Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə44/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

 
151
bizimkinə yax
ındır. Biz onlarda da öz arzu və ümidlərimizin, öz zəiflik və çətinliklərimizin, öz görüşlərimizin 
inikas
ını çox aydın bir şəkildə görməkdəyik». 
Deməli,  b
ütün  xalqlar  ayrı-ayrılıqda  eyni  nəticələrə  gəliblər.  Axı  bütün  xalqların  bioloji  kökü  birdir. 
Bioloji  k
ökü  bir  olanların  düşundükləri  və  təsəvvürlərinin  kökü  də  bir  olmalıdır.  Belə  olan  halda,  hansısa 
xalq  d
üşüncə  tərzini  hansısa  xalqdan  götürüb  -  konsepsiyası  kökündən  yanlışdır.  Çünki  bu  cür  yanaşma 
xalqlar
ın kökünə ayrılıq salır, bəzi xalqların qədim, bəzilərinin törəmə olduğu ideyasını yaradır və nəticədə 
əsass
ız mübahisələr və lazımsız müharibələr üçün bəhanə yaradır. 
Eyniyyət  qanununun  əsas  x
üsusiyyətlərini,  cəmiyyətin  və  təbiətin  inkişafında  nə  kimi  rol  oynadığını 
natiq nəzərdən qa
çırmamalıdır. 
Ziddiyyət  qanunu.  Bu  qanun  da  natiq 
üçün  əhəmiyyət  kəsb  edir.  Natiq  bu  qanunu  da  dərindən 
öyrənməli və nitqində yerli-yerində istifadə etməlidir. Bu qanun söylənilən zidd fikrə münasibəti ifadə edir. 
Hər  hans
ı  bir  predmetə,  hadisəyə  münasibət  bildirən  şəxslərin  dünyagörüşü  müxtəlif  olduğu  üçün,  onların 
irəli  s
ürdüyü  konsepsiya  da  rəngarəng  olur.  Yəni  fikirlərin  biri  düzgün,  o  biri  yanlış  ola  bilər.  Bu,  nitqin 
m
übahisəli,  canlı ifadə olunmasına  şərait  yaradır və  düzgün  yeridilən  fikri müdafiə  edir.  Ziddiyyət qanunu 
irəli s
ürülən iki zidd fikrin birini təsdiq, o birini təkzib edir. Yəni fikirlərdən biri düzdür. Lakin onu yaddan 
çıxarmaq  olmaz  ki,  bu  prinsip  predmetin  müəyyənliyinə,  onun  varlığına  arxalanır.  Məsələn,  tutaq  ki,  «bu 
gələn mənim dostum Akifdir», eyni zamanda «bu gələn mənim dostum Akif deyil» fikrini iddia edə bilərik. 
Ona g
örə ki, bu fikirlərin yalnız biri doğru ola bilər. Məntiqi ziddiyyət qanunu belə fikirlərin işlənməsinə yol 
vermir.  Ziddiyyət  qanunu  elmi  nəzəriyyələrin,  s
ınaqdan  çıxmış  ixtiraların,  düsturların,  təriflərin  ifadə 
olunmas
ında  nitqə  daxil  edilir.  Məsələn,  hamı  bilir  ki,  isim  əşyanın  adını  bildirir,  sifət  əşyanın  əlamət  və 
keyfiyyətini bildirir və yaxud atalar s
özü, zərbi-məsəllərin bu qanuna heç bir ehtiyacı yoxdur. « gidin igiddən 
ehtiyat
ı artıqdır», «Saxla samanı, gələr zamanı», «Mərdi qova-qova namərd edir» və s. 
