Zəhirəddin Məhəmməd BABUR
64
rəti peyğəmbər zamanından bəri Mavəraünnəhrdə o qədər çox islam imamı
yetişmişdir ki, başqa heç bir vilayətdən (45 a) bu qədər çox imam çıxma-
mışdır. Kəlam imamlarından biri olan Şeyx Əbu Mənsur Səmərqəndin Ma-
turid adlı məhəlləsindəndir.
Kəlam imamları iki qrupa bölünür; birinə maturidiyyə, digərinə əşa-
riyyə deyirlər. Maturidiyyə Şeyx Əbu Mənsur tərəfindən qurulmuşdur. Sə-
hihi-Buxari adlı əsərin müəllifi Xoca İsmayıl da Mavəraünnəhrdəndir. Hi-
dayə adlı əsərin yazarı da Fərqanənin Mərginan adlı vilayətindəndir. İmam
Əbu Hənifə məzhəbində Hidayədən daha sayğın bir fiqh kitabı yoxdur. Fər-
qanə də Mavəraünnəhrə daxil olub məmurənin kənarında yerləşir.
Səmərqəndin şərqində Fərqanə və Kaşğar, qərbində Buxara və Xa-
rəzm, şimalında Daşkənd və Şahruxiyyə (kitablarda Şaş və Bənakət deyə
yazılır), cənubunda Bəlx və Termiz yerləşir.
Kuhək çayı Səmərqəndin şimalından axır və ondan iki küruh məsa-
fədədir. Bu çayla Səmərqənd arasında Kuhək deyilən bir təpə vardır və çay
bunun ətəyindən axdığı üçün Kuhək çayı deyirlər. Bu sudan böyük bir qol
ayrılmışdır. Dərya qədər geniş olan bu qola Dərğəm çayı deyirlər. Səmər-
qənddən bir şəri məsafədədir və şəhərin cənubundan axır. Səmərqəndin bağ-
ları, məhəllələri və bir neçə qəzası bu su sayəsində abad olmuşdur. Buxara
və Qara gölə qədər otuz-qırx ağaca yaxın bir bölgənin əkin-biçini və abad-
lığı Kuhək çayıyla təmin edilir. Bu qədər böyük (45 b) bir çay olduğu halda
suyu ziraət və abadlıq üçün ancaq yetir, hətta yayda Buxara üç-dörd ay su-
suz qalır.
Üzümü, qovunu, alması, narı və digər bütün meyvələri çox yaxşıdır.
Lakin Səmərqəndin iki meyvəsi məşhurdur: sibi-Səmərqənd (alma) və sa-
hibi-Səmərqənd (üzüm).
Qar Kabildə olduğu qədər çox yağmasa da, qışı çox soyuqdur. Yayda
havası xoşdur, lakin Kabil qədər deyil.
Səmərqənddə və onun məhəllələrində Teymur bəyin və Uluğ bəyin
imarət və bağları çoxdur. Teymur bəy Səmərqənd ərkində Göy saray deyə
məşhur olan dörd qatlı, fövqəladə böyük bir köşk tikdirmişdir.
Bundan başqa, Ahənin darvazasına yaxın, qalanın içində bir cami də
tikdirmişdir. Bu caminin daşlarını əksəriyyəti Hindistandan gətirtilən daşçı-
lar işləmişdir. Caminin kitabəsindəki «Və əz yərfəu İbrahim əl-qəvaidə...»
1
ayəsini elə böyük hərflərlə yazmışlar ki, bir küruh məsafədən oxumaq müm-
kündür. Bu da çox böyük bir binadır.
[Teymur bəy] Səmərqəndin şərqində iki bağ saldırmışdır. Daha
uzaqda olan Baği-boldu, digəri isə daha yaxında olan Baği-dilgüşadır. Baği-
dilgüşadan Firuzə darvazasına qədər bir yol çəkdirib iki tərəfinə qovaq ağacı
əkdirmişdir. Dilgüşada da böyük bir köşk tikdirmişdir. Bu köşkdə (46 a)
1
Quran, Bəqərə surəsi: "İbrahim İsmayıl ilə bərabər Evin təməllərini yüksəldir" (2:127).
BABURNAMƏ
65
Teymur bəyin Hindistan müharibələri təsvir edilmişdir. Kuhək təpəsinin ətə-
yində, Kani-Gilin -abi-rəhmət də deyilən Qara suyun- üst tərəfində Nəqşi-
cahan adında bir bağ saldırmışdır. Mən görən zaman bu bağ artıq xarab ol-
muş və diqqətədəyər bir şeyi qalmamışdı. Səmərqəndin cənubunda, qalaya
yaxın yerdə Baği-çinar, Səmərqəndin aşağı tərəfində Baği-şimal və Baği-
behişt vardır.
Teymur bəyin nəvəsi, Cihangir Mirzənin oğlu olan Məhəmməd Sultan
Mirzə də Səmərqəndin dış kurqanında – Çəkərdə bir mədrəsə tikdirmişdir.
Teymur bəyin və Səmərqənddə padşahlıq edən övladlarının hamısının qəbri
buradadır.
Uluğbəy Mirzənin imarətlərindən olan mədrəsə və xanəgah isə Səmər-
qənd qalasının iç tərəfindədir. Xanəgahın qübbəsi fövqəladə böyükdür, onun
qədər böyük bir qübbənin dünyada olmadığını söyləyirlər. Bu mədrəsənin
və xanəgahın yanında Mirzə hamamı deyə bilinən gözəl bir hamam tikdir-
mişdi. Döşəməsi müxtəlif daşlardandır. Xorasanda və Səmərqənddə onun
kimi başqa bir hamam yoxdur (46 b).
Bir də mədrəsənin cənubunda Məscidi-Müqətta dedikləri bir məscid
tikdirmişdir. Müqətta [kəsilmiş, ayrı] deyilməsinin səbəbi parça-parça ağac-
ların yonulub islami və Çin üsulu naxışlarla işlənməsindəndir. Bütün divar-
ları və damı bu tərzdədir. Bu məscidin qibləsi ilə mədrəsənin qibləsi ara-
sında çox böyük fərq vardır. Hər halda bu məscidin qiblə yönünü ulduzlara
görə təyin etmişlər.
Tikdirdiyi digər böyük binalardan biri də Kuhək təpəsinin ətəyində
yerləşən və içərisində zic
1
yazma aləti olan üç qatlı rəsədxanadır. Uluğ bəy
Mirzə bu rəsədxana ilə zici-Gürganini tərtib etmişdir ki, dünyada bu zic di-
gərlərindən daha artıq istifadə olunur. Bundan əvvəl Xoca Nəsir[əddin] Tu-
sinin elxani hakimi Hülakü xan zamanında Marağada tərtib etdiyi zici-El-
xani istifadə olunmuşdu. Deyəsən, dünyada yeddi-səkkizdən artıq rəsədxana
olmamışdır. Bunlardan birini xəlifə Məmun tikdirmişdir və zici-Məmuni bu-
rada tərtib edilmişdir. Bitlimus da bir rəsədxana tikdirmişdir. Hindistanda
racə Bikerməcit Hindu zamanında bugün Mandu adıyla tanınan Malva döv-
lətindəki Ücceyn və Deharda bir rəsədxana var. Hindlərin Hindistanda bu-
gün də istifadə etdikləri zic budur. Bu rəsədxananın tikilməsindən bəri (47
a) 1584 il keçmişdir və bu zic digər ziclərə görə daha naqisdir.
[Uluğ bəy] Kuhək təpəsinin qərb tərəfindəki ətəyində Baği-meydan
adlı bir bağ və bu bağın ortasında Çihil sütun dedikləri böyük bir bina tikdir-
mişdir. İki qatlı və sütunları tamamilə daşdan olan bu binanın dörd kün-
cündə minarəyə bənzər dörd bürc tikilmişdir. Üst qata bu qüllələrdən çıxılır.
Digər yerlərdə daş sütunlar vardır. Bunların bəziləri büklümlü, bəziləri ho-
1
Zic: yaxud zeyr: əskidən ulduzların yerlərini və hərəkətlərini göstərmək üçün hazır-
lanmış cədvəl, kataloq.