Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

 
58
Dərs 24 / Mövzu 22:
 GÖBƏLƏKLƏR  ALƏMİ. PAPAQLI 
                                  GÖBƏLƏKLƏR 
 
 
 Mətnlə tanış olduqdan sonra  müəllim BİBÖ cədvəlindən istifadə edərkən göbə-
ləklər haqqında  şagirdlərin biliklərini üzə  çıxarır.  Şagirdləri fəallaşdırmaq üçün  müxtəlif 
suallarla müraciət edilə bilər. Məsələn:   

 
Göbələklər hansı sistematik kateqoriyada birləşir?  

 
Niyə göbələkləri ayrı aləmə ayırırlar?   

 
Göbələkləri hansı elm sahəsi öyrənir? 

 
Göbələklərin digər canlılarla oxşarlığı və fərqi nədədir?  

 
Hansı göbələkləri saprofit (parazit) adlandırırlar? 

 
Göbələklər necə çoxalır? Və s.
 
 
Sonra  şagirdlər göbələklər haqqında dərslikdəki ilkin məlumatla tanış olurlar. Əldə 
edilmiş biliklər növbəti mərhələyə keçidi təmin edir. 
 Praktik  işi  şagirdlər hər hansı  təzə göbələk (məs.,  şampinyon) üzərində aparırlar. 
Alınan nəticələr bütün şagirdlərlə müzakirə olunur, fikir mübadiləsi gedir, əlavələr və 
düzəlişlər edilir.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert” üsulu ilə aparıla bilər. Mətni şagird-
lər müstəqil, yaxud cütlər formasında oxuyub onun kənarında yerləşdirilmiş  ağ kağız 
zolağında müvafiq işarələr yazırlar (“” – bu məlumat mənə tanış idi,   “–“ bu məlumat 
mənim əvvəllər bildiyimi inkar edir, “+” bu məlumat mənim üçün yenidir, “?” bu məsələyə 
dair əlavə məlumat almaq istərdim).
 
Bundan sonra məlumatın müzakirəsi təşkil olunur. Müzakirə aşağıdakı suallara əsaslana 
bilər:  

 
Borucuqlu və lövhəcikli (yeməli və  zəhərli) göbələklərin oxşarlığı  və  fərqi nə-
dədir? 

 
Göbələklər necə qidalanır (çoxalır)? 

 
Göbələyin meyvə cismi nədən ibarətdir? 

 
Papaqlı göbələk hansı quruluşa malikdir? 
BİBÖ cədvəlinə əlavələr edilir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Göbələklərin quruluşu və müxtəlifliyi haqqında mülahizələrini 
şərh edir. 

 
Göbələklərin qidalanma, çoxalma proseslərini digər canlılarda 
gedən uyğun proseslərdən fərqləndirir. 
 
 


 
 
59
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus dilində müvafiq elektron 
materiallar yerləşdirilmişdir. 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıqda öyrənilmiş 
məlumatdan istifadə edərkən şagirdlər düzgün variantı seçirlər.  
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  şagirdlər göbələklərin adları  və daxil olduqları 
qrurlarla əlaqələndirirlər. İkinci tapşırıqda şagirdlər yaşadıqları ərazidə  rast gəlinən yeməli 
göbələklərin  şəkillərini çəkməli, adlarını yazmalıdırlar.  Şəhərlərdə yerləşən məktəblərin 
şagirdləri üçün müəllim tapşırığı  dəyişə bilər. Məsələn, “Yeməli (zəhərli) göbələklər 
haqqında qısa təqdimat hazırlayın”.   
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
 
Elektron resurslar: 
http://biology-online.ru/uroki/media/griby-5-6klass/gryby_stroenie.SWF 
http://video.yandex.ru/users/4611686020518745906/view/48524357/ 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Göbələklərin quru-
luşu və müxtəlifliyi 
haqqında mülahizə-
lərini qeyri-dəqiq 
şərh edir.  
Göbələklərin 
quruluşu və müx-
təlifliyi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir. 
Göbələklərin 
quruluşu və 
müxtəlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Göbələklərin 
quruluşu və 
müxtəlifliyi haqqında 
mülahizələrini geniş 
şərh edir. 
 
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini yalnız 
müəllimin köməyi ilə 
fərqləndirir. 
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini  
çətinliklə  
fərqləndirir.  
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini, əsasən, 
düzgün fərqləndirir.  
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini düzgün 
fərqləndirir. 


 
60
Dərs 25 / Mövzu 23:
 GÖBƏLƏKLƏRİN MÜXTƏLİFLİYİ 
 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə  dərslikdəki mətni müzakirə 
edə, bunun üçün istiqamətverici suallar verə bilər:  

 
Göbələklər necə qidalanır? 

 
Niyə göbələklərdə fotosintez prosesi mümkün deyil? 

 
Saprofit nə deməkdir? 

 
Göbələklər necə çoxalır? 

 
Sporlar harada əmələ gəlir? Və s. 
Bu müzakirələr növbəti mərhələyə keçməyə yardım edir.  
 Laboratoriya  işi kifli çörək parçası üzərində aparılır.  İşə hazırlığı müəllim aparır. 
Bunun üçün 3-4 gün əvvəlcədən nəm çörək parçası isti (20-25
0
C) və qapalı (məs., polietilen 
paketdə) yerdə saxlanılır. Mikroskop altında sporlara baxmaq üçün isə kif göbələyi bir həftə 
yetişməlidir. Mitseliyə 60, sporangilərə isə 300 dəfə böyütmə  dərəcəsində baxmaq olar.
 
Alınan nəticələr bütün şagirdlərlə suallar əsasında müzakirə olunur, fikir mübadiləsi gedir, 
əlavələr və düzəlişlər edilir. Məsələn: “Mukor göbələyinin mitselisi nə rəngdədir?”,  “Niyə 
bu göbələk  ərzaq məhsullarının üzərində  əmələ  gəlir?”, “Mukorun çoxalması necə baş 
verir?” və s.  
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
А) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur.  
Fasilələr zamanı müəllim şagirdlərə qabaqcadan hazırlanmış müxtəlif suallar verir.  
B) Mətnlə tanışlıq kiçik qruplarda, cütlərdə, yaxud müstəqil də aparıla bilər. Hər qrupa 
abzaslara bölünmüş  mətn verilir (mətn,  şəkillər müəllim tərəfindən də hazırlana bilər). 
Materialı öyrəndikcə “Öyrəndiklərinizi tətbiq edin”  bölməsində verilmiş  cədvəl tədricən 
doldurulur. 
 
Alt 
STANDARTLAR 
1.1.2. Canlılar haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya ava-
danlıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
 Kif, maya və parazit göbələklərinin müxtəlifliyi haqqında 
mülahizələrini şərh edir.  

 
Kif göbələklərinin quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə