24
A.Bakıxanov həm də ədəbiyyatımızda təmsil yazan şair kimi
tanınır. O, şərq abidələrini, xüsusilə “Kəlilə və Dimnə”ni oxu-
muşdu. İ.Krılovun təmsillərini bilirdi. Onu İ.Krılov təmsillərindəki
“zəngin yumor, satira, demokratik ruh” maraqlandırmışdır. Ondan
tərcümə də etmişdi.
Şairin türk və fars dillərində yazdığı bəzi əsərlərində, xüsusilə
“Təbriz əhlinə xitab” şeirində də tənqid satirik səciyyəlidir. Burada
İran tabeliyində olan Güney Azərbaycanın ictimai geriliyi, cəhalət
və avamlıq tənqid atəşinə tutulur, xalqı bu günə salanlar lənətlənir.
Bir beytdə deyilir:
Axund ilə xana hər tənə eyləsən yaraşar,
Bu müftəxorların əndişəsi şərarətdir.
XIX əsr Azərbaycan ədəbiyyatında satira M.F.Axundova qədər
sözün həqiqi mənasında Q.Zakir poeziyasında öz əksini tapır. Bu
satira Q.Zakir poeziyasında ifadə olunsa da, şübhəsiz ki, o dövrkü
ədəbiyyata, elə realist satirik nəsrinə də təsirsiz qalmamışdır.
F.Qasımzadə, K.Məmmədov və başqa nüfuzlu alimlər Zakir sati-
rasından, onun tənqid hədəflərindən və gücündən söhbət açmışlar.
Lirik poeziyada Vaqif ənənələrini real həyata yaxınlaşdıran Q.Zakir
satira yönündə bütün sələflərini keçmişdir. Onu satiraya, ifşaya
gətirən XIX əsrin əvvəlləri kimi mürəkkəb bir dövr ictimai-siyasi
məngənədə boğulan Azərbaycan reallığı, cəmiyyətin, xalqın ictimai
geriliyi, əxlaqi-mənəvi sıxıntılar, elm, məktəb və maarifin yoxluğu
kimi mühüm problemlər idi. Odur ki, Q.Zakir satirasında həm həcv,
həm də ifşa, kinayə və istehza güclü idi. Onun həcvlərində də satirik
ruh hakim idi. Şairin aşağıdakı beytində satira açıqca ünvana
yönəlir:
Yalanı kürsüyə mindirir qəni,
Ac eyləyə bilməz doğrunu isbat
Burada həm zalımlara nifrət, həm də məzlumlara vətəndaş şair
yanğısı duyulur. M.Ş.Vazeh isə bir bənddə zəmanədən şikayətini
belə ifadə edirdi:
25
Şikayətmi edim, gülümmü, bilməm,
Dünyanın yarısı dərrakədən kəm.
Q. Zakirin satirası özündən əvvəlkilərdən mübariz ruhu,
barışmazlığı, dil sadəliyi ilə seçilir. Burada mənalı gülüş, istehza,
kinayə güclüdür. İctimai mövzulu əsərlərində bunlar daha tutarlıdır.
F.Köçərli şairin yaradıcılığındakı yeniliyi keçən yüzilin ilk illərində
görmüş və onu “yeni bir meyil” kimi qiymətləndirmişdir. Ə.Mirəh-
mədov isə Zakiri “satirik cərəyanı qüvvətləndirən”, “formalaşdıran”
sənətkarlardan sayır. Bu da onun satira yönündə M.F.Axundova
yaxınlaşması, satirik əsərlər yazan şairlərə nümunə olması
deməkdir. Mirzə Baxış Nadimi, Baba bəy Şakiri, Kazım ağa Saliki
öz “Ustadı” adlandıran Zakir çoxlarının satirik şeirlər yazmasına
səbəb olmuşdur. Qarabağda, Bakıda, Gəncədə, Şirvanda və başqa
bölgələrdə də həcv, satirik şeirlər yazan şairlər yetişmişdir. Satira
Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubları olan
S.Ə.Nəbatinin, Abdulla Cani oğlunun, Mirzə Baxış Nadimin,
Şirvanlı Əhmədin, Kazım ağa Salikin, Bala Sadığın, Baba bəy
Şakirin və başqalarının əsərlərində müəyyən yer tutdu. Onlar
cəmiyyətdəki ictimai bəlaların mahiyyətini bilməsələr də, yaşa-
dıqları cəmiyyətdəki çatızmazlıqlara, neqativ hallara bu və ya digər
dərəcədə münasibət bildirmişlər. Bunu Q.Zakirin yaradıcılığında
daha geniş və aydın görürük.
“Baba bəy Şakir, Q.Zakir, A.Canı oğlu, M.Miskin, M.Nadim
kimi sənətkarların yaradıcılığı Azərbaycan şeirində yeni bir ədəbi
cərəyanın meydana gəlməsini göstərirdi. Bu cərəyanın tənqid
obyektində şairləri narazı salan məsələlər çox idi. Lakin onlar
əməkçi xalqın həyatı, ağır güzəranı ilə hər şeydən artıq maraq-
lanırdılar... Hakim siniflərin tənqidi çarizmin qayda-qanunlarına,
yerli feodalların özbaşınalığına qarşı etiraz, habelə ayrı-ayrı
yaramaz sosial tiplərin ifşası satirik şeirin başlıca motivləri idi.
M.F.Axundovun ədəbi mühitə gəlməsi, maarifçiliyi, realizmi və
satiranı yeni inkişaf səviyyəsinə qaldırması klassik ədəbiyyatdan
gələn, Zakir sənəti ilə formalaşmağa başlayan satiraya, satirik
ədəbiyyatın inkişafına yeni istiqamət verdi. Onun ənənələrini
S.Ə.Şirvani, H.Zərdabi kimi maarifçi sənətkarlar, ziyalılar davam
26
etdirdi.
XIX əsrin ortalarına doğru Azərbaycanda ictimai-siyasi durum,
müstəmləkəçilik zülmü artdıqca, ictimai münasibətlər kəskinləş-
dikcə satiraya ehtiyac çoxalırdı. İlk maarifçilərin, xüsusilə
Q.Zakirin səyi ilə satira təşəkkülə başlasa da, hələ də janrlarda
yalnız motivlər şəklində idi. Realizm ədəbi cərəyanını cana gətirən,
həyata bağlayan M.F.Axundov, xalqın tərəqqisində satiranın,
gülüşün roluna böyük önəm verirdi. Onun sənət aləminə gəlməsi,
ədəbiyyatın da canlanmasına səbəb oldu. Cəhalət aləminin
kütləşdirdiyi şüurları oyatmaq, hərəkətə gətirmək üçün moizə və
nəsihət artıq kara gəlmir; şirin qəflət yuxusuna qalanları oyatmaq,
onlara gülmək, onları güldürmək lazımdır ki, bir daha yuxuya
getməsinlər. Odur ki, ədib yazırdı: “pis və çirkin adərtləri insanın
təbiətindən istehza və masqaradan başqa heç bir şey qoparıb çıxara
bilməz”. M.F.Axundov “tənqid”, “istehza və masqara” deyəndə elə
satiranı nəzərdə tuturdu. Tənqid cəmiyyətdəki ziddiyyətləri və onun
islahını göstərməkdə gülüşə, satiraya böyük üstünlük verirdi.
Ədəbiyyatımızda satiranın inkişafı və əsas prinsiplərini müəyyən-
ləşdirən və istiqamətləndirən, onu realizmin tərkib hissəsi kimi
qiymətləndirən M.F.Axundov olmuşdur. Ədib bu sahədə əməli
nümunə göstərmiş, “Hekayəti-İbrahimxəlil Kimyagər”, “Hekayəti-
müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah”, “Sərgüzəti-
vəziri-xani Lənkaran”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-
mərdi-xəsis – Hacı Qara” və “Mürafiə vəkillərinin hekayəti” adlı
altı komediyanı bu məqsədlə qələmə almışdır. “Çünki komediyanın
qəhrəmanı və əsas xarakterləri tənqid hədəfi kimi götürülür.
Komediyanın əsasını acı gülüş təşkil edir ki, bu tənqid üsullarından
da qüvvətlidir”. Bu komediyalar həyati, təbii olduqları qədər də
sadədir. Acı gülüş, yumor bu sadə, tipik həyat hadisələrindən, bir-
birinə əks insanların barışmaz, “masqaraya”, gülüş hədəfinə çev-
rilən münasibətlərindən yaranır. Hacı Qara obrazının ifşası ilə
əsərdəki tip satira zirvəsinə çatır. Bütövlükdə ədibin bütün
komediyaları üçün xas olan keyfiyyət xalq gülüşü və yumorudur.
Janrından asılı olmayaraq müxtəlif əsərlərdə bu və digər
dərəcədə satira və yumor, gülüş ola bilər. Ona görə ədəbiyyatda
satirik şeir, satirik nəsr, satirik dramaturgiya və s. də işlənir. XIX
Dostları ilə paylaş: |