Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə52/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   46   47   48   49   50   51   52   53   54

 
175
olan materiallarla kifayətlənməməli, tamamilə yeni bir yolla gedib, orijinal fikir s
öyləməyi qarşısına məqsəd 
qoymal
ıdır. Məhz, belə üslubda işləyən natiqə konspekt kömək edir. Natiq konspektlərin köməyi ilə şifahi 
şərhə  başlay
ır; onun  hazırcavablığı, natiqlik qüvvəsi  və kəskin  mühakiməsi  dinləyiciləri  heyran  edir. Natiq 
nitqində (şifahi nitq nəzərdə tutulur), hadisələrin şərhində dinləyicilərin xəyal
ını uzaq keçmişə çəkib aparır 
(əgər s
öhbət tarixi mövzudan gedirsə), onları tarixi keçmişin ənənələri ilə tanış edir. 
Konspekt  nitqi  uzun
çuluqdan  qurtarmaqla  bərabər,  onun  emosionallığını  artırır.  Emosionallıq  isə 
nitqin  daha  zəngin,  obrazl
ı,  canlı  ifadə  olunmasına,  qavranılmasına,  ona  yaradıcı  yanaşılmasına  şərait 
yarad
ır.  Konspektdə  olan  ardıcıllıq,  yığcamlıq  prinsipləri  emosionallıq  üçün  əsas  şərtlərdən  biridir. 
Emosional nitqdə isə «kobud» s
özlər, uzunçuluq, fikir təkrarı o dəqiqə hiss olunur. Emosionallıq nitqin təsir 
q
üvvəsini artırdığı kimi, natiqin də həyəcanını artırır. Belə hallarda natiq konspektlərdə seçdiyi misallarla, 
m
övzunun  mahiyyətini  əks  etdirən  maraqlı  faktlarla  dinləyicilərin  diqqətini  özünə  cəlb  edə  bilər.  Tədricən 
emosionall
ıq  aradan  qalxır,  natiq  isə  nitqini  ardıcıl  şəkildə  davam  etdirir.  Gərgin  zəhmətin  və  elmi biliyin 
vəhdəti natiqə hər zaman m
üvəffəqiyyət qazandırır. Belə natiqlər xalqın və dinləyicilərin sevimlisinə çevrilir. 
 


 
176
 
ÜNS YYƏT MƏDƏN YYƏT , ДАНЫШЫГ ЕТИКАСЫ  VƏ MÜRAC ƏT FORMALARI 
ДАНЫШЫГ ЕТИКАСЫ  ВЯ НИТГ ЕТИКЕТЛЯРИ 
 
ÜNS YYƏT N TQ MƏDƏN YYƏT N N  FORMALARINDAN  B R  K M   
Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə 
tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi 
oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş 
verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa 
sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz 
səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir. 
        Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspressiv 
mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası - 
bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. 
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə 
yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl 
obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi 
proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir 
göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə 
istiqamət verir. Şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan 
keyfiyyətcə dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir, 
sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal 
surətdə təsir göstərməyə can atır.  
 
       Ünsiyyətin vasitəli və vasitəsiz növləri vardır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər. 


 
177
Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi- texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki 
vasitələr insanlar arasında  ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət “vasitəli ünsiyyət” 
adlanır. 
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini  təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən 
başlıca sosial funksiyadır. Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir. 
Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını 
yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir. 
Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator - 
informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbul edən. 
nsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş 
vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və 
mülahizələrini öyrənirlər. Bu baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. 
Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya. 
Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır.  nsan istər onu əhatə edən mühit, istərsə də 
keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi 
olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir.  .P.Pavlovun sözləri ilə desək, «Söz fırtına kimi insanın 
orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya 
dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən 
çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş 
qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. 
Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir. 
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək: 
• 
Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır; 
• 
Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır; 
• 
Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir; 
• 
Nitq milli mədəniyyətin inikas vasitəsidir; 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə