Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   46   47   48   49   50   51   52   53   54

 
172
«S
öylənilən nitqin girişini (müqəddiməsini) nəhəng və əzəmətli bir binanın - auditoriyanın qızıl açarına 
bənzətmək  m
ümkündür.  Məlumdur  ki,  şifahi  nitq  söylənilən  nitqdir.  Natiq  nitqindən  isə  əsas  məqsəd 
ünsiyyət  yaratmaq  və  əsas  ideyanı,  fikri,  mənanı  auditoriyaya      çatdırmaqdan      ibarətdir.     Bu      cəhətdən 
natiqlə auditoriya aras
ında əksər hallarda monoloji nitq formasında ünsiyyət yaranır. 
Natiq nitqinin m
üqəddiməsi (giriş) dərin və böyük psixoloji təsir qüvvəsinə malik olmalıdır. Aristotelin 
nitqin m
üqəddiməsini poetik əsərin proloquna bənzətməsi heç də təsadüfi deyildir». 
D
övrümüzün böyük şairi olmuş ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor, alovlu natiq 
olmuş Bəxtiyar Vahabzadə «M
üəllimlərin VI qurultayında» çıxış edərkən nitqini belə başlamışdır: 
Əziz  və  h
örmətli  müəllimlər!  Sizi  respublika  müəllimlərinin  VI  qurultayı  münasibəti  ilə  yaradıcı  ziyalılar 
adından təbrik edir, gənc nəslin tərbiyəsi kimi mühüm və şərəfli işinizdə sizə uğurlar diləyirəm. 
Müəllim bizim ilk dostumuz, mənəvi atamız, anamızdır. «Müəllim» sözü dar lüğəti mənasından çıxıb daha 
böyük mənalar kəsb edir, misilsiz məzmuna malik  olmuşdur. Məndən olsaydı, əlifbadakı sıra qanunlarını pozub 
«müəllim» sözünü bütün dillərin lüğətində ilk söz kimi yazardım. 
B
öyük yunan filosofu Əflatundan xəbər aldılar: 
- Atan
ı çox sevirsən, ya müəllimini? Filosof cavab verdi: 
- M
üəllimimi! 
- Nə 
üçün? - deyə xəbər alanda, o, belə cavab verdi: 
- Atam məni g
öydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. 
Bu, 
çox böyük sözdür. Yerdən göyə qalxmaq - yerin səviyyəsində duran böyük fikirlər, böyük ideyalarla 
yaşamaq,  gələcəyə  qanadlanmaq  deməkdir.  Bizi  hələ  uşaq  ikən  b
öyük  fikirlər  və  böyük  əməllərlə 
silahland
ıran,  gözümüzü  dünyaya  açan,  əllərimizdən  tutub  bizi  sirlər  dünyasına  aparan,  bizə  uçmaq  üçün 
qanad verən m
üəllimimizdir. Müəllim beyinlərə fikir, ideya toxumu səpir, gözlərə işıq, ürəklərə od verir. Ən 
ümdəsi də bizə düşünmək öyrədir. Bu qədər böyük və lazımlı bir vəzifəni cəmiyyət müəllimə tapşırmışdır». 
Gətirilən misaldan ayd
ın olur ki, şair - natiq nitqin ən əsas və ciddi mərhələsi olan müqəddiməni nə qədər 
g
özəl, cəlbedici, sadə, aydın bir şəkildə qurmuşdur. 


 
173
Yarad
ıcı  nitqin  əsasını,  canını  təşkil  edən  əsas  hissə  natiqə  məharətini  göstərmək  üçün  geniş  meydan 
a
çır.  Nitqin  əsas  hissəsində  natiq  yaradıcılıq  vaxtı  nə  müvəffəqiyyət  qazanıbsa,  nə  bilik  əldə  edibsə,  onu 
hərtərəfli  dinləyicilərə  (həm 
ümumi  şəkildə,  həm  xüsusi  şəkildə,  həm  konkret  şəkildə,  həm  də  təhlil  etmək 
yolu  ilə) 
çatdırır.  Əgər  natiq  yazdıqlarını  oxumaqla  kifayətlənib,  işini  bitmiş  hesab  etsə,  onda  bu  nitq 
dinləyicilər tərəfindən məqbul hesab edilmir (x
üsusilə, akademik natiqlik). 
Nitqin əsas hissəsində natiq 
üzərinə düşən bütün çətinlikləri güclü məntiqlə, dolğun və sadə fikirləri ilə 
aradan  qald
ırmağı  bacarmalıdır.  Fikrin  və  müddəaların  aparıcı  qüvvəsi  olan  əsas  hissə  natiqin  səviyyəsini 
g
östərir.  Natiqin  elmi  biliyinin,  dünyagörüşünün  meyarı  məhz  əsas  hissədir.  Nitqin  əsas  hissəsi  ardıcıl, 
inand
ırıcı, məntiqi fikirlərin daha möhkəm, kəsərli olması ilə fərqlənməlidir. Natiq nitqinin əsas hissəsində 
dinləyiciləri həm 
öyrətməli, həm də mövzunu onlara oxutmalıdır. Yaddan çıxarmaq olmaz ki, nitqin ideyası 
əsas hissədə a
çılır. Məhz bu hissədə nitqinin hansı ideyaya xidmət etdiyi müəyyən olur. Natiq elmi biliyini, 
əxlaqi  sifətlərini,  nə  məqsədə  xidmət  etdiyini,  əqidəsini,  həyatda  əxz  etdiyi  b
ütün  keyfiyyətləri  nitqin  əsas 
hissəsində əks etdirir. 
Nitqin ən məsuliyyətli və nisbətən 
çətin hissəsi olan əsas hissədə natiq bütün prinsiplərə, tələblərə əməl 
etməlidir.  Yeri  gəldikcə  nitqdə 
ümumiləşdirmə  aparmalı  və  ya  konkretliyi  üstün  götürməlidir.  Natiq  yeri 
gəldikcə səsini də vəziyyətə uyğun 
çatdırmalıdır. 
Nitqin əsas hissəsi onun s
üjetini, quruluşunu, məqsədini, mövzusunu, vəzifəsini təşkil edir. Yalnız bunu 
yadda  saxlamaq  laz
ımdır  ki,  nitqin  əsas  hissəsi  əldə  edilmiş  bütün  çoxcəhətli  faktların,  mülahizələrin  elmi 
şərhini tamamlamaqla bərabər, fikrin yekunlaşd
ırılmasına köməklik göstərir. 
Bundan  sonra  nəticəyə ke
çmək üçün yol açılır. Nəticə söylənilən nitqin yekunu və  sonuncu hissəsidir. 
Nitqin  nəticə  hissəsində  bitkinliyin  hiss  olunmas
ı,  silsilə  xarakteri  daşıyan  fikirlərin,  mülahizələrin  yekunu 
diqqəti  cəlb  etməlidir.  Natiq  nitqin  nəticə  hissəsində  fikri  uzatmamal
ıdır.  Əks  halda  bu  uzunçuluq 
auditoriyan
ı yorar və onlar fikri qavraya bilməzlər. Nəticə yığcam, aydın, təsirli və əsasən, bitkin olmalıdır. 
Nitqin  sonunda  məzmunun  qavran
ılması,  ideyası,  məqsədi  və  vəzifəsi  ardıcıl  şəkildə  bir-biri  ilə 
əlaqələnməlidir. Burada m
üəyyən vaxt bölgüsünə riayət etmək lazımdır. Nitqin nəticə hissəsində müəllif irəli 
s
ürdüyü  fikirlərin  ümumi  məcmusunu  bir  yerə  toplayıb  yekunlaşdırır.  Nəticə  həm  natiqin,  həm  də 


 
174
auditoriyan
ın qarşısında duran problemlərin, sualların, mübahisəli fikirlərin həllində gəldikləri ümumi yekdil 
rəyin  (bu  rəy  m
üxtəlif  də  ola  bilər)  yekunudur.  Əgər  nəticədə  fikir  müxtəlifliyi  olarsa,  (məsələn,  elmi 
m
übahisələr) deməli, bu məsələ diqqətdən kənarda dayanmamalıdır. Nəticədə natiq öz fikrini, mülahizələrini 
zorla auditoriyaya qəbul etdirməməlidir. Bu yaln
ız elmi yolla, inandırma yolu ilə mümkün ola bilər. 
B
ütün  bu  sadaladığımız  prinsiplərlə  yanaşı,  nitqin  hazırlanmasında  konspektlərdən  də  istifadə  edilə 
bilər.  Hətta  bəzi  natiqlər  plandan  daha 
çox  konspektə  üstünlük  verir.  Natiq  mövzu  əsasında  materiallar 
toplay
ır.  Bu  hazırlıq  mərhələsində  müəyyən  pərakəndəlik  hökm  sürür.  Buna  görə  o  ya  plandan,  ya  da 
konspektdən  istifadə  edir  (Plan  haqq
ında  məlumatımız  artıq  vardır).  ndi  isə  konspektin  özünəməxsus 
x
üsusiyyətlərindən  bəhs  edəcəyik.  Konspekt  əldə    edilmiş  məlumatların,  faktların,  sitatların  ardıcıllığını, 
şərhini  əks  etdirir.  Bir 
çox  natiqlər  əldə  etdikləri  hər  hansı  bir  məlumatı  konspektə  köcürur.  Sonra  nitqin 
haz
ırlanmasında  ondan  istifadə  edir.  Məlumat,  mülahizə  yığcam  şəkildə  kağıza  köçürülür.  Konspekt 
məzmun  ilə  forman
ın  bir-biri  ilə  əlaqələndirilməsində,  fikrin  düzgün,  dəqiq  ifadə  olunmasında  natiqə 
k
öməklik göstərir. Bəzi natiqlər konspekti nitqin ideyasını dinləyicilərə çatdırmaqda vasitə kimi qəbul edir. 
Bəziləri onu geniş şəkildə, bəziləri isə y
ığcam şəkildə tərtib edir. 
Konspektin y
ığcam növündən təcrübəli natiqlər istifadə edir. Təcrübəli natiqlər nitqini bəzən kiçik bir 
vərəq 
üzərində  ardıcıl  şəkildə  yalnız  bir  cümlə,  ya  söz,  hətta  işarə  qeyd  etməklə  nitqini  qurur.  Konspekt 
təcr
übəli natiqlər tərəfindən dönə-dönə redaktə olunur, daha dəqiq və yığcam şəkilə salınır. 
Geniş  şəkildə  konspekt  nisbətən  təcr
übəsiz  natiqlər  tərəfindən  tərtib  olunur.  Bəzən  konspekt  o  qədər 
geniş  yaz
ılır  ki,  icmal  xarakteri  daşıyır.  Sitatların  genişliyi,  fikrin  uzadılması,  dolayı  yolla  ifadəsi  və  s. 
məsələlər konspekti icmala 
çevirir. Geniş konspekt tərtib etmək natiqi yaddaşsızlığa, öz işinə məsuliyyətsiz 
yanaşmağa,  laqeydliyə,  savads
ızlığa  yuvarlayır.  Bütün  ümidini  konspektə  bağlayan  natiq  nitqi  fərqinə 
varmadan oxuyur və bununla da 
üzərinə düşən işi bitmiş hesab edir. Belə nitqdə şəxsi fikir, mülahizə, elmi 
m
übahisəyə yer «ayrılmır». 
Konspektin  x
üsusiyyətlərindən  biri  də  ondan  ibarətdir  ki,  o,  təqlidçiliyin  qarşısını  alır  və  natiqin 
qarş
ısına yeni məqsədlər, yeni ideyalar qoyur. Məsələyə bu nöqteyi-nəzərdən yanaşan natiq geniş məzmun və 
y
üksək  ideyaları  tərənnüm  edən  bir  nitq  hazırlayır.  Nitq  hazırlanarkən,  natiq  ona  qədər  elm  aləminə  bəlli 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə