BABURNAMƏ
89
muşdu- Özgənddən hərəkət edib iki su arasına gəldi. Bu əsnada Kasandan
gələn xəbərlərə görə, xanın Tənbələ kömək üçün Əhməd bəylə birlikdə Sul-
tanım deyə bilinən oğlu Sultan Məhəmməd Xanikəni göndərdiyi və onlara
beş-altı min əsgər verdiyi anlaşıldı. Bunlar Arça-Kənd yoluyla gələrək Ka-
sanı mühasirə etmişdilər.
Biz də uzaqdakı adamlarımızı gözləmədən mövcud adamlarımızla və
qışın şiddətli soyuğunda Allaha təvəkkül edərək Əndicandan (72 b) qalxdıq
və Bənd-Salar yoluyla dərhal Sultanım ilə Əhməd bəyin üzərinə hərəkət et-
dik: Gecə boyunca heç bir yerdə durmadan yürüyərək sabah tezdən Axsiyə
endik. O axşam elə şiddətli soyuq vardı ki, bəzi adamların əl-ayağı dondu,
bir çoxlarının da qulaqları alma kimi qabarmışdı. Axsidə də durmadıq və
Qasım Əcəbin yerinə müvəqqəti olaraq Yarək Tağayini qoyub Kasan üzəri-
nə yürüdük. Kasana bir şəri məsafə qalanda Əhməd bəyin gəlişimizi xəbər
alaraq Sultanım ilə birlikdə nizamsız şəkildə dərhal geri qayıtdığı barədə xə-
bər gəldi.
Bu zaman Tənbəl bizim hərəkət etdiyimizi eşitmiş və qardaşına yar-
dım üçün sürətlə gəlirmiş. Axşama doğru Tənbəlin qaraltısı Nevkənd tərəf-
dən göründü. Qardaşının belə asanca getməsinə və bizim də bu qədər çabuq
gəlməmizə şaşırıb qaldı.
Biz «Bunu Allah belə rast gətirdi. Atları çox rulmuşdur. İndi üstünə
yürüsək və Allah rast gətirsə, heç biri qurtulmaz» dedik. Amma Veys Lağari
və bəziləri «Artıq çox gecdir. Bugün olmasa belə sabah (73 a) haraya ge-
dərlər ki. Sabah tezdən harada olsa taparıq» dedilər və hücum etməyi uyğun
görmədilər. Beləcə, qapıya qədər gələn düşmən heç bir zərərə uğramadan
qurtuldu. «Qapıdakını qapmasan, qarıyıncaya qədər qayğırarsan (peşman
olarsan)» deyə bir atasözü vardır.
Karha ra bavəqti bayəd cust,
Kari bevəqt süst başəd, süst!
1
İşləri vaxtında görmək lazımdır,
Vaxtsız görülən iş süst olar,süst.
Düşmən də bu fürsəti qənimət bilib gecə heç bir yerdə dayanmadan
çəkilib sabaha qədər Ərxiyan kurqanına girmişdi. Ertəsi gün onların üstünə
yürüdük, amma tapa bilmədik, arxalarından gedib Ərxiyan kurqanını yaxın-
dan mühasirəyə almağı da uyğun görmədik. Gəlib bir şəri məsafədəki Qəz-
nə-Nəmənqana endik. Beləcə, otuz-qırx gün biz o yurdda, Tənbəl isə Ərxi-
yan kurqanında qaldı.
Əsgərlər kiçık birliklər halında oraya gedib və ya oradan gəlib ara yol-
da ox atışaraq geri dönürdülər. Bir dəfə düşmən gecə basqını təşkil elədi və
ordugahın dışından bir az ox atıb geri qayıtdı. Ordugah ətrafında xəndək qa-
zıb ağac maneələr qoymaq surətilə ehtiyat tədbirləri alınmışdı. Heç nə edə
1
Sədi Şirazidən.
Zəhirəddin Məhəmməd BABUR
90
bilmədilər.
Biz bu yurdda ikən Qənbər Əli iki-üç dəfə (73 b) inciyərək vilayətinə
getmək istədi. Hətta bir dəfə özbaşına hərəkətə keçib yola belə çıxmışdı. Bə-
zi bəyləri göndərərək çətinliklə geri qaytardıq.
Bu əsnada Seyid Yusif Məcəmi Sultan Əhməd Tənbələ adam göndə-
rib onun tərəfinə keçdi. Əndicanın dağ ətəklərində Uyğur və Məcəm deyilən
iki dağ ətəyi vardır. Seyid Yusif Məcəmi bunların rəislərindən idi. Sonralar
qapımda tanıman
1
olmuşdu. İşi rəislikdən keçmişdi, bəylik iddiasındaydı, la-
kin heç kim onu bəy eləmirdi. Çox münafiq və səbatsız bir hərif idi. Əndi-
canı alandan bu tarixə qədər iki- üç dəfə mənə qatılaraq Tənbələ düşmən
olduğu kimi, iki-üç dəfə də Tənbəllə birləşərək mənə düşmən olmuşdu. Son
düşmənliyi də bu idi. Yanında xeyli el, ulus və aymaq vardı. Tənbələ qoşul-
masın deyə yolda yaxalamaq üçün hərəkətə keçdik.
Ertəsi gün Bişxaran civarına gəldik. Lakin Bişxaran kurqanına Tən-
bəlin adamları girmişmiş. Bizim axınçı (ilqar) bəyləri Əli Dərviş bəy ilə
böyük və kiçık qardaşlarıyla birlikdə Qoç bəy Bişxaran qapısında onlarla
yaxşı döyüşdülər. Bunlar arasında böyük və kiçık qardaşları ilə birlikdə Qoç
bəy (74 a) xüsusilə yaxşı döyüşdü; bir çox önəmli işi onlar gördü. Bişxa-
ranın bir şəri məsafəsində yüksək bir yerə endik. Tənbəl də yanına Cahan-
giri alaraq Bişxaran kurqanının arxasına endi.
Üç-dörd gün sonra bizə müxalif bəylər -Əli Dost, Qənbər Əli Sallax
ilə onlara tabe və birlikdə olanlar- sülh barədə danışmağa başladılar. Mənim,
nə də mənə candan bağlı adamların bu sülh haqqında nə bilgiləri, nə də xə-
bərləri vardı və biz buna heç razı deyildik. Amma bu iki hərif bizim iki bö-
yük bəyimiz olduğu üçün bunların sözünə qulaq asmayaraq sülh bağlamaya-
cağımız təqdirdə onlardan nə desən gözləmək mümkündü.
Məcburən belə bir sülh bağlandı: Xocənd çayının Axsi tərəfindəki vi-
layətlər Cahangirə, Əndican tərəfindəki vilayətlərsə mənə aid olacaq, köçlə-
rini götürdükdən sonra Ozgəndi bizim divana təhvil verəcəklər. Vilayətlər
haqqında uzlaşılıb mənimlə Cahangir Mirzə arasında ittifaq bağlandıqdan
sonra birlikdə Səmərqənd üzərinə yürüyəcəyik və Səmərqənd taxtı əldə edi-
lincə, Əndican Cahangir Mirzəyə (74 b) veriləcəkdi. Bunlara qərar verildi.
Cahangir ilə Tənbəl ertəsi sabah rəcəb ayının [=1500 fevral] sonlarında gə-
lib mənə bağlılıqlarını bildirdilər. Bu qərar üzərinə əhd və şərtlər bağlandı.
Cahangir Mirzənin Axsi tərəfinə getməsinə izin verərək mən də Əndicana
qayıtdım.
Əndicana gəldikdən sonra Tənbəlin kiçık qardaşı Xəlil və digər əsirlə-
rin hamısı sərbəst buraxılaraq xələt geydirilib getmələrinə izin verildi. Onlar
da öz tərəflərində əsir olan bəy və içkiləri, Tağayi bəy, Məhəmməd Dost,
1
Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini təmsil edən və
qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adama verilən bir ünvan ola bilər.