Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

55 
 
  __  Nə  unutdunuz,  nə  də  səhv  etdiniz.  Sanki  sizin  rəhbəriyyət  məqamını  onun  əlindən  alıb 
hakimiyyəti  ələ  keçirmək  üçün  onunla  vuruşmağınızı  öz  gözlərimlə  görürəm.  Allahın  və 
Peyğəmbərinin  düşmənləri  bu  işdə  sizə  kömək  edirlər.  Elə  bil  görürəm  ki,  Əhli-Beytimə  zülm 
olunur və ucqar yerlərə səpələnirlər. Bu mətləb Allahın elmindədir. 
Sonra Peyğəmbər(s) elə ağladı ki, göz yaşları axmağa başladı. Bu vaxt Əli(ə.s)-yə buyurdu:  
__ Ey Əli, səbir elə, Allahdan əmr gələnə qələr səbir elə, döz. Allahdan başqa qüdrət və qüvvət 
sahibi  yoxdur.  Yalnız  bu  surətdə  sənin  üçün  Tanrı  dərgahında  o  qədər  əcr  vardır  ki,  iki  katib 
mələk  belə  onu  hesablaya  bilmir.  Elə  ki  xilafət  əlinə  keçdi,    müxaliflər  Allah  və  Peyğəmbər 
fərmanına boyun əyənə qədər qılınc sənindir, çünki sən haqlısan. Səninlə birgə qiyam edənlər də 
haqlıdır. Habelə sənin övladların da səndən sonra qiyamətə qədər haqq sahibidirlər. 
Şiqşiqiyyə xütbəsini əks etdirən güzgü. 
Şeyx Səduq öz yazısında İbn Abbasın söylədiklərini belə işıqlandırır:  
«Əmirəl-möminin  Əli(ə.s)-nin  hüzurunda  (xilafət  zamanı)  xilafət  əhvalatından  (Peyğəmbər(s)-
dən  sonra  ta  o  vaxta  qədər)  söz  düşdükdə  O,  hadisəni  belə  şərh  etdi:  (Biz  onu  «Nəhcül-
bəlağə»dən sitat gətiririk.)  
«Allaha  and  olsun,  Əbu  Bəkr  xilafət  qumaşını  geydi,  halbuki  çox  gözəl  bilirdi  ki,  mən  İslam 
hökumətini idarə etməkdə dəyirman daşlarının mehvəri  kimiyəm (onsuz dəyirman fırlanmır). O, 
yaxşı  bilirdi  ki,  elm  və  kamal  çeşmələri  dağ  vücudumun  ətəklərindən  qaynayır.  Uca  göylərdə 
qanad  çalan  quşların  mənim  düşüncələrimə  belə  yetişməyə  qüdrəti  yoxdur.  Lakin  mən  tək  əllə 
haqqımı  geri  almaq  üçün  qiyam  etmək  və  ya  qocaları  solduran,  cavanları  qocaldan,  imanlı 
şəxsləri    ömrünün  axırınadək  incidən  alçaq  bir  mühitdə  səbir  etmək  fikrində  ola-ola,  xilafət 
kəmərini  belimdən  açıb  kənara  çəkildim.  Səbir  və  təmkinin  əql  və  müdrikliyə  yaxın  olduğunu 
gördüm. Buna  görə  səbir  və  təmkin  yolunu  tutdum. Ancaq  bu  halımda  da  gözümə  çöp  düşmüş, 
boğazıma  sümük  ilişmiş  şəxsə  bənzəyirdim.  Mirasımı  gözümün  qarşısında  qarət  edirdilər.  O 
vaxta  qədər  ki,  birincisi  (Əbu  Bəkr)  dünyadan  köçdü,  xilafəti  ikinciyə  (Ömər  ibn  Xəttaba) 
tapşırdı. (Burada İmam Əli(ə.s) şair Əşanın beytini misal gətirir: «Dünən və bu gün arasında çox 
fərq  vardır.  Bu  gün  dəvəyə  minib  çətinliyə  düçar  olmuşam,  lakin  əvvəllər  Cabirin  qardaşı 
Həyyam ilə çox rahatlıqda idim». ) 
Görəsən,  nə  üçün  o,  (Əbu Bəkr)  sağlığında  mənə  görə  müsəlmanlar  ilə beyətini  pozmaq  istəyə-
istəyə özü ölüm yatağında hakimiyyəti başqasına verdi. Bu ikisi xilafəti öz aralarında dəvənin iki 
döşü kimi  bölüşdürdülər. Onu  günlərini eyş-işrətdə keçirən insanın ixtiyarına verdi ki,  hökumət 
başçısı elə bir şəxs oldu ki, dəvə kimi itaətdən boyun qaçırırdı. Əgər sahibi onun yüyənini əlində 
möhkəm  saxlasaydı,  dartınmaqdan  burnu  yarılar,  əgər  başını  buraxsaydı,  fəlakət  uçurumunda 
məhv  olardı.  Allaha  and  olsun,  müsəlmanlar  onun  (Ömər)  zamanında  səhv  yola  düşüb  haqdan 
uzaqlaşdılar.  O  da  dünyadan  köçənə  qədər  mən  yenə  səbir  və  təmkin  yolunu  tutdum.  Ömər 
ömrünün  son  günlərində  xilafət  məsələsini  şuraya  tapşırdı.  Məni  də  bu  şuranın  üzvlərindən  biri 
güman edirdi. Doğrusu, Allah bizləri bu şuranın şərindən qorusun. Nə vaxt məni onlarla bir sırada 
müqayisə  ediblər  ki,  indi  də  onlarla  bir  sırada  təyin  edirlər.  Lakin  yenə  də  səbir  edib  onların 
şurasında  iştirak  etdim.  Onlardan  bəzisi  (Səd  ibn  Vəqqas)  kin  bəsələdiyindən  məndən  üz 


56 
 
döndərdi.  Digəri  (Əbdürrəhman  Osmanın  anabir  bacısının  əri  idi.  Osmanla  qohumluğuna  görə) 
qohumluğu üstün tutdu. Qalan ikisi (Təhlə və Zübeyr) də xoşagəlməz cəhətlərinə görə başqa yolla 
getdilər.  Nəticədə,  üçüncüsü  (Osman)  qalib  gəldi.  Xilafəti  ələ  keçirdi.  Yekəqarın  və  qarınqulu 
Osmanın  dəvə  kimi  beytül-malı  yeyib  dağıtmaqdan  başqa  əlindən  bir  iş  gəlmirdi.  Atasının 
qohumları onunla əlbir oldular. Onlar bahar fəslində otlaqlara hücum edib acgözlüklə otlayan ac 
dəvələr  kimi  Allah  malını  udmaq  üçün  qollarını  çırmaladılar.  Nəhayət,  hakimiyyətin 
möhkəmlənməsi üçün gördüyü işlər boşa getdi. Nalayiq əməlləri onun bütün işlərini puç etdi». 
Əli(ə.s)-nin xilafəti dövrünə bir baxış. 
İmam  Əli(ə.s)  «Şiqşiqiyyə»  xütbəsinin  ardınca  buyurur:  «Osmandan  sonra  hər  tərəfdən  dəstə-
dəstə  adamlar  mənə  tərəf  axışdılar.  Məni  elə  əhatəyə  aldılar  ki,  az  qala,  iki  gözümün  nuru, 
Peyğəmbər(s)-in yadigarı Həsən(ə.s)-lə Hüseyn(ə.s) ayaq altda qalıb əzilsinlər. Əbam iki tərəfdən 
paralandı.  İnsanlar  canavar  qorxusundan  çobana  pənah  aparan  qoyunlar  kimi  məni  araya 
almışdılar, lakin qalxıb xilafətə gələndən sonra bəziləri (başda Təlhə və Zübeyr olmaqla) mənə 
etdikləri beyəti pozdular. Bir dəstəsi də (xəvaric və mariqin) mənə itaət etməyib dindən çıxdılar. 
Digərləri  də  (Qasitin,  Müaviyə  və  tərəfdarları)  vəzifə  üçün  haqdan  üz  çevirdilər.  Elə  bil  Allah-
təalanın «Qəsəs» surəsinin 83-cü ayəsini heç eşitməyiblər:  
«Axirət  dünyası  o  kəslər  üçündür  ki,  yer  üzündə  fəsad  və  tüğyan  edən  olmasınlar.  Aqibət 
təqvalılarındır».  Bəli,  yaxşı  eşidib  yaxşı  da  əzbərləmiş,  başa  düşmüşdülər.  Lakin  dünyanın  bər-
bəzəyi onların gözünü qamaşdırıb, cəvahiratı isə aldatmışdır». 
«Agah olun, toxumu çərtib insanı yaradan Allaha and olsun, əgər xala ətrafıma yığışıb köməyimə 
gəlməsəydi və zalımların harınlığı, məzlumların aclığı ilə mübarizə aparmağı Allah-təala hər bir 
cəmiyyətin  alim  və  ziyalılarının  öhdəsinə  qoymasaydı,  mən  xilafət  dəvəsinin  yüyənini  buraxıb 
ondan əl çəkər, sonunu başlanğıc camı ilə sirab edərdim. O zaman yaxşı başa düşərdiniz ki, sizin 
dünyanız mənim nəzərimdə dişi keçinin burnundan axan sudan belə qiymətsizdir». 
Bu  zaman  bir  nəfər  iraqlı  ayağa  durub  imam  Əli(ə.s)-yə  bir  məktub  verdi.  (Bəziləri  deyir  ki,  o 
məktubda  suallar  yazılmışdı  və  cavab  istəyirdi.)  O  Həzrət  məktubu  axıra  qədər  nəzərdən 
keçirdikdən sonra ibn Abbas ona ərz etdi:  
__ Yaxşı olardı ki, sözünüzə davam edəydiniz.  
Lakin Əli(ə.s) ona belə cavab verdi:  
__ Heyhat, ey Abbasın oğlu, bu, bir dəvənin nərəsi idi. Çölə çıxdı, sonra da yerinə qayıtdı (alov 
dilləri kimi zəbanə çəkib sonra yenə yatdı). 
 Bu sözlərlə İmam ürəyindəkiləri açıqlayırdı. 
İbn  Abbas  deyir:  «Allaha  and  olsun,  mən  heç  bir  söhbətə  bunun  qədər  təəssüflənməmişəm  ki, 
İmam istədiyi yerə qədər sözünü davam etdirə bilmədi». 
İbn Əbil Hədidin ustadının maraqlı söhbəti. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə