BABURNAMƏ
73
Qasım bəyi də Daşkəndə [Sultan Mahmud] xanın
hüzuruna göndərib
ondan Əndican üzərinə qoşun çəkməyi xahiş etdim. Xan da qoşun çəkərək
Ahəngəran vadisindən gəlib Kəndirli keçidinin dibinə çatan vaxt mən də
Xocənddən gəlib xan dayımı gördüm. Kəndirli keçidini aşaraq Axsi tərəfə
endik. O tərəfdən müxaliflər də mövcud qüvvələrini toplayıb Axsi üzərinə
gəldilər.
Bu arada Bab kurqanındakılar mənim tərəfimi tutaraq kurqanı qapat-
dılar, lakin xanın bir az ləng tərpənməsi üzündən müxaliflər Bab kurqanını
zorlayıb aldılar. Xanın əxlaqı və xasiyyəti yaxşı idi, lakin sipahilik və sər-
kərdəlik işindən heç başı çıxmırdı. Vəziyyət bu dərəcəyə gəldiyi əsnada ən
çoxu bir mənzil daha yürüsəydi müharibə belə etmədən vilayət bizim ola-
caqdı. Amma xan belə bir zamanda müxaliflərin hiyləli sözlərinə və sülh
haqqında nağılına qulaq verib (55 a) Xoca Əbülməkarim ilə birlikdə o za-
man xanın eşik ağası və Tənbəlin böyük qardaşı olan Bəy Tilbəni elçi olaraq
göndərdi. Müxaliflər də özərini qurtarmaq üçün bir neçə doğru və yalan söz-
lər söyləyib xana və aradakılara pul və rüşvət qəbul etdirdilər. Xan da beləcə
geri döndü.
Bəylər, içkilər və igidlərdən mənimlə qalanların çoxunun köçləri Ən-
dicanda idi. Əndicanı almaqdan ümidlərini kəsdikləri üçün bəylərdən və
igidlərdən yeddi-səkkiz yüz adam məndən tamamən ayrıldılar. Ayrılan bəy-
lər Əli Dərviş Bəy, Əli Məzid Koçin, Məhəmməd Bakir bəy, Şeyx Abdullah
eşik-ağa və Mirim Lağari idi. Mənimlə birlikdə qalıb qürbəti və möhnəti se-
çənlər isə təxminən iki yüzdən bir az artıq və üç yüzdən bir az əskikdi. Qa-
lan bəylər Qasım Koçin, Veys Lağari bəy, İbrahim Saru Minqli bəy, Şirim
(Mirim) Tağayi və Seydi (Seyid) Qara bəylər; içkilərdən Mirşah Koçin, Se-
yid Qasım eşik-aga Cəlayir, Qasım Əcəb, Məhəmməd Dost Əli Dost Tağayi,
Məhəmməd Əli Mübəşşir (münşi), Xudaverdi Tuğçu Moğol, Yarək Tağayi,
Sultanqulu Babaqulu, Mir Veys, Şeyx Veys, (55 b) Yar Əli Bilal, Qasım
Miraxur və Heydər riqabdar idi. Bu halət mənə çox ağır gəldi və əlimdə ol-
madan ağladım.
Oradan Xocəndə gəldim. Mənimlə qalanların bir qisminin köçləri ilə
birlikdə anamı və nənəmi də Xocəndə mənim yanıma göndərdilər.
O il ramazanı [=1498 aprel-may] Xocənddə keçirdik. Sonra da Sultan
Mahmud xana adam göndərib kömək istəyərək Səmərqənd üzərinə hərəkət
etdim. Oğlu Sultan Məhəmməd Xanikə ilə Əhməd bəyi dörd-beş min əsgərlə
Səmərqənd üstünə göndərən xanın özü də hərəkət edərək Ura-Təpəyə qədər
gəldi. Orada xan ilə görüşdükdən sonra Yar-yaylaq yoluyla Səmərqənd üzəri-
nə hərəkət etdim. Sultan Məhəmməd Sultan və Əhməd bəy isə başqa bir yol-
dan gələrək Yar-yaylağa məndən əvvəl çatmışdılar. Bürkə yaylağı üzərindən
keçərək buranın darğasının mərkəzi Səngzara gəldim. Amma Sultan Məhəm-
məd Sultan ilə Əhməd bəy Şeybani xanın Şiraza və ətrafına hücum etdiyini
Zəhirəddin Məhəmməd BABUR
74
eşidib geri dönmüşlər. Bu üzdən mən də Xocəndə qayıtmağa məcbur oldum.
Madam ki səltənət davası və mülk əldə etmək məqsədi vardı, bir-iki
dəfə iş uğursuz alındı deyə bundan vaz keçib qarşıdan baxmaq olmazdı. Ən-
dican üzərinə xan ilə birlikdə yürüməyi düşünərək, ondan kömək istəmək
üçün Daşkəndə (56 a) getdim. Şah bəyimi və qohumları görməyəli səkkiz il
olmuşdu. Bu münasibətlə onları da görmüş oldum. Bir neçə gün sonra yed-
di-səkkiz yüzə qədər əsgərlə birlikdə Seyid Məhəmməd Mirzə Duğlat, Əy-
yüb Bəycik və Can Həsən Barinə bizə kömək etmək tapşırıldı. Bu köməkçi
qüvvəni alıb Xocənddə durmadan sürətli bir yürüşlə Kəndi-Badamın sağın-
dan keçib Xocənddən on, Kəndi-Badamdan üç ağac məsafədə olan Nəsux
kurqanına gəldik. Gecə nərdivan qoyub basqınla kurqanı aldıq.
Qovun mövsümü idi. Nəsuxda İsmail şeyxi deyilən bir qovun növü
yetişir ki, qabığı sarı, çəkirdəyi az və mükəmməl bir qovundur. Çəkirdəyi
alma çəkirdəyi qədər olur. İçi dörd barmaq qədərdir və qayət ləzzətlidir. O
civarda başqa bir yerdə buna bənzər bir qovun yoxdur. Amma ertəsi sabah
moğol bəyləri adamlarının az olduğunu və bir kurqanı ələ keçirməklə işin
yürüməyəcəyini söylədilər. Gerçəkdən də elə idi. Orada qalıb kurqanı güc-
ləndirmə imkanı olmadığı üçün təkrar Xocəndə gəldik.
XOSROV ŞAH VƏ BAYSUNQUR MİRZƏNİN
HİSARI SULTAN MƏSUD MİRZƏDƏN ALMASI
Bu il Xosrov şahla Baysunqur Mirzə birlikdə qoşun çəkərək Çağan-
yana gəldilər və oranı hiylə ilə ələ keçirdilər. Sonra da Sultan Məsud Mir-
zəyə elçi göndərərək (56 b) «Birlikdə Səmərqənd hücum edək, Səmərqəndi
ala bilsək, qoy bir mirzə Səmərqənddə, digər mirzə isə Hisarda otursun» de-
yə təklif etdilər.
Sultan Məsud Mirzənin bəyləri, içkiləri və igidləri arasında məmnu-
niyyətsizlik vardı. Bunun səbəbi bu idi: Şeyx Abdullah Barlas Baysunqur
Mirzənin yanından ayrılaraq Sultan Məsud Mirzənin yanına gedəndə Mir-
zənin qaynatası olduğu üçün çox böyük inayət görmüşdü. Hisar kiçık bir vi-
layət olsa da, min tümən fülus
1
ülufə təyin edib Xutlan vilayətini ona ver-
mişdi. Xutlan vilayətində Sultan Məsud Mirzənin bir çox bəylərinin və içki-
lərinin əraziləri vardı. Şeyx Abdullah bunların hamısını əlinə keçirdi, bütün
eşik ixtiyarlığını özü və oğulları əllərinə aldılar. İnciyənlər də qaçıb Baysun-
qur Mirzənin yanına gəlməyə başlamışdı.
Bu hiyləgər təkliflə Sultan Məsud Mirzəni aldadan Xosrov şah və
Baysunqur Çağanyandan yürüyərək irəliləyib sübh çağı Hisar kurqanını mü-
hasirəyə aldılar. Sultan Məsud Mirzə kurqanın dış məhəllələrində, atasının
tikdirdiyi Dövlət Saray adlı bir sarayda idi. Kurqana girə bilməyərək qaçdı
1
Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifadə edilirdi.