Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə42/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

 
145
Gətirilən  sitatlardan  da  ayd
ın  olur  ki,  natiqlik  sənəti,  nitq  mədəniyyəti  nə  qədər  estetikaya  yaxın  bir 
elmdir.  Estetikan
ın  əsas  kateqoriyalarından  biri  olan  gözəllik  ən  ümumi  və  geniş  anlamdır.  Estetik 
qiymətləndirmə  isə  insan  təfəkk
ürünün  məhsuludur.  Bu  əsas  şərtdir.  Nitqin  qurulmasında  qeyd  olunan  bu 
prinsiplər m
ühüm rol oynayır. Gözəl nitq dinləyiciyə estetik zövq və ləzzət verir. Auditoriyanı məftun edir, 
dinləyicilərin  fəall
ığını  artırır.  Estetik  kateqoriya  olan  «gözəllik  kateqoriyası  daxilində  qəşənglik,  gözəllik, 
incəlik, heyranl
ıq kimi bölgülər», dərəcələr və rənglər tapmaq olar. Habelə komiklik kateqoriyasında gülüş, 
rişxənd,  istehza,  ifşa,  yumor,  satira,  parodiya  kimi  m
üxtəlif  münasibət  dərəcələri  və  boyaları  vardır. 
Bunlardan başqa fəlsəfə elminin bir s
ıra kateqoriyaları (mündəricə, forma, materializm, idealizm, ideyalılıq 
və  s.)  estetika  elmində  də  işlənməkdədir.  Bu  elmin  incəsənətə  aid  bəhsində  sənətş
ünaslıq  məfhumlarından, 
d
üstur  və  istilahlarından  da  istifadə  olunur.  Əlbəttə,  canlı  həyat  və  incəsənət  hadisələri,  insanların  estetik 
fəaliyyəti bu d
üsturların, istilah və kateqoriyaların hamısından zəngin və rəngarəngdir. Amma, hər halda bu 
kateqoriyalar həyat
ın estetik təzahürlərinin tipik və ümumi cəhətlərini əhatə və ifadə edə bilir».  
Deməli, estetika elə bir elmdir ki, onu həyat
ın bütün sahələrinə şamil etmək mümkündür. O ki qaldı nitq 
mədəniyətinə,  natiqlik  sənətinə  və  incəsənətin  digər  n
övlərinə,  estetika  onlarla  nəinki  əlaqədə,  hətta  birgə 
inkişaf  edir.  Nitq  mədəniyyətinə  xas  olan  m
üəyyən  prinsiplər,  qanunauyğunluqlar,  mündəricə,  forma  və 
məzmun, ideyal
ılıq və s. məsələlər həm də estetikanın tədqiq obyektidir. Gözəlliyə, gözəllərin tərifinə yüksək 
qiymət verən b
öyük Azərbaycan şairi Nizami Gəncəvi «Leyli və Məcnun» poemasında Leyli surətini estetik 
bir dil zənginliyi ilə belə ifadə etmişdir: 
 
Murad dastan
ının ilk səhifəsi, 
G
özəllik mülkünün baş sərkərdəsi,  
Yeddi ulduz kimi g
özəl camallı,  
O g
öylər duruşlu, göylər cəlallı, 
G
özəl cəlalına ay həsəd çəkən, 
 
H
üsnüylə sərvin də bağrını sökən.  


 
146
Ümidi, qorxunu mat qoyan hünər,  
O, aydan, g
ünəşdən irs alan dilbər,  
O, b
ütpərəstlərin səcdə mehrabı.  
O, saray qəndili, g
ülşən gülabı...  
H
üsnün, gözəlliyin ziynət mayəsi  
Şəkər dillilərin naz sərmayəsi... 
 
B
öyük  şairin  bu  kəlamından  sonra  gözəlliyi,  sözü,  söz  sənətini  ifadə  etmək  üçün  yeni  bir  söz  deməyə 
s
özün qüdrəti çatmadı. 
Nitq  mədəniyyətinin  əlaqədə  olduğu  elmlərdən  biri  də  fiziologiyad
ır.  Nitqin  əmələ  gəlməsində 
orqanizmin bir s
ıra üzvləri iştirak edir. Nitqin əmələ gəlməsində fiziologiyanın tədqiq obyekti olan danışıq 
üzvləri (ağ ciyər, boğaz, qırtlaq, ağız boşluğu, burun boşluğu, dilçək, üst damaq, alt çənə, dil, diş, dodaqlar), 
əsəb  sistemi  m
ühüm  rol  oynayır.  nsan  nitqinin  əmələ  gəlməsində  və  öyrənilməsində  fiziologiyanın  əvəzsiz 
xidməti vard
ır. Nitq prosesində fəaliyyət göstərən səslər ictimai mənası olan səslərdir. 
Əgər  normal  insan
ın  «nitq  prosesində  fəaliyyət  göstərən  üzvlər»i  möhkəm  və  mürəkkəb  sistem 
hal
ındadırsa,  bunların  birinin  zədələnməsi  nəticəsində  nitq  prosesində  müəyyən  çatışmazlıq,  anormallıq 
əmələ  gələ  bilər.  Məsələn,  beyinin  zədələnməsi  nitq  fəaliyyətinin  pozulmas
ına  səbəb  olur.  nsan  beyninin 
m
üəyyən  hissələrinin  zədələnməsi  nəticəsində  nitq  fəaliyyətində  bu  və  ya  başqa  qüsurlar  yaranır.  Belə  ki, 
xəstələrin  bəzisi  s
özləri  tələffüz  edə  bilmir,  digəri  dərketmə  qabiliyyətini  itirir  və  s.  Nitq  fəaliyyətinin 
pozulmas
ına səbəb olan başqa faktlar da vardır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin 
əsəbilik nəticəsində də nitqin pozulmas
ı halları baş verə bilər.” (A.Qurbanov) 
Nitqin  əmələ  gəlməsində  iştirak  edən  dan
ışıq  üzvlərindən  hər  birinin  möhkəm  və  sağlam  olması  əsas 
şərtdir. Bu 
üzvlərdən birinin anormallığı mütləq nitqə qüsur gətirir. Məsələn, dilin böyüklüyü səslərin düzgün 
tələff
üz  olunmasına  (r  səsi  l  kimi,  ş  səsi  s  kimi,  j  səsi  z  kimi  tələffüz  olunur)  mane  olur.  Nitqin  səlis  ifadə 
olunmas
ında, səs tembrlərindən düzgün istifadə edilməsində eşitmə üzvünün də mühüm rolu vardır. 


 
147
Son vaxtlar natiqlik sənəti cəmiyyətin inkişaf
ı ilə əlaqədar bir çox nailiyyətlər əldə etmişdir. Son dövrün 
məhsulu  olan  kibernetika  da  nitq  mədəniyyəti  ilə  əlaqəli  xassəyə  malikdir.  Kibernetikada  istifadə  olunan 
rabitə və informasiya sistemi natiqlik sənətində, x
üsusilə də nitqin hazırlanmasında istifadə olunur. Bundan 
əlavə,  kibernetik  maş
ınların  köməyi  ilə  sözlərin  işlənmə  tezliyi,  lüğət  tərkibinə  daxil  olan  sözlərin  təhlili, 
səslərin və fonemlərin tədqiqi, c
ümlədə söz sırası, mətnlərin tərcümə olunması və s. məsələlər öz həllini tapır. 
Kibernetik  maş
ınlar  həm  də  nitqə  xidmət  edən  bir  sıra  amilləri  özündə  birləşdirir.  Məsələn,  yazılmış 
nitqin  məzmununu  olduğu  kimi  yaddaş
ına  köçürür.  stənilən  vaxt  həmin  nitqi  bu  maşın  vasitəsi  ilə  əldə 
etmək  olar.  Beləliklə,  natiq  yaz
ılı  nitqin  üzünün  koçürülməsini,  dinləyicilərə  çatdırılmasını  tezləşdirir  və 
səliqəyə sal
ır. 
ndi kibernetik maş
ınlar vasitəsilə natiqlik sənətinin son nailiyyətləri tədqiq olunur, öyrənilir. 
Nitq  mədəniyyəti  eyni  zamanda  fəlsəfə  ilə  də  əlaqəlidir.  Fəlsəfə  insanlarda  m
üəyyən  bir  dünyagörüşü 
yarad
ır,  həm  də  obyektiv  gerçəklikdə  onun  yerini  müəyyənləşdirir.  nsan  onu  əhatə  edən  aləmdə  nə 
qazan
ırsa,  fəlsəfənin  dialektik  qanunları  ilə  əlaqələndirir.  Bu  dərketmə  istər  yazılı  nitqlə,  istərsə  də  şifahi 
nitqlə reallaş
ır. Hətta fəlsəfənin bəzi prinsipləri, nitqin prinsipləri ilə üst-üstə düşür. 
Nitq  mədəniyyəti  ilə  daha  geniş  şəkildə  əlaqədə  olan  elmlərdən  biri  də  məntiqdir.  Məntiq  təfəkk
ür 
qanunlar
ından bəhs edir. Ona görə də nitq mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Məntiq elminin əsas tədqiqat 
obyekti və predmeti təfəkk
ür prosesidir. Nitq mədəniyyətinin əlaqədə olduğu digər elmlərdən fərqli olaraq, 
məntiq bizi əhatə edən obyektiv ger
çəkliyin dərk olunmasını tədqiq edir. Bu xüsusiyyət onu digər elmlərdən 
fərqləndirir və d
üzgün təfəkkürün formalarını, qanunlarını, həyatı dərk etmə yollarını öyrənir. Dil təfəkkürün 
maddi formas
ı kimi fəaliyyət göstərir. Nitq isə dilin cilalanmış, rəngə, boyalara salınmış təzahür formasıdır. 
Natiq  dilin  b
ütün  incəliklərindən  istifadə  edir.  Nitqini  qurarkən  bir  çox  çətinliklərlə  üz-üzə  qalır. 
Nitqimi necə qurum,  fikrimi necə ifadə  edim?  Faktlar
ı,  dəlilləri dinləyici ilə necə  bölüşüm?-kimi  suallar  ilə 
qarş
ılaşır. Bu zaman natiqin köməyinə məntiqi qanunlar gəlir. Natiq məntiqin vasitələrindən zərgər dəqiqliyi 
ilə  istifadə  edir.  Bu  da  təbii  bir  prosesdir. 
Çünki  məntiq  şüurumuzla  birbaşa  bağlıdır.  Məntiq  şüurla  bağlı 
olduğu 
üçün,  nitqlə  də  qırılmaz  tellərlə  bağlıdır.  Əgər  məntiqin  qanunlarından  düzgün  istifadə  etməsək, 
nitqimiz  dolğunluğunu,  zənginliyini,  d
üzgünlüyünü  itirər.  Çünki  məntiq  fikrin  təzahür  formalarını  öyrənir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə