27
əsr Azərbaycan satirası isə əsasən, Zakir, S.Əzim şeirində,
M.F.Axundov komediya və nəsrində daha qabarıqdır. Bu cür əsərlər
həm də satirik nəsrin, nəsrdə satiranın təşəkkülü və inkişafı yolunda
ayrıca əhəmiyyət daşıyır. Ona görə biz janrdan asılı olmayaraq
ədəbiyyatımızda satirik əsərlərə də nəzər salırıq.
Basqa sahələrdə olduğu kimi, M.F.Axundov realist satirik nəs-
rin də yaradıcısıdır. 1850-1855-ci illər arasında yazdığı komedi-
yalardan sonra M.F.Axundov yaradıcılığında yeni bir janra müraciət
etdi. 1857-ci ildə “Aldanmış kəvakib və ya “Hekayəti-Yusif şah”
povestini yazaraq Azərbaycan ədəbiyyatı tarixində yeni realist
satirik nəsrin bünövrəsini qoydu. Azərbaycan xalqının müqəd-
dəratını həll etməkdə ilk addım ədəbiyyatımızın və xalqımızın yeni
epoxası M.F.Axundovun adı ilə bağlandı, möhürlə təsdiqləndi.
Firudin bəy Köçərli 1911-ci ildə qələmə aldığı “Mirzə Fətəli
Axundov” adlı məqaləsində yazırdı: “Bu komediyalardan əlavə
Mirzə Fətəli Axundov tarixi – islamiyyənin 1273-cü sənətindəki,
tarixi məsihiyyətin 1857-ci ilinə mütabiddir. “Aldanmış kəvakib” və
yaxud “Hekayəti – Yusif şah” adına qəribə bir hekayət yazıbdır. Bu
hekayətin Vüqui Səfəviyyə padşahlarından Şah Abbasın zamanı –
səltənətinə təsadüf eləyir. Bu təəccüblü əhvalatın həqiqətdə İrani-
zəmində vaqe olub-olmamasına söz verə bilmərik. Amma yəqinən
təsdiq edə bilərik ki, bu qisim əhvalat orada baş verə bilər.
“Aldanmış kəvakib” də mərhum Mirzə Fətəlinin ümdə mətləbi İran
vəzirlərinin sırf avamlığını və öz ailə məsələlərinə əsla layiq
olmadıqlarını göstərmək imiş ki, insafən bu mətləbi müsənnifi –
mərhum böyük məharət və ustalıq ilə bəyan edir”.
28
Realist nəsrdə M.F.Axundov ənənələri
M.F.Axundovun ədəbi, elmi, estetik prinsipləri, ədəbiyyat,
onun janrları, realizm, satira və gülüş haqqındakı görüşləri XIX
əsrin sonu, XX əsrin əvvəllərində də davam edirdi. Bunu dra-
maturgiya və satirik nəsrin inkişafında daha aydın görmək olar.
M.F.Axundovun realist satirik nəsr ənənəsindən faydalanan
C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Talıbov, Z.Marağalı və
başqa yazıçılar elə XIX əsrin sonlarından ədəbiyyata gəlməklə
böyük sənətkarın satirik, yumoristik nəsr ənənələrini mənimsəyərək,
çeşidli bədii nümunələr yaratmışlar.
C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsəri
XIX əsrin ikinci yarısı nəsr tariximizdə xüsusi yer tutur. “Aldanmış
kəvakib” povestindən sonra milli nəsrimizin yeni uğurları, bizcə, bu
əsərlə, əsərin ədəbi ənənəyə çevrilən orijinal poetika xüsusiyyətləri
ilə bağlıdır”
1
. C.Məmmədquluzadənin M.F.Axundovun irsinə və ilk
növbədə onun realizminə münasibəti yaradıcı münasibət olmuşdur.
XIX əsrin ikinci yarısı Azərbaycan xalqının zəhmətkeş təbəqəsinin
acınacaqlı vəziyyətini, əzab-əziyyət içində keçən güzəranını, bütün
həyat tərzini dərindən bilən, görən, müşahidə edən, hadisələrin
içində olan yazıçılardan biri də C.Məmmədquluzadə olmuşdur.
C.Məmmədquluzadə ilk nəsr əsəri olan “Danabaş kəndinin
əhvalatları” ilə bu ictimai ədalətsizliyə, zorakılığa qarşı çıxdı.
Azərbaycan kəndinin feodalizm dövründəki tarixi mənzərəsi şəffaf
ayna kimi bu əsərdə əks olunmuşdur. İlkin əsərlərindən zamanın
qabaqcıl ideyaları mövqeyində durmaq yazıçının əsərlərinin əsas
qayəsi idi. Onun əsərlərinin realizm ənənələrindən danışarkən bir
cəhətə də xüsusi diqqət yetirmək vacibdir. Bu ədibin əsərlərində
lirik ricətlərlə real hadisələrin vəhdətidir. Realist yazıçı olaraq o,
həyata nə qədər fəal, tələbkar, ayıq-sayıq, fəhmli münasibət
bəsləyirdisə, bir o qədər də onun ziddiyyətli nöqtələrini hamının
nəzərindən qaçan detalları açıb göstərə bilirdi. Belə detallardan
(cizgilərdən) biri lirik haşiyədir. Sözü gedən haşiyələrdə soyuq, sərt
realizə əvəzinə poetik ruh, zərif və qəlbə təsir edən şirin təsvir üsulu
1
Azərbaycan ədəbiyyatı məsələləri. B., Elm, 1964, s.148-149
29
nəzərə çarpır. “Danabaş kəndinin əhvalatları” əsəri bu gün də bədii
nəsrimizin ən gözəl nümunəsi sayılmaqdadır.
Ədibin realist təsvirində bədii kontrastlar yaratmaq bir üs-
lubdur. Bir ictimai səhnə, hadisə və ya insanın səciyyəsini müəyyən
etmək üçün ədib onu həmcins olan, həm də tamamilə təzad təşkil
edən başqa bir ictimai səhnə, hadisə və ya insan ilə qarşılaşdırır və
bu müqayisədə özünün məqsədini ifadə etmiş olur. Yazıçının
realizmində ilkin tənqid və satira hədəfi müsəlman dünyası, cəhalət
və xurafatdır. Bunları o, Ə.Mirəhmədov demişkən, həmişə Avropa
mədəni aləmi, mütərəqqi millətlərin məişət, adət və qaydaları ilə
müqayisədə götürür. Ələlxüsus da, bu kontrastlı təsvirlər ədibin
portret hekayələrində, cəhalət dünyasını ifşa edən əsərlərində daha
güclü görünür.
XIX əsrin sonlarında yaranan iri həcmli nəsr əsərlərinə
M.F.Axundov ənənələrinin təsiri güclü idi. “C.Məmmədquluzadə,
N.Nərimanov, Z.Marağalı kimi yazıçılar tək realist, satirik əsərlər
yazmaqda deyil, roman və povest janr formalarına bənzər əsərlər
meydana gətirmək, yeni süjet, obraz və tiplər yaratmaq, satirik
yumor və gülüşün çeşidli şəkillərindən bəhrələnməkdə də o ustad-
larından öyrənirdilər. “Danabaş kəndinin əhvalatları” öz satirik
üslubu, həlim yumoru, maraqlı süjet xətti, obraz və tipləri ilə,
“Məktubati-Şeydabəy Şirvani”, “Bahadır və Sona” maarifçi ideyası,
gənc maarifçi obrazı ilə, “İbrahimbəyin səyəhətnaməsi” güclü,
bəzən öldürücü satirik ifşa üsulu ilə M.F.Axundov ənənəsindən
qaynaqlanırdı. “Bahadır və Sona”da satira və gülüş yox, geriliyin,
düşmənçiliyin tənqidi, insani, bəşəri münasibətlərin təbliği ön plana
çəkilir. “Əsər ilk kiçik milli roman nümunəsi olmaqla özündən
sonra gələn bir sıra nəsr əsərlərinə qüvvətli təsir göstərmişdir”
1
. Bu
baxımdan da əsəri yalnız məhəbbət mövzusu ilə bağlamaq doğru
deyil. “Həqiqətən, “Bahadır və Sona” problemlər romanıdır”
2
.
Romanda qarşılıqlı məhəbbət, xalqın maariflənməsi, intibahı,
mədəni-mənəvi təkamülü üstünlük təşkil edir. Savadsızlığın,
meşşanlığın və s. bəd əməllərin tənqidində isə müəyyən gülüş
1
“Azərbaycan ədəbiyyatı məsələləri” toplusu, Bakı, 1964, s.148-149
2
H.Əfəndiyev. Azərbaycan bədii nəsrinin tarixindən, Bakı, Azərnəşr, 1963,
səh.87
Dostları ilə paylaş: |