Zəhirəddin Məhəmməd BABUR
68
mur bəy paytaxt olaraq Səmərqəndi seçmişdir.
Qarşı vilayətinə Nəsəf və Nəxşəb də deyirlər. Qarşı moğolca bir söz
olub məzar deməkdir. Ehtimal ki, bu ad buraya Çingiz xan istilasından sonra
verilmişdir. Suyu azdır, baharı yaxşı keçir, əkini və qovunu yaxşı olur. Sə-
mərqəndin cənubunda və bir qədər də qərbə doğru on səkkiz ağac məsafə-
dədir. Yalnız qılquyruq
1
dedikləri və bağrı-qaraya
2
bənzər bir quş vardır ki,
Qarşı vilayətində lap çoxdur, o tərəflərdə ona mürğaki-Qarşı [Qarşı quşu]
deyirlər.
Vilayətlərindən biri də Xüzar, digəri isə Kərminə olub Səmərqəndlə
Buxara arasındadırlar. Digər vilayətlərlə müqayisədə suyu ən bol vilayət
olan Qara göl isə Buxaranın şimal-qərbində və yeddi ağac məsafədədir.
Səmərqəndin gözəl tümənləri də vardır, eynən Soğd və ona yaxın di-
gər tümənlər kimi. Yar-yaylaqdan başlayaraq Buxaraya qədər kənd və mə-
murə olmayan tək bir ağaçlıq məsafə belə yoxdur. Bura elə məşhurdur ki,
Teymur bəy: «Mənim bir bağım var ki, uzunluğu otuz ağacdır» demiş və
bunu deyərkən də bu tümənləri nəzərdə tutmuşdur.
Bu tümənlərdən biri olan Şavdar Səmərqənd şəhərinə və onun dış mə-
həllələrinə bitişikdir. Çox yaxşı bir tüməndir. Bir tərəfində Səmərqənd ilə
Şəhrisəbz arasındakı dağ (50 a) yerləşir. Kəndlərinin çoxu bu dağın ətəyin-
dədir. Bir tərəfində də Kuhək çayı vardır. Havası xoş, səfalı, suyu bol, mey-
vəsi çox və fövqəladə gözəl bir tüməndir. Misiri və Şamı görən səyyahlar
buraya bənzəyən başqa bir yer görmədiklərini söyləyirlər.
Səmərqəndin bunlardan başqa tümənləri də vardır, lakin onlar yuxarı-
da bəhs edilənlər qədər [diqqətəlayiq] deyildir. Bu qədərlə kifayətləndik.
Teymur bəy Səmərqəndin idarəsini [ən böyük oğlu] Cahangir Mirzəyə
vermişdi və Cahangir Mirzənin ölümündən sonra onun böyük oğlu Məhəm-
məd Sultan Mirzəyə verdi. [Daha sonra isə Teymur bəyin oğlu] Şahrux Mir-
zə bütün Mavəraünnəhr vilayətini böyük oğlu Uluğ bəy Mirzəyə vermişdi.
Uluğ bəy Mirzədən isə oğlu Əbdüllətif Mirzə aldı. Bu beş günlük fani
dünya üçün elə danişmənd və ixtiyar atasını şəhid etdi.
Uluğ bəy Mirzənin ölüm tarixi bu şəkildə zəbt edilmişdir:
Uluğ bəy ki, bəhri-ülumi-xirəd
Ki, dünyə vü dinra əzu bud poşt,
Zi Abbas şəhdi-şəhadət çəşid,
Şodəş hərfi-tarix «Abbas koşt»
3
.
Uluğ bəy elmin və ağlın dənizi,
Dünya və dinin dəstəyi idi,
1
Qılquyruq: çox incə quyruqlu bir cins ördək, yabani toyuq, qır kəkliyi, fazan.
2
Bağrı-qara: quşun rənginə görə verilən bir sıfət olub sonra quşun adı yerinə keçmişdir.
3
«Abbas kuşt» sözlərinin əbcəd hesabı ilə cəmi hicri tarixlə 853-cü il (=1449/50) edir.
BABURNAMƏ
69
Abbasdan şəhadət balını daddı,
(Abbas tərəfindən öldürüldü).
Tarixi «Abbas öldürdü» oldu.
Gərçi Əbdüllətif Mirzə də beş-altı-aydan artıq səltənət sürmədi. Necə
ki bu məşhur beytdə söylənmişdir:
Pədərküş padşahira nəşayəd,
Əgər şayəd bə şeş mahəş nəpayəd.
Atasını öldürən padşahlığa yaraşmaz,
Əgər olsa belə, altı aydan çox səltənət sürməz.
Onun ölüm tarixi də bu şəkildə zəbt edilmişdir:
Əblüllətif kisrəvi-Cəmşid fər ki bud,
Dər silki-bəndəqanəş Fəridun ü Zərdixuşt,
Baba Hüseyn kuşt şəbi-cüməəş bə tir,
Tarixəş in nəvis ki «Baba Hüseyn kuşt»
1
.
Əbdüllətif Cəmşid kimi həşmətli bir padşahdı, (50 b)
Firidun və Zərdüşd onun bəndələri arasındaydı.
Baba Hüseyn cümə gecəsi onu oxla öldürdü.
Tarixini belə yaz: «Baba Hüseyn öldürdü».
Əbdüllətif Mirzədən sonra Səmərqənd taxtına Şahrux Mirzənin nəvəsi,
İbrahim Sultan Mirzənin oğlu və Uluğ bəy Mirzənin kürəkəni olan Abdullah
Mirzə keçdi. Bir il yarım-iki il qədər padşahlıq etdi.
Ondan sonra iqdidarı [Şahruxun böyük qardaşı Miranşahın böyük
oğlu] Sultan Əbu Səid Mirzə ələ aldı və özü hələ sağ ikən böyük oğlu Sultan
Əhməd Mirzəyə verdi. Beləliklə, Sultan Əbu Səid Mirzənin ölümündən son-
ra Sultan Əhməd Mirzə padşahlıq etdi.
Sultan Əhməd Mirzənin ölümündən sonra Səmərqənd taxtına [qarda-
şı] Sultan Mahmud Mirzə oturdu. Sultan Mahmud Mirzədən sonra isə [oğlu]
Baysunqur Mirzəni padşah etdilər. Tarxanlar üsyanları zamanı Baysunqur
Mirzəni həbs edərək, kiçık qardaşı Sultan Əli Mirzəni bir-iki gün üçün taxta
keçirdilər. Bu kitabda göstərildiyi kimi, Baysunqur Mirzə taxtı təkrar əldə
etdi və Baysunqur Mirzədən də mən aldım. Digər keyfiyyətlər isə bundan
sonrakı vəqayede bildiriləcəkdir.
BABURUN SƏMƏRQƏND TAXTINA
ÇIXMASINDAN SONRA YARANAN QARIŞIQLIQ
Səmərqənd taxtına oturduqdan sonra, Səmərqənd bəylərinə əvvəllər
olduğu kimi yenə də inayət elədim. Bizimlə olan bəylərə də mövqe və ləya-
1
«Baba Hüseyn kuşt» sözlərinin əbcəd hesabı ilə cəmi hicri tarixlə 854-cü il (=1450/51)
edir.
Zəhirəddin Məhəmməd BABUR
70
qətlərinə görə (51 a) ehsan və iltifat göstərdim. Sultan Əhməd Tənbələ isə
digərlərindən daha artıq iltifat edildi, içki bəyləri zümrəsində ikən böyük
bəylər cərgəsinə keçirildi.
Səmərqəndi yeddi ay mühasirə edib böyük çətinliklərlə almışdıq və
Tənbəl bizə qoşulan zaman əsgərin əlinə bəzi qənimətər keçmişdi. Bu arada
Səmərqənd dışında bütün digər vilayətlər də mənim, ya da Sultan Əli Mir-
zənin idarəsinə öz istəkləri ilə girmişdilər. Bu üzdən də zatən bizə tabe ol-
muş vilayətlər yağmalana bilməzdi. Üstəlik, o günə qədər çox ağır bir yağ-
maya uğramış bu vilayətlərdən hər hansı bir şey almaq mümkün də deyildi.
Əsgərin qəniməti tükəndi. Səmərqəndi alarkən şəhər o qədər xarab bir və-
ziyyətdə idi ki, hələ bir müddət yardıma, toxuma və özünə gəlməyə möhtac
idi, insan oradan necə bir şey ala bilərdi. Bu üzdən əsgər çox sıxıntı çəkdi.
Biz də onlara bir şey verə bilmədik. Evləri üçün də darıxdılar və beləliklə,
tək-tək, iki-iki qaçmağa başladılar, ilk qaçan adam Xanqulu Bəyanqulu, ar-
dından İbrahim Bəycik [Tağayi] oldu. Moğollar tamamən qaçdılar. Sonra
isə Sultan Əhməd Tənbəl belə qaçdı.
Bu iğtişaşın yatışdırılması üçün Xoca [Mövlana] qazını göndərdik.
Uzun Həsən (51 b) xoca ilə olduqca səmimiydi və ona güvənirdi. Xoca
[Mövlana] qazı Uzun Həsənlə birlikdə bu qaçanların bir qismini cəzalandı-
racaq və bir qismini də bizim yanımıza göndərəcəkdi. Lakin bu iğtişaşa sə-
bəbiyyət verən və buradan qaçıb gedənləri pisliyə sövq edən adam, sən de-
mə, nankor Uzun Həsənin elə özü imiş. Sultan Əhməd Tənbəlin oraya get-
məsi ilə hamısının yamanlıqları üzə çıxdı.
Səmərqəndi ələ keçirmək üçün neçə ildir durmadan qoşun çəkirdik.
Gərçi [moğol xanı və Baburun dayısı] Sultan Mahmud xanın, hər zaman ol-
duğu kimi, yenə heç bir köməyi dəyməmişdi, amma buna baxmayaraq Sə-
mərqəndin fəthindən sonra Əndicanı istəyirdi. Bu əsnada qoşunun böyük bir
qismi və moğollarm hamısı qaçıb Əndicana və Axsiyə getmişdi. Uzun Hə-
sən ilə Tənbəl isə o vilayətlərin [Baburun qardaşı] Cahangir Mirzəyə veril-
məsini istədilər. Lakin bu vilayətlərin ona verilməsi bir çox səbəbdən müm-
kün deyildi. Səbəblərdən biri bu idi ki, bu haqda daha əvvəl verilmiş bir söz
olmamasına baxmayaraq həmin vilayətləri xan istəyirdi. İndi xan istədiyi
halda, bu vilayətləri qalxıb Cahangir Mirzəyə versək, xan ilə bütün münasi-
bətlərimiz pozulardı. İkinci səbəb də o idi ki, bunlar oraları əsgərin qaçaraq
o vilayətə getdiyi əsnada və təzyiq yolu ilə istəyirdilər. Əgər daha öncə (52
a) arada belə bir şey qərarlaşdırılmış olsaydı, bəlkə də ola bilərdi. Amma
onların təzyiqinə kim boyun əyər ki?
Moğollar və Əndican əsgərləri, bəylərin və içkilərin bir bölümü də
Əndicana getmiş, Səmərqənddə mənimlə birlikdə yaxşı-pis minə yaxın
adam qalmışdı. İstədiklərini ala bilməyən Uzun Həsən və Tənbəl qaçıb ge-
dən və yersiz qorxulara qapılan adamları da özlərinə qoşdular ki, bu qor-
Dostları ilə paylaş: |