Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   46   47   48   49   50   51   52   53   54

 
178
• 
Nitq idrak alətidir. 
Nitqin əsas funksiyası ilə yanaşı, köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın 
emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) 
nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv 
(qadağanedici) funksiyası və s. 
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın 
verilməsini və qəbulunu təmin edən vasitələr. 
         Kommunikator. Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən 
müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu, verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv 
adından verilir. 
      Resipient. Kütləvi informasiya prosesində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil 
edən adamlar resipient rolunda çıxış edirlər. 
Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün seçilməsi vacib məsələlərdən 
biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət 
vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb 
edir.  nformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi 
kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin 
aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə 
tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s. 
Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar xüsusi olaraq qeyd 
olunur: 
1. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya 
digər dərəcədə lokal mimika sahələridir. 
Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər 
nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində 
açıqlanır. 


 
179
2.  ntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti 
bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir.  ntonasiyanın bu 
funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır. 
3. Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır.  nformasiya mübadiləsində onun kodları jestlər 
vasitəsilə açıqlanır. 
 
 
Nitq ünsiyyətinin növləri 
 
nsanlar  aras
ında  xoş  münasibətin  yaranmasında  gözəl  nitq  mühüm  rol  oynayır.  Nitq  ünsiyyəti  üç 
formada baş verir: 
1) Monoloq və ya monoloji nitq, 
2) Dialoq və ya dialoji nitq, 
3) Poliloq və ya poliloji nitq. 
Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir insan
ın, şəxsin və ya adamın nitqi deməkdir. 
Monoloji  nitq  hər  yerdə  ola  bilər.  Ailədə,  idarələrdə,  səhnədə,  məktəbdə  və  s.  nsan 
öz-özünə  monoloq 
s
öyləməz, Lakin səhnə adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud hər 
hans
ı  bir  çıxışa  hazırlaşmaları  (mühazirəyə,  dərsə,  çıxışa)  zamanı  işlənə  bilər.  Monoloji  nitq  müxtəlif 
qruplara b
ölünür: 
1) M
ühazirə, 
2) Məruzə 
3) 
Çıxış  
4) Nitq 
Ali məktəblərdə m
üəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi mühazirə adlanır.  
Əvvəlcədən işlənib haz
ırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü qeyd olunur: 
1. Hesabat məruzəsi 


 
180
2. Elmi məruzə 
3. Siyasi məruzə 
Onu da qeyd etmək laz
ımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. Mühazirədə yalnız sual 
verilə bilər. 
Daha 
çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə 
edir. 
Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli olur. 
Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu bax
ımdan nitqin aşağıdakı növləri var: 
1.  ctimai-siyasi nitq, 
2.  ttiham nitqi, 
3. M
üdafiə nitqi. 
4. M
üttəhimin son sözü 
Bunlar haqq
ında ayrı-ayrı bölmələrdə daha ətraflı məlumat veriləcək. 
Dialoq yunan s
özü (dialogos) olub, iki nəfərin arasında olan söhbət deməkdir. 
S
öhbətdə  bir neçə adamın  iştirak  etməsinə  isə  poliloq  deyilir.  Poly  loqos  yunanca  (poly  -  çox,  loqos  - 
nitq) 
çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir. 
 
Nitq ünsiyyətinin formaları 
 
Nitq m
üxtəlif formalarda təzahür edir, Nitqin müxtəlifliyi, təzahür formaları a) ifadə yoluna görə və b) 
ifadə nizam
ına görə müəyyənləşir. 
a)  fadə vasitəsinə g
örə nitq iki cür olur: 
1. Şifahi nitq. 
2. Yaz
ılı nitq. 
Şifahi  nitqin  material
ı  sözlər,  onların  ifadə  olunması,  tələffüz  edilməsidir.  Yazılı  nitqin  materialı  hərfi 
işarələrdir və onlar
ın vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə səsin ahəngdarlığı, tembr, melodiya, mimika, 
jest,  d
üzgün  tələffüz,  emosionallıq,  yığcamlıq,  səlistlik,  aydınlıq  və  s.  nəzərə  alınır.  Yazılı  və  şifahi  nitqdə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə