Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə48/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

 
163
Əlimdədir hələ qələm.  
Bilirəm ki, deməyəcək, 
Bir sevgilim, bir də vətən:  
Şair, nə tez qocald
ın sən! 
 
Bu  misralardan  sonra  s
öz  deməyə,  ahəngdarlıqdan  danışmağa  heç  bir  natiqin  haqqı  yoxdur.  Bu,  əsl 
istedad
ın, sənətkarın, şair-natiqin qələbəsi və bu qələbənin təntənəsidir. Əsl natiq ustalıq nümayiş etdirərkən, 
nitqində bu cəhətləri h
ökmən nəzərə almalıdır. Doğrudur, bu nəsr dili ilə çox çətindir. Lakin bacarıqlı natiq 
bu cəhətlərdən məharətlə istifadə edir.  
 Ulu 
öndərimiz Heydər Əliyev öz nitqində bu cəhətləri layiqincə işlətmişdir. 
«Heydər  Əliyevin  nitqləri  auditoriyan
ın  marağına,  səviyyəsinə,  dərketmə  imkanına  müvafiq  gəlir  - 
auditoriya ilə natiq aras
ında demək olar ki, hər dəqiqə psixoloji kontakt olur. Bunu aşağıdakı amillər təmin 
edir: 

çıxışın  bütünlüklə  auditoriyanı  bilavasitə  maraqlandıran  faktlar,  hadisələr,  konkret  məlumat  və 
misallar 
üzərində qurulması; 

çıxışda həmin auditoriya üçün əhəmiyyətli mülahizələrin irəli sürülməsi; 
- natiqin 
ümumən Azərbaycan cəmiyyətini narahat edən ən aktual məsələlərə, problemlərə toxunması, 
m
övcud mülahizələrə analitik bir aydınlıq gətirməsi; 
-  auditoriya  ilə  polemikaya,  fikir  m
übadiləsinə,  əgər  buna  ehtiyac  varsa,  girilməsi  və  onun  marağının 
nəzərə al
ınması; 
- auditoriyan
ın anlayacağı sözlər, ifadələr, cumlələr işlədilməsi və s. 
Ulu 
öndər Heydər Əliyev nə qədər zəngin, mürəkkəb, dərin intellektual təfəkkür sahibi olsa da heç bir 
çıxışında,  məruzəsində,  nitqində,  yaxud  replikasında  Azərbaycan  cəmiyyətinin  sıravi  üzvünün  başa 
d
üşməyəcəyi, xüsusi şərh tələb edən fikirlər söyləmir, həmişə məzmunluluğu saxlamaqla maksimum sadə bir 
dillə  -  sadə  s
özlər,  ifadələr,  konstruksiyalarla  danışır  ki, bu  da istənilən  auditoriya  ilə  ən  yüksək  səviyyədə 
kontakta  girməyə  imkan  verirdi.  kinci  tərəfdən,  Heydər  Əliyev  əzəmətli  duruşu,  iti  bax
ışları,  fikrin  dəqiq 


 
164
çatmasına kömək edən təsirli səsi ilə auditoriyanın diqqətini dərhal özünə çəkməsi, əlinin bəzən asta, bəzən 
sərt, rəddedici hərəkəti ilə həmin auditoriyan
ı mahir, bir drijor kimi idarə edirdi - onu dinləyənlər özlərindən 
as
ılı  olmayaraq  həyəcanlanır,  sözlərinə,  mülahizələrinə  reaksiya  vermək  həddində  olurdular  ki,  bu  da  hər 
hans
ı bir natiq üçün böyük hünərdir.» (N.Xudiyev) 
Heydər Əliyevin nitqlərinin təhlili 
üzərində apardığı tədqiqat işində N.Xudiyev natiqlik sənətinə, orijinal 
fikirlər gətirmiş və fikirlərini əsl natiq kimi əsasland
ırmışdır. Şifahi nitqə verilən tələbləri dərindən şərh edən 
N.Xudiyev oxucunu sanki tilsimləyir, onu iclas zallar
ına aparır, hadisələrin şahidi edir. 
S
ürət  şifahi  nitqin  dinləyiciyə  çatdırılmasında  mühüm  rol  oynayır.  Natiq  fikrini  şərh  edərkən 
tələsməməli, aramla 
çıxış etməlidir. Natiqin səsi, intonasiyası və zahiri əlamətləri haqqında fikir söyləyən K. 
Əliyev Siserona istinad edərək yaz
ır: 
«Natiqin fikrincə, təbiətin bağ
ışladığı şaqraq və xoş təsir göstərən səsdən məqamına görə və məharətlə 
istifadə etmək laz
ımdır. Bir qədər sonra qeyd edir ki, səsin, nəfəsin, bədən üzvlərinin, nəhayət, dilin məşqi 
üçün  elmi  qaydaları  öyrənmək yox,  zəhmət çəkib öz üzərində  yorulmadan çalışmaq  lazımdır.  Yumşaq  səs, 
üzün  təvazökar  görünüşü,  ruhu  oxşayan  nitq  natiqin  köməyinə  çatır.  Kəskin  çıxış  edəndə  üzünün  zahiri 
cizgilərini  -  mimikas
ını  elə  nəzərə  çarpdırmalısan  ki,  tamaşaçılar  sənin  məcburiyyət  qarşısında  qaldığını 
dərhal hiss etsinlər. 
Kim  natiq  olmaq  istəyirsə,  o,  qəzəbli  məqamlarda  gərgin  səslə,  sakit  ax
ında  yumşaq  səslə,  tərəddüd 
g
östərəndə ona uyğun intonasiya ilə öz fikrini ifadə etməlidir.» 
Zənnimcə,  həmin  sitat  səsin  nitqdə  rolunu  əks  etdirsə  də,  m
üəyyən  məqamlarda  natiqə  hadisələrin 
iştirak
çısı  olmağı  tövsiyə  edən  Siseron  səsin  tempinin,  sürətinin  də  hadisəyə  uyğun  qurulmasını  məsləhət 
g
örür. 
«Y
üksək nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır.  stər məzmun, istərsə də zahiri 
cəhətdən d
üzgün olan nitq fikrin təsirli ifadə olunmasına xidmət edir. Buna görə də «yüksək və zəngin nitq 
mədəniyyəti  olmadan  b
öyük  fikirləri  və  hadisələri  ifadə  etmək,  həm  də  füsunkar  bir  təsirlə  ifadə  etmək 
m
ümkün deyildir.» (S.Vurğun). 


 
165
Fikir  və  d
üşüncələrin  daha  təsirli  ifadə  edilməsi  üçün  zəruri  tələblərdən  biri  olan  orfoepiya  da  nitq 
mədəniyyətinin ayr
ılmaz və vacib ünsürüdür. 
Orfoepiyan
ın  böyük  əhəmiyyəti  vardır.  O,  eyni  sözün  müxtəlif  formalarda  tələffüz  olunmasına  yol 
vermir. 
Ümumiyyətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan və tez anlaşılmasına imkan 
yarad
ır. Bunun əsasında da insanlar bir-birini düzgün başa düşürlər. Orfoepik qaydalar poeziya üçün xüsusi 
əhəmiyyətə  malikdir.  Bu  qaydalara  əməl  etməklə  bədii  nitqin  estetik  effekti,  daha  da  art
ır.  Bütün  bunlara 
g
örə də orfoepiyanın nəzəri və praktik cəhətdən öyrənilməsinin böyük əhəmiyyəti vardır: 
Hər bir şəxsdən ədəbi dilin qanunlar
ına riayət edərək danışması tələb olunur. Buna görə də ilk növbədə, 
m
üəllim, alim, diktor və aktyorlar dilimizin tələffüz qaydalarını əsaslı surətdə bilməlidir. 
Orfoepik qaydalar
ın pozulması yol verilməzdir. Lakin bəzən danışıq zamanı bu normaların pozulması 
hallar
ı  olur.  Orfoepiya  normaları  başlıca  olaraq  bir  neçə  səbəbdən  pozula  bilər:  a)  danışanın  dialekt 
s
özlərdən  istifadəsi;  b)  klassik  ədəbi  dilin;  v)  alınma  sözlərin;  q)  orfoqrafiyanın  təsiri  nəticəsində.  Danışıq 
zaman
ı  orfoepik  normaların  pozulması  dinləyicinin  fikrini  əsas  məsələdən  uzaqlaşdıra  bilir.  Belə  ki,  «biz 
dan
ışanı  dinləyərkən,  onun  nitqinin  əsas  cəhətinə  bir  o  qədər  diqqət  etmirik;  əsasən  mənaya  fikir  veririk. 
Lakin dan
ışan şəxs tələffüz qaydalarını pozduqda dinləyici sözün xarici cəhətinə, yəni səs cəhətinə də diqqət 
yetirməyə məcbur olur. Bunun nəticəsində isə onun diqqəti yay
ınır.» (Ə.Əfəndizadə). 
«Orfoepik  normalardan  uzaqlaşmaq 
ümumi  anlaşma  işinə  mane  olur.  Buna  görə  də  orfoepik 
normalar
ın pozulmasına qarşı müntəzəm mübarizə  aparmaq,  onu qorumaq lazımdır. Çünki bu, yüksək nitq 
mədəniyyəti uğrunda m
übarizənin bir növüdür.» (Ə.Əfəndiyev) 
Natiq orfoepiya qaydalar
ına riayət etməklə bərabər, orfoqrafik qaydaları da dərindən bilməlidir. Ədəbi 
dilin şifahi qolu ilə yaz
ılı qolu da inkişaf edir. Yazılı qolun da öz xüsusiyyətləri, normaları, qayda-qanunları 
vard
ır.  Natiq  bu  qayda-qanunları  da  dərindən  bilməli  və  orfoepiya  ilə  bağlı,  əlaqəli  şəkildə  bunlardan 
istifadə etməlidir. 
Orfoqrafiya  yunan  s
özü  olub  «düzgün  yazıram»  mənasını  ifadə  edir.  Orfoqrafiya  dilimizdəki  sözlərin 
ham
ısının  qrammatik  formaları  üçün  vahid  yazı  qayda-qanunlarını  müəyyən  edir  və  onları  daha  da 
təkmilləşdirir.  Sərhədlərin  m
üəyyənləşməsini  təmin  edir  (kök  və  şəkilçi  nəzərdə  tutulur).  Orfoqrafiya 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə