BABURNAMƏ
61
günündə [digər oğlu] Müzəffər Mirzə də [Bədiüzzamanın oğlu] Məhəmməd
Mömin Mirzəni Əstərabadda məğlub etmişdi. Daha da qəribəsi budur ki,
Çərşənbə adlı bir adam Məhəmməd Mömin Mirzəni əsir edərək gətirmişdi.
Zəhirəddin Məhəmməd BABUR
62
FƏRQANƏ - 903 (30 AVQUST 1497 – 19 AVQUST 1498)
DOQQUZ YÜZ ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ
Baği-meydanın arxasındakı Külbə çayırında dayandıq. Səmərqəndin
sipahilərindən və şəhər əhalisindən lap çox adam Məhəmməd Çəb körpüsü-
nün civarında qarşımıza çıxdı. Bizim əsgər müharibəyə hazır deyildi. (43 a)
İgidlər hazırlaşana qədər Sultanqulunu və Babaqulunu ələ keçirərək hisara
götürdülər.
Bir neçə gün sonra qalxıb Kuhəkin arxasındakı Külbənin kənarında
durduq. Seyid Yusif Bəyi o gün Səmərqənddən çıxardılar, o da oraya gəlib
bizə xidmət etməyə hazır olduğunu bildirdi.
Buraya gəldiyimizi görən səmərqənddəkilər elə zənn etdilər ki, biz
geri çəkilmişik. Köməkçilər, sipahilər və şəhərlilər Mirzə körpüsünə və
Şeyxzadə darvazasından Məhəmməd Çəb körpüsünə qədər çıxdılar. İgidlərə
silahlanıb atlara minməyi əmr etdik. Onlar iki tərəfdən – Mirzə körpüsü ilə
Məhəmməd Çəb körpüsündən düşməni sıxışdırdılar. Allahın köməyilə düş-
mən yenildi. Onların ləyaqətli bəylərini və yaxşı igidlərini əsir edib gətirdi-
lər. Bunlardan biri Məhəmməd Miskin Hafiz Dulday idi, onun şəhadət bar-
mağını kəsmişdilər. Ondan başqa, Məhəmməd Qasım Nəbirə, onun kiçık
qardaşı Həsən Nəbirə və daha bunlar kimi sipahilər və əhali tərəfindən tanı-
nan igidlərdən xeyli vardı.
Şəhərin yetimlərindən Divanə Caməbəf ilə Kəlqaşığı da gətirdilər;
bunlar küçə qovğasında və oğurluqda alt təbəqə (43 b) arasında məşhur idi-
lər. Gari-Aşiqanda ölən piyadaların intiqamının alınması üçün işkəncə ilə
öldürülmələri əmr edildi. Bu, Səmərqənd əhalisi üçün qəti bir məğlubiyyət
idi. Bundan sonra kurqandan çıxmaları dayandı. İş o dərəcəyə vardı ki,
bizimkilər xəndək kənarına qədər gedib əsirlər gətirirdilər.
Günəş tərəzi bürcünə girdi. Soyuqlar başladı. Məsləhət toplantısına
qatıla biləcək bəyləri çağıraraq vəziyyəti müzakirə etdik. Bunlara qərar ve-
rildi: şəhər əhalisi o qədər aciz qalmışdır ki, Allahın inayətilə şəhəri bugün
də, sabah da ala bilərik. Burada soyuqdan əziyyət çəkməkdənsə şəhərin ya-
xınından qalxıb bir kurqanda qışlaq düzəltmək lazımdır. Əgər getmək lazım
gəlsə, oradan daha az tərəddüdlə getmək mümkündür.
Qışlaq üçün Xoca-Didar kurqanı uyğun görüldü. Oradan qalxıb Xoca-
Didarın önündəki çayıra getdik. Kurqana girib ev və koma yerlərini müəy-
yən etdik. Bunları düzəldəcək adamlar ilə təhsildarlar qoyaraq yurda döndük.
Qışlaq hazır olana qədər bir neçə gün çayırda qaldıq.
Bu zaman Baysunqur Mirzə Türküstana, Şeybani xana ard-arda
adamlar göndərərək kömək istəmiş. Qışlaq hazır oldu və biz kurqana (44 a)
girdik. Şeybani xan Türküstandan hücum edərək o gecə bizim yurdumuzun
BABURNAMƏ
63
üzərinə doğru gəldi. Bizim əsgərimiz yanımızda deyildi. Qışlak üzündən
bəziləri Ribati-Xocaya, bəziləri Qəbilə, bəziləri də Şiraza getmişdi. Buna
baxmayaraq əlimizdəki qoşunu toplayıb qarşı çıxdıq. Lakin Şeybani xan
müharibəyə girmədən Səmərqəndə doğru geri çəkildi. Şeybani xanla Bay-
sunqur Mirzənin istəkləri üst-üstə düşmədiyi üçün anlaşa bilməmişdilər.
Şeybani xan bir neçə gün sonra heç bir şey edə bilmədi və dilxor halda Tür-
küstana qayıtdı.
Baysunqur Mirzə yeddi ay mühasirə altında qaldı. Şeybani xandan kö-
mək ummuş, lakin bu ümidi də boşa çıxmışdı. Axırda iki-üç yüzə qədər ac
adamı ilə birlikdə Qunduza, Xosrov şahın yanına getdi. İyulda Amu-Dər-
yadan keçdiyi zaman Sultan Məsud Mirzənin qohumlarından və etibarlı
adamlarından olan Termiz hakimi Seyid Hüseyn Əkbər bunu xəbər alıb
Baysunqur Mirzənin üstünə yürüdü. Mirzə çayı keçmişdi, amma Mirim Tar-
xanı orada su götürdü. Seyid Hüseyn də geridə qalan adamlarını və əşyasını
ələ keçirdi. Baysunqur Mirzənin Tahir Məhəmməd adlı çöhrəsi də ələ keç-
mişdi. Xosrov şah Baysunqur Mirzəni yaxşı qarşıladı (44 b).
Baysunqur Səmərqənddən çıxanda bizə xəbər gəldi. Xoca-Didardan
hərəkət edərək Səmərqənd üzərinə yürüdük. Yolda Səmərqəndin böyükləri,
bəylər və igidlər birər-birər bizi qarşılayıb təbrik etməyə gəldilər. Rəbiyül-
əvvəl ayının sonlarına doğru [=1497 noyabr] ərkə girib Bostan-Saraya
endim. Tanrı təalanın inayəti ilə Səmərqənd şəhəri və vilayəti zəbt edilib ələ
keçirildi.
SƏMƏRQƏNDİN QISA TƏSVİRİ
Səmərqənd qədər gözəl bir şəhər dünyada az tapılar. Beşinci iqlimdə-
dir. Koordinatları 99 dərəcə 56 dəqiqə uzunluq və 30 dərəcə 30
dəqiqə en
dairəsidir
1
. Şəhəri Səmərqənddir, vilayətinə Mavəraünnəhr deyirlər. Heç bir
düşmən onu güc və üstünlüklə ələ keçirə bimədiyi üçün «Bəldeyi-məhfuzə
2
deyirlər. Səmərqənd əmirəlmöminin həzrəti Osman zamanında islamiyyəti
qəbul etmişdir. Səhabədən Qusəm bin Abbas buraya gəlmişdir. Onun məzarı
Ahən darvazasının bayırındadır və bugün də Məzari-Şah adıyla məşhurdur.
Səmərqəndi İskəndər [Filkus] qurmuşdur. Moğol və türk ulusları Sə-
mizkənd deyirlər. Teymur bəy buranı paytaxt eləmişdi. Teymur bəydən əv-
vəl onun kimi böyük bir padşah Səmərqəndi paytaxt eləməmişdi. Qala di-
varları üzərindən kurqanın uzunluğunun ölçülməsini əmr etdim; ölçdülər, on
min altı yüz qədəm çıxdı.
Əhalisi bütünlüklə sünni, pak məzhəb, şəriətə bağlı və dindardır. Həz-
1
Bu koordinatlar ortaçağ hesablarına görədir. Modern standartlara görə, Səmərqənd 67°
uzunluq və 39° 40' en dairəsindədir.
2
Bəldeyi-məhfuzə: (Allahın) hifz etdiyi yer, hifz olunan şəhər deməkdir.