Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə35/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



78

yüzdən azdı və hər tərəfdə qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfər-

lərimizdə də tale bizə yar olmadı və Səmərqəndə əl uzatmaqdan da heç bir 

nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan (60 



a) geri qayıtdıq. 

Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya-

rımdır adamlarımız və ailələrimizlə oradaydıq. Bu müddət  ərzində oradakı 

müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər. 

Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi? 

Varmağa nə məskən müyəssər,  

Durmağa nə dövlət müqərrər. 

Axırda belə  tərəddüdlər içində Ura-Təpənin cənubundakı yaylalara 

getdik. Öz halımıza  şaşmış bir vəziyyətdə gedəcək və qalacaq bir yer bil-

mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki-

mi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör-

məyə  gəldi. Haraya gedəcəyimizi və  nə edəcəyimizi soruşdurub mütəəssir 

oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.  

 

BABURUN MƏRGİNANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ 

 

O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü. 



Əli Dost Tağayinin Yulçuq adlı adamı imiş  və bu xəbərlə göndərilmişdi: 

«Gərçi mənim tərəfimdən çox böyük günahlar işləndi, lakin ümid etdiyim 

kimi inayət edib günahlarımı bağışlayaraq  (60 b) buraya gəlsə, Mərginanı 

təslim edərək ona elə bir qulluq və xidmətkarlıq edəcəyəm ki, günahım 

təmizlənib utancım keçsin». 

Bu qədər  şaşqın bir halda olduğum  əsnada belə bir xəbər gəldiyinə 

görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal 

Mərginana doğru hərəkət etdim. Ora ilə  Mərginanın arası  təxminən iyirmi 

dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na-

mazına qədər heç bir yerdə durmadan yürüdük. Günorta namazı vaxtında 

Xocəndin Tənük-ab adlı  kəndinə endik. Atlar dincini alıb yemləndikdən 

sonra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha 

və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol 

getdik. 


Sabahdan bir az əvvəl Mərginandan bir ağac məsafəyə gələndə Veys 

bəy ilə bir neçə adam tərəddüd edərək dedi: «Əli Dost necə pisliklər etmiş 

bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt ol-

madan ona necə etimad edə bilərik?» Gerçəkdən də tərəddüdləri yersiz de-

yildi. Bir az durduq və vəziyyəti müzakirə etdik. Axırda buna qərar verdik: 

«Gərçi bu tərəddüdlər yerindədir, lakin (6l a) bunu daha əvvəl düşünmək 

gərəkdi. Üç gün-üç gecə durub-dincəlmədən iyirmi dörd-iyirmi beş ağac yol 



BABURNAMƏ 

 

79



yürüdük. Artıq nə adamlarda, nə  də atlarda taqət qalmışdır. Buradan necə 

qayıdaq, qayıtsaq belə hara gedək. Bu qədər gəldikdən sonra gedəcəyimiz 

yerə varmaq lazımdır. Heç bir şey Tanrının təqdirindən başqa  şəkildə ola 

bilməz». Belə qərar verib qədərimizə razı olaraq yolumuza davam etdik. 

Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost 

Tağayi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən 

sonra qapını açıb qapı arasında bağlılığını bildirdi. Əli Dostu gördükdən 

sonra kurqanın içində uyğun bir yerə endim. Mənimlə birlikdə olanlar bö-

yük-kiçık iki yüz qırx adamdı. 

Uzun Həsən və Sultan Əhməd Tənbəl vilayət  əhalisinə çox zülm və 

pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gə-

lişimizdən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər

1

 olanlar və 



Əli Dost bəyin adamlarından yüz nəfər  Əndicanın cənub tərəfindəki dağ 

qəbilələrindən (61 b) aşpariyan, turuq-şaran, çəgrək və bütün o civara bu ca-

maatı xoşluqla və ya zorla itaətə gətirmələri üçün göndərildi. İbrahim Saru, 

Veys Lağari və Seydi Qara da yüz nəfərə yaxın bir qüvvə ilə Xocənd çayını 

keçərək o tərəfdəki kurqanlarla dağ xalqlarını, nə şəkildə olursa-olsun, bizə 

tabe etmək üçün Axsi tərəfinə göndərildi. 

Bir neçə gün sonra yanlarına [Baburun kiçık qardaşı] Cahangir Mir-

zəni də alan Uzun Həsən ilə Sultan Əhməd Tənbəl  əlindəki sipahiləri və 

moğolları toplayıb Əndican və Axsinin əsgər ola biləcək adamlarını yığaraq, 

Mərginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan 

adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərgina-

nın məhəllələrinə gəldilər. 

Qasım bəy,  İbrahim Saru və Veys Lağari komandanlığı altında olan 

qüvvələr iki tərəfə göndərilmiş olduğu üçün mənim yanımda çox az qüvvə 

qalmışdı.  Buna baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdı-

lar və düşməni məhəllələrdən daha irərli buraxmadılar. O gün Xəlil Çöhrə 

dəstar-piç cəsur hərəkət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir 

şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar. 

Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şa-

ran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bi-

zim hakimiyyətimiz altına girdi. [Düşmən tərəfindəki] sipahilər də bir-bir

iki-iki qaçıb bizə qoşulmağa başladılar.  İbrahim Saru və Veys Lağarinin 

başçılığı altıında olanlarsa Axsi tərəfinə gedib çayın qarşı sahilinə keçmiş-

dilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi. 

Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi 

bunlardan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə 

adamları, oranın bəzi alt təbəqəsi də üsyan edərək  şəhərin dış kurqanında 

                                                           

1

 Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, sıravi əsgər-



dən başlayaraq bəyə qədər çeşidli dərəcəli hərbi və mülki adamlar üçün işlənən termin. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə