Zəhirəddin Məhəmməd BABUR
52
da bir qədər əsgərlə birlikdə Həmzə Sultanın və moğollarm üstünə Qara-Tə-
kinə göndərmişdi. Bunlar da [onların] arxalarından yetişərək Qara-Təkində
vuruşdular, Sultan Hüseyn Mirzənin (34 a) axınçılarını məğlub edərək bəy-
lərin çoxunu ələ keçirdilər, ancaq təkrar azad elədilər.
Belə olduqda Həmzə Sultan, Mehdi Sultan, Həmzə Sultanın oğlu Ma-
maq Sultan, sonralar Məhəmməd Duğlat Hisari adıyla tanınacaq Məhəm-
məd Duğlat, Sultan Hüseyn Duğlat və bu sultanların idarəsindəki özbəklər
ilə Hisar vilayətində yaşayan və Sultan Mahmud Mirzənin adamları olan
moğollar bizim xidmətimizə girmək istəyərək ramazan ayında [=1946 may-
iyun] Əndicana gəldilər. O zaman teymurilərin adətinə uyğun olaraq döşək
üstündə otururdum. Həmzə Sultan, Mehdi Sultan və Mamaq Sultan gəlincə
bunlara hörmət əlaməti olaraq ayağa qalxıb döşəkdən endim və onlarla gö-
rüşdüm. Sultanlara sağ tərəfimdə bağdaş qurdurdum. Məhəmməd Duğlat
Hisarinin komandanlığındakı bütün moğollar gəldilər və xidmətimə girmək
istədilər.
Sultan Hüseyn Mirzə gəlib Hisar kurqanını mühasirəyə aldı. Lağım
açmaq, kurqana hücum etmək, daş atmaq və qazan
1
qurmaq işləriylə gecə-
gündüz durmadan uğraşırdı. Dörd-beş yerdə lağım açıldı. Şəhər tərəfindəki
qapıda açılan lağım xeyli irəliləmişdi. Kurqan içində olanlar da öz lağımla-
rını açıb bu lağımı tapdılar və (34 b) yuxarıdan buraya tüstü buraxdılar. Am-
ma Mirzənin adamları öz lağımlarını bağlayanda tüstü yuxarı, kurqanı qoru-
yanların özünə qayıtdı. Kurqanı qoruyanlar can hövlünə düşərək qaçdılar.
Axırda su gətirib tökərək bayırdan girənləri lağımla qaçmağa məcbur etdilər.
Bir dəfə də bir neçə ürəkli igid yuxarı çıxıb lağımın yanındakıları qaçırtdı.
Bir dəfə isə Mirzənin olduğu şimal tərəfdən qazan qurub çoxlu daş
ataraq qalanın bir bürcünü zədələmişdilər. Yatsı namazı vaxtı bürc yıxıldı.
Bəzi igidlər dərhal hücum etmək istədilər. Ancaq Mirzə gecə olduğu üçün
izin vermədi. Kurqandakılar isə sabaha qədər bürcü tamamilə təmir etmişdi-
lər. Ertəsi gün də müharibə olmadı. Bu iki-iki ay yarımda bütün iş lağım aç-
maq, qalacıqlar qurmaq və daş atmaqdan oyana keçmədi. Əsaslı bir savaş
olmadı.
Bədiüzzaman Mirzənin idarəsində Xosrov şahın üstünə göndərilən qa-
filə Qunduzdan üç-dörd ağac qədər aşağıda bir yerə gələndə Xosrov şah bü-
tün adamlarını döyüş qaydasında düzərək Qunduzdan çıxdı və ertəsi gün
Bədiüzzaman Mirzənin əsgərinin üstünə yürüdü. O qədər mirzənin və sərdar
bəyin (35 a) adamları Xosrov şahın adamlarının iki misli qədər olmasa da,
bir yarım misli olduğu halda ehtiyat edərək səngərdən çıxmadılar. Xosrov
şahın əsgəri yaxşı-pis, böyük-kiçık dörd-beş min qədər idi. Xosrov şah bu
fani dünya üçün və bivəfa nökər-naibi üçün bunca zülm və ədalətsizliyi özü-
nə adət etmiş, bunca böyük vilayətlər almış və bu qədər çox adam saxlamaq
1
Qazan: əslində böyük tava mənasına gələn bu söz böyük top anlamında da işlənir.
BABURNAMƏ
53
yolunu seçmiş (ömrünün sonuna doğru adamlarının sayı təqribən iyirmi-
otuz minə çıxmışdı, torpaqları isə öz padşahının və mirzələrin torpağından
daha çox idi) bir adam idi. Bu iş onun həyatında gördüyü yeganə iş oldu.
Xosrov şah və onun tabeliyindəkilər bu iş sayəsində sərdarlıq və cəsarətdə
nam qazandılar, səngərdən çıxmayanlar isə öz qorxaqlığı və cəsarətsizliyi
ilə bədnam oldular.
Bədiüzzaman Mirzə oradan çəkilərək çox çətinliklə Taliqanın böyük
bağına gəldi. Xosrov şah özü Qunduz kurqanında idi, kiçık qardaşı Vəlini
isə Mirzəni narahat edəcək bəzi qarışıqlıqlar çıxarmaq üçün bir dəstə seçmə
igidlə birlikdə İşkəmiş, Fülula və ətraf dağların ətəklərinə göndərmişdi. Mü-
hib Əli Qurçu da bir dəstə yaxşı igidlə birlikdə gəlmişdi və Xutlan çayının
(35 b) sahilində Bədiüzzaman Mirzənin adamlarının bir qismilə qarşılaşdı,
onların bəzilərini atdan saldı, bir neçəsinin də başını kəsdi.
Sonra bu məğlubiyyətin qisasını almaq üçün Şeydim Əli Dərban, onun
kiçık qardaşı [Sultan Baba] Qulu bəy və Bəhlul Əyyub bir dəstə yaxşı igidlə
birlikdə gələrək Əmbər dağının ətəyindəki Xoca-Çəngəl civarında, Xorasan
əsgərlərinin köçdüyü yerdə çarpışdılar; amma o biri tərəfdən bir çox adam
yetişib Şeydim Əli, Qul Baba [Sultan Baba Qulu bəy] və bir dəstə yaxşı
igidlərin hamısını ələ keçirdi.
Bu xəbər Sultan Hüseyn [Bayqara] Mirzəyə çatdı. Hisarın bahar yağ-
murları üzündən ordu da təhlükədə idi. Uzlaşma yolunu tutaraq içəridən
Mahmud Barlas, dışarıdan isə Hacı Pir Bəkavul ilə böyük ağalar
1
görüşdülər.
Sultan Hüseyn Mirzə nə qədər sazəndə və xanəndə varsa hamısını yığıb
Sultan Mahmud Mirzənin Xanzadə bəyimdən olan böyük qızını, yəni Sultan
Əbu Səid Mirzənin qız nəvəsini [Bikə bəyimi] Payəndə Sultan bəyimdən
olan [oğlu] Heydər Mirzə ilə evləndirərək Hisardan çəkildi və Qunduza
doğru hərəkət etdi. Qunduza gəlincə bir az siyasət işlədərək buranı müha-
sirəyə almağa çalışdı. Axırda [oğlu] Bədiüzzaman Mirzənin araya girməsi
ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz ye-
rinə-yurduna qayıtdı.
Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişmə-
sinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri
qayıtması idi.
Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi
üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər
oğlu] Müzəffər Hüseyn Mirzəyə verdi. Hər ikisini də Bəlx və Əstərabad
1
Ağa, yaxud ağaca: yaşca böyük anlamına gələn ağa termini sonradan hansısa bir qu-
rumun başında duranlara məxsus ünvan olmuşdur.