Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

Beynəlxalq  müqavilələr içərisində  çoxtərəfli  müqavilələr  mühüm
  rol  oynayır.  Onlara  misal 
olaraq,  1947-ci  ildə  qəbul  olunmuş  Tariflər  və  ticarət  üzrə  Baş  Sazişi  (QATT),  QATT  –ın 
əvəzində  Ümumdünya  Ticarət  Təşkilatının  yaranmasını  nəzərdə  tutan  1994-cü  il  Mərakeş 
sazişlərini
, xammallar üzrə çoxtərəfli sazişləri, beynəlxalq ticarət hüququnun unifikasiyası üzrə, 
nəqliyyat və rabitə üzrə və s. konvensiyaları göstərmək olar. 
qtisadi  əməkdaşlıq  daha  çox  ikitərəfli  müqavilələr  əsasında  həyata  keçirilir.  Bunlara 
aşağıdakılar  aiddir:  a)  çərçivə  xarakterli  siyasi  müqavilələr  (məsələn,  dostluq,  əməkdaşlıq  və 
qarşılıqlı  yardım  haqqında  müqavilələr);  b)  ticarət  müqavilələri  (bu  müqavilələrdə,  adətən, 
dövlətlər  və  onların  fiziki  və  hüquqi  şəxslər  arsındakı  münasibətlərdə  müəyyən  növ  ticarət-
iqtisadi  rejim  müəyyən  edilir);  c)  ticarət-iqtisadi  əməkdaşlıq  haqqında  uzunmüddətli  sazişlər 
(bu  sazişlər  müvafiq  dövlətlər  arasında  əməkdaşlığın  konkret  sahə  və  formalarını  müəyyən 
edir);  ç)  istehsal  sahəsində  əməkdaşğa  dair  sazişlər;  d)  texniki  yardım  göstərmək  haqqında 
sazişlər;  e)iqtisadi  əməkdaşğın  maliyyə-kredit  təminatı  haqqında  sazişlər  (məsələn,  əmtəə 
dövriyyəsi və ödınişlər haqqındd sazişlər; klirinq sazişləri,kredit sazişləri və s.). 
Beynəlxalq iqtisadi hüququn aşağıda nəzərdən keçirəcəyimiz başlıca müddəaları beynəlxalq 
hüquqi  adət
  şəklində  mövcuddur.  Bu  adət  normaları  dövlətlərin  iqtisadi  inkişafınin 
qanunauyğunluqlarına və tələblərinə cavab verir və iqtisadi əməkdaşlığın əsasını təşkil edir. 
Beynəlxalq  iqtisadi  hüquqda  köməkçi  hüquq  mənbələri  kimi  beynəlxalq  təşkilatların 
qətnamələrinin  ə
həmiyyəti  böyükdür.  BMT-nin  orqanları  (Baş  Assambleya,  EKOSOK, 
YUNKTAD  və  b.),  ixtisaslaşdırılmış  təsisatlar  (YUN DO,  ÜƏM   və  b.)  iqtisadi  əməkdaşlıq 
məsələlərinə dair tövsiyələr qəbul edirlər. Bu qətnamələr sırasında BMT Baş Assambleyasının 
qəbul  etdiyi  bir  sıra  müstəsna  əhəmiyyətə  malik  sənədləri  –  Dövlətlərin  iqtisadi  hüquq  və 
vəzifələri  Xartiyasını,  Yeni  beynəlxalq  iqtisadiqayda  haqqında  Bəyannaməni  (1974), 
“Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında” qətnaməni (1985) 
xüsusi ilə qeyd etmək lazımdır. 
Bəzi  regional  iqtisadi  təşkilatların  məsələn,  Avropa  ttifaqının  qərarları  məcburi  xaraqter 
daşıyır. 
4.  Beynəlxalq  iqtisadi  hüququn  prinsipləriBeynəlxalq  hüququn  əsas  prinsipləri  bütünlüklə 
beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də tətbiq olunur. Bununla yanaşı, beynəlxalq iqtisadi 
hüququn xüsusi prinsipləri də mövcuddur: 
a) dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi prinsipi; 


b) iqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi; 
c) qarşılıqlı fayda prinsipi; 
ç) inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s. 
Bundan əlavə, beynəlxalq iqtisadi hüquq sahəsində, iqtisadi əməkdaşlığın həyata keçirilməsi 
üçün  hüquqi  əsas  rolunu  oynayan  hüquqi  rejimlər  mövcuddur.  Prinsiplərdən  fərqli  olaraq,  bu 
hüquqi  rejimlər  müqavilə  rejimləridir,  yəni  onlar  yalnız  maraqlı  dövlətlər  bu  barədə 
razılaşdıqda tətbiq olunur. Bunlar aşağıdakılardır: 
1) əəlverişli rejim. Bir dövlət başqa bir dövlətə, onun vətəndaşlarına və hüquqi şəxslərinə 
istənilən  üçüncü  dövlət  üçün  nəzərdə  tutduğu  və  ya  tətbiq  edəcəyi  hüquq  və  güzəştlər  verir. 
Müvafiq  müqavilələrdə  tərəflər,  bir  qayda  olaraq,  göstərilən  rejimin  tətbiq  olunacağı  konkret 
sahəni müəyyən edirlər; malların idxal və ixracı; gömrük rüsumlaeı; nəqliyyat rejimi; tranzit və 
s. Ən əlverişli rejimdən, adətən, bəzi istisnalar müəyyən olunur (məsələn, qonşu ölkələr, inkişaf 
etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş xüsusi güzəştlər);  
2) milli rejim. Bu rejimə müvafiq olaraq, bir dövlətin vətəndaşları və hüquqi şəxsləri başqa 
bir  dövlətin  ərazisində  yerli  fiziki  və  hüquqi  şəxslərə  verilmiş  hüquqlardan  istifadə  edə  bilər. 
Milli  rejim,  adətən,  əcnəbilərin  hüquq  qabiliyyəti,  o  cümlədən  öz  hüquqlarının  məhkəmə 
vasitəsilə müdafiəsi məsələlərinə şamil olunur; 
3)  preferensial  rejim.  Bu  rejim  hər  hansı  dövlətə  və  ya  dövlətlər  qrupuna  xüsusi 
üstünlüklərin  (məsələn,  ticarət  güzəştlərinin)  verilməsini  nəzərdə  tutur.  O,  qonşu  dövlətlər 
arasındakı  münasibətlərdə  və  ya  inteqrasiya  sistemləri  çərçivəsində  tətbiq  olunur.  nkişaf 
etməkdə olan ölkələrə preferensiyaların verilməsi beynəlxalq iqtisadi hüququn prinsipidir. 
5.  Beynəlxalq  iqtisadi  münasibətlərin  ayrı-ayrı  sahələrində  əməkdaşğınbeynəlxalq-
hüquqi tənzimlənməsi. 
A. Beynəlxalq ticarət hüququ 
Beynəlxalq  ticarət  hüququ  beynəlxalq  iqtisadi  hüququn  yaranmasahəsidir:  Onun  əsas 
mənbələri
 aşağıdakılardır:  
a) ticarət müqavilələri – 
ikitərəfli əsasda bağlanır, tərəflər arasında ticarətin ümumi hüquqi 
əsasını  müəyyən  edir;  adətən,  uzun  müddətə  və  ya  müddətsiz  bağlanır.  Tərəflər  bu 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə