BABURNAMƏ
59
piyadalar idi. Birinin adı Hacıydı və kiçıkliyindən
bəri mənim xidmətimdə
idi. Birinə də Mahmud Kundursəngək deyirdilər. Hamısını öldürdülər.
Bu yurdda olduğumuz zaman Səmərqəndin şəhər əhalisindən və əs-
nafdan o qədər çox adam dışarı çıxmışdı ki, ordugah artıq bir şəhər halına
gəlmişdi. Şəhərlərdə nə axtarsan ordugahda tapardın.
Bu müddət ərzində Səmərqənd istisna olmaqla digər bütün kurqanların,
dağların və ovaların hamısı bizə itaət etmişdi. Şavdar dağının ətəyindəki Ör-
kət adlı bir kurqanı bəzi adamlar gücləndirmişdilər. Bu üzdən bu yurddan
qalxıb Örkətə yürüş etmək lazım gəldi. Axırda bizə qarşı dayana bilməyə-
cəklərini anladıqları zaman da Xoca [Mövlana] qazını (41 a) minnətçi salıb
itaət etdilər. Biz də onların xətalarını bağışlayaraq yenidən Səmərqəndin
mühasirəsi ilə məşğul olduq.
SULTAN HÜSEYİN MİRZƏ İLƏ
BƏDİÜZZAMAN MİRZƏ ARASINDA ÇARPIŞMA
Bu il Sultan Hüseyn [Bayqara] Mirzə ilə [oğlu] Bədiüzzaman Mirzə
arasındakı anlaşmazlıqlar bunları savaşa sürüklədi. Məsələ belə idi:
keçən il
Sultan Hüseyn Mirzənin Bəlxi Bədiüzzaman Mirzəyə, Əstərabadı isə Mü-
zəffər Mirzəyə verərək onları yükündürdüyünü nəql etmişdik. O zamandan
bugünə qədər bir çox elçilər gəlib getdi. Axırda Əlişir bəy [Nəvai] də elçi
olaraq gəldi. Nə qədər çalışsalar da Bədiüzzaman Əstərabadı kiçık qardaşına
verməyə razı olmadı və «Mənim oğlum Məhəmməd Mömin Mirzə sünnət
olunanda, [babası] Sultan Hüseyn Mirzə oranı ona hədiyyə etmişdi» dedi.
Bir gün Əlişir bəylə Mirzə arasında bir söhbət oldu ki, bu, Mirzənin
sürətli fəhminə, Əlişir bəyin də həssasiyyətinə bir dəlildir. Əlişir bəy bir çox
məhrəm sözü Mirzəyə pıçıltıyla söylədi və «Bu sözləri unudun» dedi. Mirzə
də dərhal «hansı sözləri?» deyə soruşanda, Əlişir bəy çox mütəəssir oldu və
uzun-uzun ağladı.
Ata ilə oğul arasındakı bu dedi-qodular axırda belə nəticələndi: atası
oğlu, oğlu da atası üzərinə Bəlx və Əstərabada qoşun yeritdi. Gürzüvan
ətəyində yerləşən (41 b) Yekçıraq çayırına aşağıdan Sultan Hüseyn Mirzə
yuxarıdan da [oğlu] Bədiüzzaman Mirzə gəldi. Ramazan başlanğıcında çər-
şənbə axşamı günü [=3 may 1497] Sultan Hüseyn Mirzənin bir neçə bəyi və
bir dəstə süvarisi ilə birlikdə [digər oğlu] Əbülmöhsün Mirzə irəlilədi. Ciddi
bir vuruşma olmadan Bədiüzzaman Mirzə məğlub oldu. Bir çox yaxşı igid
əsir düşdü. Sultan Hüseyn Mirzə hamısının başını kəsdirdi. Yalnız burada
deyil, hansı oğlu düşmən olaraq qarşısına çıxsa, məğlub etdi və əsir düşən
adamlarının hamısının başlarını kəsdirdi. Nə eləsin, haqq onun tərəfində idi.
Bu mirzələr zövq və səfahətə o dərəcədə düşkün idilər ki, ataları kimi
təcrübəli və ağıllı bir padşah onlara yarım günlük məsafəyə qədər yaxınlaş-
Zəhirəddin Məhəmməd BABUR
60
dığı və digər tərəfdən də ramazan kimi mübarək və əziz bir aya girməyə yal-
nızca bir gecə qaldığı halda, onlar atalarından çəkinmədən, Allahdan qorx-
madan yalnızca şərab içib zövq və səfa sürməklə məşğul idilər. Şübhəsiz,
belə hərəkət edən adamlar belə yenilgilərə uğrayar və belə insanların öhdə-
sindən hər kəs gələr.
Əstərabadın idarəsi neçə ildir Bədiüzzaman Mirzənin əlində idi. Ət-
rafındakılar və igidləri fövqəladə zövqə və süsə düşkün idilər. Altın və gü-
müş qab-qaşıqları və əşyaları hədsiz dərəcədə çoxalmışdı. Süslü geydirilmiş
igidlərinin (42 a) və cins atlarının sayı-hesabı yox idi. Orada hamısını itirdi.
Dağ yollarından qaçarkən, qayalıqlardan və uçurumlardan böyük çətinliklər-
lə endi, amma bir çox adamı bu uçurumlarda tələf oldu.
Sultan Hüseyn Mirzə oğlunu yendikdən sonra Bəlxə gəldi. Bədiüzza-
man Mirzə Bəlxdə Şeyx Əli Tağayini qoymuşdu. O da çarəsiz qaldı və Sul-
tan Hüseyn Mirzəyə itaət edərək Bəlxi təslim etdi. Sultan Hüseyn Mirzə
Bəlxi [digər oğlu] İbrahim Hüseyn Mirzəyə verib Məhəmməd Vəli bəylə
Şah Hüseyn Çöhrəni də onunla birlikdə qoydu və özü Xorasana geri qayıtdı.
Məğlub olan, malı-mülkü yağmalanan Bədiüzzaman Mirzə ətrafındakı
igidləri, piyada və çılpaq adamlarıyla birlikdə Qunduza, Xosrov şahın yanı-
na getdi. Xosrov şah ona yaxşı üz göstərdi. At və dəvələrlə birlikdə kiçık və
böyük çadırlar, sipahilərə gərəkən təchizatı verərək, həm Mirzənin özünə,
həm də başının adamlarına o qədər yaxşı rəftar və insaniyyət göstərdi ki, gö-
rənlər Mirzənin öncəki və bugünkü təchizatı arasındakı fərqin yalnızca süslü
və yaldızlı alətlərin olmaması olduğunu söylədilər.
SULTAN MƏSUD MİRZƏ İLƏ
XOSROV ŞAH ARASINDAKI UYUŞMAZLIQ
Sultan Məsud Mirzə ilə Xosrov şah arasında birinin ölçüsüzlüyü, digə-
rinin isə özünü böyük görməsindən uyuşmazlıq yarandı. Xosrov şah Vəli və
Baqini [Çağanyanı] (42 b) Bədiüzzaman Mirzə ilə birlikdə Hisara Sultan
Məsud Mirzənin üzərinə göndərdi. Lakin kurqana yaxınlaşa bilmədilər.
Civardakı bölgədə hər iki tərəf bir-iki dəfə qılınc işlətdi. Bir dəfə də Mühib
Əli Qurçu qafilədən ayrılaraq Hisarın şimal tərəfində yerləşən Quşxanaya
gəlib yaxşı çarpışdı. Atdan yıxılıb ələ keçiriləcəyi zaman arxadaşları gəlib
onu qurtardılar. Bir neçə gün sonra sülhə bənzər bir şey bağlayıb geri qayıt-
dılar.
Bundan bir neçə gün sonra Bədiüzzaman Mirzə dağ yolundan Qəndə-
hara və Zəmindavərə, Zünnun bəy Arğun ilə oğlu Şah Şüca Arğuna getdi.
Zünnun bəy Arğun xəsis olduğu halda yaxşı münasibət göstərdi və bir dəfə
də qırx min qoyun hədiyyə etdi. Qəribə bir təsadüfdür ki, Sultan Hüseyn
Mirzənin [oğlu] Bədiüzzaman Mirzəni məğlub etdiyi eyni çərşənbə axşamı