111
Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə (şəkil,
elektron
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda
müzakirələr” üsulları ilə aparıla bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı
suallar əsasında təşkil etmək olar:
Sürünənlər hansı iqlim zonalarında və hansı şəraitdə yaşayır?
Sürünənlər hansı üsulla hərəkət edir? Onların hərəkəti suda-quruda yaşayanların
hərəkətindən nə ilə fərqlənir?
Sürünənlərin dərisinin hansı səciyyəvi xüsusiyyəti var? Suda-quruda yaşayanların
dərisindən nə ilə fərqlənir?
Dəri dartılmırsa, sürünənlərin böyüməsi necə baş verir? Sürünənlərin həzm
sisteminin (qan-damar, tənəffüs və s.) quruluşu necədir? Suda-quruda
yaşayanlardan nə ilə fərqlənir?
Sürünənlərin çoxalması və inkişafı necə gedir? Suda-quruda yaşayanlardan nə ilə
fərqlənir?
Regenerasiya nədir?
Görülən işin nəticələri ümumiləşdirilmiş cədvəldə qeyd olunur:
Sistematik qrupun adı
Yaşayış mühiti
Bədənin forması və hissələri
Dəri
Hərəkət orqanları (ətraflar)
Skelet
Əzələlər
Həzm
sistemi
Tənəffüs sistemi
Qan-damar sistemi
İfrazat sistemi
Sinir sistemi
Hiss orqanları
Çoxalması və inkişafı
Səciyyəvi xüsusiyyətləri Məsələn, c
aynaqların olması, quruda yaşamaları və s.
Nümayəndələri
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda dərs üçün faydalı materiallar
yerləşdirilmişdir.
“Öyrəndiklərinizi tətbiq edin”. Şagirdlər dərsdə mənimsənilən və cədvəldə qeyd
olunan məlumatlardan faydalanaraq suda-quruda yaşayanlar və sürünənlər üçün səciyyəvi və
ümumi əlamətləri seçirlər.
“Öyrəndiklərinizi yoxlayın”. Yerinə yetirilən tapşırıqların növbəti dərsdə müzakirəsi
tövsiyə olunur.
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Sürünənlərin
quruluşu haqqında
mülahizələrini yalnız
müəllimin köməyi
ilə şərh edir.
Sürünənlərin
quruluşu haqqında
mülahizələrini
çətinliklə şərh edir.
Sürünənlərin
quruluşu haqqında
mülahizələrini şərh
edərkən kiçik qeyri-
dəqiqliyə yol verir.
Sürünənlərin
quruluşu haqqında
mülahizələrini geniş
şərh edir.
112
Elektron resurslar:
http://tana.ucoz.ru/load/318
http://tana.ucoz.ru/load/183
http://www.youtube.com/watch?v=UNFpdi0rgGk
http://biolgra.ucoz.ru/index/presmykajushhiesja/0-56
http://biolgra.ucoz.ru/index/presmykajushhiesja/0-287
Dərs 55/ Mövzu 47
:
SÜRÜNƏNLƏRİN MÜXTƏLİFLİYİ VƏ
ƏHƏMİYYƏTİ
Dərsin əvvəlində verilmiş mətn və sual ətrafında müzakirə təşkil etmək
məqsədəuyğundur. Bu zaman BİBÖ üsulundan istifadə etməklə şagirdlərin əvvəlki
biliklərini aşkarlamaq və sürünənlər haqqında öyrənmək istədikləri sualları
müəyyənləşdirmək olar. Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıl-
dığı qeyd oluna bilər.
Praktik iş şəkillər əsasında aparılır. Keçən dərsdə artıq müəyyən olunmuş
xüsusiyyətlər xatırlanır,
yeniləri əlavə olunur (Timsahın dördkameralı ürəyi,
ilanlarda ayaqların olmaması, tısbağaların çanağı və s.) .
Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə (şəkil, elektron
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək
olar. Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik
qruplarda müzakirələr” üsulları ilə aparıla bilər.
Suda-quruda
yaşayanlarda və
sürünənlərdə gedən
həyati
prosesləri
müəllimin köməyi
ilə fərqləndirir.
Suda-quruda
yaşayanlarda və
sürünənlərdə gedən
həyati prosesləri
çətinliklə
fərqləndirir.
Suda-quruda
yaşayanlarda və
sürünənlərdə gedən
həyati prosesləri
qismən fərqləndirir.
Suda-quruda
yaşayanlarda və
sürünənlərdə gedən
həyati prosesləri
düzgün fərqləndirir.
Alt
STANDARTLAR
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr
əsasında mülahizələrini şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Sürünənlərin dəstələrinə aid heyvanları fərqləndirir.
Yerli şəraitdə sürünənlərin qorunmasına dair müşahidələr
əsasında mülahizələrini şərh edir.
113
Formadan və üsuldan asılı olmayaraq, müəllimin aşağıdakı məsələlərə xüsusi
diqqət yetirməsi tövsiyə olunur:
Müasir sürünənlərin müxtəlifliyi, əsas dəstələri;
Kərtənkələlər və ilanlar pulcuqlular
dəstəsinə aiddir, bədənin forması,
qidalanma üsulu, hərəkətinə görə fərqlər. Pulcuqluların təbiətdə
əhəmiyyəti;
Tısbağalar, quruluş xüsusiyyətləri, suda və quruda yaşayan formaların
mühitə uyğunlaşmaları;
Timsahlar, daxili quruluşunun xüsusiyyətləri, su mühitinə uyğunlaşma
əlamətləri;
Müasir sürünənlərin təbiətdə və insanın həyatında əhəmiyyəti;
“Qırmızı kitab”a düşən sürünənlərin adı (dəftərdə qeyd olunur).
Tədqiqat zamanı ümumiləşdirici cədvəl tərtib etmək mümkündür.
Əlamətlər Pulcuqlular Tısbağalar Timsahlar
Yaşayış mühiti
Bədən
örtüyü
Ətrafların tipi
Qidalanma üsulu
Ürəyinin quruluşu
Əhəmiyyəti
Qədim sürünənlər haqqında məlumat şəkil, video və digər əyani vəsaitlərin
nümayişi ilə müşayiət olunur.
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda
müvafiq elektron materiallar yerləşdirilmişdir.
“Öyrəndiklərinizi tətbiq edin”, “Öyrəndiklərinizi yoxlayın” bölümlərdəki tapşı-
rıqlarda dərsdə mənimsənilən
biliklər ümumiləşdirilir, nəzərdə tutulan bacarıqlar
formalaşır.
Qiymətləndirmə meyarları: fərqləndirmə, şərhetmə
Elektron resurslar:
http://www.youtube.com/watch?v=H_hkW0szn_4
http://www.youtube.com/user/DiscoveryDinosaurs
http://www.youtube.com/watch?v=cubdagTiRHE
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Sürünənlərin dəstə-
lərinə aid heyvanları
fərqləndirməkdə
çətinlik çəkir.
Sürünənlərin dəstə-
lərinə aid heyvanları
müəllimin köməyi ilə
fərqləndirir.
Sürünənlərin
dəstələrinə aid
heyvanları
qismən
fərqləndirir.
Sürünənlərin
dəstələrinə aid
heyvanları düzgün
fərqləndirir.
Yerli şəraitdə
sürünənlərin
qorunmasına dair
müşahidələr əsasında
mülahizələrini
çətinliklə şərh edir.
Yerli şəraitdə
sürünənlərin
qorunmasına dair
müşahidələr əsasında
mülahizələrini
qismən şərh edir.
Yerli şəraitdə
sürünənlərin
qorunmasına dair
müşahidələr əsasında
mülahizələrini,
əsasən, şərh edir.
Yerli şəraitdə
sürünənlərin
qorunmasına dair
müşahidələr əsasında
mülahizələrini şərh
edir.