Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 0,74 Mb.

səhifə3/24
tarix08.07.2018
ölçüsü0,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 

H.Əliyevin  İslam aləmində böyük nüfüz sahibi olmasına toxunan müəllif
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv olduğu kimi, İslam 
Konfransı  Təşkilatında da fəal iştirakından bəhs edir və  İKT-nin Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı birmənalı  şəkildə  dəstəkləməsini 
alqışlayır, Ümummilli Liderimizin İslam ölkələri başçıları ilə görüşlərini, 
Azərbaycanın xarici siyasətində  İslam aləmi ilə  əlaqələrə xüsusi önəm 
verdiyini fəxrlə önə  çəkir,  İslam maliyyə  təşkilatlarının Azərbaycan 
iqtisadiyyatının inkişafındakı rolunu xüsusi qeyd edir. 
A.Əl-Fəlah öz kitabında  İslam sivilizasiyasının yaradılmasında və  təşəkkül 
tapmasında Azərbaycan alim və  şairlərinin xüsusi rolundan da ayrıca bəhs 
edir. Nizami, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Qətran Təbrizi, Xətib Təbrizi, 
Şihabuddin Sürhəvərdi kimi mütəfəkkirlərin adını  çəkir, Azərbaycan 
mədəniyyətinin  İslam mədəniyyətinin bir hissəsi kimi, bəşəri sivilizasiyanın 
tərkib hissəsi olduğu fikrini xüsusi vurğulayır. 
A.Əl-Fəlahın xalqımızın ümumimilli lideri H.Əliyevə  həsr etdiyi bu kitabla 
tanışlıq belə bir fikir söyləməyə  əsas verir ki, müəllif  bu əsəri dahi rəhbərə 
xüsusi rəğbət və sonsuz ehtiram hissləri ilə, bu siyasət nəhənginin çoxşaxəli 
fəaliyyəti,  şəxsiyyətinin nadir məziyyət və keyfiyyətləri barədə bilgilərini 
özünə məxsus bir dillə ifadə edə bilmişdir. 
Onu da qeyd etmək vacibdir ki, doktor Adil Əl-Fəlahın Azərbaycan xalqının 
dahi oğlu, Ulu öndər H.Əliyevə  həsr etdiyi bu kitab Azərbaycan-Küveyt 
dostluğuna layiqli bir tövhə kimi qiymətləndirilməlidir. 
 
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu 
 
Şeyxülislam ALLAHŞÜKÜR PAŞAZADƏ, 
tarix elmləri doktoru, professor. 
  
  


 
10 
 


 
11 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mən Qafqazla və keçmiş sovet regionları ilə 1991-ci ildən 
sovet imperiyası dağılandan sonra maraqlanmağa 
başladım. Hamımız bilirdik ki, həmin böyük ərazidə 
yaşayan müsəlman xalqları vaxtı ilə  İslam mədəniyyətinə, dünya 
sivilizasiyasına böyük töhfələr vermişdir. İndi onların İslam dünyası ilə qırılmış 
əlaqələrini yenidən bərpa etmək və inkişaf etdirmək zərurət kimi qarşıya 
çıxırdı. Bu ehtiyacı  nəzərə alaraq, biz 1993-cü ildən başlayaraq "İmam  əl-
Buxarinin övladları ilə  mədəni  əlaqələrin davamı" başlığı altında müxtəlif 
layihələr həyata keçirməyə başladıq. Məqsədimiz region xalqlarının 
istiqlaliyyətini, sadəcə, alqışlamaq deyildi, həm də bu müstəqilliyi qorumaq, 
möhkəmləndirmək, əvvəlki nüfuzlu mövqeyə qayıtmaları üçün onlara maddi və 
mənəvi yardım göstərmək idi. Əlbəttə, planlı  fəaliyyət vacib idi və biz 
Beynəlxalq  İslam Xeyriyyə  Təşkilatına tabe olan Asiya Müsəlmanları 
Komitəsinin region respublikalarında nümayəndəliklərini yaratmaqla işimizə 
başladıq. Komitənin Azərbaycandakı nümayəndəliyi 1995-ci ildə  rəsmi 
qeydiyyatdan keçdi. Biz yetim uşaqlara, aztəminatlı ailələrə, qaçqınlara yardım 
göstərmək, infrastrukturları, inkişaf layihələrini dəstəkləmək, universitetlərin 
müəllim və tələbələrini elmi ezamiyyətlərə göndərmək, yerli təşkilatlarla birgə 
müxtəlif konfranslar təşkil etmək və sair əhəmiyyətli tədbirləri həyata 
keçirməklə regionda yaşayan bacı  və qardaşlarımızla  əlaqə, ünsiyyət körpüsü 
yaratmağa nail olduq. 
Bir çoxları kimi, mən də Azərbaycanın adını uzun illər ona rəhbərlik etmiş 
Heydər Əliyevin adı və əməlləri ilə bağlayıram. Qeyri-adi qabiliyyəti sayəsində o, 


 
12 
hələ  dəhşətli sovet rejimi şəraitində  ən yüksək dövlət vəzifələrinə irəli çəkilmişdi. 
Lakin sonralar özünün də etiraf etdiyi kimi, müsəlman olduğu üçün daima ayrı-
seçkiliyə  məruz qalmışdı. Ancaq məhrumiyyətlər nə  qədər güclü olsa da, onun dini 
hisslərini aradan qaldıra bilməmişdi.  Əksinə, müsəlman xalqlarının qarşılaşdığı 
təzyiqlər barədə düşünərkən o, böyük dinə, qədim ümmətə  mənsubluğunun 
mahiyyətini daha dərindən duymuş, bu fərəhləndirici hiss onun bütünlükdə zehninə və 
ruhuna sirayət etmişdi. Heydər  Əliyevi görənlər və tanıyanlar onun doğma dininə 
bağlılığını aşkar hiss edirdilər. Mən bu nadir şəxsiyyətlə dəfələrlə görüşmüşəm və hər 
dəfə də həmin təəssüratlarım daha da qüvvətlənmişdir. 
Mən Azərbaycan xalqının bu böyük oğlunu ilk dəfə 1996-cı ildə, qaçqınlara və 
məcburi köçkünlərə yardım məqsədi ilə Asiya Müsəlmanları Komitəsinin ölkə 
Prezidentinin himayəsi altında Bakıda təşkil etdiyi Birinci Beynəlxalq konfransda 
görmüşəm. Cənab Prezident həmin konfransdakı nitqində demişdir: 
"Bizim azərbaycanlılar, Azərbaycan müsəlmanları dinimiz üçün müqəddəs olan 
ziyarətgahları çox böyük arzu və istəklə ziyarət edirlər. Səudiyyə Ərəbistanının məliki, 
iki Müqəddəs Məscidin Xadiminin dəvəti ilə mən 1994-cü ildə bu ölkəyə rəsmi səfərə 
getmişdim. Biz müsəlmanlar üçün ən müqəddəs yerlər olan Məkkəni, Kəbəni, 
Mədinəni ziyarət etməyimi həyatımın  ən xoşbəxt səhifələrindən biri hesab edirəm. 
Hesab edirəm ki, bu hissiyyatlar bizə bütün çətinliklərdən çıxmaqda kömək edib və 
bundan sonra da kömək edəcək". 
Həmin vaxtdan bu parlaq insanı və ictimai xadimi müşahidə edərkən və dinləyərkən 
onun şəxsiyyətinin ucalığına, zəkasının dərinliyinə, siyasi müdrikliyinə heyranlığını 
daha da artmışdır. Axı, necə heyran olmayasan ki, indicə sitat gətirdiyim sözləri, bu 
qəbildən olan səmimi və mənalı mülahizələri ömrünün böyük bir hissəsini amansız 
sovet diktaturası  şəraitində yaşamış  və  fəaliyyət göstərmiş siyasi rəhbərlərdən biri 
deyirdi. Kommunizm rejimi insanın, ümumiyyətlə, dinə bağlılığına, xüsusilə  də, 
islam dininə bağlılığına sərt qadağa qoymuşdu. Ali rəhbər, mövqeyinə görə, həmin 
qadağaları içəridən və bütün qabarıqlığı ilə müşahidə edən, onun ağrı-acılarını 
qəlbinin dərinliklərində yaşadan bu siyasi xadim çox təsirli  şəkildə öz dininə olan 
rəğbətindən və məhəbbətindən danışırdı. Bu sözlərin səmimiliyini və həqiqiliyini isə 
bütünlükdə onun ömür yolu və  əməllərinin məğzi təsdiq edirdi. Məgər sovet 
hakimiyyəti illərində öz ölkəsini və xalqını yüksək, sürətli inkişaf mərhələsinə 
qaldıran Heydər  Əliyev deyildimi?! Məgər Azərbaycanın bugünkü irəliləyişi 
üçün zəruri olan iqtisadi və  mədəni potensialı vaxtı ilə Heydər  Əliyev öz 
uzaqgörən fəaliyyəti ilə yaratmamışdımı?! Yox, o heç vaxt ötəri, keçici meyillərə 
uymamışdır, vətəninin, xalqının sabahını, gələcəyini düşünmüşdür. Elə buna 
görə, müstəqillik dövründə də, o, ölkəsinin siyasi sükanını məharətlə öz 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə