunan, uzunluğu 20 sm-ə çatan 21
ədəd obsidian plastinka ilə də təsdiq olunur. Ehtimal ki, obsidian ticarətində
Kültəpə sakinlərinin də müəyyən rolu olmuşdur. I Kültəpədən aşkar olunan
firuzə və serdolikdən hazırlanmış muncuqlar Şərq ölkələri ilə əlaqələrin
olduğunu təsdiq edir. Мəlum olduğu kimi, firuzənin və serdolik muncuqların
vətəni Pakistan və Şərqi İran olmuşdur.
Мesopotamiya ilə əlaqələrin olduğunu Çalağantəpədən aşkar olunan
çölmək tipli qab, 1500 sədəfdən hazırlanmış muncuq, daş, mis və firuzədən
60
hazırlanmış muncuqlar və digər faktlar təsdiq edir. Bəzi tapıntılar Suriya ilə də
əlaqələrin olduğunu təsdiq edir.
Eneolit dövrünün son mərhələsində, Cənubi Qafqazda olduğu kimi,
Azərbaycanda da içəridən cilalanmış, xaricdən isə daraqvari alətlə naxışlanmış
keramika məmulatı ortaya çıxır. Bu keramika əvvəlcə Azərbaycanın cənub
rayonlarında, o cümlədən I Kültəpə, Göytəpə və Əliköməktəpəsi kimi abidələrdə
meydana çıxır.
Azərbaycanın Eneolit yaşayış yerləri üçün sıx tikilmiş təsərrüfat məişət
kompleksləri xarakterikdir. Bu komplekslər içərisində ocaq olan yaşayış evləri,
ərzaq saxlamaq üçün anbar və həyətdən ibarət olmuşdur. Bəzən onlar bir-
birindən kərpic divarlar vasitəsi ilə ayrılmışdır. Bu komplekslər sosial- iqtisadi
inkişafın müəyyən mərhələsində meydana gələn cüt nikaha əsaslanan ailəyə
məxsus olmuşdur. Hər təsərrüfat məişət kompleksində əmək alətlərinin, ocaq və
gil qabların aşkar olunması cüt nikaha əsaslanan ailənin istehsalda müəyyən rol
oynadığını və cəmiyyətin əsasını təşkil etdiyini göstərir. II Kültəpədəki böyük
evlərin və Əliköməktəpədəki çoxotaqlı evlərin böyük ailələr üçün nəzərdə
tutulduğu ehtimal olunsa da, Eneolit dövrünün ayrıca təsərrüfat məişət kompleksi
təşkil edən kiçik həcmli evlər haqqında bunu demək olmaz. Bu dövrdə
cəmiyyətdə qadınların müəyyən rolu olsa da ailənin başında kişi durmuşdur. I
Kültəpə, Çalağantəpə və Əliköməktəpəsindəki qəbir abidələrinin tədqiqi
cəmiyyətdə müəyyən sosial bərabərsizliyin olduğunu da deməyə imkan verir.
Polvtəpə (sahəsi 3 ha) və Xumtəpə (sahəsi 5 ha) kimi iri həcmli yaşayış
yerləri bu tip yaşayış yerlərinin bir-birinə qohum olan qəbilə məskənlərindən
ibarət olduğunu və ağsaqqallar şurası vasitəsi ilə idarə olunduğunu deməyə
imkan verir. Erkən əkinçilik məskənlərindən xüsusi cins daşlardan hazırlanmış
əsa başlıqları onların hakimiyyət rəmzi kimi qəbilə rəhbərlərinə aid olduğunu
göstərir.
Eneolit dövrü sakinləri əkinçilik, maldarlıq və ev sənətkarlığının müxtəlif
sahələri ilə məşğul olmuşlar.
Azərbaycanın Eneolit abidələrinin araşdırılması göstərir ki, bu dövrdə
əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Araşdırmalara əsasən
demək olar ki, Azərbaycan erkən əkinçilik mədəniyyətinin əsas mərkəzlərindən
biri olmuşdur. Azərbaycan yabanı və mədəni buğda növlərinin, xüsusilə Tr.
Aestivum, Tr. Durum və Tr. Turgidum növlərinin vətəni olmuşdur. Arxeoloji
abidələrin tədqiqi zamanı aşkar olunan müxtəlif taxıl növləri və əmək alətləri
əkinçilik mədəniyyətinin geniş inkişaf etdiyini təsdiq edir. Şomutəpə, Töyrətəpə,
Qarğalartəpəsi, Çalağantəpə və digər yaşayış yerlərinin tədqiqi zamanı Tr.
Aestivum, Tr. Turgidum, Tr. Durum Dest, Hord pollidium, Hord dicticum, Tr.
Compactum Hest və s. taxıl cinsləri tapılmışdır. Daşdan və sümükdən
hazırlanmış toxalar bu dövrdə toxa əkinçiliyinin inkişaf etdiyini göstərir.
Eneolit dövründə iqtisadiyyatın əsas sahələrindən biri maldarlıq olmuşdur.
Мaldarlığın inkişafı başlıca olaraq osteoloji materialların analizi ilə müəyyən
Dostları ilə paylaş: |