27
G
öründüyü kimi, polemikada mühüm yeri əsas məntiqi fikirlər, sübutlar, faktlar tutur. Həm də
polemika iki şəxs aras
ında gedir. Bu onu göstərir ki, polemikanın əhatə dairəsi diskussiyanın əhatə dairəsinə
g
örə məhduddur. Polemika məhkəmə natiqliyində müttəhimlə hakim arasında, akademik natiqlikdə
aspirantla opponent aras
ında, hətta, müəllimlə tələbə, şagird arasında da baş verə bilər.
Nitqini y
üksək səviyyədə qurmaq üçün natiq öz nitqində dərin mənalı mündəricə və bitkin formaya nail
olmal
ıdır. Həyatda nə varsa, nə inkişaf edirsə, bir qanunauyğunluq formasında təzahür edir. Deməli,
m
ündəricə ilə forma obyektiv gerçəklikdir.
Ger
çək aləmdə hər nə varsa, hamısı mündəricəli və formalıdır. Mündəricə özünə müvafiq formada
təzah
ür tapır. Məzmun və forma maddənin, həyat faktının, insan fəaliyyətinin atributu, mövcudiyyət
tərzidir. Həyat
ın özü kimi, onun bədii inikası da mündəricəsiz və formasız ola bilməz.
Əsl həqiqət... təəss
üratla varlıq haqqındakı təsəvvürlərin, ideya və idealların müqayisəsindən və
peyvəndindən yaran
ır. Həyatdakı bu inikas tərzi incəsənətdə bədii inikas kimi keçir. Həyat mündəricəsi də
burada m
ütləq bədii mündəricə kimi formalaşır.
nikas
ın obyekti, predmeti yox, inikasın özü incəsənət əsərinin mündəricəsini təşkil edir. Misal üçün,
C.Cabbarl
ının «1905-ci ildə» pyesinin mündəricəsi sadəcə inqilab hadisələri deyil, bu hadisələrin müəllif
ş
üurundakı inikasından ibarətdir. Səməd Vurğun «Vaqif» dramında XVIII əsrin hadisələrini bir tarixçi kimi
yox, bir sənətkar kimi inikas etdirmişdir.
Natiq nitqini qurarkən,
öz təxəyyülünü də bu məzmuna köçürməli, başa düşdüyü formada fikrini ifadə
etməlidir. Bu prinsipə nail olmaq
üçün natiq gərgin zəhmət çəkməli və öz üzərində işləməlidir. Məzmunu
ayd
ınlaşdırmaqdan ötrü natiq induksiya metodundan istifadə etməli, onu təcrübədən keçirib fikrini
ümumiləşdirməlidir. nduksiya üsulu deduksiya ilə əlaqəli olduğu üçün natiq bu üsulu da yaddan
çıxarmamalıdır.
Nitqdə forma da qorunub saxlanmal
ıdır. Təcrübə göstərir ki, hər bir natiq öz üslubuna müvafiq forma
qurur. Bəzisi
öz bildikləri kimi danışır, bəzisi kitab dilinə üstünlük verir, bəzisi müstəqilliyə, öz sözünü
deməyə can at
ır. Bu isə nitqin formasını təşkil edir.
28
«Predmetlə m
ündəricə arasında fərq olduğu kimi, əsərin bədii ifadə vasitələri ilə onun bədii forması
aras
ında da mühüm fərq vardır. Bədii ifadə vasitələri (söz, dil, cümlə quruluşu, melodiya, ahəng, ritm,
kompozisiya, rəng, iş
ıq və kölgə, perspektiv və s.) müxtəlif janrlarda işlənir. Forma isə konkret əsərin
ifadəsidir. Forma
ümumilik qəbul etmir. O, əsərin mündəricəsindən asılıdır və ancaq bu və ya digər
m
ündəricəni əyan edə bilər. Mündəricə mütləq özünə müvafiq formada təcəssüm tapır. Əgər belə formada
realizə olunmursa, deməli,
öz-özlüyündə gərəkli və zəngin olsa belə, potensiyada qalır, aşkarlanmır.
M
ündəricə daha mühüm və aparıcı kateqoriyadır. Forma ondan asılıdır və ona xidmət edir. Lakin bu şərt
he
ç də formanın əhəmiyyətsizliyinə dəlalət etmir. Forma kateqoriyası da bədii yaradıcılıq prosesində mühüm
rol oynay
ır. Böyük sənətkarlar həmişə bədii forma ustası olmuşdur. Bunsuz sənətkar olmaq və bədii əsər
yaratmaq m
ümkün deyildir. M.Qorki yazır ki, «Sənətkar öz şəxsi, sübyektiv təəssüratının üzərində işləməyi,
əsər
ın ümumi əhəmiyyəti olan cəhətlərini tapmalı, öz təsəvvürlərinə öz formalarını verməyi bacaran
adamd
ır» (M.Məmmədov, “Estetika haqqında söhbət”).
Nitqlərin m
üxtəlifliyini nəzərə alsaq, onda belə bir nəticə çıxara bilərik ki, hər bir nitqin özünəməxsus
formas
ı olur. Formadan danışarkən ənənəvi formanı da yaddan çıxartmaq olmaz. Nitqin dinləyicilərə
çatdırılmasında bu prinsip mühüm rol oynayır. Məsələn, bir natiq çıxış edərkən əvvəl müvəffəqiyyətlərdən,
sonra isə n
öqsanlardan, daha sonra isə qarşıda duran vəzifələrdən söhbət açır və nəticə əldə edir. Digər natiq
isə əvvəl n
öqsanlardan, ardınca müvəffəqiyyətdən, sonra isə qarşıda duran vəzifələrdən məlumat verir və
nəticə əldə edir. Bu nitq hər iki halda məqbul hesab olunur.
Çünki belə nitqi dinləyicilər daha tez qavrayır.
Bu ənənəvi formalardan demək olar ki, b
ütün natiqlər istifadə edir, faydalanır.
Natiq nitqini qurarkən məzmun ilə forman
ı vəhdətdə götürməlidir. Əks təqdirdə onlar bir-birindən
təcrid olar və nitq istənilən nəticəni verə bilməz. Bəzən məzmun ilə forma bir-birini tamamlam
ır, bu zaman
nitqin naqisliyi dərhal hiss olunur. Natiq nitqin ideyas
ını tamamlaya bilmir, ya da çətinliklə tamamlayır.
Bəzi vaxtlar forma məzmuna qurban verilir. Bu daha
çox nitqin nəzm formasında özünü göstərir. Şair qafiyə
xatirinə forman
ı məzmuna qurban verir. Lakin nəsr dilində bu prinsip özünü doğrultmur. Natiqin nitqində
məzmun ilə forma o zaman dolğun və səlis olur ki, m
övzu elmi şəkildə qurulur, fikir məntiqi cəhətdən
əsasland
ırılır.
29
Nitqin qurulmas
ında kompozisiya da əsas amillərdən biri hesab olunur. Natiq nitqini necə qurmalı?-
sual
ına özü cavab tapmalıdır. Natiq əvvəlcədən topladığı materialı ardıcıl şəkildə qruplaşdırır. Bunun
əsas
ında plan qurur. Plan ayrı-ayrı hissələrə bölünür, məntiqi əlaqə yaradılır və son variant diqqət
mərkəzində qal
ır. Natiq nitqini plan əsasında şərh edir və ardıcıllığı gözləyir. Bu haqda əvvəlki fəsildə
məlumat verdiyimiz
üçün artıq şərhə ətraflı ehtiyac duymuruq.
Nitq ədəbi dilin normalar
ı əsasında qurulmalıdır. Bu da natiqdən böyük zəhmət tələb edir. Ədəbi dil
idarə və təşkilatlarda, ali məktəblərdə (
ümumi şəkildə təhsildə), informasiya mərkəzlərində, radio və
televiziyada və s. yerlərdə istifadə olunur. Ədəbi dilin formas
ı hamı tərəfindən qorunmalıdır.
Ədəbi dil uzun bir tarixi yol ke
çib formalaşmışdır. Natiq dilin keçdiyi tarixi yolu və onun əsasında ədəbi
dilin formalaşmas
ını, ədəbi dil normalarını, yazılı və şifahi qollarını, səs sistemini, lüğət tərkibini, qrammatik
quruluşunu dərindən bilməli və nitqində onlar
ı yerli-yerində işlətməyi bacarmalıdır. Onu da yaddan
çıxarmaq olmaz ki, natiq bu prinsiplərdən seçmə və əvəzetmə yolu ilə bəhrələnməlidir. Bu seçmə və
əvəzetməni natiq təxminən belə qruplaşd
ırmalıdır:
1. Natiq dilimizdəki səslərin spesifik x
üsusiyyətlərini, səs və fonemi, fonetik hadisə və qanunları (ədəbi
dildə sabitləşənlər qanun adlan
ır; belə sözlər necə yazılırsa, elə də oxunur; yazıda sabitləşməyənlər isə fonetik
hadisə adlan
ır).
2. Natiq l
üğət tərkibinə yaxşı bələd olmalı, hamı üçün aydın və başa düşülən sözləri seçib işlətməlidir.
3. Natiq nitqində qrammatik qaydalar
ı gözləməli, sözlərdə şəkilçilərin düzgün işləməsini, şəkilçilərin
variant
ını, növlərini düzgün şəkildə müəyyənləşdirməlidir.
4. Natiq m
üasir dilçilik elminə aid yazılmış lüğətlərdən, ensiklopediyalardan istifadə edib nitqini
əsasland
ırmalıdır.
5. Dilimizdə işlənən bir s
ıra sözlər var ki, dialekt xarakteri daşıyır, məsələn, bajı, qərdeş, məmə (ana
mənas
ında), qaş (hündür və yaxud havanın qaralması mənasında) və s. sözlər natiqin nitqində özünə yer
tapmamal
ıdır.
6. Natiq
çətin anlaşılan ərəb, fars sözlərindən, həmçinin rus-Avropa mənşəli sözlərdən uzaq olmalıdır.
L
üzumsuz sözləri nitqə gətirmək ədəbi dil normalarının pozulması deməkdir.
Dostları ilə paylaş: |