Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

80 
 
ayağına  çəkib  yanar  qırmanclarla  vuracaqlar.  Əgər  o  qırmanclardan  biri  bütün  dəryalara  düşsə, 
dəryalar qaynayar. Əgər o qırmancı dünyanın bütün dağlarına vursalar, dağlar yanıb kül olar.  
Müfəzzəl ibn Ömər  İmam  Sadiq(ə.s)-dən belə nəql edir ki, qiyamət  günü həzrəti-Xədicə(s.ə) və 
Əli(ə.s)-nin  anası  Fatimə  binti  Əsəd(s.ə)  Möhsini  götürüb  nalə  çəkərək  ağlayarlar.  Anası 
Fatimə(s.ə) («Quran»ın bu ayələrini) oxuyar:  
«Bu, sizə vədə verilən gündür». («Ənbiya», 104) 
«Həmin gündür ki, hər bir şəxs xeyr əməlinin bəhrəsini görər və pis əməllərindən uzaq düşməyi 
istəyər.» («Ali=İmran», 30) 
Bu  vaxt  İmam  Sadiq(ə.s)  elə  ağladı  ki,  göz  yaşları  mübarək  saqqalını  islatdı.  Sonra  byurdu: 
«Aydın olmasın o göz ki, bu müsibəti eşidəndə ağlamaya». 
Qiyamətdə Əli(ə.s)-nin xəzinəsi 
Peyğəmbər(s) Əli(ə.s)-yə buyurmuşdu:  
«Sən  behiştdə  xəzinə  sahibisən,  sən  behiştin  iki  budağının  sahibisən.»  («behiştin  iki  budağı» 
deməkdə məqsədi behiştin bəzəyi olan Həsən və Hüseyn(ə.s)-dir)  
Şeyx  Səduq  yazır:  «Bəzi  tarixçilərdən  eşitmişəm  ki,  «xəzinə»  dedikdə    burada  Fatimə(s.ə)-nin 
qapı  və  divar  arasında  qalıb  əzilməsi  nəticəsində  siqt  olan  övladı  Möhsin  nəzərdə  tutulmuşdur. 
Həmin  ustad  dəlil  olaraq  bu  faktı  qeyd  etmişdi  ki,  insanın  siqt  olunmuş  uşağı  ciddi  və  qəzəbli 
halda behişt qapısında dayanıb içəri keçməz. Ona deyirlər: «Behiştə daxil ol!» O cavab verər ki, 
atam və anam məndən qabaq behiştə daxil olmamış mən behiştə daxil olmaram». 
Sünni alimi Nəzzamın yazdıqları. 
Seyyid  Mövlana  Mirhamid  Hüseyn  Hindi  «Əbəqatül-ənvar»  kitabında  sünni  alimlərindən  olan 
Sənahəddin Səfədinin yazdığı «Ənvari bil-vəfiyyat» kitabında Əbu Ömər və Cahizin ustadı olan 
Nəzzamın  həyatından  bəhs  edən  belə  bir  hadisəni  qeyd  edir:  «Peyğəmbər(s)  açıq-aydın 
buyurmuşdu ki, imamət məqamı Əli(ə.s)-yə məxsusdur. O, Əli(ə.s)-ni bu məqama təyin etmişdi. 
Səhabənin  hamısı  bundan  xəbərdar  idi,  lakin  Ömər  bunu  Əbu  Bəkrin  xatirinə  hamıdan  gizli 
saxlamışdı».  Nəzzam  sözünü  davam  edərək  yazır:  «Ömər  Əbu  Bəkrin  beyət  mərasimi  günü 
Fatimə(s.ə)-nin  böyrünə  zərbə  ilə  vurdu.  Onun  təsirindən  də  Fatimə(s.ə)-nin  bətnində  olan 
(Peyğəmbər(s)-in qabaqcadan adını qoyduğu) körpəsi siqt oldu». 
Hübarın öldürülməsi barədə Peyğəmbər(s)-in hökmü. 
Məşhur  sünni  alimi  İbn  Əbil  Hədid  «Şərhi  Nəhcül-bəlağə»  kitabında  yazır:  «Hübar  ibn  Əsvəd 
adlı bir şəxs dəvəyə minmiş Peyğəmbər(s)-in qızı Zeynəbi nizə ilə qorxutmuşdu. Bu da Zeynəbin 
bətnində  olan  uşağın  siqt  olmasına  bais  olmuşdu.  Məkkəni  fəth  edəndə  (hicrətin  altıncı  ilində) 
Peyğəmbər Hübar ibn Əsvədin qanını halal bildi (yəni öldürülməsinə hökm vermişdi.)» 
İbn  Əbil  Hədid  sözünün  davamında  yazır:  «Mən  bu  hadisəni  ustadım  Əbu  Cəfər  Nəqibə 
söylədim. O, belə dedi: 


81 
 
__ Əgər Peyğəmbər(s) Zeynəbi qorxudub bətnindəki «uşağın siqt olmasına səbəb olan Hübar ibn 
Əsvədə ölüm hökmü veribsə, yəqin ki, sağ olsaydı, Fatimə(s.ə)-ni vurub, bətnindəki uşağının siqt 
olmasına bais olan şəxs üçün də ölüm hökmü fərmanını verərdi». 
Mən soruşdum:  
__  İcazə  verirsənmi,  bu  faktı  sənə  istinad  edib  yazım?  Yazım  ki,  Fatimə(s.ə)  qorxudulub  və 
bətnindəki Möhsini siqt olub. 
Əbu Cəfər Nəqib dedi:  
__  Nə  bu  rəvayətin  səhihliyini  və  nə  də  batil  olmağını  mən  tərəfdən  bir  kəsə  söyləmə.  Əlimdə 
olan bəzi hədislərə görə mənim bu barədə heç bir nəzərim yoxdur. 
Müəllif yazır: Seyyid Cüzun öz şerində çox gözəl demişdir: (Şerin məzmunu) «O iki nəfər qəzəb 
qurtumlarını  Peyğəmbər(s)-in  vəfatından  sonra  ardıcıl  olaraq  Fatimə(s.ə)-yə  içirtdilər.  Bu 
qurtumlar nə qədər bulanıq və əzablı idi. Onlar Fatimə(s.ə)-ni hiddətə gətirdilər. Lakin həqiqətdə 
Allahı__ yerin, göyün Allahını qəzəbləndirdilər. Fatimə(s.ə) kimin qızı idi? Kimin zövcəsi, kimin 
anası idi? (bütün bunlara baxmayaraq yenə də onun ehtiramına, məqamına riayət etmədilər.) 
Vay olsun o şəxsə ki, ona zulm etməyi özünə həqiqət və ya bir təriqət (sünnət) bildi». 
Həzrəti Fatimə(s.ə)-nin müsibətindən İmamların(ə.s) təsirlənməsi və kədərlənməsi. 
1.İmam Cavad(ə.s)-ın kədəri. 
Təbərinin  «Dəlailül-imamə»  kitabında Zəkəriyya ibn Adəmin  söylədiyi hadisə təsvir  edilmişdir: 
«Mən  İmam  Riza(ə.s)-nın  hüzurunda  idim.  Bu  zaman  oğlu  həzrəti-Cavad(ə.s)-ı  Onun  hüzuruna 
gətirdilər.  O  vaxt  hələ  onun  dörd  yaşı  yox  idi.  İçəri  daxil  olanda  əlini  yerə  vurub  başını  göyə 
qaldıraraq uzun müddət fikrə getdi. 
İmam Riza(ə.s) oğluna buyurdu:  
__ Qurbanın olum, niyə fikrə getdin? 
İmam Cavad(ə.s) cavab verdi:  
__Anam  Fatimə(s.ə)-yə  edilən  müsibətlərə  görə  xəyala  daldım.  Allaha  and  olsun,  o  iki  şəxsi 
qəbirdən çıxarıb yandırar, sonra isə küllərini dənizlərə səpərdim. 
Həzrəti-Riza(ə.s) oğlunu yanına çağırıb  iki gözünün ortasından öpərək buyurdu:  
__ Atam-anam sənə fəda olsun, sən bu məqama (imamətə) layiqsən. 
2.İmam Baqir və İmam Sadiq(ə.s)-in kədəri. 
Belə  söyləyirlər  ki,  İmam  Baqir(ə.s)  qızdırma  xəstəliyinə  tutulanda  bədəninə  soyuq  su  çiləyər, 
sonra  isə  uca  səslə  buyurarmış:  «Fatimətu  bintu  Mühəmmədin!»  «Ay  Mühəmməd(s)-in  qızı 
Fatimə(s.ə)!» 


82 
 
Əllamə  Məclisi  bu  ibarəni  belə  şərh  edir:  «İmam  Baqir(ə.s)  Fatimə(s.ə)-nin  müqəddəs  adını 
çəkməklə şəfa tapmaq istəmişdir». 
Müəllif  yazır:  «Mən  belə  ehtimal  edirəm  ki,  qızdırma  onun  lətif  bədəninə  təsir  etdiyi  kimi, 
məzlum  anasının  müsibətlərinə  kədərlənməyini  gizlətməsi  də  onun  kövrək  qəlbinə  təsir 
göstərmişdir. Qızdırmanın hərarətini su vasitəsilə azaltdığı kimi, anası Fatimə(s.ə)-ni xatırlamaqla 
öz  kədərinin  şiddətini  azaldırdı.  İnsan  ürəkağrıdıcı  ahı  ilə,  dərindən  köks  ötürməklə  öz  kədərini 
azaldır.  Çünki,  həzrəti-Zəhra(s.ə)-nın    müsibətlərinin  təsiri  övladları__  pak  İmam(ə.s)-ların 
ürəyində  qılınc  və  bıçaq  yarasından  daha  ağır,  yanıqdan  daha  dəhşətlidir.  Onlar  elə  bir  şəraitdə 
idilər ki, həmişə təqiyyə  edir, anaları həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini aşkar etməyə ixtiyar və 
qüdrətləri  çatmırdı.  Buna  görə  də  nə  vaxt  həzrəti-Zəhra(s.ə)-nın  adı  onların  yanında  çəkilirdisə, 
qəlbləri hüznlə dolurdu. Hər bir diqqətli şəxs bu kədər və qüssəni onların mübarək çöhrələrindən 
sezib hiss edə bilərdi. 
Digər bir hədisdə belə nəql olunmuşdur: İmam Sadiq(ə.s) Sukinidən (səhabədən biri) təzə anadan 
olmuş qızının adını nə qoyacağını soruşanda Sukuni: «Fatimə», __ deyə söyləmişdi. Bu zaman 
İmam Sadiq(ə.s) dərindən ah çəkib əlini alnına qoyaraq qəmli-qəmli oturmuşdu. 
Ötən  səhifələrdə  xatırlatdıq  ki,  Abbas  Ömərin  başqalarının  pulunu  kəsdiyi  kimi,  Qunfuzun 
pulundan  niyə  görə  kəsməməsini  Əli(ə.s)-dən  soruşanda  Əli(ə.s)  ətrafına  baxıb  gözlərindən  yaş 
axıdaraq  buyurmuşdu:  «Bu,  Qunfuzun  Fatimə(s.ə)-yə  vurduğu  qamçıya  görə  mükafatıdır. 
Fatimə(s.ə) vəfat edənə qədər o qamçının izləri onun qollarında qolbaq kimi qaralmışdı». 
3.Bəşşar Mükarinin əhvalatı. 
Bir çox mötəbər mənbələr, həmçinin Əllamə Məclisi Mikarinin söylədiklərini belə təsvir edirlər: 
 Bir gün Kufədə İmam Sadiq(ə.s)-in hüzuruna getmişdim. Gördüm ki, İmam onun üçün gətirilmiş 
Təbərzad xurmasından yeyir. Məni görüb buyurdu:  
__ Yaxın gəl, qonaq ol. 
Söylədim: 
__ Nuş olsun. Yolda gələndə bir hadisə ilə rastlaşdım. Mənə yaman təsir etdi. Qəhərdən boğazım 
tutuldu. 
__  Boynumda olan haqqıma and verirəm səni, yaxın otur, sən də ye. 
Yaxına gəlib mən də xurmadan yedim. Sonra İmam(ə.s) mənə buyurdu:  
__ İndi de görüm, nə hadisə baş veribdir? 
__ Yolda gələndə gördüm ki, hökumət məmurlarından  biri bir qadını döyə-döyə  zindana aparır. 
Həmin  qadın  uca  səslə  deyirdi:  «Allaha  və  Rəsuluna  pənah  aparıram.  Allahdan  və  Rəsulundan 
başqa heç kimə pənah aparmıram». 
İmam Sadiq(ə.s) soruşdu:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə