Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə45/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

 
154
Kafi  əsas  qanunu  təfəkk
ür  prosesi  ilə  bağlı  olduğundan,  fikrin  düzgünlüyü,  əsaslandırılması  üçün, 
gətirilən faktlara, dəlillərə, h
ökmlərə söykənir. Buna məntiqi əsas deyilir. Bu da həmişə real əsasla bağlı olur 
və  əlaqə  yarad
ır. Natiq kafi  əsas qanunundan  yerli-yerində  istifadə  etməlidir. Faktları əsaslandırmaq  üçün 
natiqə həmişə m
üəyyən sübutlar lazımdır. Bəs sübut nədir? Sübutun xarakterinə, xüsusiyyətlərinə keçməzdən 
əvvəl  bir  məsələni  nəzərdən  ke
çirmək  məqsədəuyğundur.  Natiq  nitqini  qurarkən,  hökmən  sınaqdan 
çıxarılmış,  təcrübədən  keçmiş,  elmi  dəlillərlə  ifadə  olunmuş  hökmləri  üstün  tutmalıdır.  Əgər  natiq  bu 
konvensiyan
ı əsas götürməsə, onda nitqin məntiqi qanunlardan kənarda qalacağı şübhə doğurmur. Məsələn, 
natiq he
ç bir elmi əsasla əlaqələnməmiş fikirləri nitqə daxil edibsə, onda o, fakt qarşısında aciz qalacaq və ya 
fikrini  əsasland
ırmağa  dəlil,  sübut  tapa  bilməyəcək.  Məsələn,  sağ  gözün  səyriməsi  xoş  xəbərdən,  sol  gözün 
səyriməsi  pis  xəbərdən  məlumat  verir.  Qaş
ığın  yerə  düşməsi  qadın,  bıçağın  yerə  düşməsi  kişi  qonağın 
gələcəyindən xəbər verir. Faktlara s
öykənməyən belə fikir və mülahizələri kafi əsas qanunu rədd edir. Odur 
ki,  natiq  bir  məsələdən  digərinə  ke
çərkən  fikirdə  qırıqlıq  hiss  olunmamalıdır.  Nitqdə  irəli  sürülən  fikir 
əsasland
ırılmış  şəkildə  olmalıdır.  Fikirdəki  mülahizələr  həyati  faktlara  əsaslanmalı,  aydın,  konkret,  səlis 
olmal
ıdır.  Nitqin  hər  bir  müddəası  düzgün  və  sərrast  nəticə  ilə  qurtarmalıdır.  Natiq  irəli  sürdüyü  hər  bir 
konsepsiyan
ı sübuta yetirməlidir. Fikri sübuta yetirmək üçün məntiqi priyomlarından və üsullarından düzgün 
istifadə etməlidir. S
übut üç hissədən ibarət olur.  
1. Tezis 
2. Əsas (dəlil)  
3. S
übutetmə 
Tezis həqiqətə uyğun olmal
ıdır. Tezis gələcəkdə görüləcək işlərin həqiqi yolunu təmin edir. Lakin son 
vaxtlar  natiqlik  sənətinə  uyğun  gəlməyən,  həqiqətdən  uzaq  tezislər  də  yaz
ılır.  Onu  da  qeyd  edək  ki,  tezis 
b
ütün elmləri əhatə edə bilmir. Həyat hadisələrini əks etdirən tezislər bəzən özünü doğrulda bilmir. Məsələn, 
uzun illər təbliğ olunan d
ünya sosializm sistemi, bərabərlik, qardaşlıq və s. tezislər özünü doğrultmadı. 
Əsas  (dəlil).  Elm  aləmində  təsdiq  olunmuş,  təcr
übədən,  sınaqdan  çıxmış  hər  hansı  bir  əsas  (dəlil) 
s
übutun  tərkib  hissəsidir.  Əsas,  obyektiv  gerçəklikdə  məntiqi  qanunların  ən  düzgün  ifadə  olunmasında 


 
155
m
ühüm rol oynayır. Əsas tezisə məxsus olan (həqiqətdən ibarət olan tezisdən söhbət gedir) fikir və iddiaların 
ən d
üzgün və doğru əsaslarla ifadəsi deməkdir. 
Sübutetmə yuxarıda söylənilən tərkib hissələrin arasında (tezis və əsas (dəlil) əlaqə yaradır. Bu anlayış 
məntiqi  qaydalar
ın  məcmusu  deməkdir.  Əsasən,  nitq  prosesində  ardıcıllığa  xidmət  edir.  Yuxarıda  belə  bir 
iddia irəli s
ürdük ki, sübut nədir? 
S
übut.  Ədəbi  dilimizin  izahlı  lüğətinə  istinad  edən  K.Əliyev  yazır:  «Hər  hansı  bir  şeyin  həqiqiliyini, 
d
üzgünlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil». 
Natiqin nitqdə irəli s
ürdüyü müddəalar əsaslandırılmış olmalıdır. Nitq zamanı söylənilən nəzəri fikirlər 
s
übutsuz  qəbul  edilmir.  Natiq  nitq  prosesində  bir  fikrin,  iddianın  doğruluğunu  başqa  bir  fikir  vasitəsi  ilə 
ifadə edir. Bu priyom s
übutun bir üsuludur. 
S
übutun  üsulu  bir  sıra  mərhələlərin  ardıcıl  əlaqəsi,  hökmlərin  silsiləsi  olub,  inandırıcı  bir  surətdə 
g
östərməlidir ki, sübut edilən tezis məntiqi olaraq müqəddimələrdən və ya doğruluğu təcrübədə yoxlanılmış 
dəlillərdən 
çıxır. Ayrı-ayrı müqəddimələrin sadəcə mexaniki olaraq cəmlənməsi heç də sübut qüvvəsinə malik 
deyildir. 
Natiq  nitq  zaman
ı  fikrini  ifadə  edərkən  sübutun  müxtəlif  üsullarından  istifadə  edir.  Bu  sübutlar  isə 
özünəməxsus  xüsusiyyəti  ilə  fərqlənir. Əgər  natiq  fikrini,      müddəanı      birbaşa      faktlarla,      dəlillərlə  ifadə 
edirsə,  bu  m
üstəqil  sübut  adlanır.  Əksinə,  fikir  və  müddəanın  doğruluğunu  inkar  etməklə  yaranan  sübut 
dolay
ı  sübut  adlanır.  Təqsimi  (yəni  hissələrə  bölmək)  sübut  bir  faktı qəbul  edir,  digərlərini  inkar  edir.  Bu, 
natiqin nitqində, əsasən o zaman baş verir ki, natiq nitqini şərh edir.  lk bax
ışda bu ümumi xarakter daşıyır, 
sonra  hiss  olunur  ki,  o  hans
ısa  fakta  üstünlük  verir  və  həmin  faktı  dəlillərlə  əlaqələndirib  fikrini  inkişaf 
etdirir. 
Bəzən də natiq nitqini şərh edən zaman s
übut fikrə zidd olan başqa bir fikri rədd edir. Sonra üçüncünü 
istisna  qanununa  əsaslan
ıb,  sübut  edilən  fikrin  mütləq  doğru  olduğu  qənaətinə  gəlir.  Bu  üsul  apoqogik 
(dolay
ı) sübut adlanır. 


 
156
S
übutlarda  çox  vaxt  sübut  olunmuş  hökmlərdən  istifadə  etməklə,  dəlillərdən  çıxan  nəticələr  əldə 
edilməlidir.  Bu,  əsl nitqdir, n
ümunəvi  sayıla bilən biliklərin  şərhidir. Belə nitqi  dinləyicilər qəbul edir.  rəli 
s
ürülən fikirləri təsdiq edir. Əks təqdirdə, fikirlər qəbul olunmur, faktlar əsassız olur və təkzib olunur. 
Təkzib Azərbaycan dilinin izahl
ı lüğətində belə izah olunur: Bir məlumatın, xəbərin, şayiənin və s. yalan 
olduğunu  məlumat, 
çıxış,  məqalə  və  s.  ilə  sübut  etmə.  zahdan  aydın  olur  ki,  nitq  prosesində  təkzib  də 
m
ühüm  əhəmiyyət  kəsb  edir.  Təkzibdən,  ən  çox  opponentlərlə  aspirantlar  və  dissertantlar  arasında  gedən 
elmi  m
übahisədə  istifadə  olunur.  Təkzibin  tək  və  ya  xüsusidən  ümumiyə  doğru  inkişaf  edən  xətti  də 
m
övcuddur ki, buna da induksiya deyilir. 
nduksiya lat
ınca yönəltmə mənasını verir. Nitq prosesində ayrı-ayrı hadisələrin ümumi nəticələrə doğru 
hərəkəti  deməkdir.  Məlumdur  ki,  qanun  hadisələrdə  təkrar  olunan 
ümumi  cəhətdir.  Ümumi  cəhət  isə 
ayr
ıcadan  başqa  bir  halda  mövcud  deyildir.  nduksiya  əldə  olunmuş  bilik  əsasında  yeni  predmetlərin, 
məfhumlar
ın öyrənilməsinə köməklik göstərir.  nduksiya məfhumların bir qismi haqqındakı biliyin onların 
daha gec olan başqa qisminə şamil edilərkən məzmununu dəyişdirmir. Buradan induksiyan
ın məhdudluğu 
meydana 
çıxır  ki,  buna  da  natamam  induksiya  deyilir.  Lakin  aparılan  təhlil  və  sintez,  ümumiləşdirmələr 
induksiyan
ın tamlığını təmin edir. Buna isə tam induksiya deyilir. Tam induksiyada nəzərdən keçirdiyimiz 
problem  b
ütün  halları  ilə  tədqiqatçıya  məlum  olmalıdır.  Nitqdə  düzgün  ümumiləşdirmə  aparmayanda 
induksiya  pozulur.  nduksiya hadisələrin 
öyrənilməsində qanunauyğunluqları,  səbəbi, məqsədi  elmi  şəkildə 
araşd
ırır və təsdiq edir. Buna da elmi induksiya deyilir. 
Elmi induksiya. Hadisələri, m
üşahidələri, mülahizələri araşdıran natiq onu təhlil edir və faktın mühüm 
əlamətini 
üzə çıxarır. Elmi induksiya müşahidə və müqayisədən başlanıb, təcrübə apararkən səbəbin əlaqəsini 
təsdiq edir və m
üxtəlif metodların köməyi ilə fikri aydınlaşdırır. Bu metodların - a) oxşarlıq, b) təfavüt, c) 
qal
ıqlar,  d)  dəyişmələr  tətbiq  edilməsi  nitq  prosesində  (istər  yazılı,  istərsə  də  şifahi)  ayrılıqda  götürülmür. 
Onlar tam formada g
ötürülür və bir-birini tamamlayır. Nitq yazılarkən bir üsuldan da istifadə olunur ki, bu 
da deduksiya adlan
ır. 
Deduksiya  lat
ın  mənşəli  olub  hasiletmə  deməkdir.  O,  fikrin  ümumidən  xüsusiyə  doğru  hərəkəti 
prosesidir.  B
ütövlükdə  götürülən  predmetlər  haqqında  olan  biliyi  hər  hansı  predmetə  şamil  edir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə