Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə11/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   7   8   9   10   11   12   13   14   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



24

xalqın ayı otu dediyi və mehri-giyahın özəlliklərinə sahib bir ot olduğu mə-

lumdur. Bu ot, deyəsən, mehri-giyahdır və oranın əhalisi ona bu adı vermiş-

dir. Bu dağlarda firuzə və dəmir mədənləri də vardır. 

Adil bir şəkildə idarə edildiyi təqdirdə  Fərqanə vilayətinin gəliri ilə 

üç-dörd min əsgər bəsləmək mümkündür. 

 

ÖMƏR ŞEYX MİRZƏ 

 

[Baburun atası] Ömər Şeyx Mirzə yüksək düşüncəli və böyük iddialı 



bir padşah olduğu üçün daima ölkəsini genişləndirmək barədə fikirləşirdi. 

Dəfələrlə Səmərqəndə qoşun çəkdi. Bəzən məğlub oldu, bəzən də məqsədi-

nə çatmadan geri qayıtdı. 

Qaynatası Yunus xan Çingiz xanın ikinci oğlu Çağatay xanın nəslin-

dəndir. Mənim də babam olan Yunus xan o günlərdə Çağatay xanın yurdun-

da moğol ulusunun xanı idi. Ömər Şeyx Mirzə onu dəfələrlə xahiş-minnətlə 

dəvət edir və hər gəlişində ona vilayətlər verirdi. Ancaq işlər Ömər Şeyx (6 

a) Mirzənin istədiyi kimi olmurdu. Gah Ömər Şeyx Mirzənin pis hərəkətlə-

rindən, gah moğol ulusunun müqaviməti üzündən Yunus xan vilayətdə qala 

bilməyib təkrar Moğolistana gedirdi. Ən son dəvətində Ömər Şeyx Mirzə o 

zamanlar öz idarəsində olan Daşkənd vilayətini ona verdi. Bunu kitablarda 

Şaş, bəzən də Çaç deyə yazırlar ki, çaç yayı oradan gəlir. O tarixdən 908-ci 

ilə (=l503) qədər Daşkənd və Şahruxiyyə vilayəti çağatay xanlarının idarə-

sində qaldı. Bu dövrdə moğol ulusunun xanlığı Yunus xanın böyük oğlu və 

mənim anamın böyük qardaşı olan Sultan Mahmud xanda idi. 

Ömər  Şeyx Mirzənin böyük qardaşı  Səmərqənd padşahı Sultan Əh-

məd Mirzə və moğol ulusunun xanı Sultan Mahmud xan Ömər Şeyx Mirzə-

nin pis hərəkətlərindən rəncidə olduqları üçün bir-birləri ilə ittifaq etdilər. 

Sultan Əhməd Mirzə Sultan Mahmud xanı özünə kürəkən edərək həmin ta-

rixdə Sultan Əhməd Mirzə Xocənd çayının cənubundan, Sultan Mahmud 

xan isə şimalından Ömər Şeyx Mirzənin üstünə qoşun çəkdilər. Bu zaman 

qəribə bir hadisə oldu. Əvvəlcə  də  bəhs etdiyimiz kimi, (6 b) Axsi qalası 

yüksək bir uçurum üzərində qurulmuşdur və onun binaları da bu uçurumun 

kənarında yerləşir. Bu tarixdə ramazan ayının dördüncü bazar ertəsi günü 

(=9 iyun 1494Ömər Şeyx Mirzə bu uçurumdan göyərçin və göyərçinxana 

ilə düşərək öldü. Otuz doqquz yaşında idi. 

Doğumu və  nəsəbi:  Ömər  Şeyx Mirzə 860-cı ildə (=1456)  Səmər-

qənddə doğulmuşdu. Sultan Əbu Səid Mirzənin dördüncü oğluydu. Qardaş-

ları Sultan Əhməd Mirzə, Sultan Məhəmməd Mirzə və Sultan Mahmud Mir-

zədən kiçıkdir. Sultan Əbu Səid Mirzə isə Sultan Məhəmməd Mirzənin oğlu, 

Sultan Məhəmməd Mirzə Miranşah Mirzənin oğlu, Miranşah Mirzə isə 

Teymur bəyin üçüncü oğluydu. Miranşah Mirzə Ömər  Şeyx ilə Cahangir 




BABURNAMƏ 

 

25



Mirzədən kiçık, Şahrux Mirzədən isə böyükdü. 

Sultan Əbu Səid Mirzə Ömər Şeyx Mirzəyə ilk öncə Kabili vermiş və 

Baba Kabilini ona bəy-atəkə

1

 təyin edib oraya göndərmişdi. Lakin mirzələ-



rin sünnət düyünü səbəbilə  Dəreyi-Gəzdən qaytarıb Səmərqəndə  gətirtdi. 

Düyündən sonra -Teymur bəy böyük Ömər Şeyx Mirzəyə Fərqanə vilayətini 

verdiyi üçün- o da öz oğlu Ömər Şeyx Mirzəyə Əndican vilayətini verib Xu-

daverdi Tuğçu Timurdaşı bəy-atəkə təyin edərək oraya göndərdi. 



Xarici görkəmi: qısa boylu, topsaqqal, şişman üzlü, tombul bir adam 

idi (7 a). Çox dar paltar geyirdi. Qurşaq bağladarkən qarnını içəri çəkir və 

bağlandıqdan sonra özünü buraxanda çox zaman qurşaq qopurdu. Geyimə 

və yeməyə çox əhəmiyyət vermirdi. Çalmasını dəstar-piç sarıyırdı. Çalmalar 

o zaman çar-piç

2

 idi və sadə sarılıb quyruq buraxılırdı. Yazda divan xaricin-



də başına əksərən moğol biçimi börk qoyurdu. 

Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən olub təmiz etiqadlı bir adam 

idi. Beş rükət namazını buraxmazdı. Qəzaya qalanları da həyatda ikən tama-

mən qılmışdır. Çox zaman yüksək səslə Quran oxuyurdu. Xoca Übeydullah 

həzrətlərinin müridi idi və  dəfələrlə onun söhbətləri ilə  şərəfləndirilmişdir. 

Xoca həzrətləri ona «oğlum» deyə xitab edirdi. Oxuyub yazmağı yaxşı bilir-

di.  Xəmsəteyni,  tarix kitablarını  və  Məsnəvini  oxuyub incələmişdi, tez-tez 



Şahnamə oxuyurdu. Şeirə istedadı vardı, lakin buna əhəmiyyət vermirdi. 

Ədalətinin nə qədər yüksək olduğu bu əhvalatdan da məlumdur: min 

adamlıq bir Xıtay karvanı yolda gedərkən Əndican tərəfindəki dağların ətə-

yində qar altında qalmış və ancaq iki adam xilas olmuşdu. Bunu eşidən kimi 

məmurlar göndərib karvanın bütün malını (7 b) zəbt etdirdi. Orada varislər 

olmadığı  və özünün də ehtiyacı olduğu halda bu malları qorudu. Bir-iki il 

sonra varisləri Səmərqənd və Xorasandan axtarıb tapdıraraq mallarını əskik-

siz olaraq təslim etdi. 

Çox cömərd və cömərd olduğu qədər da xoşxasiyyət idi; yaxşı təbiətli, 

gözəl və şirindil bir adamdı. Cəsur və mərddi. Bir dəfə Axsi qapısında və bir 

dəfə  də  Şahruxiyyə qapısında olmaq üzrə iki dəfə bütün igidlərdən

3

 daha 



yaxşı qılınc çaldı. Oxu orta dərəcədə atırdı. Yumruğu çox qüvvətli idi, onun 

yumruğundan yıxılmayan yoxdu. Ölkəsini genişləndirmək ehtirası üzündən 

bir çox sülh müqaviləsi savaşa, dostluqlar isə düşmənçiliyə çevrildi. 

Əvvəllər çox içirdi. Sonralar yalnızca həftədə bir-iki dəfə məclis qur-

du. Xoşsöhbət bir adamdı, yerində və gözəl beytlər oxuyurdu. Sonralar daha 

                                                           

1

 Bəy-atəkə: əslində ata və əkə "böyük qardaş" sözlərindən ibarət bir sözdür. Gənc şah-



zadələrin tərbiyə edilməsi və şahzadələr üçün ayrılmış vilayətlərin idarəsi ilə ilgili mühüm 

bir məmuriyyətə bəy-atəkəlik deyilirdi. Bizdəki atabəy və lələ tituluna uyğundur. Baburda 

bəy-atəkə ilə birlikdə eşik ixtiyarı termini də işlənir.  

2

 Çar-piç və dəstar-piç: çalma sarılarkən sarığın dolaşma, bükülmə və ya qıvrılmalarına 



görə işlənən terminlər. 

3

 İgid: hökümdarın və ya bir bəyin yanında şəxsi tapşırıqlar məmuru; zabit.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə