15
yaranmasına səbəb olmuşdur. Misal üçün, “Qızım sənə deyirəm,
gəlinim sən eşit”, “Gəlinin dini yox, qayınananın imanı”, “Qız idim
soltan idim, ərə getdim kəniz oldum, tazıya çul oldum”, “Qızı öz
xoşuna qoysan ya zurnaçıya gedər, ya da halvaçıya”, “Arvadı
deyingən kişinin saçı tez ağarar”, “Qız bibiyə, oğul dayıya”, “Gəlin
var gələr gətirər, gəlin var gedər itirər” və s.
Azərbaycan yazıçıları xalq gülüşündən, xalq satirasından bütün
zamanlarda kifayət qədər bəhrələnmişlər. Azərbaycan satirik
lətifələrinin, ən ümdəsi Molla Nəsrəddin lətifələri fikrimizin təsdiqi
üçün mükəmməl nümunələrdir. Zaman-zaman qara camaat dövrün
hakimlərinin axmaqlığına, kütlüyünə, fərsizliyinə gülmək üçün
Molla Nəsrəddinin şəxsiyyətinə sığınıb, fikir və ifadələrini onun dili
ilə söyləyir, başqa oturanları lağa qoyub ifşa ediblər.
Gülüş qəhrəmanları ilə ilgili folklor nümunələri bir şəxsin
deyil, ümuminin – kollektivin yaradıcılıq məhsuludur.
Satirik ədəbiyyatda ənənəvi yanaşma üsuluna əsaslanıb demək
olar ki, Molla Nəsrəddinin “mənfi” sifətdə təqdim etdiyi lətifələrdə
molla özü yox, onun vasitəsilə başqaları tənqid hədəfinə çevrilir.
Molla hacıleyləyin boynunu, qıçlarını kəsirsə bu məqamda o gül-
mək istədiyi, ifşa edəcəyi ağılsız, həm də zalımların rolunu ifşa
etmiş olur, daha doğrusu məcburiyyət qarşısında qalır. Digər bir
lətifədə Molla evdə ola-ola, qonaqlara evdə olmadığını xəbər
verdiyi vaxt o, yalançı, fırıldaqçı insanların cildinə girir, tipi ifşa
edir.
Molla Nəsrəddinin təzədən mənfi tip rolunda çıxış etməsinə,
təbii ki, ehtiyac yaranmır. “Tipi ifşa etmək” məntiqinə görə, Molla
Nəsrəddin başqasının rolunda yox, öz rolunda olur, “tənqid atəşi”ni,
məhz öz rolunda, dolayı yox, birbaşa açır. Lakin Molla Nəsrəddin
bunun əvəzinə, necə deyərlər, “mənfi” tipə qoşulub “mənfilik”lə də
məşğul olur. Məsələn “Gözünüz aydın, filin biri də gəlir” adlı bir
lətifənin məzmunu qısaca belədir: hökmdar öz ixtiyarındakı
fillərdən birini bəsləmək üçün Molla olan kəndə göndərir. Fil
kənddə əkin-biçindən əsər-əlamət qoymur, nə ki, var, hamısını
tapdalayıb sıradan çıxarır. Camaat təngə gəlib Molla ilə bərabər
hökmdarın yanına fildən şikayətə gedir. Mənzil başına çatmamış
hamı bir-bir dağılıb geri qayıdır. Molla camaatın onu tək qoyub
16
qaçmağından hirslənir və hökmdara deyir ki, “fillərindən birini
bizim kəndə qonaq göndərmisən, bundan çox razıyıq. Ancaq
heyvan tək olduğu üçün səsindən dayana bilmirik. Kənd əhli xahiş
elədi ki, filə bir yoldaş göndərəsən”. Hökmdar Mollanın bu
sözlərindən çox şad olub, ona çoxlu hədiyyələr verir və kəndə bir fil
də göndərir
1
.
Bu lətifədə Molla Nəsrəddin əvvəlcə camaatla birgə hökmdara
qarşı çıxdığı halda, qəfildən öz mövqeyini dəyişir və zalım
hökmdarla eyni nöqtədə dayanır. Bu yerdə “Molla Nəsrəddin zalım
bir adamın rolunda çıxış edir və onun özünün tənqid hədəfinə
çevrilir” qənaəti səhv deyil, amma natamamdır. Əlbəttə, biz
başqasının rolunda çıxış etməyi, onun rolunu oynamağı lətifələrin
başlıca xüsusiyyətlərindən sayırıq və bu məsələyə bir az sonra
yenidən qayıdacağıq. Lakin nəzərə çatdırmaq istədiyimiz cəhət odur
ki, lətifələrdə başqasının rolunda çıxış edib-etmədiyindən asılı
olmayaraq, tənqid edən tərəf özü tənqid olunanlar cərgəsindən
qıraqda qalmır.
Bir çox lətifələrdə Molla Nəsrəddin qazının, mollanın, valinin,
hakimin, xanın, hətta hökmdarın eybini birbaşa onların üzünə deyir.
C.Yusifli yazır: “Lətifədə oyun elə qurulur ki, heç vaxt qalmaqal
düşmür, şifahi mətndə sanki bu dünyanın bütün olar-olmazının,
bütün rəsmiyyət və ciddiliyinin üstündən qalın bir xətt çəkilir”
2
.
Molla Nəsrəddinlə yuxarı təbəqə arasında düşmən münasibətlər
olmasından, Molla qorxmazlığından və sözü üzə demək cəsarə-
tindən daha artıq dərəcədə onun yuxarı təbəqə adamlarının arasın-
dakı məhrəmanəlikdən, ərkyanalıqdan xəbər verir. Gülüş ustası
cəmiyyətin bütün təbəqələri ilə - kasıbla, fəqirlə, varlılarla, uşaq və
qadınla, oğru-əyyaşla, lotu-nadanla, alimlə heç bir çətinlik çək-
mədən dil tapır, ünsiyyət bağlayır. Ona görə ki, Molla Nəsrəddin
bütün o adamlarla bir yerdə vahid bir dünyanın – xalq gülüşü dün-
yasının sakinidir. Fəqət həmin dünyada bir nəfər deyil, hamı gülür,
bir nəfər yox, hamı gülüş hədəfinə çevrilir. “Dörd qıçlı olardın”
1
Molla Nəsrəddin lətifələri. Tərtib edəni Y.Məmmədov. Bakı, Uşaq-gənclər
nəşriyyatı, 1956, s.64
2
Yusifli C.Ə. Gülüş və dünyanın sonu. Bakı, Elm, 1997, s.15-16
17
lətifəsinə diqqət yetirək. “Günlərin birində bir nəfər Teymur Ləngə
bir qaz gətirir. Teymur Mollaya tapşırır ki, qazı bişirsin. Aşpaz qazı
qızardır. Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib
bir budunu yeyir. Teymur baxır ki, qazın bir budu yoxdur. Teymur
soruşduqda, Molla halını dəyişməyib cavab verir ki, qaz bir qıçlı
olar. Hirsli Teymura Molla pəncərədən çayın kənarındakı tək ayaq
üstə duran qazları göstərir. Teymur elə pəncərədən qazların topasına
bir ox atır. Qazlar hamısı birdən uçur. Teymur Mollaya acıqlananda
o halını pozmadan deyir ki, o oxu ki, sən onlara atdın, mən sənə
atsaydım, ikiqıçlı nədir, lap dörd qıçlı olardın”
1
.
Bəhlul Azərbaycan ədəbiyyatında Danəndə Bəhlul və Divanə
Bəhlul kimi məşhurdur. Bütün xalqların özünəməxsus gülüşü,
təbəssümü var.
Şifahi xalq ədəbiyyatının ayrı-ayrı xalq satirası janrlarından, ən
əsası da ən çox gülüş doğuran nümunələri lətifələridir.
Molla Nəsrəddin lətifələri də daxil olmaqla Azərbaycan xalq
lətifələri müəyyən dövrdə insanların mübarizəsindən ümumbəşəri,
dərin məna və mahiyyəti olan nəticələr, hökmlər çıxardığı üçün
ədəbi həyata vəsiqə alır. Muxtar Kazımoğlu (İmanov) yazır: “gülüşü
doğum və həyat mənbəyi sayan xalq, komik folklor nümunələrinin
məzmununu da məhz həmin baxış üzərində qurur. Bununla da xalq
gülüşünün özünəməxsus sistemi meydana çıxır... xalq gülüşünə
yazılı satirik ədəbiyyat prozasından nəzər saldıqda təhriflərə yol
vermiş oluruq. Məsələn. Azərbaycan xalq gülüşünün ənənəvi
obrazları olan kosa, keçəl, Molla Nəsrəddin, Bəhlul Danəndə və
başqalarını sırf ifşaedici qəhrəmanlar kimi götürmək məhz xalq
gülüşünə yazılı ədəbiyyat ölçülərindən yanaşmağın nəticəsidir”
2
.
Lətifənin ovqatı xoş etməsi, qulağı xoşhal etməsi, ürəkdən tikan
çıxartması, yorğunluğu çıxardıb insana gözəl, bəxtəvər anlar bəxş
etməsi, dilxorçuluğunu aradan götürməsi onun hər bir cəmiyyətdə
öz hədəfini tapıb, atəşi ona doğru yönəltməsindədir. Gülüş hədəfi
ilə özü arasında çin səddi çəkməyən, özünü ətraf mühitin bir
nümayəndəsi sayan M.F.Axundovun komediyaları da ilk dəfə
1
Molla Nəsrəddin lətifələri. Tərtib edəni Y.Məmmədov. Bakı, Elm, 2006, s.19
2
Kazımoğlu M.İ. Xalq gülüşünün poetikası, Bakı, Elm, 2006, s.19
Dostları ilə paylaş: |