Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 0,74 Mb.

səhifə2/24
tarix08.07.2018
ölçüsü0,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 

səsləndirdiyi cəsarətli fikirlərindən iqtibaslar gətirərək kitab müəllifi bu 
siyasət nəhənginin istedadına heyran qaldığını gizlətmir. A. Əl-Fəlah Heydər 
Əliyevin demokratiya və insan hüquqlarından dəm vuran bəzi qərb 
siyasətçilərinə Dağlıq Qarabağ  və onun ətraf rayonlarının Ermənistan 
tərəfindən işğalı  nəticəsində bir milyondan artıq azərbaycanlının hüquq və 
azadlıqlarının pozulmasına göz yummalarına sərt iradlarını  və belə 
məqamlarda onların bu dahi insanın məntiqi qarşısında aciz qaldıqlarını 
ayrıca qeyd edir, onun hələ sovet dövründə müsəlman Azərbaycan xalqının 
nümayəndəsi olaraq, siyasi hakimiyyətin yüksək vəzifələrində çalışdığından 
qürur duyduğunu bildirir. 
İslamın tərbiyəedici, səfərbəredici və birləşdirici mahiyyətinə toxunan 
müəllif, Heydər  Əliyev dühasının  İslamın bu dəyərlərinə  də xüsusi önəm 
verdiyini xatırladır və onun 1993-cü ildə Peyğəmbər əleyhissəlamın mövludu 
münasibətilə "Təzəpir" məscidində dediyi: "İslam Azərbaycan xalqının 
Peyğəmbər əleyhissəlamın və İslam aləminə mənsub olan bütün insanların ən 
ali  əxlaq mənbəyidir" fikrini böyük həssaslıqla önə  çəkir. Həqiqətən, 
H.Əliyev  İslamı  və  İslam  əxlaqını, təkcə azərbaycanlılar üçün deyil, İslam 
aləmində yaşayanların vasitəsilə bütün bəşəriyyət üçün misilsiz örnək hesab 
edirdi. 
Müəllifin fikrincə, H.Əliyev  İslam elmləri sahəsində  zəngin məlumatlı 
olmaqla yanaşı, İslamın dərin psixoloji təsirlərini də çox gözəl bilirdi. Məhz 
bu keyfiyyətləri sayəsində o, dünyada baş verən hadisələri bacarıqla təhlil 
edir,  əxlaqi və  mənəvi sapmaların səbəblərini özünəməxsus sərrast məntiqlə 
izah edirdi. 
H.Əliyev keçmiş SSRİ  məkanında və  Qərb aləmində  İslamın daim artan 
nüfuzundan qorxan, bu dinin qılınc gücünə insanlara qəbul etdirildiyini iddia 
edənlərə  həmin mülahizələrin  İslamın ruhu ilə bir araya sığmadığını 
bildirməklə öz qəti mövqeyini bəyan edirdi. 
A.Əl-Fəlah "Dində  məcburiyyət (zorakılıq) yoxdur" (Əl-Bəqərə; 256) Quran 
ayəsini misal gətirməklə, H.Əliyevin öz fikirlərində nə qədər haqlı olduğunu 
bir daha vurğulayır. Daha sonra müəllif H.Əliyevin aşağıdakı fikrini 
xatırladır: "Müsəlmanlar dinlərini qəlblərində saxlamış  və din hər bir ailədə, 
hər bir evdə yaşamışdır. Dinin insanlara bəxş etdiyi adət və  ənənələr, qayda 
və qanunlar illər ötdükcə yaşamış  və  hətta sovet dövründə  tətbiq olunmuş 
yeni qanunlar, adət və  ənənələrdən daha güclü olmuşdur". Bununla 
Azərbaycan xalqının Ümummilli Lideri məhz kommunist ideyalarının zorla 
qəbul etdirilməsini və bu səbəbdən də 70 ildən sonra iflasa uğradığını təsdiq 
edir, İslam ideyalarının isə 1400 ildən artıq bir dövrdə Azərbaycanda bərqərar 
olduğuna və bütün məhrumiyyətlərə baxmayaraq, azərbaycanlı möminlərin 
həmin ideyaları yüz illərlə qoruyub bu günə  qədər çatdırdıqlarına dəyər 
vermiş olur. A. Əl-Fəlah H.Əliyevin "İnsanların öz kökünə  və dininə 
qayıtmasına heç bir qüvvə mane ola bilməz" fikrinə şərik çıxaraq, son dövrlərdə 
minlərlə insanın İslama üz tutması faktını qeyd edir. 


 

A. Əl-Fəlah din sahəsində, fiqh və şəriət məsələlərində tədqiqatçı olduğundan o, 
müasir Azərbaycan dövlətinin qurucusu H. Əliyev  şəxsiyyətinin məhz bu 
məziyyətlərindən daha çoxbəhsedir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 
A.Əl-Fəlah bu kitabında Qurani-Kərimin mübarək ayələrini, Peyğəmbər 
əleyhissəlamın sünnələrini misal gətirməklə, İslam dininin ehkamlarını şərh edir, 
bu dinin üstünlüklərindən bəhs edir və böyük bir ustalıqla  əldə etdiyi nəticələri 
Ulu Öndər H.Əliyevin Azərbaycanda  İslam dininin və  İslam  əxlaqının bərqərar 
olması ilə bağlı fəaliyyəti ilə əlaqələndirir. 
Müəllif  Heydər  Əliyevin dahiliyini, onun qloballaşma ilə bağlı fikirlərində  də 
görür. Belə ki, bu böyük insan beynəlxalq miqyaslı düşüncələrində müasirləşməyə 
xüsusi önəm versə  də, bunun milli-mənəvi dəyərlərin, tarixi adət və  ənənələrin 
zəifləməsi hesabına olmasının  əleyhinə olmuşdur. H.Əliyevin "Təzə Pir" 
məscidindəki çıxışında söylədiyi "Dinimiz-mütərəqqi dindir və İslam bunu əsrlər 
boyu sübut etmişdir; bu dinin ümumbəşəri əhəmiyyəti vardır" fikrini A.Əl-Fəlah, 
İslamın, guya gerilik əlaməti olduğunu və demokratik ideyalara yol açmadığını 
deyənlərə dahi rəhbərin qətiyyətli cavabı kimi dəyərləndirir. 
Müəllifin fikrincə, H.Əliyev böyük siyasi xadim olmaqla bərabər, həm də güclü 
analitik təfəkkürə malik olan alim idi; həqiqi demokratiyanı, insan azadlıqlarını və 
hüquqlarını, bu məfhumlar altında gedən siyasi oyunlardan bacarıqla ayırd edir və 
yeri gəldikcə, bəzi neqativ təzahürlərlə bağlı narahatlığını da gizlətmirdi. Buna 
görə  də H.Əliyev  İslamla müasirlik arasında heç bir ziddiyyət görmür, əksinə 
müasir dünyanın problemlərini, haqq-ədalət, bərabərlik, insan ləyaqətinə ehtiram 
kimi islami prinsiplər əsasında həll etməyin mümkünlüyünü hər dəfə vurğulayırdı. 
H.Əliyevin öz çıxışlarında Quran ayələrindən və Allah Rəsulunun (s) 
hədislərindən də misallar gətirməsini yüksək qiymətləndirən A. Əl-Fəlah bu dahi 
insanın həmişə mütaliə etdiyinin və heyrətamiz hafizəyə malik olduğunun şəxsən 
şahidi olduğunu qürurla qeyd edir. Müəllif onu da qeyd edir ki, H.Əliyev hansı 
ixtisas sahibi ilə söhbət edirdisə, həm-söhbəti onun məhz həmin ixtisas sahibi 
olduğuna inanırdı. Belə ki, nadir istedada malik olan bu şəxsiyyət dərin və 
universal bilik sahibi idi. 
O, Respublika gənclərinin I forumundakı  çıxışında gənc nəsli müasir biliklərə 
yiyələnməyə, islami dəyərlərə sahib olmağa, hər bir gənci öz kökünə sadiq 
olmağa,vətənini sevməyə  və Peyğəmbər  əleyhissəlamın " Vətəni sevmək 
imandandır" kəlamını əldə rəhbər tutmağa çağırmışdır. 
A.  Əl-Fəlah kitabında dahi rəhbərin uğurlu neft strategiyası, Azərbaycanı bazar 
iqtisadiyyatı yolu ilə irəliyə aparması, habelə onun rəhbərliyi altında 
Azərbaycanda uğurlu dövlət və din münasibətləri qurulması, məscidlər, kilsələr, 
sinaqoqlar və başqa ibadət yerlərinin tikilməsi, müstəqilliyin ilk günlərindən dinlə 
dövlət arasında  əməkdaşlıq  əlaqələrinin, ölkədə müxtəlif dinlər və  məzhəblər 
arasında həqiqi tolerantlıq münasibətlərinin yaradılması və s. məsələlərə toxunur, 
bu müdrik insanın öz ölkəsini qüdrətli etmək istiqamətində atdığı  uğurlu 
addımlarını fərəhlə qələmə alır. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə