Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə10/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   6   7   8   9   10   11   12   13   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



22

dedikləri bir növ narı vardır ki, şirinlikdə və meyxoşluqda Səmnan narlarına 



(3 b)  tərcih edilə bilər. Çəkirdəyini çıxardıqdan sonra içinə badam qoyub 

qurutduqları və sübhani dedikləri bir əriyi də çox ləzzətlidir. 

Ovu və quşu çoxdur; civarında ağ geyiklər olur. Əhalisi sartdır

1

. Bun-



lar yumruq yarışında mahir və davakar insanlardır. Yumruq yarışı Mavəra-

ünnəhrdə çox bilinən bir adətdir. Səmərqənd və Buxarada bu sahədə şöhrət 

qazananların çoxu mərginanlıdır.  Hidayə  adlı  əsərin müəllifi  Şeyx Bürha-

nəddin Əli Mərginanın Rəşdan kəndindəndir.  

İ s f ə r a dağ ətəyində salınmış, axar suları və şaftalı bağları olan bir 

şəhərdır. Mərginanın cənub-qərbində və ondan doqquz ağac uzaqlıqda yer-

ləşir. Meyvə ağacları hədsiz çoxdur; lakin bağlarında badam ağacı üstünlük 

təşkil edir. Əhalisi tamamən sart və dağlıdır. 

Cənubundakı təpələrin arasında daş-ayna dedikləri bir daş parçası var, 

uzunluğu təxminən on karidir

2

. Yüksəkliyi bəzi yerlərində insan boyu qə-



dərdir, alçaq qismi isə bəzi yerlərində insan belinə çatır. Ayna kimi hər şeyi 

əks etdirir. 

İsfəra vilayəti İsfəra, Varux, Sux və Huşyar olmaq üzrə dörd dağ ətə-

yindən ibarətdir. Məhəmməd  Şeybani xan [Baburun dayıları] Sultan Mah-

mud xan ilə Alaca xanı  məğlub edərək Daşkənd və  Şahruxiyyəni alanda 

mən də bu Sux (4 a) və Huşyar dağlarının ətəklərinə gəlmiş və sıxıntı içində 

orada bir ilə yaxın qaldıqdan sonra Kabilə getmişdim. 

X o c ə n d Əndicandan qərbə doğru iyirmi beş ağac məsafədə bir şə-

hərdir. Xocənd ilə  Səmərqəndin arası da iyirmi beş  ağacdır. Qədim  şəhər-

lərdəndir. Şeyx Məsləhət (Müslihəddin) və Xoca Kamal xocəndlidir. 

Meyvəsi bol və çox gözəl olur. Narı xüsusilə məşhurdur; sibi-Səmər-

qənd (Səmərqənd alması) və ənari-Xocənd (Xocənd narı) adla deyilir. An-

caq indilərdə Mərginanın narı daha yaxşıdır.  

Kurqanı yüksək bir yerdədir. Seyhun çayı cənubdan axır və kurqandan 

təxminən bir ox atımı məsafədən keçir. Kurqan ilə çayın şimalındakı Mutu-

gil adlı dağda firuzə mədənləri və digər yataqlar var. Bu dağda ilan yaman 

çoxdur. 

Xocəndin ovlaq və quşlaqları çox yaxşıdır. Ağ geyik, geyik, qırqovul 

və dovşanı çoxdur. Havası sağlamlıq üçün çox zərərlidir və payızda qızdır-

maya tutulan çox olur. Rəvayətə görə, burada sərçəni də qızdırma tuturmuş. 

Havasının pisliyinə şimaldakı bağların səbəb olduğu söylənir. 

Xocəndə tabe olan K ə n d i – B a d a m bir şəhər olmasa da, kiçık və 

                                                           

1

 Sart: türklər və moğollar tərəfindən bəzi gövmlərin ortaq adı olaraq işlədilən termin. 



Sart adı Türküstanda moğol hakimiyyəti zamanı türk olmayan qövmlər üçün işlənmişdir. 

Buxara və Xokandda şəhərli və  əkinçi xalqın dışındaki köçəri qırğızlara da sart deyilirdi. 

Qazaxlar isə türkcə  və ya farsca danışmalarına baxmadan oturaq əhaliyə sart deyirdilər. 

Rəsmi yazı dilində taciklər dışındakı türkləşmiş xalq bu adla anılırdı. 

2

 Kari: 6 tutam uzunluğunda, yəni 144 arpa boyunda bir uzunluq ölçüsü.  




BABURNAMƏ 

 

23



gözəl bir şəhərcikdir. Badamı yaxşı olduğundan  (4 b) bu ad verilmişdir. 

Hürmüzə və Hindistana oranın badamı gedir. Xocənddən beş-altı ağac şərq-

dədir. 

Xocənd ilə Kəndi-Badam arasında Ha-Dərviş adlı bir çöl var. Bu çöl 



daim küləklidir, orada tez-tez qasırğalar olur. Çölün şərqində yerləşən Mər-

ginanla qərbində olan Xocəndə buradan sürəkli küləklər əsir. Rəvayətə görə, 

bir neçə  dərviş bu çöldə qasırğaya tutulmuş  və bir-birlərini tapa bilmədən 

«ha, dərviş, ha, dərviş!» deyərək ölmüşlər. O zamandan bəri bu çölə Ha-Də-

rviş deyirlər. 

A x s i  Seyhun çayının şimal tərəfindəki şəhərlərdən biridir. Kitablarda 

Axsi-kət deyə yazılır. Şair Əsirəddinə də Əsirəddin Axsikəti deyirlər. Fərqa-

nədə Əndicandan sonra ondan böyük şəhər yoxdur. Əndicanın qərbində və 

doqquz ağac məsafədədir. Ömər Şeyx Mirzə buranı paytaxt eləmişdi. 

Seyhun çayı kurqanın altından axır. Kurqan yüksək bir uçurumun üzə-

rindədir və  xəndək yerinə bu dərin uçurum vardır. Buranı  mərkəz edən 

Ömər  Şeyx Mirzə bir-iki qədəmə  kənardan təkrar çuxurlar qazdırmışdır. 

Fərqanədə onun qədər möhkəm başqa bir kurqan yoxdur (5 a). Şəhərin mə-

həllələri isə kurqandan bir şeri

1

 uzaqdadır. «Deh koca və  dərəxtan koca»



2

  

məsəlini, deyəsən, Axsi üçün söyləmişlər. 

Qovunu yaxşı olur. Mir-teymuri dedikləri bir qovun növü var ki, belə 

qovun bütün dünyada yoxdur. Buxara qovunu da məşhurdur. Səmərqənd alı-

nan zaman Axsidən və Buxaradan qovun gətirdib bir məclisdə kəsdirmişdim. 

Lakin Axsi qovunu ilə heç müqayisəyə  gələ bilməz. Ov heyvanı  və quşu 

çoxdur. Seyhun çayının Axsi tərəfi çöldür. Buralarda ağ geyik olduqca çox-

dur. Əndican tərəfi isə meşəlikdir. Geyiyi, qırqovulu və dovşanı bol və çox 

kök olur.  

K a s a n  Axsinin şimalında yerləşir və olduqca kiçık bir şəhərdir. Ən-

dican çayı Oşdan axdığı kimi, Axsi çayı da Kasandan axır. Gözəl və havalı 

bir yerdir. Səfalı bağları var və bunların hamısı dərə kənarında olduğu üçün 

buraya «quzu dərisindən kürk» deyirlər. Oşun və Kasanın əhalisi səfa və ha-

va baxımından öz şəhərlərinin daha gözəl olduğunu iddia edirlər.  

Fərqanə vilayətinin  ətrafındakı dağlarda gözəl yaylalar vardır. Qızıl 

söyüd (tubulğu) ağacı yalnız bu dağlarda bitir, başqa yerlərdə bitmir. Tubul-

ğu qabığı qırmızı bir ağacdır. Ondan əsa, (5 b) qamçı sapı və quş qəfəsi dü-

zəldirlər, yonub ox da qayırırlar. Olduqca yaxşı bir ağacdır. Hədiyyə olaraq 

uzaq yerlərə də aparırlar. 

Bəzi kitablarda yəbrüh üs-sənəmin

3

 bu  dağlarda bitdiyi yazılıdır. La-



kin bu dövrdə belə bir şey heç eşitmədim. Yalnız Yeddi-kəndin dağlarında 

                                                           

1

 Seri: təxminən 2 milə uyğun gələn bir uzunluq ölçüsü. Bax: Qeydlər və izahlar. 



2

 Kənd harada, ağaclar harada. 

3

 Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə