BABURNAMƏ
75
və Şeyx Abdullah Barlas ilə birlikdə Xutlan tərəfinə çəkildi. Yarı yolda
Şeyx Abdullah Barlastan ayrılaraq Uyaç keçidindən keçib Sultan Hüseyn
Mirzənin yanına getdi. (57 a)
Hisar vilayəti alındıqdan sonra Xosrov şah Baysunqur Mirzəni Hisar-
da qoyub Xutlanı da kiçık qardaşı Vəliyə verdi. Özü də bir neçə gün sonra
mühasirə niyyəti ilə Bəlx üzərinə yürüdü. Hərəkətindən bir az öncə Nəzər
Bahadır adlı böyük bir adamını üç-dörd min əsgərlə birlikdə Bəlx civarına
göndərmişdi və üç-dörd gün sonra Baysunqur Mirzəni də yanına alaraq Bəl-
xi mühasirə etdi. Bəlxdə [Sultan Hüseyn Mirzənin oğlu] İbrahim Hüseyn
Mirzə və Sultan Hüseyn Mirzənin bəylərindən də xeyli adam vardı.
Xosrov şah kiçık qardaşı Vəlini də xeyli əsgərlə birlikdə Şaburqanı
mühasirə edib o tərəfləri yağmalaması üçün göndərmişdi. Amma Vəli Şa-
burqanı yaxından mühasirə etmədi və əlindəki qüvvələri Zərdək çölündəki
əhaliyə axın etməyə göndərdi. Bunlar Zərdək çölünə axın edib yüz mindən
artıq qoyun və üç minə yaxın dəvə gətirdilər. Vəli ondan sonra Sançarıq vi-
layətinə hücum edib bölgəni yağmalayaraq dağdakı bəzi bərkidilmiş yerləri
ələ keçirdi, sonra gəlib Bəlxdə böyük qardaşına qoşuldu.
Bəlxi mühasirədə saxlayan Xosrov şah bir gün yuxarıda bəhs edilən
Nəzər Bahadır adlı adamını Bəlxin su yollarını kəsmək üçün göndərdi. Am-
ma Sultan Hüseyn [Bayqara] Mirzənin sevimli bəylərindən Tanrıverdi (57
b) Samançı bəy yetmiş-səksən igidlə içəridən çıxıb Nəzər Bahadırla qar-
şılaşdı və başını kəsib qalaya qayıtdı, fövqəladə cəsuranə hərəkət edərək bö-
yük bir iş gördü.
SULTAN HÜSEYN MİRZƏYƏ QARŞI ÜSYANLAR
Həmin il Sultan Hüseyn Mirzə də Zünnun bəy Arğun və oğlu Şah Şü-
canın dəf edilməsi üçün qoşun çəkib Büstə getmişdi. Çünki Zünnun bəy Ar-
ğun Bədiüzzaman Mirzənin xidmətinə girib ona qızını vermiş və oğlu Şah
Şüca ilə fitnə və fəsadla uğraşmağa başlamışdılar. Büstü mühasirə edən Sul-
tan Hüseyn Mirzə qoşuna heç bir yerdən ərzaq təmin edə bilmədi, amma ac-
lıqdan çox sıxıntı çəkməyə başladıqları zaman Büst valisi kurqanı təslim et-
di və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi.
Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təm-
təraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi hal-
da zəbt edə bilmədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət
alaraq düşmənçilik yaratmağa və fitnə çıxarmağa başladılar.
O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul
olan oğlu Məhəmməd Hüseyn Mirzənin dəf edilməsi üçün Məhəmməd Vəli
komandanlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı olaraq göndərmiş
və özü də Nişin çayırında qalmışdı. Bədiüzzaman Mirzə ilə Zünnunun [bəy
Zəhirəddin Məhəmməd BABUR
76
Arğun] oğlu Şah İŞüca] bəy (58 a) qəfildən qoşun çəkərək Sultan Hüseyn
Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə
bilməyərək təslim etmək məcburiyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin
yanına gəlirdi, xoş bir təsadüf əsəri olaraq, tam o gün yetişdi. Eyni zamanda
Əstərabada gedən əsgər də gəlib eyni gün Mirzəyə qoşuldu. Qarşı-qarşıya
gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaşmadan qaçıb getdilər.
Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özü-
nə kürəkən edərək inayət və şəfqət göstərdi. Bu arada Xosrov şahın kiçık
qardaşı Baqi Çağanyani də bu hadisədən bir az öncə gəlib Sultan Hüseyn
Mirzənin xidmətinə girmişdi. Onun fitnələri üzündən Sultan Məsud Mirzə
Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bəhanə
ilə Xosrov şahın yanına getdi.
Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada
Miranşah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş,
lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın ya-
nına gəlmişdi.
Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah
adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu
səfil və nankor adam kiçıkliyindən bəri böyüdüb bəy-atəkəsi olduğu Sultan
Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qılmadığı
kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi.
Bir neçə südqardaşı, arxadaşı və sınanmış adamı Sultan Məsud Mir-
zəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə
getdilər. Amma oradakıların da pis niyyətdə olduqlarını gördülər, Keşdən
qaçaraq Çarcu keçidindən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər.
Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qədər
yüz min dəfə lənət olsun. Xosrov şahın bu hərəkətindən xəbərdar olanlar ona
lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş olsunlar.
Xosrov şah bu çirkin hərəkətindən sonra Baysunqur Mirzəni padşah
edib Hisara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi
qoşub onu da Bamyan tərəfinə göndərdi.
FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499)
BABURNAMƏ
77
DOQQUZ YÜZ DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ
Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nə-
ticə hasil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki
yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin id-
diası olan bir adam necə sakit dura bilər?
BABURUN XOCƏNDDƏN PƏŞAĞARA GETMƏSİ
Məhəmməd Hüseyn Gürgan Duğlat Ura-Təpədə idi. Səmərqənd üzə-
rinə yürümək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq
kəndlərindən olan Pəşağarı bu qışı orada qalmaq və Səmərqənd vilayətinə
mümkün olduğu qədər hücum edə bilmək üçün müvəqqəti olaraq bizə ver-
məsini Məhəmməd Hüseyndən istədik. Bu kənd Xoca həzrətlərinə aid olan
kəndlərdən idi, amma bu qarışıqlıqda ona keçmişdi. Məhəmməd Hüseyn
Duğlat buna razı oldu.
Xocənddən Pəşağara hərəkət etdim. Zaminə yaxınlaşanda qızdırmaya
tutuldum. Buna baxmayaraq Zamindən hərəkət edib sürətlə dağ yolundan
Ribati-Xoca üzərinə gəldim. Niyyətim qəfil basqın edərək nərdivanlarla
çıxıb Şavdar tüməninin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi.
Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç
bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum halda on
üç-on dörd ağac yolu güclə və məşəqqətlə qət etdim.
Bir neçə gün sonra Yar-yaylaq kurqanlarını sözlə və ya zorla ələ ke-
çirmək üçün bir neçə içki bəyləri və igidlərlə birlikdə İbrahim Saru, Veys
Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yay-
laq Seyid Yusif bəydə idi. Mən Səmərqənddən çıxdığım zaman o orada
qalmış və Sultan Əli Mirzə də ona inayət etmiş, nəticədə Seyid Yusif bəy
[Oğlaqçı] Yar-yaylaq kurqanlarının ələ keçirilib idarə edilməsi üçün kiçık
qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hərəkətə keçəndə Siyal-qutun
idarəsini əlində tutan Əhməd Yusif də o kurqanlarda idi. Bizim bəylər və
igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini
də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vi-
layətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yox-
dur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə ki-
çık qardaşından və oğlundan şübhələnərək onların Xorasana getmələrinə
izin verdi.
Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca
Yəhyanı göndərdilər. Özləri isə [Sultan Əli Mirzə] əsgərin təşviqiylə Şiraz
və Kabüd civarına gəldi. Bizim mövcud sipahimiz iki yüzdən artıq, üç
Dostları ilə paylaş: |