BABURNAMƏ
71
xaqlar onsuz da Allahdan belə bir şey istəyirdilər.
Beləliklə, Uzun Həsən və
Tənbəl Axsi üzərindən Əndicana qoşun çəkərək öz pislik və düşmənliklərini
açıq şəkildə biruzə verdilər.
Tulun Xoca barin [əşirətinin] ən cəsur və qazax igidlərindən biri idi.
Atam Ömər Şeyx Mirzə ona həmişə diqqət və qayğı göstərmişdi, mən də ye-
tişdirib bəy eləmişdim. Fövqəladə cəsur və qazax bir igid idi, hər cür iltifata
layiq idi. Moğollar arasında hörmət və etimad edilən adamımız o idi. Moğol
ulusu Səmərqənddən qaçmağa başlayanda əsgərlərə nəsihət edib yersiz qor-
xuları onların ürəklərindən çıxarmasrı və onları təhlükədən qoruması üçün
Tulun Xocanı göndərmişdik. (52 b) Lakin bu fitnəçi və nankor adamlar əs-
gərləri o hala gətirmişdilər ki, vəd, nəsihət və təhdid heç bir fayda vermirdi.
Tulun Xocanın köçü Ribatək-Örçünü deyilən iki su arasında idi. Uzun
Həsən ilə Sultan Əhməd Tənbəl Tulun Xocanın üzərinə bir dəstə axınçı gön-
dərdilər və onu qəfil ovlayaraq ələ keçirib öldürdülər. Sonra da Uzun Həsən
və Tənbəl Cahangiri də yanlarına alaraq gəlib Əndicanı mühasirə etdilər.
UZUN HƏSƏN VƏ ƏHMƏD TƏNBƏLİN
ƏNDİCANI MÜHASİRƏYƏ ALMASI
[Səmərqəndi mühasirə üçün] hərəkətə keçdiyimiz zaman Əndicanda
Əli Dost Tağayini, Axsidə isə Uzun Həsəni qoymuşdum. Daha
sonra Xoca
[Mövlana] qazı da [Əndicana] getmişdi. Səmərqənddən gedən əsgərdən də
xeyli igid vardı. Xoca [Mövlana] qazı mühasirənin başlanğıc günlərində mə-
nə olan hörmət və ilgisi dolayısıyla on səkkiz min qoyununu kurqandakı
igidlərə və bizimlə olan igidlərin köçlərinə payladı.
Mühasirənin davam etdiyi günlərdə anamdan, Xoca qazıdan və orada-
kı camaatdan sürəkli olaraq bu məzmunda məktublar gəlirdi: «Bizi elə bir
mühasirə etmişlər ki, gəlib qurtarmasanız, axırımız pis olacaq. Səmərqənd
Əndicanın qüvvəsiylə alınmışdır. (53 a) Əgər Əndican əldə qalsa və Allah
da rast gətirsə, Səmərqəndi ələ keçirmək hər zaman mümkün olar». Bu kimi
məktublar bir-birini təqib etdi.
O vaxtlar bir dəfə xəstələnmış və təkrar yaxşılaşmışdım. Lakin özümə
baxmadığım üçün xəstəliyim təkrarlandı. Özü də bu dəfə çox fəna xəstələn-
dim və elə oldu ki, dörd gün qədər dilim tutuldu. Ağzıma pambıqla su da-
mızdırırdılar. Mənimlə birlikdə qalan bəylər və igidlər sağalmağımdan
ümidlərini kəsərək öz əndişələri ilə uğraşmaya başladılar. Belə bir zamanda
bəylər yanlış hərəkət etdilər və elçi sifətilə gəlib fəsad sözlər gətirən Uzun
Həsənin adamına məni göstərib sonra da getməsinə izin verdilər. Dörd-beş
gün sonra bir az yaxşılaşdım, lakin dilimdə hələ bir ağırlıq qalmışdı. Bir ne-
çə gün sonra tamamən özümə gəldim.
Anamgilin, yəni anam və nənəm İsən Dövlət bəyimin, eləcə də usta-
Zəhirəddin Məhəmməd BABUR
72
dım və pirim olan Xoca Mövlana qazı da belə məktublar yazıb bu qədər is-
rar edincə, insan buna qarşı dura bilərmi? Rəcəb ayının [=1498 mart] şənbə
günü Əndicana getmək üzrə Səmərqənddən çıxdıq. Bu dəfə (53 b) Səmər-
qənd şəhərində yüz gün padşahlıq etmişdim.
Yenə bir şənbə günü Xocəndə çatdım. Kimsə o gün mənə Əndicandan
gələn xəbərləri çatdırarkən Əli Dost Tağayinin Əndican qalasını tam yeddi
gün öncə, yəni bizim Səmərqənddən çıxdığımız şənbə günü müxaliflərə
təslim etdiyini söylədi.
Təfsilat belədir: xəstə yatdığım günlərdə Uzun Həsənin adamına məni
göstərmiş, sonra isə getməsinə izin vermişdilər. Müxaliflər də Əndican kur-
qanının mühasirəsi zamanı gedib «Padşahın dili tutulmuşdur; ağzına
pambıqla su damızdırırlar» demiş və bunu Əli Dostun hüzurunda and içərək
təkrarlamışlar. Əli Dost o əsnada Xaqan qapısında imiş, bunu eşidincə ira-
dəsi pozulmuş, müxalifləri dəvət edib qarşılıqlı müqavilə ilə qalanı onlara
təslim etmişdir. Halbuki kurqanda ərzaq və döyüşçü kifayət qədərdi. Bu,
yalnızca o münafiq, nankor və səfil adamın cəsarətsizliyi idi, ona söylənən
sözləri bəhanə etmişdi.
Əndicanı aldıqdan sonra mənim Xocəndə gəldiyimi eşidərək Mövlana
qazını ərk qapısında və şərəfsiz bir şəkildə asıb şəhid etdilər.
Xoca (54 a) Mövlana qazı əsl adı Abdullah olmasına baxmayaraq bu
adla tanınmışdır. Nəsəbi ata tərəfdən Şeyx Bürhanəddin Qılınca, ana tərəf-
dən isə Sultan İlig Maziyə çatır. Fərqanə vilayətində bu ailədən olanlar
imam, şeyxülislam və qazı olaraq gəlmişlər. Xoca qazı isə Xoca Übeydullah
həzrətlərinin müridi idi və onu o yetişdirmişdi. Xoca qazının vəli olmasına
heç bir şübhəm yoxdur. Çünki onun canına qıyanlardan çox qısa bir müddət
içində heç bir əsər və əlamət qalmadı. Onun vəliliyinə bundan daha yaxşı bir
dəlil olaraq nə göstərilə bilər ki? Xoca qazı qəribə bir adam idi, əsla qorx-
mazdı. Onun qədər cəsur adam görünməmişdir. Bu özəllik də bir vəlilik də-
lilidir. Başqa biri nə qədər cəsur olsa, da bir az təlaşa və yersiz qorxuya qa-
pıla bilər. Xocada nə təlaş, nə də yersiz qorxular əsla yox idi.
Xocanın ölümündən sonra onun nökər və çakərini, aymaq və adamla-
rının hamısını ələ keçirib mallarını yağmaladılar.
Əndican qurtarmaq istərkən Səmərqəndi əldən çıxarmışdım və Ən-
dican da əldən getmişdi. Biz «Qafil əz inca randə və əz anca mandə»
(«Qafil buradan sürülmüş, oradan da məhrum olmuş») deyilənə bənzədik.
Bu mənə çox ağır gəldi, çünki padşah olduğumdan bəri adamlarımdan və
vilayətdən (54 b) bu cürə ayrılmamışdım. Özümü biləndən bəri bu qədər
iztirab və məşəqqət çəkməmişdim.
Xocəndə çatanda bəzi münafiqlər Xəlifəni [Nizaməddin Əli Barlas]
mənim yanımda görmək istəmədilər. Məhəmməd Hüseyn Mirzə və bəziləri
o qədər cəhd elədilər ki, axırda Xəlifənin Daşkəndə getməsinə izin verdim.