Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

77 
 
Atacan,  əfsuslar  olsun  sənin  ayrılığına,  əfsuslar  olsun  nəvələrin  Həsən  və  Hüseyn(ə.s)-in  atası, 
sənin Həbibin, əmirəl-möminin Əli(ə.s)- nin ayrılığına ki, onu uşaqlıqda tərbiyə etdin. Böyüyəndə 
onu qardaşın kimi çağırdın. O, sənin ən yaxın dostun və ən sevimli səhabən idi. O, hamıdan əvvəl 
islamı qəbul edib sənə tərəf gəldi, ey məxluqatın Əşrəfi! 
 İndi onu dəvəni aparan təki əsir aparırlar». 
Sonra  ürəkyandırıcı  nalə  çəkib  dedi:  «Mühəmməd,  ey  dost,  ey  Əbəlqasim,  ey  Əhməd.  Əfsuslar 
olsun, dostların azlığına. Əfsuslar olsun bu müsibətli, qəmli, acı ruzigara.» 
Fatimə(s.ə) bu sözləri deyib huşunu itirərək yerə yıxıldı. Camaat onun bu vəziyyətindən təsirlənib 
ucadan nalə çəkərək ağladı. Peyğəmbər (s) məscidini başdan-başa matəm bürümüşdü. 
Sonra  Əli(ə.s)-ni  Əbu  Bəkrin  qarşısında  dayandıraraq  ona  dedilər:  «Əlini  uzadıb  beyət  et!» 
Həzrəti-Əli(ə.s)  byurdu:  «Allaha  and  olsun,  beyət  etmərəm,  çünki  mənim  beyətim  sizin 
boynunuzdadır. (Siz mənimlə Qədir-Xumda beyət etdiniz. Ona vəfadarlıq edin.)» 
Əbu Bəkrin Əli(ə.s)-nin əlinə əıııl verməsi. 
Ədiyy ibn Hatəm (Peyğəmbər(s) və Əli(ə.s)-nin dostlarındandır) deyir: «Əli(ə.s) üçün ürəyim elə 
yandı ki, heç kim üçün elə  yanmamışdı və  yanmayacaq. Əli(ə.s)-nin  yaxasından və qollarından 
tutub məscidə tərəf çəkə-çəkə apararaq deyirdilər:  
__ Əbu Bəkrə beyət et! 
O buyurdu:  
__  Əgər beyət etməsəm, nə olar? 
Cavab  verdilər  ki,  boynunu  vurarıq.  Əli(ə.s)  üzünü  göyə  tutub  dedi:  «İlahi,  şahid  ol  ki,  bunlar 
məni öldürməyə gəliblər, halbuki mən Allahın bəndəsi və Peyğəmbər(s)-in qardaşıyam». 
Onlar yenə Əli(ə.s)-yə dedilər:  
__ Beyət etmək üçün əlini uzat. 
O  Cənab  itaət  etmədi.  Onlar  güclə  onun  əlini  tutub  çəkdilər.  Həzrəti-Əli(ə.s)  barmaqlarını  
yumdu. Yanındakılar nə qədər  etdilərsə, onun yumruğunu aça bilmədilər. Nəhayət, Əbu Bəkrin 
əlini  qabağa  çəkib  Əli(ə.s)-nin  yumulmuş  əlinə  (yumruğuna)  sürtdülər.  O  halda  isə  həzrəti-
Əli(ə.s) üzünü Peyğəmbər(s)-in qəbrinə tutaraq deyirdi:  
«Ey anam oğlu, camaat məni zəiflədib, az qaldı ki, öldürsün.» («Əraf» surəsi, 150.) 
Ravi yazır:  
Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:  


78 
 
«Əgər  sən  şura  yolu  ilə  xalqın  rəhbəri  olmusansa,  bu  necə  şuradır  ki,  onun  (mənim  kimi) 
məşvərətçiləri orada olmamışlar. Yox, əgər qohumluğu dəlil gətirirsənsə, başqaları Peyğəmbər(s)-
ə səndən daha yaxındır».  
O Həzrət təkrar-təkrar buyururdu: «Əcəba, xilafət səhabəlik və qohumluqlamı sabit olur?»  
Evin yandırılması hadisəsi Ömərin öz dilindən. 
Ömər ibn Xəttab Müaviyəyə  məktubunda (beyət və qapının yandırılması barədə) belə yazmışdı: 
«Qabaqcadan öz  adamlarımızla Əli(ə.s)-nin  evinə getdim. Fizzə (həzrəti-Fatimə(s.ə)-nin kənizi) 
çölə çıxdı. Ona dedim:  
__  Əli(ə.s)-yə  de  ki,  çölə  çıxıb  Əbu  Bəkrə  beyət  etsin.  Çünki  bütün  müsəlmanlar  ona  beyət 
etmişlər. 
Fizzə:  
__  Əmirəl-möminin Əli(ə.s) «Quran»ı tərtib etməklə məşğuldur. 
Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki, çölə çıxsın, yoxsa evə daxil olub onu zorla 
apararıq. Bu zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb dedi:  
__  Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən nə istəyirsiniz? 
Dedim:  
__ Niyə əmin oğlu cavab verməyə səni göndərib, amma özü pərdə arxasında oturub gizlənib?! 
Fatimə(s.ə):  
__ Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın məni evdən çıxararaq höccəti sənə və sənin 
kimi hər bir yolunu azmışa tamam etdi. 
Dedim:  
__ Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki, çölə çıxsın. 
Dedi:  
__ Yəni dostluq və kəramət sənə layiq deyil. Məni şeytan qoşunu iləmi qorxudursan, ey  Ömər? 
Bil ki, hizbi-şeytan zəif və qüvvətsizdir. 
Dedim:  
__Ya  Əli(ə.s)  evdən  çölə  çıxmalı,  ya  da  məscidə  gedib  beyət  etməlidir,  yoxsa  evə  adamları 
qarışıq od vuracağam. 
Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. Xalid ibn Vəlidə tapşırdım: «Adamlarına de, 
odun yığsınlar». 


79 
 
Daha sonra Fatimə(s.ə)-ni hədələdim:  
__ Evi yandıraram. 
Fatimə(s.ə):  «Ey  Allahın  düşməni,  ey  Peyğəmbər(s)-in  düşməni,  ey  Ə|mirəl-mömininin 
düşməni!» __ deyib əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu vurub qapını möhkəm 
itələdim. Qırmancı qapını buraxmaq üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə çəkib 
ağladı.  Naləsi  elə  ürəkyandırıcı  idi  ki,  az  qala  ürəyim  yumşalıb  oradan  qayıdacaqdım,  lakin 
yadıma  Əli(ə.s)-nin  Qureyş  böyüklərinin  (müşriklərinin)  qanını  tökməsi  düşdü.  Ürəyimdə  ona 
qarşı  bəslədiyim  kin,  düşmənçilik  yenidən  baş  qaldırdı.  Qapını  təpiklə  möhkəm  vurdum. 
Fatimə(s.ə)  qapını  açılmasın  deyə  möhkəm  sıxmışdı.  Lakin  mən  qapıya  təpiklə  vuranda 
Fatimə(s.ə)-nin naləsini eşitdim. Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o halda 
ikən deyirdi: «Ay atacan, ya Rəsululah, sənin sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl 
məni götür. Allaha and olsun, bətnimdə olan körpəm öldürüldü!» 
Mən  başa  düşdüm  ki,  Fatimə(s.ə)  hamiləliyin  şiddətli  ağrısından  divara(qapının  arxasına) 
söykənmişdir.  Qapını  möhkəm  itələdim.  Qapı  açıldı.  Evə  daxil  olanda  Fatimə(s.ə)  o  halətdə 
mənimlə  üz-üzə  dayandı.  Lakin  bərk  qəzəbləndiyimdən  elə  bil,  gözümün  qarşısına  pərdə 
çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə yıxıldı.  
                                    Fatimə(s.ə)-nin dilindən... 
«İrşadül-qülub» kitabında belə qeyd edilmişdir:  
Fatimə(s.ə)-nin dilindən: «Bizim evi yandırmaq üçün qapımıza xeyli odun yığdılar. Mən qapının 
arxasında dayanıb o zalım tayfanı Allaha və Peyğəmbər(s)-ə and verirdim ki, bizdən əl çəksinlər. 
Ömər və Əbu Bəkrin azad olmuş qulu Qunfuzun vurduğu qırmancın izləri qollarımda qolbaq kimi 
qaraldı.  Bu  zaman  qapıya  təpik  vurub  qapını  mənə  tərəf  itələdi.  Hamilə  halında  üzü  üstə  yerə 
düşdüm. Alovun dilləri şölələnib üzümü yandırdı. O, əli ilə məni vururdu. Bu zaman qulağımdakı 
sırğam qırılıb yerə düşdü. Günahsız Möhsinim siqt olub öldürüldü». 
Merac gecəsində Zəhra(s.ə)-nın məzlumiyyəti barədə    Peyğəmbər(s)-ə verilən xəbər. 
Allah-təalanın  Peyğəmbər(s)-ə  merac  gecəsində  verdiyi  xəbərlərdən  biri  də  budur:  «Ya  Əhməd, 
qızın Fatiməyə zülm edərlər. Onu hüququndan məhrum edib, onun üçün təyin etdiyin haqqı qəsb 
edərlər. İcazəsiz evinə daxil olub onu narahat edərlər. Heç kim onu müdafiə etməz. Ona vurulan 
zərbələr nəticəsində bətnindəki körpə siqt olunub öldürülər». 
Peyğəmbər(s) buyurdu:  
 «Biz  Allah  tərəfindən  gəlmişik  və  Allaha tərəf  də  qayıdacağıq.  İlahi,  mən  bunu  (sənin  yolunda 
olduğundan) qəbul edərək sənin fərmanına təslim oluram  və sənin dərgahından səbir və  dözüm 
istəyirəm». 
Fatimə(s.ə)-ni incidən şəxslərin əzabı. 
Qiyamət  günü  mühakimə  edilib  haqqında  hökm  veriləcək  ilk  şəxs  Əli(ə.s)-nin  övladı 
Möhsin(ə.s)-in qatilləri olacaqdır. Onun qatilləri və Qunfuz barədə hökm olunacaq. Onları məhşər 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə