11
logiya elmləri doktoru Baba Babayevin söz sənətimiz, klas-
siklərimiz, onların bədii fikir, düşüncə məşəlini sönməyə qoy-
mayan, alovunu daha da gurlaşdıran müasirlərimiz haqqında
qənaətlərini əks etdirir. Əminik ki, tədqiqatçının öz yazıları ilə
yanaşı, müasir ədəbiyyatşünaslığımızın tanınmış simalarının - həm-
karlarının rəyləri də diqqətli oxucuda iddiasız, təvazökar, zəh-
mətkeş bir ziyalı, alim olan müəllifin, şəxsiyyəti, elmi yaradıcılığı
haqqında dolğun təsəvvür yaradacaqdır.
Bilal Həsənli,
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, əməkdar müəllim
12
Klassik və müasir ədəbiyyata dair tədqiqlər
Folklor nümunələrində satira və gülüş
Folklorun ən qədim nümunələri olan atalar sözü və məsəllərdən
gələn gülüş satirik ruhu ilə maraq doğurur. Atalar sözü və məsəllərə
həd qoymaq, dövrləşdirmək olmaz. Bunlar zaman-zaman bütün
dövrlərdə - ictimai quruluşlarda yarana-yarana formalaşıb, günü-
müzə qədər gəlib çıxmışdır.
Varlıların və onlara nökərçilik edənlərin şəxsində tipik azara
çevrilmiş ictimai bəlanın xalq kütləsi tərəfindən ifşa olunması,
satirik atalar sözü və məsəllərin məzmununu mənalandırmışdır.
Məsələn, “Ağanın malı gedər, muzdurun canı”, “Ağanın quş götü-
rəni” satirik ruhlu məsələlərlə dərin kinayəni ilk anda təyin etmək
çətindir. İctimai mübarizə mövzusunda olan belə nümunələr çoxdur
və bir neçə qismə bölünür. “İlanın ağına da lənət, qarasına da”,
“Mən bəylərlə pilov yemirəm ki, bığım yağa batar”, “Qamış bizim
yerdə bitər, tütəyi özgə çalar”, “Üç kimsənin əlinə düşmə: molla,
seyid, dərviş”, “Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan haca
getməyə”. Burada xalq istismarçı ağaları, din nümayəndələrini ələ
salıb gülüş hədəfinə çevirir. İkinci də özünü, öz düşdüyü vəziyyəti
məzəmmətliyir: “Seyid cəddinə ümid olar, sən kimə ümidlisən”,
“Kimi qazanar, kimi də yeyər”, “İtdən çox çarıq oğurlayan yoxdur,
ayağı yalındır ki, yalın” və s. digər satirik atalar sözü və məsəllərdə
istismarçıların mənəviyyatsızlığı, iç çürüklüyü, yaramazlıqları,
gülüş hədəfidir: “Peyğəmbər əvvəlcə öz canına, sonra ümmətinə
dua edib”, “Yumurtadan yun qırxır”, “Pendiri bankaya yığıb baxıb
çörək yeyir”, “Gözə görünməyən oğru xandan, bəydən doğrudur”,
“Qoduq hürkəndə anasından qabaq düşər” kimi atalar sözlərində isə
istismarçıların naxələf, nanəcib, arsız, tənbəl, avara, ədalı, iddialı,
lovğa, təşəxxüslü və s. xasiyyətləri, bəd əməlləri lağa qoyulur:
“Halva-halva deməklə ağız şirin olmaz”, “Meşədə armudun
yaxşısını ayı yeyər”, “Tənbəl dedi: ver yeyim, ört yatım, gözlə
canım çıxmasın”, “İşi allaha qalıb”, “Dədəsi kimi hazırın-naziridir”,
13
“Yağ yeyib, yaxada gəzir”, “Əkəndə yox, biçəndə yox, yeyəndə
ortaq qardaş”. Bir qisim bu tipli nümunələrin əsas ifşa və gülüş
hədəfi saqqallı, başı çalmalı yalançı dindarlardır. Burada çox vaxt
molla, qazi, seyid, dərviş, mərsiyəxan, yalançı, tamahkar, əxlaqsız
fırıldaqçı kimi təqdim olunurlar. Mollalar haqqında nəinki atalar
sözü və məsəllərdə, sonralar poeziya və nəsr əsərlərində də yüzlərlə
nümunəyə rast gəlmək olur: “Molla aşı gördü, Quranı yaddan
çıxartdı”, “Molla sədəqə verməz”, “Mollanın ovucu həmişə gicişir”,
“Mollanı məsciddə, sərxoşu meyxanada taparsan”, “Mollanın cibi
dərin olar”, “Mollanın bağrı onda çatlar ki, iki yerə ehsana
çağırarlar”, “Molladan adam olmaz, palıddan badam”, “Mollaya al
de, ver demə”, “Molla evindən aş, kor gözündən yaş çıxmaz”,
“Molla duru suda qaymaq yığar” və s. Gətirdiyimiz nümunələrdə və
ya başqa satirik atalar sözü və məsəllərdə yerinə düşən təşbeh və
müqayisələrlə insanın mənfi sifətləri açılır və beləliklə, gülüş
hədəfinə çevrilən obraz yaradılır. Ümumən, Azərbaycan xalq
ədəbiyyatında mollanın parlaq satirik obrazı qədər, başqa satirik
obraz yaranmamışdır. Ədəbiyyat tarixindən bizə məlumdur ki, xalq
təmsillərində hər bir heyvanın müəyyən xarakterik sifəti – tülkü
hiyləgərliyi, eşşək qanmazlığı, canavar yırtıcı-vəhşiliyi, çaqqal
oğurluğu, xoruz boşboğazlığı və təkəbbürlüyü bildirir və s. Bir
nüansı vurğulayaq ki, var-dövlətə, pula hərislik hakimlərin,
ağaların, din nümayəndələrinin spesifik cəhəti kimi bütün xalqların
folklorunda – şifahi xalq ədəbiyyatında öz əksini tapmış, satirik
hədəfə çevrilmişdir.
Bir qisim bu tipli atalar sözü və məsəllərdə gülüşün mahiyyəti
dəyişir. Yəni insanın çatışmayan cəhətləri, nöqsanları: yaltaqlığı,
xəsisliyi, acgözlüyü, lovğalığı, tənbəlliyi buraya daxildir. Bir çox
nümunələrdə gülüş islahedicidir. Və buna görə də yumora,
istehzaya daha çox üstünlük verilir: məsələn: “Xəsisdən qışda buz
almaq olmaz”, “Xəsisə zəhər verərsən, pulsuzdu deyə içər”,
“Xəsisdən alınan yumurtanın sarısı olmaz”, “Yalan cücərər, amma
bitməz”, “Yalanla pilov bişsə dəniz qədər yağı məndən”, “Yalançı
kimdir? Hər eşitdiyini danışan”, “Qırxında öyrənən gorunda çalar”,
“Pir mənimdir, kəramətinə bələdəm”, “Öküzü durğuzub altında
buzov axtarır”, “Ağası gülüm olanın, başına külüm olar” və s. Xalq
14
gülüşündə yuxarıda danışdığımız atalar sözü və məsəllərdə
məsxərə, kinayə cox güclüdür. “Nadan əlindən su içmə”, “Pişik
arxasını yerə vurmaz”, “İt əl çəkdi, motal əl çəkmədi”, “İlan
qırxan”, “Vəziri qarğa olanın ağzı zibillik olar”, “Aşpazı çox olan
yeməyin dadı olmaz”, “Süpürgəçisi çox olan ev təmiz olmaz” və s.
kimi atalar sözü və məsəllərdə gülüş həm də islahedicidir.
Ədəbiyyatşünaslarımız satirik atalar sözü və məsəlləri məzmu-
nuna görə iki qismə ayırmışlar. Prinsip etibarı ilə bu bölgünü
məntiqi cəhətdən əsaslandırılmış saymaq olar.
Birinci növdə əməkçi xalqın müsbət idealı, onun qüdrəti,
zəngin mənəviyyatı, fırıldaqçı istismarçılara nifrəti və istehzası, alın
təri ilə çörək qazanmağa inamı, zəkası, ağıl və düşüncəsi və s.
müsbət xarakterik xüsusiyyəti öz əksini tapır: “Molla ilə durub
oturan axırda mürdəşir olar”, “Əkəndə yox, biçəndə yox, yeyəndə
ortaq qardaş”, “Eşşək olasan, tükün məxmər olar” və s.
İkinci növ satirik atalar sözü və məsəllər əməkçilərin
düşüncəsinin məhsulu olmayıb, varlıların düzüb-qoşduğu əməkçi-
lərə istehzanın, kinayənin ana-bacılara alçaq münasibətin ifadəsidir:
“Analının özü böyüyər, yetimin sözü”, “Kasıba oğul olunca,
dövlətliyə qul ol”, “Yetimin üzündə həya olmaz” və s. Əzabkeş,
müti və fəqir xalq əsas irticaçılara – düşmənlərinə, bir də onlara
yaltaqlıq edənlərə, ən nəhayəti maskalanmış, batini ilə zahiri bir
olmayan saqqallılara görə üzlərindəki həyaları bilinməyən, gözü
ömrü boyu onun-bunun cibində olan, bayquş kimi xarabalıqları
sevən – gecə-gündüz ölü yolu gözləyən din nümayaəndələrinə nif-
rətini istehza və gülüşlə bildirmişlər. Bu cür atalar sözü və
məsəllərin gücü həm də onların ümumi həyat təcrübəsinin dəfələrlə
sınaqdan çıxmış nəticəsinin dolğun ifadəsindədir.
Məsələn, “Verərsən adındır, yeyərsən dadındır, yerdə qalan
yadındır”, “Verdin şor, etdim kor, verərsən aş, edərəm baş”,
“Verdim yağ, etdim dağ”, “Qəlp mal yiyəsinə qayıdar”, “Mən
deyirəm xədiməm, o, soruşur oğul-uşaqdan nəyin var” və s. Xalq
gülüşündə satirik atalar sözü və məsəllərin bir qrupu da ailə-məişət
münaqişələrinə, konfliktlərə həsr olunmuşdur. Ailədə qayınana-
gəlin, baldız-gəlin, ər-arvad, ana-qız, ata-oğul, qohum-qonşu müna-
sibətlərindəki etikaya sığmayan məsələlər sözügedən mövzuların
Dostları ilə paylaş: |