30
Nitqə haz
ırlaşarkən natiq ədəbi dilin özünəməxsus normalarına riayət etməlidir. Normativlik nitq üçün
əsas şərtdir. Nitqdə normativlik pozularsa, ədəbi dildən dan
ışmağa dəyməz. Hər bir natiq ədəbi dilin bütün
normalar
ına riayət etməli və onlardan faydalanmalıdır. Bu normaları bir daha yada salmağı lazım bildik:
1. Fonetik normalar
2. Orfoepik normalar
3. Orfoqrafik normalar
4. Qrammatik normalar
5.
Üslubi normalar
6. Semantik normalar
7. Leksik normalar
Bu normalar haqq
ında əvvəlki fəsillərdə ətraflı məlumat vermişik.
Qeyd edək ki, «ədəbi dilin normalar
ı daimi deyildir. Bunlar dilin inkişafı ilə bağlı zaman keçdikcə
dəyişir və zənginləşir. M
üasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Hər bir yeni ədəbi
norma xalq
ın ruhuna uyğun yaradılır. Qeyd etdiyimiz bütün bu normalar şifahi ədəbi dilə aiddir.
Ədəbi dilin yaz
ılı növü isə şifahi növdən xeyli sonra təşəkkül tapmışdır. Yazılı nitq şifahi nitqdən onunla
fərqlənir ki, yaz
ılı nitq dəqiqlik, səlislik tələb edir. Yazılı nitq müəyyən çərçivə daxilində inkişaf edir. Natiq
nitqini yazarkən ədəbi dilə verilən tələbləri bilməlidir. Bu tələbləri təxminən belə qruplaşd
ıra bilərik:
1) Nitq yaz
ılır və oxunur. Bu nitqi həm natiq, həm də başqa bir şəxs icra edə bilər.
2) Yaz
ılı ədəbi dildə terminlərdən daha çox istifadə edilir.
3) Yaz
ılı ədəbi dil elmi xarakter daşıyır.
4) Yaz
ılı nitqdə əsasən mürəkkəb fikirlər və onların izahı, nitqə ayrılan vaxt çoxluğu, yığcamlıq əsas
g
ötürülür.
5) Yaz
ılı nitqdə qrammatik normalara daha çox diqqət yetirilir.
6) Yaz
ılı nitq şərh olunarkən durğu işarələri fikirlərin ifadəsinə xidmət edir.
7) Natiq yaz
ılı nitqi hazırlayarkən mənbələrə, kitablara, mətbuata, məqalələrə və s. külliyyatlara tez-tez
m
üraciət edir və sitatlar gətirir.
31
Natiq nitqini qurarkən həm yaz
ılı, həm də şifahi ədəbi dil normalarından istifadə etməlidir. Nitqin
qurulmas
ında və dinləyicilərə çatdırılmasında sadəlik, yığcamlıq, dəqiqlik də mühüm əhəmiyyətə malikdir.
Nitqin sadəliyi onun ayd
ınlığını, dəqiqliyi isə yığcamlığını təmin edir. Sadə və təmiz nitq dinləyicilərin
səviyyəsinə uyğun qurulmal
ıdır. Yəni nitq hazırlanarkən auditoriyanın səviyyəsi hökmən nəzərə alınmalıdır.
Bəzən natiqlər elmi m
övzular hazırlayarkən terminlərin izahına çalışırlar, bu isə nitqin dəqiqliyini pozur. Bu
m
üəyyən qədər nitqin təmizliyinə də xələl gətirir. Nitqi sadə, aydın, təmiz qurmaq üçün natiq bədii təsvir
vasitələrindən və bədii ifadə vasitələrindən d
üzgün istifadə etməlidir.
Nitq mədəniyyəti termini, s
özün geniş mənasında, yalnız gözəl və aydın danışmaq qabiliyyəti, nitqi
d
üzgün və yaxşı qura bilmək bacarığı demək deyildir. Nitq mədəniyyəti, eyni zamanda məzmunlu, ifadəli,
parlaq, orijinal, həm də maraql
ı nitq qurmağı bacarmaq deməkdir. Buraya qədər deyilənlərə yekun vuracaq
olsaq, aşağ
ıdakı nəticəyə gəlmək mümkündür.
Bizim dilimiz zəngin, q
üdrətli və rəngarəng bir dildir. Əgər danışan adamda ümumi mədəniyyət, bilik və
hərtərəfli məlumat yoxdursa, o, təkcə dili bilməklə d
üzgün və səlis nitqə yiyələnə bilməz. Eyni zamanda dili
sevmədən, nitqə ş
üurlu münasibət bəsləmədən, dilçilik və üslubiyyat sahələrinə dair müəyyən məlumata
malik olmadan ən d
üzgün, ən məntiqi fikirləri ifadə etmək mümkün olmaz.
Dil
çilik nöqteyi-nəzərindən nitq mədəniyyəti, nitqin düzgünlüyü, yəni müasir ədəbi dilin normalarını
bilməyi və ona m
öhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda
istifadə etdiyimiz
üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Natiq
çıxışında anlaşılmazlığa, ikimənalılığa, uzunçuluğa yol verməməli, nitqin mümkün qədər sadə,
ayd
ın və yığcamlığına çalışmalıdır. Natiqin sözü məzmunlu, ifadəli, səlis, obrazlı olmalıdır.
Nitq mədəniyyətinə yiyələnmək
çox gərgin əmək tələb edir. Ona hazır reseptlə yiyələnmək olmaz; hər bir
adam nitqini m
üstəqil surətdə, dilə şüurlu münasibət bəsləməklə inkişaf etdirə bilər.
Nitq ilə təfəkk
ür arasında əlaqə və qarşılıqlı bir asılılıq vardır. Dinləyici və oxuculara nitqin
təkmilləşməsi zərurətini başa d
üşməkdə, onlara dilçilik məsələlərindən baş çıxarmaqda kömək etmək mühüm
bir vəzifədir.
Çünki «dilin təmizliyi, məna dəqiqliyi və onun kəskinliyi uğrunda mübarizə mədəniyyət silahı
32
uğrunda apar
ılan mübarizədir. Bu silah nə qədər düzgün istiqamət alsa, bir o qədər qiymətli olar».
(A.Abdullayev)
Deməli, n
ümunəvi nitqə verilən tələblər içərisində sadəlik, dəqiqlik, yığcamlıq mühüm rol oynamaqla
bərabər, natiqdən bacar
ıq, təcrübə və istedad tələb edir. Çünki natiqin ən böyük müvəffəqiyyəti mövzunun
ideyas
ını dinləyicilərə çatdırmaqdır.
deya nədir? Cavab belədir: obyektiv ger
çəklik, həyat hadisəsi. Hər hansı bir predmet haqqında
insanlar
ın təsəvvürü. Yaranan təsəvvürlərə insanların münasibəti. Bu münasibətləri əks etdirən fikir
məcmusu. deya həmişə həyatdak
ı hadisələrdən doğur və inkişaf edir.
Natiqin d
ünyagörüşü, onun mövqeyi, nitqinin zənginliyi və ideya istiqaməti əsas meyardır. Natiq
nitqində həyat
ı nə qədər gözəl təsvir edirsə etsin, ideya zəif olarsa, nitq dinləyiciləri razı salmır, Natiqin nitqi
dolğun, inand
ırıcı, xalqın mənafeyinə xidmət edən ideyalarla zəngin olmalıdır. Natiq xalqın mənafeyinə
xidmət edən qabaqc
ıl ideyaları təbliğ və tərənnüm etməlidir. Məsələn, Respublikamızın müstəqilliyi,
d
övlətçiliyimiz, söz azadlığı, işıqlı gələcəyimiz, torpağımızın bütövlüyü və digər mütərəqqi ideyalar nəzərdən
yay
ına bilməz. Yeri gəldikdə bu ideyalar dinləyicilərə aşılanmalıdır. Bədii əsərdə olduğu kimi, nitqdə də
m
üəllifin təsvir etdiyi hadisələr onun ifadə etdiyi fikirlərin məcmusudur. Əsas ideya da buradan doğur.
Məsələn, tutaq ki, b
öyük Azərbaycan dramaturqu, nasiri, tənqidçisi, akademik M. brahimov «Böyük dayaq»
əsərini yazarkən, qarş
ısına belə bir məqsəd qoymuşdur ki, xalqa arxalanmayan inadkarlıq göstərən, mənəm-
mənəm deyənlərin ax
ırı fəlakətlə qurtarır. Ona görə də şəxsiyyətəpərəstiş dövrünün məhsulu olan bu əsər
R
üstəm kişi ətrafında cərəyan edir. Özündən başqa heç kəslə razılaşmayan gənclərə, ağsaqqallara, əmək
qabaqc
ıllarına, kəndin namuslu, düz adamlarına inanmayan Rüstəm kişinin aqibəti əsərdə çox gözəl və bədii
boyalarla əks olunmuşdur. Yaltaqlar
ı, əliəyriləri ətrafına toplayan Rüstəm kişi əsərin finalında tək qalır və
ətraf
ına topladığı bu yaramaz adamlar tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qalır. Böyük yazıçı əsərin adını da
ideyas
ı ilə bağlayır. Xalq qüvvəsini cəmiyyətin aparıcı qüvvəsi kimi təsvir edir. “Yalnız xalq kütlələrinə
arxalanmaqla m
üvəffəqiyyət qazanmaq olar”- fikrini əsərin ideyası kimi tərənnüm edir. Öz günahını, səhv
m
övqeyini başa düşən Rüstəm kişinin xəstəxanada yatması səhnəsi ilə müəllif fikrini və əsərin ideyasını
Dostları ilə paylaş: |