Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 
30 
 keçirilən mərasimdəki qısa çıxışında Azərbaycan xalqının bir müddət öz dinindən uzaq 
düşməsi səbəbləri, bunun acınacaqlı nəticələri üzərində dayanır və məsələyə, həm də qeyd 
etdiyimiz aspektdən yanaşırdı.  Əlbəttə, Azərbaycan xalqının da, keçmiş SSRİ-nin 
tərkibində yaşayan digər müsəlman xalqlarının da öz dinindən təcrid olunmasının birbaşa 
səbəbkarı sovet siyasi-ideoloji sistemi idi və bu mülahizə Heydər  Əliyevin təhlillərində 
həmişə ön plana cəkilirdi. Lakin həmin hadisəni, ehtimal şəklində olsa da, eyni zamanda, 
Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi düşüncələr müstəvisinə 
çıxardaraq deyirdi: 
 
"Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuşdur. Bu, əlbəttə, bizim üçün 
acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nə də məndən asılı idi. Ola bilər ki, bu Allahın 
işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə 
bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir". 
 
Məsələnin bu şəkildə qoyuluşu dini baxımdan da əsaslı görünür. Məlumdur ki, Qurani-
Kərim Allahın öz bəndələrini müxtəlif vasitələrlə imtahana çəkdiyini dəfələrlə bizə bildirir. 
Məsələn, "əl-Bəqərə" surəsi, 155-157-ci ayələrdə müsibətlə üzləşən Allah bəndələri səbrə 
dəvət edilir, belə olduqda onları  Rəbbi tərəfindən bağışlanması  və  rəhmət gözləyir. 
Düşünmək olar ki, görünür, Azərbaycan müsəlmanları da SSRİ-nin tərkibində (digər 
müsəlmanlar kimi) belə bir sınağa məruz qalmış, lakin Allahın rəğbəti yenidən onların öz 
dininə qayıtmasına fürsət vermişdir. Müxtəlif səbəblər üzündən öz dinindən uzaq düşənlər, 
adətən, böyük müsibət və məhrumiyyətlərlə üzləşir, lakin yenidən haqq yolunu tapıb Allaha 
  
  


 
31 
doğru qayıdarkən onlar həqiqi xoşbəxtlik anlarını yaşayırlar. 
 
Bunu Azərbaycanın timsalında da aydın görmək mümkündür. Müstəqillik dövründə 
yenidən öz dininə qovuşmaq imkanı  əldə etməsi Azərbaycan müsəlmanlarında ruh 
yüksəkliyi, sevinc hissi doğurur. Buna görə  də sovet ideologiyasının anti din və xüsusilə 
anti islam təbliğatından danışarkən Heydər Əliyev, mahiyyətinə dərindən bələd olduğu bu 
tarixçəni adətən dini-mənəvi dəyərlərə qayıdışın zəruriliyini və əhəmiyyətini vurğulamaqla 
tamamlayır. Müdrik və uzaqgörən siyasətçi kimi həmin prosesin indiki tarixi dönəmdə 
Azərbaycan cəmiyyətinin sağlam  əsaslarla yenidən təşəkkülü və inkişafı, milli-mənəvi 
bütövlüyü və onda özünə güvənc psixologiyasının bərpası üçün önəmini müəyyənləşdirir. 
 
Azərbaycan rəhbəri məruzə  və  çıxışlarında öz xalqının doğma dinindən zorla uzaq 
salınarkən keçirdiyi iztirabları daima yada salır. Bunda məqsəd, heç də, insanları 
təsirləndirmək və sarsıtmaq deyildi. Hərçənd ibrətamiz nəticələr üçün emosional-psixoloji 
yaşantıların da əhəmiyyəti az deyil. Ancaq məqsəd daha boyükdür: yaxın keçmişin acı 
həqiqətlərinin xatırlanması, bunların bir daha təkrar olunmasının mümkünsüzlüyünü 
açıqlamaq və şüurlara təlqin etmək naminə idi. Yəqin buna görə də 1-2 oktyabr 1998-ci il 
tarixdə Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı Beynəlxalq 
konfransdakı geniş  çıxışında Heydər  Əliyev sovet hakimyyəti dövründə dinə qarşı 
aparılmış total və fasiləsiz mübarizənin üzərində  ətraflı dayanmağı lazım bilir, həmin 
mübarizənin təkcə bir ölkəyə qarşı yox, nəticə etibarı ilə bütünlüklə  bəşəriyyətə qarşı 
yönəldiyini bəyan edir: 
  
  


 
32 
"Məlumdur ki, biz 70 il kommunist ideologiyası ilə tərbiyələnərək dinimizdən və dinin bizə 
bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşuq. Kommunist ideologiyasının bəşəriyyətə 
vurduğu zərbələrdən  ən böyüyü 70 il ərzində dinə qarşı aparılmış  təbliğat, xüsusən dinin 
qadağan olunması və təhrif edilməsi olmuşdur". 
 
Sovet dövrü təcrübəsinin belə qlobal miqyasda dəyərdəndirilməsi və ümumiləşdirilməsi 
onun dəhşətli nəticələrinin bütün vüsəti və  dərinliyi ilə  dərkinə xidmət edirdi. Belə bir 
qiymətin dünya miqyaslı, nüfuzlu siyasətçi tərəfindən veilməsi isə onun başçılıq etdiyi 
ölkədə bunun hər hansı bir təzahürünün qeyri-mümkünlüyünün təminatı kimi də səslənirdi. 
Heydər Əliyevin öz xalqının taleyində, dövlətinin təşəkkülündə oynadığı böyük rolu nəzərə 
aldıqda isə onun sözlərinin doğurduğu təəssüratı Azərbaycanın bütün sonrakı rəhbərlərinə 
tapşırığı və tövsiyəsi kimi də mənalandırmaq olar. 
 
Burada, yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirik. Sovet hakimiyyətinin dinlə 
amansız və aramsız mücadiləsi, heç şübhəsiz, sosializmin ictimai-ideoloji mahiyyətindən 
doğurdu. Lakin həmin təcrübə belə düşünməyə  əsas verir ki, sovet ideologiyası dini 
nüfuzdan salmaqla öz rəhbərlərini bütləşdirmək üçün yol açmağa çalışırdı. Yəqin, elə buna 
görə  də, sovet hakimiyyəti bu yolda ona mane olacaq ən başlıca qüvvəyə-ilahi dinlərə, 
xüsusilə, İslama qarşı amansız olmuşdur. Çünki İslam dini, Qurani-Kərim yalnız bir Qadir 
Allaha tapınmağı önə  çəkməklə, hər cür bütpərəstlik meyllərini rədd etmişdir.  İslamda 
insan Allahın bəndəsi olaraq təkcə Ona ibadət edir və Ondan yardım diləyir. "əl-Fatihə
surəsi: 5. 
  
  


 
33 
    
Sovet ideologiyası birtərəfdən dini qadağan edirsə, başqa bir tərəfdən onu bütün vasitələrlə 
təhrif etməklə ictimaiyyətin gözündən salmağa çalışırdı. Heydər  Əliyev bu məsələni də 
nəzərdən qaçırmır, sovet ateist təbliğatının acizliyini həm də bu amillə izah edirdi. O, 
Beynəlxalq konfransda sözünə davam edərək bütün səylərinə baxmayaraq, sovet sisteminin 
dini hisslər, islam həqiqətlərinin ucalığı qarşısında duruş  gətirə bilmədiyini qeyd edir, 
həmin sistemin sürətlə çökməsini buna canlı misal çəkir: 
 
"Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub 
olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət və 
heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərir ki, bunu bacara 
bilməzdi". 
 
Təqdirəlayiq bir haldır ki, İslamın mənəvi qüdrəti üzərində heç bir ideologiyanın, heç 
bir hakimiyyətin və heç bir hökmdarın qələbə çala bilməyəcəyini sıravi tarixçi və tədqiqatçı 
deyil, ömrünün əsas hissəsini sovet hakimiyyətinin yüksək pillələrində  sınaqdan keçirən, 
olduqca təcrübəli və müdrik, uzaqgörən bir siyasi xadim deyirdi. Yaşanılan mənalı bir ömür 
qənaəti idi bu sözlər, çox inamla, qətiyyətlə  səslənirdi və bu zaman duyulan məmnunluq 
hissi də olduqca təsirli idi. 
 
Qurani-Kərim haqq din olan İslama qarşı bütün kafirlərin, müşriklərin və münafiqlərin 
həmişə çalışdıqlarını, lakin onların uğursuzluğa düçar olacaqlarını ilahi xəbərdarlıqla bütün 
bədxahlara bildirir. Allahın dininə qarşı olanlar bu nuru söndürməyə çalışsalar da 
bacarmazlar. "ət-Tövbə" surəsinin 32-ci ayəsində 
  
  
 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə