Microsoft Word Azf-279258. doc


Tələbə yoldaşı Rövşən Əhmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

 
93
 
Tələbə yoldaşı Rövşən Əhmədov 
Ağcabədi rayon mərkəzi 
xəstəxanasının cərrahı 
 
Mən Kəmalənin ölüm xəbərini yanvarın 10-da 
eşitdim, özümü itirdim, şoka düşdüm, xeyli müddət 
özümə  gələ bilmədim. Axı  Kəmalə başqa yoldaş-
larıma olduğu kimi mənim də bacım idi. Doğrudanda 
mən onu bir bacı kimi lap çox istəyirdim. Çünki o, 
buna layiq idi. Onun haqqı boynumuzda çox olub. 
İndi mənim və tələbə yoldaşlarımızın bir məqsədimiz 
olmalıdır və mənə elə gəlir ki, var, tələbə yoldaşımız 
olub, bizə bacılıq edən Kəmalənin ruhu şad olsun 
deyə haqqı-sayını qoyub getdiyi bir cüt balasına 
qaytarmaq. Onların bütün problemlərinin həllində 
yaxından kömək etmək. Belə də olacaq, əziz bacımız, 
rahat yat. 
 
Yerin behiştlik olsun, qəbrin nurla dolsun! 
 
 
 
 
 
 
 
 
 


 
94
 
 
Həyat yoldaşı Etibar Hüseynov 
 
 Biz 
Kəmalə ilə çox xoşbəxt yaşayırdıq. Bir-
birimizi ürəkdən sevirdik. Can deyib, can eşidirdik. 
Bu sevginin məhəbbətin məhsulu olaraq iki övladımız 
dünyaya gəldi. Nəcəf və Orxan. 
 
Rəhmətlik çox övladcanlı idi. Bilmirəm necə 
oldu ki, başımıza bu bəla gəldi, belə bir faciə baş 
verdi. 
 
Mən indi də inana bilmirəm ki, Kəmalə həyatda 
yoxdur. Amma sən demə bu həqiqət imiş. 
 
23 dekabrda 17 günlük məzuniyyətimi başa 
vurub, həmişə olduğu kimi səhər tezdən qalxıb 
hamamda yuyunmağa girdim. Aradan heç beş dəqiqə 
keçməmiş Kəmalə gəlib məni tələsdirdi ki, tez ol mən 
işə  tələsirəm, yuyunmalıyam. Elə bil kim isə onu 
tələsdirirdi. Mən çölə çıxdım və bir də geri dönüb nə 
isə baş verəcəyini hiss edirmiş kimi hamamın qapısını 
açmaq istədimsədə o qoymayıb dedi: “Çıxıb getsənə 
işinə”. Bundan sonra çıxıb getdim. Bundan üç saat 
sonra telefonuma zəng gəldi ki, tez gəl yoldaşım 
hamamda çimərkən qazdan zəhərlənib. Mən gəldim, 
ancaq gec idi. Bu hadisəni ömrüm boyu yaddan çıxara 
bilmərəm.  
Allah rəhmət eləsin, qəbri nurla dolsun! 
 
 


 
95
 
Böyük oğlu Nəcəf Hüseynov, 280 saylı 
məktəbin 11-ci sinif şagirdi 
 
 Anam 
məni dünyalar qədər istəyirdi. Çalışırdı 
ki, biz hər cür maddi və mənəvi cəhətdən təmin olaq. 
İşinin çoxluğuna, vaxtının azlığına baxmayaraq bizi 
gəzdirməyədə vaxt tapar və bundan böyük zövq 
alardı. Bilmirəm böyük yaradana neyləmişdik ki, bu 
xoşbəxtliyimizi  əlimizdən aldı. Anamızı vaxtından 
əvvəl əbədi dünyaya aparıb bizi ağlar qoydu. 
 Anam 
hər gün tezdən qalxıb, hamamlanar, 
qardaşım Orxanla mənə səhər yeməyi verib, məktəbə 
yola salardı. Həmin gün, yəni dekabrın 23-də Orxan 
yatırdı. Mən saata baxdım ki, saat 9-a işləyir. 
Fikirləşdim ki, görəsən anamdan niyə  səs-səmir 
yoxdur. Dedim yəqin işə gedib. Lakin baxıb gördüm 
paltarı da, iş sumkasıda burdadır.  İşi belə görəndə 
tələsik hamamın qapısını açıb gördüm ki, anam yerdə 
uzanıb. Tez qonşulara xəbər verdim, onlar təcili 
yardıma zəng vurdular. Təcili yardım gəldi. Ancaq 
heç bir kömək olmadı. Çünki gec idi. İş-işdən keç-
mişdi. Biz anasız qalmışdıq. 
 