Bəzən elə hallar da olur ki, y
ürüdülən fikirlərin heç biri düz olmur. Ziddiyyət qanunu hər iki fikrin səhv 
olduğunu  ayd
ınlaşdırır  və  düzgün  hökm  çixarılmasına  imkan  və  şərait  yaradır.  Deməli,  ziddiyyət  həm 
həyatda, həm də s
özdə özünü göstərir. Ona görə də işi ilə əməli düz gəlməyən adamlara ziddiyyətli adam kimi 
qiymət verirlər. S
özü ilə əməli, işi düz gəlməyən natiqlər müəyyən yığıncaqlarda, elmi-nəzəri konfranslarda, 


 
152
m
üzakirələrdə çıxış edərkən müvəffəqiyyət qazana bilmir, uğursuzluğa düçar olur. Ziddiyyət qanunu həyatın 
b
ütün  sahələri  kimi  nitq  mədəniyyəti  ilə  də  əlaqəli  şəkildə  inkişaf  edir  və  müxtəlif  elmlər  bu  ziddiyyətlərlə 
məşğul olur. Ziddiyyətlər həm daxili, həm də xarici olur. 
M
üxtəlif  elmlərin  bu  ziddiyyətləri  müəyyən  predmetin,  məfhumun  biri  o  birinə  təsir  göstərdiyi  əks 
tərəflərin qarş
ılıqlı mübarizəsindən doğur, yaranır. 
Xarici  ziddiyyətlər  isə  m
üəyyən  predmeti,  məfhumu  əhatə  edən  mühitlə,  bu  mühitin  predmetlərlə 
ziddiyyətli  m
ünasibətlərindən  irəli  gəlir.  Ziddiyyət  qanunu  əməli  fəaliyyətin  mühüm  tələblərindən  biridir. 
Ziddiyyət qanunu hadisələrin təhlil edilməsinə, fikirlərin s
übut olumasına, idrak prosesinə də aiddir. Həyatın 
əsas qanunlar
ının şərhi məhz ziddiyyətdən başlayır. 
Üçüncünü istisna qanunu iki fikrin birinin doğru, digərinin yalan olduğunu isbat edir. Üçüncü hökm və 
ya fikir ola bilməz. Yaln
ız düzgün təfəkkürdə bu qanun özünə yer tapır. Bəzi xüsusiyyətlərinə görə ziddiyyət 
qanununa oxşay
ır, lakin ondan fərqlənir. Bu fərq ondan ibarətdir ki, nitq zamanı ortaya çıxan mübahisədən 
ayd
ın  olur  ki,  fikirlərdən  biri  doğrudursa,  şübhəsiz  ki,  digəri  yalan  olacaq,  üçüncü  fikir  ola  bilməz.  Bu 
üçüncünü istisna qanunudur. Üçüncünü istisna qanunu həmişə zidd fikirlərə aid olur. Məsələn, Əli vaxtında 
gəldi. Əli vaxt
ında gəlmədi. Bu cümlələrdə biri doğru, o biri yanlışdır. Qıraqdan kimsə söhbətə qoşulub təkid 
etsə  ki,  vaxt
ında  gələn  Əli  yox,  Akifdir.  Bu  hökm  yenə  də  Əlinin  vaxtında  gəlmədiyi  hökmünü  ifadə  edir. 
Üçüncü orta bir fikir yoxdur. Üçüncünü istisna qanunu fikrin ümumi və xüsusi formalarını da ifadə edir. Bu 
zaman yenə də fikirlərdən biri yalan, digəri isə m
ütləq doğru olmalıdır. Üçüncü ola bilməz. Tutaq ki, natiq 
belə bir ziddiyyətli h
ökm irəli sürür. 
1) Meydana toplaşan camaat
ın hamısı şairə rəğbət hissi ilə baxırdı. 
2) Meydana toplaşan camaat
ın bəzisi şairə rəğbət hissi ilə baxırdı. 
Yenə də 
üçüncü hökm ola bilməz. 
Onu da qeyd edək ki, natiq nitqində ziddiyyətli fikir s
öyləyirsə, üçüncünü istisna qanunundan istifadə 
edirsə,  təsdiq  ilə  inkar  aras
ında  orta  bir  şey  olmadığını,  qeyri-müəyyənliyi  dəqiqləşdirməli,  bu  problemi 
aradan  qald
ırmalı,  fikrin  yalanlığını  açıb  göstərməlidir.  Bəzi  natiqlər  hiss  etmədən  bu  prinsipin  üstündən 


 
153
s
ükutla  keçir.  Lakin  dinləyicilər  tələbkar  olduqda  natiq  çıxılmaz  vəziyyətdə  qalır.  Belə  olan  halda  natiqə 
üçüncünü istisna qanunu kömək edir. 
Bəzən də elə olur ki, natiq məsələnin mahiyyətinə diqqət vermədən fikrin birinin doğru, digərinin yalan 
olduğunu təsdiq edir. Bu məsələnin həlli demək deyildir. Hətta dinləyicilərdə də m
ücərrəd bir anlayış yaradır. 
Buna  g
örə  natiq  hökmü  predmetin,  məfhumun  və  ya  hadisənin  dərindən  öyrənilməsi  yolu  ilə  verə  bilər. 
Üçüncünü istisna qanunu həm natiqin, həm də nitqin prinsipial olması, hadisənin düzgün şərhi üçün ən gözəl 
vasitədir.  Natiq  nitqini  haz
ırlayarkən,  fikrin  gerçəkliyini,  şəxsi  biliyini,  müşahidə  və  mülahizələrini  gərgin 
əməyi nəticəsində başqa fikir və m
ülahizələrlə əlaqələndirməlidir. 
Kafi  əsas  qanunu.  Bu  qanunun  əsas  x
üsusiyyəti  ondan  ibarətdir  ki,  yürüdülən  fikir  dəqiq  faktlara 
əsasland
ırılmış  olsun.  Kafi  əsas  qanunu  gerçəklikdə  əks  olunan  fikirləri  və  müddəaları  başqa  bir  fikirlə 
əsasland
ırır.   Kafi  əsas  qanunu  məntiqi  cəhətdən əsaslandırılmamış hər bir fikri rədd edir. Natiq nitqini 
qurarkən  belə  bir  m
üddəa  irəli  sürə  bilər  ki,  dünyada  ilk  yaşayış  yeri,  qədim  insanların  məskəni 
Azərbaycand
ır.  Bu  fikri  təsdiq  edən  heç  bir  fakt,  dəqiq  məlumat,  sübut  yoxdur.  Ona  görə  də  kafi  əsas 
qanunu pozulur,  bu c
ümlədəki  fikir  başqa  bir  fikirlə əlaqələnə bilmir. 
Yaddan 
çıxarmaq olmaz ki, nitq elə qurulmalıdır ki, hər bir fikrin, konsepsiyanın, müddəanın məntiqi 
əsasland
ırılması  nitqi  məntiqsizliyə  aparmasın,  mövzunun  məqsəd  və  vəzifəsi,  məzmun  və  forması,  ideyası 
m
üəyyən faktlara söykənmiş olsun. Məsələn, Bakı Azərbaycanın paytaxtıdır. Mən Bakı şəhərində yaşayıram. 
Azərbaycan  şairlər diyar
ıdır və s. belə cümlələrdə kafi əsas qanununa heç bir ehtiyac hiss olunmur. Fikrin 
məntiqi cəhətdən doğruluğu he
ç bir şübhə yaratmır. 
Deməli, nitqi qurarkən və yaxud şərh edərkən faktlara tez-tez m
üraciət düz deyil və buna heç ehtiyac da 
yoxdur.  Təcr
übə  göstərir  ki,  hər  bir  faktı  nitqə  gətirmək  onun  şərhini  çətinləşdirir.  Natiq  ümumi  biliyi, 
konsepsiyan
ı kənarda qoyur, tək-tək predmetlər, hadisələr haqqında fikir yürüdür. Məsələn, bütün metallar 
qiymətlidir. Fikir belə ifadə olunur, metallar qrupuna aid olan mis, q
ızıl, aliminium, bürünc, gümüş və s. bu 
ümumi  fikirdə  əks  olunur.  Lakin  qızıl  qiymətli  metaldır  -  dedikdə,  xüsusi  bir  metaldan  söhbət  getdiyi 
oxucuya və ya dinləyiciyə dərhal ayd
ın olur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə