BABURNAMƏ
47
baxırdı. [Sultan Mahmud Mirzənin oğulları olan]
Sultan Məsud Mirzənin
gözünə mil çəkilməsinə və Baysunqur Mirzənin öldürülməsinə səbəb oldu.
Hamının qiybətini edirdi. Pis və əxlaqsız, özündən bədgüman, bəd fikirli və
alçaq bir adam idi. Özündən başqa heç kimi heç bir işdə bəyənməzdi. Mən
Qunduz vilayətindən gələrək Duşi civarında Xosrov şahı adamlarından ayı-
randa, özünə də getməsi üçün izin verəndə Vəli də özbək təhlükəsindən qaç-
maq üçün Əndərab və Siraba gəlmişdi. O civardakı aymaqlara hücum edib
yağmaladıqdan sonra bizə qoşulmaq üzrə Kabilə gəldi. Daha sonra Məhəm-
məd Şeybani xanın yanına getdi və Səmərqənd şəhərində başı kəsildi.
Başqa bir əmiri Şeyx Abdullah Barlas idi. Əba Bəkr Mirzə ilə Sultan
Mahmud xanın bibisi olan Şah Sultan Məhəmmədin qızıyla evli idi. Çox dar
paltar geyinirdi. Həlim və əsalətli bir adamdı.
Başqa bir əmiri Mahmud Barlas Nundaqlı barləslardandı. Sultan Əbu
Səid Mirzənin yanında bəy idi. Sultan Əbu Səid Mirzə İraq vilayətini ələ
keçirdikdən sonra [=1468] Kirmanı Mahmud Barlasa vermişdi. [Sultan
Mahmud Mirzənin kiçik qardaşlarından və eynı zamanda Baburun əmilə-
rindən biri olan] Əba Bəkr Mirzə (30 a) Məzid bəy Arğun və qaraqoyunlu
türkmən bəylərilə birləşərək Sultan Mahmud Mirzənin üzərinə Hisara
hücuma keçəndə Sultan Mahmud Mirzə Səmərqəndə böyük qardaşınin yanı-
na getdi [=1469], ancaq Mahmud Barlas Hisarı təslim etməyərək yaxşı
müdafiə etdi. Şairdi və divan tərtib etmişdi.
BAYSUNQUR MİRZƏNİN SƏMƏRQƏND TAXTINA ÇIXMASI
Sultan Mahmud Mirzənin ölümündən sonra Xosrov şah bu hadisəni
əhalidən gizləyərək xəzinəyə əl uzatdı. Belə bir xəbər heç gizli qalarmı?
Dərhal bütün şəhər xalqına yayıldı. Səmərqənd əhalisi üçün o gün böyük bir
bayramdı. Əsgər və xalq Xosrov şaha hücum etmək istədi. Əhməd Hacı bəy
və tarxan bəyləri qovğanı yatışdıraraq Xosrov şahı şəhərdən çıxarıb Hisara
göndərdilər.
Sultan Mahmud Mirzə həyatda ikən Hisarı böyük oğlu Sultan Məsud
Mirzəyə, Buxarayı isə Baysunqur Mirzəyə vermiş və oğullarını oralara gön-
dərmişdi. Buna görə də öldüyü zaman heç biri yanında deyildi.
Xosrov şahı çıxardıqdan sonra Səmərqənd və Hisar bəyləri birləşib or-
taq qərara gəldilər: adam göndərərək Buxarada olan Baysunqur Mirzəni gə-
tirdib Səmərqənd taxtına oturtdular. Baysunqur Mirzə padşah olanda on sək-
kiz yaşında idi.
Bu əsnada [Baburun dayısı] Sultan Mahmud xan Sultan Cüneydin, (30
b) Barlasın və digər bəzi Səmərqənd böyüklərinin sözünə uyub əsgərini top-
ladı və Səmərqənd taxtını istəyərək Kənbay civarına gəldi.
Səmərqənddəki Baysunqur Mirzə də çox qüvvətli və təchizatlı qoşunla
Zəhirəddin Məhəmməd BABUR
48
onun qarşısına çıxdı. Kənbay civarında meydan müharibəsi oldu. Moğol əs-
gərinin ən mühüm bölümünü idarə edən Heydər Göyəldaş önçü idi və əsgə-
rinin hamısı atdan enərək ox atırdı. Ancaq adlı-sanlı və qeyrətli Səmərqənd
və Hisar igidləri qrubu atlarını onların üstünə sürəndə Heydər bəyin ko-
mandanlığında olanların hamısı atların ayaqları altında qaldı. Bunlar yenil-
diyinə görə digərləri də savaşmayaraq yenildilər. Moğolların çoxu tələf oldu
və Baysunqur Mirzənin hüzurunda bir çoxunun başı kəsildi. Ölülərin çoxlu-
ğundan üç dəfə onun çadırının yerini dəyişdirmək məcburiyyətində qaldılar.
BABURUN İSFƏRANI MÜHASİRƏYƏ ALMASI
Manlıq elindən olan İbrahim Saru kiçıkliyindən bəri atamın xidmətin-
də çalışaraq bəylik rütbəsinə qədər yüksəlmiş, sonra bir qəbahəti üzündən
qovulmuşdu. O bu əsnada İsfəra kurqanına girib Baysunqur Mirzə adına
xütbə oxudaraq mənə müxalifət etdi.
Şaban ayında [=1495 aprel-may] İbrahim Sarunun fitnəsini dəf etmək
niyyətilə (31 a) qoşuna hərəkət əmri verildi. Həmin ayın sonlarında İsfəranı
mühasirəyə almağa başladıq. O gün igidlər öz başlarına hərəkət etdilər və
oraya çatar-çatmaz kurqanın bayır tərəfində hələ tamamlanmamış bir isteh-
kamı ələ keçirdilər.
Seyid Qasım eşik-ağa o gün hamıdan daha yaxşı hərəkət edərək qılınc
çalmaqda başqalarını geridə qoydu. Orada Sultan Əhməd Tənbəl və Mə-
həmməd Dost Əli Tağayi də qılınc çaldı, ancaq bahadırlıq payəsini
1
Seyid
Qasım aldı. Bahadırlıq payəsi moğollarda əski bir adətdir. Hər bayram və
ziyafətdə daha yaxşı qılınc işlədən adama bahadırlıq payəsi verilir. Şahru-
xiyyəyə dayım Sultan Mahmud xanı görməyə gedəndə bahadırlıq payəsini
yenə Seyid Qasım almışdı.
Müharibənin ilk günündə ata-əkəm Xudaverdi bəyə zəmbərək
2
oxu
dəyib öldürdü. Zirehsiz savaşdığı üçün
bəzi igidlər öldü, bir çoxu da yara-
landı, İbrahim Sarunun yanında zəmbərək atan bir adam vardı, fövqəladə
dərəcədə yaxşı atırdı. Onun kimi yaxşı zəmbərək atan görünməmişdir. Xal-
qın çoxunu yaralayan o idi. Kurqanı alandan sonra mənim xidmətimə girdi.
Mühasirə uzanınca üç-dörd yerdə divarlar ucaldılması, lağımlar qazıl-
ması (31 b) və qalanın alınması üçün lazımi işlərlə ciddi şəkildə məşğul ol-
mağa dair əmrlər verildi. Mühasirə qırx gün qədər sürdü. Nəhayət, İbrahim
Saru aciz qaldı. Xoca Mövlana qazının vasitəçiliyi ilə qulluğu qəbul edərək,
1
Bahadırlıq payəsi: çuldu, yaxud bahadurluq ülüşü: savaşda göstərilən şücaətə görə
hökmdarın hüzurunda verilən maddi mükafat üçün işlənən termin.
2
Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş barmaq qalınlığın-
da, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan oxdan meydana gələn atəşsiz
silah növü. Əsgərin zirehlərini dələcək gücdədir.