Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

66 
 
 Ömər Xalidin bu sözündən başa düşdü ki, Əbu Bəkrin yanından razı çıxıbdır. Ömər Xalidə heç 
bir söz deməyib evinə getdi. 
Əllamə  məclisi  yazır:  «Ömərin  Xalidi  danlaması  şəriət  hökmlərini  və  İslam  qanunlarını  icra 
etmək  məqsədi  güdmürdü,  əksinə,  onun  narahatlığı  cahiliyyət  dövründə  Xalid  ilə  əhd-peyman 
bağladıqlarına  görə idi. Elə buna görə də Xalidin Səd ibn Übadəni (ənsarların başçısı) öldürməsi 
xəbərini eşidəndə Xalidi əfv etdi. 
Bəzi  tarixçilərin  İmamlardan  nəql  etdiklərinə  görə,  Ömərin  xilafəti  zamanı  bir  gün  Ömər 
Mədinədən kənarda Xalid ilə görüşüb, ona demişdi:  
__Malik ibn Nüveyrənin sən öldürmüsən. 
Xalid:  
__ Bəli, aramızda olan ədavətə görə onu öldürdüm.  
Ömər bu sözdən xoşhallanıb Xalidi sinəsinə  sıxıb: «Sən Allahın və Rəsulullahın qılıncısan», __ 
dedi. 
«Quran»ın yığılması və nizamlanması. 
Süleym ibn Qeys Səqifə əhalatını Salmandan nəql edib bu məqama yetişir: 
 «Əli(ə.s)  xalqın  vəfasızlığını,  yalan  və  bəhanələrini  görüb  evində  «Quran»ı  toplayıb 
nizamlamaqla məşğul idi. İşini görüb qurtarana qədər evdən çölə çıxmadı. 
Bundan  qabaq  «Quran»  ayələri  vərəq,  taxta  və  parça  üzərində  pərakəndə  yazılmışdı.  Əli(ə.s) 
bütün  «Quran»ı  toplayaraq  öz  dəsti-xətti  ilə  yazdı,  onun  tənzil  və  təvilini,  nasix  və  mənsux 
ayələrini müəyyən etdi. Həmin vaxtda da Əbu Bəkr o Həzrətə xəbər göndərdi ki, gəlib ona beyət 
etsin. 
İmam  Əli(ə.s)  cavab  verdi  ki,  mən  «Quran»ı  toplamaqla  məşğulam.  And  içmişəm  ki,  namaz 
vaxtından başqa «Quran»ı yığıb tənzimləməmiş evdən çölə çıxmayacağam». 
Əbu Bəkr və tərəfdarları bir neçə gün Əmirəlmömininə möhlət verdilər. Əli(ə.s) «Quran»ı yığıb 
tənzimlədikdən sonra onu bir parçaya qoyub üstünü möhürlədi. 
Başqa  bir  mənbəyə  əsasən  o  Həzrət  topladığı  «Quran»ı  götürüb  Rəsuli-əkrəm(s)-in  qəbrinin 
üstünə gəldi. Onu yerə qoyub iki rükət namaz qılaraq Rəsuli-əkrəm(s)-ə salam göndərdi. Camaat 
Əbu Bəkrlə birgə məscidə yığışmışdı. İmam Əli(ə.s) də orada idi. O, uca səslə xalqa xitab edib 
buyurdu:  
__  Ey  müsəlmanlar,  Rəsulullah(s)  vəfat  edəndən  mənim  başım  əvvəl  Peyğəmbər(s)-in  dəfninə, 
sonra  isə  «Quran»ın  yığılmasına  qarışmışdır.  Bütün  «Quran»ı  cəm  edib  bu  parçaya  bükmüşəm. 
Rəsuli-əkrəm(s)-ə  nazil  olan  hər  bir  ayəni  burada  yığmışam.  Peyğəmbər(s)-in  mənə  qiraət  edib 
yazdırdığı və təvilini (ayələrin batini mənası) mənə öyrətdiyi ayələrdən başqa orada heç bir şey 
yazılmamışdır.  Daha  qiyamət  günü  deməyəsiz  ki,  bizim  bundan  xəbərimiz  yox  idi,  mən  sizi 
köməyə çağırmadım, haqqı sizə xatırlatmadım, «Quran»ı sizə əvvəldən axıra kimi tanıtdırmadım. 


67 
 
Ömər dedi:  
__  Bizi  cəmlədiyin  «Quran»a  dəvət  etməklə  əlimizdə  olan  «Quran»a  laqeyd  etmə.  (Bizim  öz 
«Quran»ımız var. O olduğuna görə sizin «Quran»a daha ehtiyacımız yoxdur.)  
Başqa bir rəvayətdə isə Ömər deyir:  
__ «Quran»ı qoy qalsın. Özün isə get işinlə məşğul ol. 
Peyğəmbər(s)-in vəsiyyətinin xatırlanması. 
İmam Əli(ə.s)-nin məsciddəki xütbəsinin davamı: 
__Peyğəmbər(s)  sizə  vəsiyyət  etmişdi  ki,  mən  sizin  aranızda  iki  böyük  qiymətli  şeyi  əmanət 
qoyub  gedirəm.  Onlardan  birincisi  «Quran»,  ikincisi  isə  Əhli-beytimdir.  Bu  iki  şey  behiştdə 
Kövsər  hovuzunda  mənə  yetişənə  qədər  bir-birindən  ayrılmazlar.  Əgər  «Quran»ı  qəbul 
edirsinizsə,  məni  də  «Quran»la  yanaşı  qəbul  edin  ki,  sizin  aranızda  Allahın  «Quran»da  nazil 
etdiyi  hökmləri  icra  edim.  Çünki  mən  «Quran»ın  bütün  ayələrinin  nasix-mənsuxuna,  təvilinə, 
möhkəm və mütəşabihinə, halal və haramına sizdən daha yaxşı bələdəm.  
Ömər dedi:  
__ Bu «Quran»ı özünlə götür ki, nə o səndən ayrılsın, nə də sən ondan. Bizim nə sənin topladığın 
«Quran»a, nə də sənə ehtiyacımız yoxdur. 
Həzrəti-Əli(ə.s) «Quran»ı götürüb evinə qayıtdı. Namaz qıldığı yerdə oturub  «Quran»ı qarşısına 
qoydu. Gözündən yaş axıda-axıda onun ayələrini oxumağa başladı. 
Əmirəlmöminin Əli(ə.s)-nin qardaşı ilə görüşü. 
Bu zaman qardaşı Əqil Əli(ə.s)-nin hüzuruna gəlib onu ağlar gördükdə Həzrətdən soruşdu:  
__ Niyə ağlayırsan? Allah sənin gözlərini heç vaxt yaşlı etməsin. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
__  Qardaşım,  Allaha  and  olsun!  Qüreyş  və  onların  tərəfdarları  üçün  ağlayıram  ki,  haqdan  üz 
çevirib əyri  yola düşdülər. Öz fəsad və cəhalətlərinə qayıdıb ixtilaf, nifaq  vadisinə, sərgərdanlıq 
səhrasına  yuvarlandılar.  Əvvəllər  Peyğəmbər(s)  ilə  vuruşmaq  üçün  əlbir  olduqları  kimi,  indi  də 
mənimlə döyüşməkdən ötrü birləşiblər. Allah onların cəzalarını versin ki, mənimlə olan yaxınlıq 
ipini qırıb, əmim oğlu Peyğəmbər(s)-in hakimiyyətini əlimizdən aldılar.  
Bu zaman hönkürüb buyurdu:  
__Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq. 
Daha sonra isə aşağıdakı şeri oxudu. Şerin məzmunu ilə tanış olun: 


68 
 
        «Əgər  mənim  halımın  pisliyini  soruşsan,  deyərəm,  ruzigarın  çətinliklərinə  də  səbir  edib 
çətinliklə  yaşayıram.  Mənim  üçün  üzümdəki  kədərimi  düşmənimin  görüb  sevinməsi,  dostumun 
isə bundan narahat olması çox ağırdır». 
Əbu Bəkrin Əli(ə.s)-yə xəbər göndərməsi və o Həzrətin cavabı. 
İndi yenə  Süleym ibn Qeysin yazdıqlarına qayıdaq. Sonra Əli(ə.s) öz evinə gəldi.  
Ömər Əbu Bəkrə dedi:  
__ Əli(ə.s)-nin dalınca bir nəfər göndər ki, qoy gəlib sənə beyət etsin, çünki Əli(ə.s) beyət etməsə, 
xilafət səhmana düşməz. Əgər o bizə beyət edərsə, o zaman ona da aman verərik. 
Əbu Bəkr Əli(ə.s)-nin yanına bir nəfərlə xəbər göndərdi ki, Rəsulullah(s)-ın xəlifəsinin dəvətini 
yerinə yetir. 
Əbu  Bəkrin  qasidi  Əli(ə.s)-nin  yanına  gəlib  onun  sözünü  o  Cənab(ə.s)-a  çatdırdıqda  Əli(ə.s) 
buyurdu:  «Qəribədir, nə tez  Peyğəmbər(s)-i  təkzib (yalançı) etdiniz? Əbu Bəkr və ətrafındakılar 
yaxşı bilirlər ki, Allah və Rəsulu məndən başqasını öz xəlifəsi təyin etməmişdir». 
Qasid Əli(ə.s)-nin sözlərini Əbu Bəkrə çatdırdıqda Əbu Bəkr dedi ki, get, bu dəfə Əli(ə.s)-yə belə 
de: «Əmirəl-mömininin (Əbu Bəkr) dəvətini yerinə yetir». 
Qasid  Əli(ə.s)-nin  yanına  gəlib  Əbu  Bəkrin  sözünü  ona  çatdırdı.  Əli(ə.s)  buyurdu:  «Qəribədir, 
onlar Peyğəmbər(s)-imizə verdikləri vədi nə tez unutdular?! Allaha and olsun, o (Əbu Bəkr) yaxşı 
bilir ki, bu ad məndən başqa bir kəsə layiq deyildir. Peyğəmbər(s) ona əmr etdi ki, mənə əmirəl-
möminin  deyib  salam  versin.  O,  həzrəti-Mühəmməd(s)  tərəfindən  bu  işə  sövq  etdirilmiş  yeddi 
nəfərdən  biridir.  O  və  onun  rəfiqi  (Ömər)  həmin  yeddi  nəfərin  arasında  Peyğəmbər(s)-dən 
soruşmuşdu:  
__ Bu əmr Allah və Rəsulu tərəfindəndirmi? 
O zaman Peyğəmbər(s) buyurmuşdu:  
-Bəli,  Allah  və  Rəsulu  tərəfindən  haqdır  ki,  Əli(ə.s)  möminlərin  əmiri,  müsəlmanların  ağası, 
nurani və yaxşı insanların bayraqdırıdır. Allah qiyamət günü onu sirat körpüsündə əyləşdirib onun 
dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə göndərər. 
Əbu Bəkrin  qasidi  Əli(ə.s)-nin  bu  sözlərini   Əbu Bəkrə  yetirdi. Onlar  elə  həmin  gün  O(ə.s)-nu 
beyətə dəvət etməkdən əl çəkdilər. 
Süleym ibn Qeys Salmanın dediklərinə əsaslanaraq belə qeyd edir:  
«Qaranlıq düşəndə həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-ni ata mindirdi. Onlar Həsən ilə Huseynin əlindən 
tutub Rəsuli-əkrəm(s)-in səhabələrinin evinə getdilər. Əli(ə.s)-nin getmədiyi səhabə evi qalmadı. 
O, alicənablıqla öz haqqı barədə Allahı xatırladıb onları köməyə səslədi, ancaq biz dörd nəfərdən 
başqa  o  Həzrətin  dəvətini  qəbul  edən  olmadı.  Həmin  dörd  nəfər  bunlardır:  Salman,  Əbuzər, 
Miqdad  və  Zübeyr  ibn  Əvam.  Biz  başımızı  (Əli(ə.s)-nin  dostları  əlaməti  olaraq)  qırxmışdıq. 
Həzrəti-Əli(ə.s)-yə kömək etməkdə Zübeyr bizdən daha comərd və bəsirətli çıxdı». 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə