Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə32/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

BABURNAMƏ 

 

71



xaqlar onsuz da Allahdan belə bir şey istəyirdilər. Beləliklə, Uzun Həsən və 

Tənbəl Axsi üzərindən Əndicana qoşun çəkərək öz pislik və düşmənliklərini 

açıq şəkildə biruzə verdilər. 

Tulun Xoca barin [əşirətinin] ən cəsur və qazax igidlərindən biri idi. 

Atam Ömər Şeyx Mirzə ona həmişə diqqət və qayğı göstərmişdi, mən də ye-

tişdirib bəy eləmişdim. Fövqəladə cəsur və qazax bir igid idi, hər cür iltifata  

layiq idi. Moğollar arasında hörmət və etimad edilən adamımız o idi. Moğol 

ulusu Səmərqənddən qaçmağa başlayanda əsgərlərə nəsihət edib yersiz qor-

xuları onların ürəklərindən çıxarmasrı  və onları  təhlükədən qoruması üçün 

Tulun Xocanı göndərmişdik. (52 b) Lakin bu fitnəçi və nankor adamlar əs-

gərləri o hala gətirmişdilər ki, vəd, nəsihət və təhdid heç bir fayda vermirdi. 

Tulun Xocanın köçü Ribatək-Örçünü deyilən iki su arasında idi. Uzun 

Həsən ilə Sultan Əhməd Tənbəl Tulun Xocanın üzərinə bir dəstə axınçı gön-

dərdilər və onu qəfil ovlayaraq ələ keçirib öldürdülər. Sonra da Uzun Həsən 

və Tənbəl Cahangiri də yanlarına alaraq gəlib Əndicanı mühasirə etdilər. 

 

UZUN HƏSƏN VƏ ƏHMƏD TƏNBƏLİN 

ƏNDİCANI MÜHASİRƏYƏ ALMASI 

 

[Səmərqəndi mühasirə üçün] hərəkətə keçdiyimiz zaman Əndicanda 



Əli Dost Tağayini, Axsidə isə Uzun Həsəni qoymuşdum. Daha sonra Xoca 

[Mövlana] qazı da [Əndicana] getmişdi. Səmərqənddən gedən əsgərdən də 

xeyli igid vardı. Xoca [Mövlana] qazı mühasirənin başlanğıc günlərində mə-

nə olan hörmət və ilgisi dolayısıyla on səkkiz min qoyununu kurqandakı 

igidlərə və bizimlə olan igidlərin köçlərinə payladı. 

Mühasirənin davam etdiyi günlərdə anamdan, Xoca qazıdan və orada-

kı camaatdan sürəkli olaraq bu məzmunda məktublar gəlirdi: «Bizi elə bir 

mühasirə etmişlər ki, gəlib qurtarmasanız, axırımız pis olacaq. Səmərqənd 

Əndicanın qüvvəsiylə alınmışdır. (53 a) Əgər Əndican əldə qalsa və Allah 

da rast gətirsə, Səmərqəndi ələ keçirmək hər zaman mümkün olar». Bu kimi 

məktublar bir-birini təqib etdi. 

O vaxtlar bir dəfə xəstələnmış və təkrar yaxşılaşmışdım. Lakin özümə 

baxmadığım üçün xəstəliyim təkrarlandı. Özü də bu dəfə çox fəna xəstələn-

dim və elə oldu ki, dörd gün qədər dilim tutuldu. Ağzıma pambıqla su da-

mızdırırdılar. Mənimlə birlikdə qalan bəylər və igidlər sağalmağımdan 

ümidlərini kəsərək öz əndişələri ilə uğraşmaya başladılar. Belə bir zamanda 

bəylər yanlış hərəkət etdilər və elçi sifətilə gəlib fəsad sözlər gətirən Uzun 

Həsənin adamına məni göstərib sonra da getməsinə izin verdilər. Dörd-beş 

gün sonra bir az yaxşılaşdım, lakin dilimdə hələ bir ağırlıq qalmışdı. Bir ne-

çə gün sonra tamamən özümə gəldim. 

Anamgilin, yəni anam və nənəm İsən Dövlət bəyimin, eləcə də usta-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



72

dım və pirim olan Xoca Mövlana qazı da belə məktublar yazıb bu qədər is-

rar edincə, insan buna qarşı dura bilərmi? Rəcəb ayının [=1498 mart] şənbə 

günü Əndicana getmək üzrə Səmərqənddən çıxdıq. Bu dəfə (53 b) Səmər-

qənd şəhərində yüz gün padşahlıq etmişdim. 

Yenə bir şənbə günü Xocəndə çatdım. Kimsə o gün mənə Əndicandan 

gələn xəbərləri çatdırarkən Əli Dost Tağayinin Əndican qalasını tam yeddi 

gün öncə, yəni bizim Səmərqənddən çıxdığımız  şənbə günü müxaliflərə 

təslim etdiyini söylədi. 

Təfsilat belədir: xəstə yatdığım günlərdə Uzun Həsənin adamına məni 

göstərmiş, sonra isə getməsinə izin vermişdilər. Müxaliflər də Əndican kur-

qanının mühasirəsi zamanı gedib «Padşahın dili tutulmuşdur; ağzına 

pambıqla su damızdırırlar» demiş və bunu Əli Dostun hüzurunda and içərək 

təkrarlamışlar. Əli Dost o əsnada Xaqan qapısında imiş, bunu eşidincə ira-

dəsi pozulmuş, müxalifləri dəvət edib qarşılıqlı müqavilə ilə qalanı onlara 

təslim etmişdir. Halbuki kurqanda ərzaq və döyüşçü kifayət qədərdi. Bu, 

yalnızca o münafiq, nankor və səfil adamın cəsarətsizliyi idi, ona söylənən 

sözləri bəhanə etmişdi. 

Əndicanı aldıqdan sonra mənim Xocəndə gəldiyimi eşidərək Mövlana 

qazını ərk qapısında və şərəfsiz bir şəkildə asıb şəhid etdilər. 

Xoca (54 a) Mövlana qazı əsl adı Abdullah olmasına baxmayaraq bu 

adla tanınmışdır. Nəsəbi ata tərəfdən Şeyx Bürhanəddin Qılınca, ana tərəf-

dən isə Sultan İlig Maziyə çatır. Fərqanə vilayətində bu ailədən olanlar 

imam, şeyxülislam və qazı olaraq gəlmişlər. Xoca qazı isə Xoca Übeydullah 

həzrətlərinin müridi idi və onu o yetişdirmişdi. Xoca qazının vəli olmasına 

heç bir şübhəm yoxdur. Çünki onun canına qıyanlardan çox qısa bir müddət 

içində heç bir əsər və əlamət qalmadı. Onun vəliliyinə bundan daha yaxşı bir 

dəlil olaraq nə göstərilə bilər ki? Xoca qazı qəribə bir adam idi, əsla qorx-

mazdı. Onun qədər cəsur adam görünməmişdir. Bu özəllik də bir vəlilik də-

lilidir. Başqa biri nə qədər cəsur olsa, da bir az təlaşa və yersiz qorxuya qa-

pıla bilər. Xocada nə təlaş, nə də yersiz qorxular əsla yox idi. 

Xocanın ölümündən sonra onun nökər və çakərini, aymaq və adamla-

rının hamısını ələ keçirib mallarını yağmaladılar. 

Əndican qurtarmaq istərkən Səmərqəndi  əldən çıxarmışdım və  Ən-

dican da əldən getmişdi. Biz  «Qafil əz inca randə  və  əz anca mandə» 

(«Qafil buradan sürülmüş, oradan da məhrum olmuş») deyilənə  bənzədik. 

Bu mənə çox ağır gəldi, çünki padşah olduğumdan bəri adamlarımdan və 

vilayətdən  (54 b) bu cürə ayrılmamışdım. Özümü biləndən bəri bu qədər 

iztirab və məşəqqət çəkməmişdim. 

Xocəndə çatanda bəzi münafiqlər Xəlifəni [Nizaməddin  Əli Barlas] 

mənim yanımda görmək istəmədilər. Məhəmməd Hüseyn Mirzə və bəziləri 

o qədər cəhd elədilər ki, axırda Xəlifənin Daşkəndə getməsinə izin verdim. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə