BABURNAMƏ
393
rindən seçilmiş olan iki gəmini
Tirmühani yoluyla Qazipura,
Asayiş ilə
Fərmayiş gəmilərini də Sarunun yuxarısına doğru orduyla birlikdə götürmək
işi benqallar tapşırıldı.
Behar ilə Sərvar tərəfini sakitləşdirdikdən sonra bazar ertəsi günü Çe-
türmukün Çupara keçidindən Saru sahilini təqib edərək Ud tərəfinə doğru
hərəkət edildi. On küruh məsafə gedib Fəthpura tabe olan və Kilirə deyilən
(377 b) bir kəndin yanında Saru sahilinə endik. Erkən hərəkət edənlər yolu
çaşaraq Fəthpurun böyük gölünə varmışlar. Yaxındakı əsgərləri geri qaytar-
maq üçün bir neçə adam göndərildi. Göl sahilində dincəldikdən sonra oraya
enmiş olan əsgərləri ertəsi gün ordugaha gətirməsi üçün Kiçık Xocaya mək-
tub göndərildi.
Ertəsi gün oradan qalxıb yarı yoldan Asayiş gəmisinə mindim və yu-
xarıdakı yurda qədər gəmini çəkdirərək gəldim. Yolda Xəlifə mənim, yanı-
ma Baqinin yanından gələn Şah Məhəmməd Divanənin oğlunu gətirdi. Lek-
nu xəbərini dəqiqləşdirdim: şənbə günü, ramazan ayının on üçündə [=23
may] düşmən hücum edir, lakin heç bir şey edə bilmir. Savaş zamanı bir
araya yığılmış olan quru otlar və qamış od tutur. Kurqanın içi təndir kimi
qızır. Divar üzərində yürümək mümkün olmur və beləcə düşmən kurqanı ələ
keçirir. Amma iki-üç gün sonra bizim geri qayıtdığımızı xəbər alınca çəkilə-
rək Delmut tərəfinə doğru hərəkət edir.
O gün də on küruh qədər yol alıb Sikri pərgənəsinin Cəlisir adlı kəndi-
nin yanına, Saru sahilinə endik.
Çərşənbə günü heyvanların dincəlməsi üçün o yurdda qaldıq. Bəziləri
Şeyx Bəyazid ilə Bibənin Qanqdan keçərək (378 a) Çünar və Cun civa-
rından irəliləyərək özlərini sipahilərinə doğru çatdırmaq niyyətində olduqla-
rını söylədilər. Bəyləri çağırdım və onlarla danışıb məsləhətləşərək Gunepur
vilayəti qarşılığında Çünar və digər bəzi pərgənələri almış olan Məhəmməd
Zaman Mirzə ilə Sultan Cüneyd Barlasın Mahmud xan Nuhani, Qazı Ciya
və Tac xan Sarənghani ilə birlikdə gedib Çünarda düşmənlərin yolunu kəs-
mələrinə qərar verildi.
Cümə axşamı günü erkəndən qalxıb Saru çayından ayrılaraq on bir
küruh irəliləyib Persərudan keçdik və eyni çayın sahilində düşərgə saldıq.
Bəyləri dəvət edib məsləhətləşdikdən sonra İsən Teymur Sultan, Məhəm-
məd Sultan Mirzə, Toxta Buğa Sultan, Qasım Hüseyn Sultan, Bixub Sultan,
Müzəffər Hüseyn Sultan, Qasım Xoca, Cəfər Xoca, Zahid Xoca, Can bəy
[Can Məhəmməd] və Əsgərinin adamlarıyla birlikdə Kiçık Xoca, hind əmir-
lərindən [Cəlal xan Cighetin oğlu] Aləm xan Kalpi, Məlikdad Kərrani və
Ravuy Sərvani komandanlığındakılar ordunun ana qismindən ayrılaraq Bə-
yazid ilə Bibənin arxasından Dəlmut tərəfinə sürətlə yürümələri üçün tap-
şırıq aldılar.
Bu Persəruda abdəst alırdım ki, şam ışığına çoxlu balıq toplanaraq su
Zəhirəddin Məhəmməd BABUR
394
üstünə çıxdı. Mən və yanımdakılar əllə xeyli balıq tutduq.
Cümə günü Persərunun qollarından birinin basma endik. Çox kiçık bir
çaydı. Əsgərlərin gedib gəlməsindən bulanmaması üçün üst tərəfində (378
b) hövzi-kəbirlik bir yerini abdəst üçün düzəltdirdim. Ayın
iyirmi yeddinci
gecəsini [=3 iyun] bu yurdda keçirdik. Ertəsi gün buradan qalxıb Tus çayını
keçərək endik. Bazar günü də bu çayın sahilinə endik.
Bazar ertəsi günü, ayın iyirmi doqquzunda da [=6 iyun] bu Tus çayı-
nın sahilində güşərgə saldıq. O axşam havanın o qədər açıq olmamasına
baxmayaraq bir neçə adam ay gördülər və qazı önündə şəhadət etdilər. Ay
başı sabit oldu. Çərşənbə axşamı gününün sabahı bayram namazını qılıb
hərəkət etdik. On küruh gedib Tayikdən bir küruh uzaqlıqda Guy çayının sa-
hilinə endik. Günortaya yaxın məcun yedik. Şeyx Zeyn, Molla Şəhab və
Xandəmirə yalnızca bu beyti göndərib çağırdıq:
Şeyx, Molla Şəhabü Xandəmir,
Gəlin üç-üç, iki-iki, bir-bir..
Dərviş Məhəmməd [Sarban], Yunus Əli və Abdullah [Kitabdar] da
orada idilər. İkindi üstü güləşçilər güləşdilər.
Çərşənbə günü də o yurdda qaldıq. Çeşdə yaxın bir vaxtda məcun ye-
dik. Tac xanı Çünardan çıxarmaq üçün getmiş olan Məlik Şərq o gün gəldi.
O gün də pəhlivanlar güləşdilər. Daha öncə gəlmiş olan Udi Pəhlivan o gün-
lərdə gələn (379 a) bir hind pəhlivanı ilə güləşərək onu yıxdı. Yəhya Nuha-
niyə Sərvardan təxsisat olaraq on beş leklik yer verilib bir dəst libas geydiri-
lərək getməsinə izin verildi.
Ertəsi gün on bir küruh gedib Guy çayını keçərək o çayın sahilinə en-
dik. İlqar gedən sultan və bəylərin Dəlmuta çatdıqları, lakin Qanq çayını hə-
lə keçmədikləri xəbəri alındı. Buna əsəbiləşdim; Qanq çayını dərhal keçib
düşməni təqib etmələri və Cundan da keçərək Aləm xanı [Cəlal xan Cighet]
özlərinə qoşub sürətlə asilərə hücum etmələri üçün fərmanlar göndərildi.
Guydan qalxdıq və arada bir dəfə dincəldikdən sonra Dəlmuta gəldik.
Həmin gün əsgərin böyük bir qismi Qanq üzərindəki keçiddən keçdi. Ordu
keçdikdən sonra keçiddən aşağıda yerləşən adada məcun yedik.
Suyu keçərək endiyimiz yurdda əsgərin gecikənləri üzündən bir gün
qaldıq. O gün əsgəriylə birlikdə Baqi Daşkəndi də gəlib mülazimət etdi.
Qanq çayından hərəkət etdik və arada bir dəfə dincəldikdən sonra Gü-
varənin yanında Erind çayının sahilinə endik. Dəlmutdan Güvarəyə qədər
iyirmi iki küruh tutdu. Cümə axşamı günü də o yurddan qalxıb Adəmpur
pərgənəsinin önünə endik.
Müxalifləri təqib məqsədilə çayı keçə bilmək üçün (379 b) mövcud
gəmiləri gətirmək üzrə gəmicilərdən bir-ikisi daha öncədən Kalpiyə göndə-
rilmişdi. Orada dincəldiyimiz axşam bir neçə gəmi gəldi. Çayda keçid də
tapıldı. Yurd tozlu olduğu üçün mən adada oturdum. Orada olduğumuz bir