Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
58
Mənbələrdə və tarixi ədəbiyyatda Mehranilərin Alba-
niyaya gəlməsinin səbəbi və digər hadisələr barədə müxtəlif
fikirlər mövcuddur (15; 96; 296). Bu barədə M.Kalankatlının
məlumatı: «Xosrovun qohumu Mehran qaçıb ona sadiq olan
ölkənin vilayətlərini öz hakimiyyəti altına keçirdi və Albaniyaya
getdi. O, özü ilə 30 min ailə aparıb böyük Bərdə şəhərinin
yaxınlığında Uti vilayətinə daxil oldu və sonra xəzərlərin
ölkəsinə gedərək, Sasanilərin bu düşmənlərinə qoşulmaq istədi»
(136, k.2, f.13; 15, s.46; 295, s.30).
Tarixi mənbələrə görə, Sasani şahı öz düşmənlərinin
köməyindən istifadə etmək məqsədilə ölkənin şimalına doğru
hərəkət edən Mehranı əldən buraxmamaq üçün istədiyi ərazidə
qalmağa razılıq verən məktub göndərərək onun Albaniyada
yerləşməsinə icazə vermişdir (136, k.2, f.13). Mənbə
məlumatına görə, Mehran məktubun ona çatdığı yerdə qalaraq
Mehrəvan şəhərini saldırmişdı. Sonra isə Mehranilər Girdman
vilayətini ələ keçirmiş, orada Girdman qalasını tikdirmişlər
(600-615) (136, k.2, f.13).
Mehranilərin Albaniya ərazisinə gəlmə səbəbi barədə belə
fikir də mövcuddur ki, Sasani hökmdarları ölkənin daxilində
siyasi böhranın dərinləşməsinə baxmayaraq şimal əyalətini –
Albaniyanı əldən buraxmaq istəmədiyinə görə Mehraniləri şimal
torpaqlarına göndərmişdilər (15 s.72).
M.Kalankatlı yazır: Mehran «ürəyinə vəfasızlıq salaraq
yuxarıda haqlarında tariximizdə yazdığımız qədim yerli
Aranşahları guya qonaqlığa dəvət etdi. O, orada onlar üçün ölüm
yeməyi hazırlayıb öz qanları ilə birlikdə onlara yedizdirdi. On-
lardan altmışının boynunu vurdurub yalnız birini – öz qohumu-
nun qızının ərini, Aranşah Zərmehri sağ buraxdı» (136, k.2,
f.13; 15). Beləliklə, Mehranilər Albaniyada yerləşərək ölkənin
hakimləri oldular. Mehrani
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
59
Varaz-Qriqor 630-cu ildə Albaniyanın şahı elan edildi.
Mehranilərin iqamətgahı Girdmandan Bərdəyə köçürüldü (136,
k.2, f.13; 295).
M.Kalankatlı qeyd edir ki, Mehranilər «Albaniyaya ha-
kim oldular… Mehranın nəslindən olan Alban şahı Varaz-
Qriqorun oğlu Cavanşir dünyaya gəldi. O, gənc yaşlarından öz
məharəti və ağlı ilə fərqlənirdi» (136, k.2, f.13; 15, s.72-78; 296,
s.96).
M.Kalankatlı Cavanşiri belə təsvir edir: «Varaz Qri-
qor…məğrur, əzəmətli və gözəl bir gənc olan ikinci oğlu
Cavanşirə nəzər saldı. Üzünə təzəcə tük gələn, atasının sevimli-
si, silahdan yaxşı baş çıxaran, şahin kimi çevik, hər işi bacaran,
atasının dayağı olan Cavanşir idarə işlərində ona kömək etmək,
görkəmli adamların cərgəsinə çıxmaq və həmişə şahlarla bir
yerdə olmaq arzusunda idi» (136, k.2, f.18).
II Xosrov şahın ölümündən sonra onun nəvəsi III
Yezdəgird (632-652) hakimiyyətə gəlmişdi. Onun hakimiyyəti
illərində ərəblərin yürüşləri başlandı (136, k.2, f.18). Sasani
dövləti ilə Albaniya ümumi düşmənə qarşı mübarizədə iştirak
etməyə borclu olduğundan Alban şahları müdafiə üçün öz
ölkələrinin taleyini də onlarla əlaqəli şəkildə həll edirdilər.
Xilafət qoşunlarına qarşı vuruşmaq üçün Alban hökmdarı Va-
raz-Qriqor ikinci oğlu, cəsur, görkəmli və qabiliyyətli Cavanşiri
Sasani şahının sarayına göndərmişdi. Orada Cavanşirin məşhur
sərkərdə Rüstəmlə dostlaşması onun siyasi, dünyəvi qüdrətinin
formalaşmasına müsbət təsir göstərdi (136, k.2, f.18).
Mənbədə qeyd edilir ki, Xilafət ordularının hücumları
zamanı Cavanşir onlara qarşı dəfələrlə döyüşə girmiş, hər dəfə
uğurla çıxmışdı (136, k.2, f.18). M.Kalankatlı Cavanşirin
başçılığı ilə albaniya qoşununun ərəblərə qarşı vuruşmasını belə
təsvir edir: «Onlara (ərəblərə) qarşı 30 000
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
60
atlı və 20 000 piyada hücuma keçdi. Katşandan (Qadisiyyə)
gələnlər (ərəblər) çoxlu atlı və 20 000 piyada qalxan taxmış hal-
da irəliyə atılaraq Sasani ordusu ilə vuruşmağa başladılar. Aran
Sparapeti (Cavanşir) öz igid nəfərləri ilə onların (ərəblərin)
cərgələri içərisinə hücum etdi, öz düşmənlərindən ikisini yerə
sərdi və özü də bir neçə yerdən ağır yaralandı. Düşmən onu qu-
duz bir kinlə çayadək təqib etdi, o isə həmlələri dəf edə-edə çayı
üzüb keçdi» (136, k.2, f.18; 15, s.72).
Sasani şahı III Yezdəgird Cavanşirə çox qiymətli
hədiyyələr və rütbə verdi (136, k.2, f.18; 15, s.72). M.Kalankatlı
yazır ki, «şah onu sərkərdəyə layiq olan mükafatlarla
mükafatlandırdı, o cümlədən sərkərdə gəranayları, iki qızıl nizə
və iki qızılla süslənmiş qalxanla fərqləndirdi. Bu qalxanları bun-
dan sonra Cavanşiri o biri sərkərdələrdən fərqləndirən şan-şöhrət
əlaməti kimi həmişə onun önündə aparırdılar. Şah onun belinə
mirvari ilə işlənmiş qızıl kəmər və qızıl dəstəkli qılınc bağladı,
qollarına qolbaqlar saldırdı, başının üstünə isə qaş-daşlı tac qoy-
durdu. Onun boynuna ağır mirvari boyunbağı asdılar, çiyninə
taftadan tikilmiş şah geyimi saldılar və zərli ipək parçasından
tikilmiş dörd qotazlı, mavi rəngli şalvar geyindirdilər» (136, k.2,
f.18).
M.Kalankatlı Cavanşirin şücaətlərindən bəhs edərək yazır
ki, «sərkərdələr və pəhləvanlar arasında həm fiziki, həm də zeh-
ni qabiliyyəti ilə böyük hörmət qazanmış Cavanşir ərəblərə qarşı
döyüşlərdə igidlik göstərdi. Sasani şahı Yezdəgirdi xilas edərək
mühafizəsini təşkil etdi. Cavanşir artıq həmin vaxt Rüstəm və
Xorazad kimi məşhur sərkərdələrdən yüksək səviyyədə
dayanırdı» (136, k.2, f.18; 296, s.96).
Sasani qoşunu məğlub olub darmadağın edildiyinə bax-
mayaraq, Cavanşir ərəblərə qarşı uzun müddət müqavimət
Dostları ilə paylaş: |