 
 
 
 


 
96
Orxan Hüseynov son beşiyi, 280 saylı 
məktəbin 10-cu sinif şagirdi 
 
Ana can məni kim sevib, kim oxşayacaq, 
Ağrıyan başıma əlin qoyacaq. 
Can bala deyərək əzizləyərək 
Yaralı qəlbimə məlhəm qoyacaq. 
 
Bütün analar gözəl və yaxşıdır. Ancaq mənim 
anamın tayı-bərabəri yox idi. Bizi, xüsusilədə mənim 
nazımla oynayar, hər cür şıltaqlığıma dözərdi. Bir 
sözlə, bizi tanıyanların hamısının məhəbbətini qazan-
mışdı. Odur ki, anamın yoxluğu  ömrümün axırına 
qədər məni yandıracaq. 
Mən yuxarı evdə hər şeydən xəbərsiz yatırdım. 
Birdən qulağıma Nəcəfin tükürpədici səsi gəldi. Ay 
Orxan, ay Orxan, tez bura gəl, anam yıxılıb. Tez 
qalxıb qaça-qaça aşağı düşdüm. Hamamın qapısını 
açdıq. Anamı  ağzı üstə döşəmədə uzanmış halda 
gördüm. Başladıq üzünə-gözünə su səpməyə. 
Anamın tərpənmədiyini görüb, atamın iş yerinə zəng 
vurduq. Onu vermədilər. Belə olanda qonşuları 
köməyə çağırdıq. Onlar tez təcili yardım çağırdılar. 
Gələn həkimlər nə qədər cəhd göstərsələr də faydası 
olmadı. Anamı həyata qaytara bilmədilər. Artıq faciə 
baş vermiş, Kamış (mən həmişə anamı belə 
çağırırdım) dünyasını dəyişmiş, məni əbədi olaraq 
tərk etmişdi. 


 
97
12 saylı birləşmiş şəhər xəstəxanasının baş 
həkimi Məmmədov Bəhlul 
 
23 DEKABR  səhər-səhər xəstəxanaya daxil 
olarkən son dərəcə sarsıdıcı bir xəbər eşitdim. Xatirini 
son dərəcə uca tutduğum bir insanın
həkim oftal-
moloq Kəmalə Firudin qızı Hüseynovanın (Zeyna-
lovanın) faciəvi  şəkildə dünyasını  dəyişmə  xəbərini. 
Sözün həqiqi mənasında bir anlığa dəhşətə  gəldim. 
Asta addımlarla öz otağıma çəkilib onu tanıdığım 
vaxtdan bəri bütün olanları kino lenti kimi xəyalımdan 
keçirtdim. 
Onun anası ilə  xəstəxanamıza işə  gəldiyi ilk 
gün yadıma düşdü. Qapı açılır içəriyə  şərqli qızlara 
məxsus gözəllikləri özündə əks etdirən bir nəfər daxil 
oldu. O, mən göz həkimiyəm və  işlmək üçün sizin 
müəssisəyə göndərilmişəm deyib, sənədləri uzatdı. 
Əlləri titrək, çöhrəsi qızarmış  şəkildə. Bir an düşün-
düm, ilahi belə şəxlər az-az olur. Bəli fikrimdə yanıl-
mamışdım. 10 ildən artıq biz birlikdə  işlədik. Ömrü-
nün sonunadək onda həm kollektivinin üzvlərinə, həm 
də xəstələrinə qarşı yüksək hörmət və qayğıdan başqa 
bir şey görmədim. 
Kəmalə həkim mənəvi saflığı, gözəl insani key-
fiyyətləri ilə daim seçildi. hamının hörmətini qazandı. 
Yüksək həkimlik bacarığı ilə  xəstələr arasında 
böyük nüfuz qazanmışdı. 2003-2005-ci illərdə Sura-
xanı rayonunun səhiyyə şöbəsinin baş həkim oftalmo-
loqu seçilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə