81
məlumat mənim əvvəllər bildiyimi inkar edir, «+» -bu məlumat mənim üçün yenidir, «?» –
bu məsələyə dair əlavə məlumat almaq istərdim).
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə də aparıla bilər. Tədricən
“Öyrəndiklərini tətbiq edin” bölümündə təqdim olunmuş cədvəl tamamlanır.
Bundan sonra məlumatın müzakirəsi təşkil olunur. Müəllim şagirdləri aşağıdakı
nəticəyə yönəldir:
Qurdların zərərli və təhlükəli təsiri:
Parazit qurdların ifrazat məhsulları sahib orqanizm üçün zərərlidir, zəhərlidir və insanın
zəifləməsinə, başağrılarına, işgörmə qabiliyyətinin, yaddaşın zəifləməsinə səbəb olur;
Parazitlər məhv olduqdan sonra da sormaclar və qarmaqcıqlar boşalmadığına
görə or-
qanizmi onlardan təmizləmək çətindir;
Parazitlər insanın iştirakı olmadan da təbii şəraitdə fəaliyyət göstərə bildiyinə görə,
onlardan tamamilə təmizlənmək mümkündür.
Dərsin sonunda şagirdlərlə birlikdə “Parazit qurdlarla mübarizə aparmaq üçün nə
etməli?” adlı siyahı tərtib etmək mümkündür. Məsələn:
Yeməkdən qabaq əlləri, tərəvəzi, meyvəni yumaq.
Açıq mənbələrdən götürülən suyu istifadə etməzdən qabaq mütləq qaynatmaq.
Təbiət qoynunda olanda bitkiləri ağıza almamaq.
Əti suda yaxşı bişirmək və ya qızartmaq, çiy ətin dadına baxmamaq.
Milçəkləri və tarakanları məhv etmək.
Şəhərdə və məktəbdə profilaktik tədbirlər keçirmək.
BİBÖ cədvəlinə müvafiq əlavələr edilir və dərsin motivasiyasındakı sualların cavabı bir
də dəqiqləşdirilir. Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda maraqlı videoma-
teriallar yerləşdirilmişdir.
“Öyrəndiklərinizi tətbiq edin”
(A – 2, 6; B – 1, 3, 4, 5, 7) və “Öyrəndiklərinizi yox-
layın” bölümlərində təqdim olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumi-
ləşdirilməsi və dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan
yaradır.
Qiymətləndirmə meyarları: sadalama,
fərqləndirmə
Elektron resurslar:
http://animals.kharkov.ua/node/420
http://www.youtube.com/watch?v=DGMS94Abgz4
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
İnsanlarda
və hey-
vanlarda qurd xəstə-
liklərinin yaranması
səbəblərini düzgün
göstərmir.
İnsanlarda və hey-
vanlarda qurd xəstə-
liklərinin yaranması
səbəblərinin az
hissəsini sadalayır.
İnsanlarda və hey-
vanlarda qurd xəstə-
liklərinin yaranması
səbəblərinin çox his-
səsini sadalayır.
İnsanlarda və
heyvanlarda qurd
xəstəliklərinin
yaranması səbəblərini
ətraflı sadalayır.
Parazit qurdların in-
san
orqanizmində tö-
rətdiyi xəstəlikləri və
onların əlamətlərini
fərqləndirməkdə
çətinlik çəkir.
Parazit qurdların in-
san
orqanizmində
törətdiyi xəstəlikləri
və onların əla-
mətlərini müəllimin
köməyi ilə fərq-
ləndirir.
Parazit qurdların
insan orqanizmində
törətdiyi xəstəlikləri
və onların
əlamətlərini
qismən fərqləndirir.
Parazit qurdların
insan orqanizmində
törətdiyi xəstəlikləri
və onların
əlamətlərini düzgün
fərqləndirir.
82
Dərs 38 / Mövzu 33
:
HƏLQƏVİ QURDLAR TİPİ
Dərsə başlamazdan əvvəl müəllim ötən dərslərdə keçilmiş mövzuları möhkəmlən-
dirmək və yeni mövzu ilə əlaqə qurmaq üçün şifahi sorğu keçirə bilər. Bu, yastı və sap
qurdları həlqəvi qurdlardan fərqləndirmək üçün çox əhəmiyyətlidir.
Bunun üçün müəllim
Venn diaqramında qurdların oxşar və fərqli əlamətlərini qeyd etməyi təklif edir. Sonra
dərsdə verilmiş mətnin sualı müzakirə olunur. Əldə edilmiş biliklər növbəti mərhələyə
keçid üçün əhəmiyyət daşıyır.
Müəllimin seçimindən asılı olaraq praktik iş hazır preparatlarla və ya müvafiq tablo
əsasında aparıla bilər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.
Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə (şəkil, elektron
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda
müzakirələr” üsulları ilə aparıla bilər. İşin formasından asılı olmayaraq, mətnlə tanışlığı
aşağıdakı plan üzrə aparmaq məqsədəuyğundur:
1. Tipin ümumi xarakteristikası, siniflərə bölünməsi,
hər sinfin əlamətləri, yaşayış
mühiti.
2. Həlqəvi qurdların quruluşu:
а) xarici quruluşu
b) həlqəvi qurdların müxtəlifliyi
c) təbiətdə və insanın həyatında əhəmiyyəti.
Öyrənilən materialın müzakirəsi zamanı istifadə oluna bilən suallar:
Həlqəvi qurdlar digər tiplərin qurdlarından xarici quruluşuna görə nə ilə fərqlənirlər?
Hansı əlamətlərinə görə azqıllı qurdları çoxqıllı qurdlardan fərqləndirmək olar?
Həlqəvi qurdlar harada yaşayır və onların həyat tərzi necədir? və s.
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda müvafiq videomateriallar
yerləşdirilmişdir.
Dərsin sonunda ümumiləşdirici cədvəl tərtib etmək məqsədəuyğundur.
Həlqəvi qurdlar
tipinin ümumi
əlamətləri
Siniflər
Sinfin nümayəndələri
Sinfin əlamətləri
Çoxqıllı qurdlar
Azqıllı qurdlar
Zəlilər
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Həlqəvi qurdların quruluşu və müxtəlifliyi haqqında mülahi-
zələrini şərh edir.
Həlqəvi qurdların sistematik kateqoriyalarını fərqləndirir.