Zəhirəddin Məhəmməd BABUR
24
xalqın ayı otu dediyi və mehri-giyahın özəlliklərinə sahib bir ot olduğu mə-
lumdur. Bu ot, deyəsən, mehri-giyahdır və oranın əhalisi ona bu adı vermiş-
dir. Bu dağlarda firuzə və dəmir mədənləri də vardır.
Adil bir şəkildə idarə edildiyi təqdirdə Fərqanə vilayətinin gəliri ilə
üç-dörd min əsgər bəsləmək mümkündür.
ÖMƏR ŞEYX MİRZƏ
[Baburun atası] Ömər Şeyx Mirzə yüksək düşüncəli və böyük iddialı
bir padşah olduğu üçün daima ölkəsini genişləndirmək barədə fikirləşirdi.
Dəfələrlə Səmərqəndə qoşun çəkdi. Bəzən məğlub oldu, bəzən də məqsədi-
nə çatmadan geri qayıtdı.
Qaynatası Yunus xan Çingiz xanın ikinci oğlu Çağatay xanın nəslin-
dəndir. Mənim də babam olan Yunus xan o günlərdə Çağatay xanın yurdun-
da moğol ulusunun xanı idi. Ömər Şeyx Mirzə onu dəfələrlə xahiş-minnətlə
dəvət edir və hər gəlişində ona vilayətlər verirdi. Ancaq işlər Ömər Şeyx (6
a) Mirzənin istədiyi kimi olmurdu. Gah Ömər Şeyx Mirzənin pis hərəkətlə-
rindən, gah moğol ulusunun müqaviməti üzündən Yunus xan vilayətdə qala
bilməyib təkrar Moğolistana gedirdi. Ən son dəvətində Ömər Şeyx Mirzə o
zamanlar öz idarəsində olan Daşkənd vilayətini ona verdi. Bunu kitablarda
Şaş, bəzən də Çaç deyə yazırlar ki, çaç yayı oradan gəlir. O tarixdən 908-ci
ilə (=l503) qədər Daşkənd və Şahruxiyyə vilayəti çağatay xanlarının idarə-
sində qaldı. Bu dövrdə moğol ulusunun xanlığı Yunus xanın böyük oğlu və
mənim anamın böyük qardaşı olan Sultan Mahmud xanda idi.
Ömər Şeyx Mirzənin böyük qardaşı Səmərqənd padşahı Sultan Əh-
məd Mirzə və moğol ulusunun xanı Sultan Mahmud xan Ömər Şeyx Mirzə-
nin pis hərəkətlərindən rəncidə olduqları üçün bir-birləri ilə ittifaq etdilər.
Sultan Əhməd Mirzə Sultan Mahmud xanı özünə kürəkən edərək həmin ta-
rixdə Sultan Əhməd Mirzə Xocənd çayının cənubundan, Sultan Mahmud
xan isə şimalından Ömər Şeyx Mirzənin üstünə qoşun çəkdilər. Bu zaman
qəribə bir hadisə oldu. Əvvəlcə də bəhs etdiyimiz kimi, (6 b) Axsi qalası
yüksək bir uçurum üzərində qurulmuşdur və onun binaları da bu uçurumun
kənarında yerləşir. Bu tarixdə ramazan ayının dördüncü bazar ertəsi günü
(=9 iyun 1494) Ömər Şeyx Mirzə bu uçurumdan göyərçin və göyərçinxana
ilə düşərək öldü. Otuz doqquz yaşında idi.
Doğumu və nəsəbi: Ömər Şeyx Mirzə 860-cı ildə (=1456) Səmər-
qənddə doğulmuşdu. Sultan Əbu Səid Mirzənin dördüncü oğluydu. Qardaş-
ları Sultan Əhməd Mirzə, Sultan Məhəmməd Mirzə və Sultan Mahmud Mir-
zədən kiçıkdir. Sultan Əbu Səid Mirzə isə Sultan Məhəmməd Mirzənin oğlu,
Sultan Məhəmməd Mirzə Miranşah Mirzənin oğlu, Miranşah Mirzə isə
Teymur bəyin üçüncü oğluydu. Miranşah Mirzə Ömər Şeyx ilə Cahangir
BABURNAMƏ
25
Mirzədən kiçık, Şahrux Mirzədən isə böyükdü.
Sultan Əbu Səid Mirzə Ömər Şeyx Mirzəyə ilk öncə Kabili vermiş və
Baba Kabilini ona bəy-atəkə
1
təyin edib oraya göndərmişdi. Lakin mirzələ-
rin sünnət düyünü səbəbilə Dəreyi-Gəzdən qaytarıb Səmərqəndə gətirtdi.
Düyündən sonra -Teymur bəy böyük Ömər Şeyx Mirzəyə Fərqanə vilayətini
verdiyi üçün- o da öz oğlu Ömər Şeyx Mirzəyə Əndican vilayətini verib Xu-
daverdi Tuğçu Timurdaşı bəy-atəkə təyin edərək oraya göndərdi.
Xarici görkəmi: qısa boylu, topsaqqal, şişman üzlü,
tombul bir adam
idi (7 a). Çox dar paltar geyirdi. Qurşaq bağladarkən qarnını içəri çəkir və
bağlandıqdan sonra özünü buraxanda çox zaman qurşaq qopurdu. Geyimə
və yeməyə çox əhəmiyyət vermirdi. Çalmasını dəstar-piç sarıyırdı. Çalmalar
o zaman çar-piç
2
idi və sadə sarılıb quyruq buraxılırdı. Yazda divan xaricin-
də başına əksərən moğol biçimi börk qoyurdu.
Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən olub təmiz etiqadlı bir adam
idi. Beş rükət namazını buraxmazdı. Qəzaya qalanları da həyatda ikən tama-
mən qılmışdır. Çox zaman yüksək səslə Quran oxuyurdu. Xoca Übeydullah
həzrətlərinin müridi idi və dəfələrlə onun söhbətləri ilə şərəfləndirilmişdir.
Xoca həzrətləri ona «oğlum» deyə xitab edirdi. Oxuyub yazmağı yaxşı bilir-
di. Xəmsəteyni, tarix kitablarını və Məsnəvini oxuyub incələmişdi, tez-tez
Şahnamə oxuyurdu. Şeirə istedadı vardı, lakin buna əhəmiyyət vermirdi.
Ədalətinin nə qədər yüksək olduğu bu əhvalatdan da məlumdur: min
adamlıq bir Xıtay karvanı yolda gedərkən Əndican tərəfindəki dağların ətə-
yində qar altında qalmış və ancaq iki adam xilas olmuşdu. Bunu eşidən kimi
məmurlar göndərib karvanın bütün malını (7 b) zəbt etdirdi. Orada varislər
olmadığı və özünün də ehtiyacı olduğu halda bu malları qorudu. Bir-iki il
sonra varisləri Səmərqənd və Xorasandan axtarıb tapdıraraq mallarını əskik-
siz olaraq təslim etdi.
Çox cömərd və cömərd olduğu qədər da xoşxasiyyət idi; yaxşı təbiətli,
gözəl və şirindil bir adamdı. Cəsur və mərddi. Bir dəfə Axsi qapısında və bir
dəfə də Şahruxiyyə qapısında olmaq üzrə iki dəfə bütün igidlərdən
3
daha
yaxşı qılınc çaldı. Oxu orta dərəcədə atırdı. Yumruğu çox qüvvətli idi, onun
yumruğundan yıxılmayan yoxdu. Ölkəsini genişləndirmək ehtirası üzündən
bir çox sülh müqaviləsi savaşa, dostluqlar isə düşmənçiliyə çevrildi.
Əvvəllər çox içirdi. Sonralar yalnızca həftədə bir-iki dəfə məclis qur-
du. Xoşsöhbət bir adamdı, yerində və gözəl beytlər oxuyurdu. Sonralar daha
1
Bəy-atəkə: əslində ata və əkə "böyük qardaş" sözlərindən ibarət bir sözdür. Gənc şah-
zadələrin tərbiyə edilməsi və şahzadələr üçün ayrılmış vilayətlərin idarəsi ilə ilgili mühüm
bir məmuriyyətə bəy-atəkəlik deyilirdi. Bizdəki atabəy və lələ tituluna uyğundur. Baburda
bəy-atəkə ilə birlikdə eşik ixtiyarı termini də işlənir.
2
Çar-piç və dəstar-piç: çalma sarılarkən sarığın dolaşma, bükülmə və ya qıvrılmalarına
görə işlənən terminlər.
3
İgid: hökümdarın və ya bir bəyin yanında şəxsi tapşırıqlar məmuru; zabit.