Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

60 
 
«Əli haqq ilə, haqq isə Əli ilədir. Hansı yerdə haqq varsa, Əli də oradadır». 
Biz  məscidə  gedib  Əbu  Bəkri  həzrəti-Mühəmməd(s)-in  minbərindən  aşağı  düşürmək  qərarına 
gəlmişik.  Bu  barədə  sizinlə  məsləhətləşib  fikrinizi  bilmək  istəyirik,  hər  nə  buyursanız,  ona  da 
əməl edək. 
Əli(ə.s) buyurdu:  
__ Əgər belə etsəniz, onlarla sizin aranızda  çaxnaşma düşər. Siz  isə sürmə və duz  kimi azsınız. 
Müsəlmanlar yığışıb Peyğəmbərlərinin sözündən çıxmış və Allahı təkzib etmişlər. Mən bu baradə 
öz əhli-beytimlə məşvərət etdim. Onlar da susmağı məsləhət bildilər. Çünki müxaliflərin Allaha 
və  Peyğəmbərin  Əhli-beytinə  olan  kin  və  düşmənçiliyindən  xəbərdar  idilər.  Onlar  cahiliyyət 
dövrünün  kin-küdurətini  yaşadanlardır  ki,  o  zamanın  intiqamını  bu  gün  almaq  istəyirlər.  Əbu 
Bəkrin  yanına  gedin.  Peyğəmbərdən  mənim  barəmdə  eşitdiyinizi  ona  deyin.  Onu  şübhədən 
çıxarın ki, qoy öz inadından əl çəksin. Allahın Rəsulunun əmrindən çıxdığına, onunla müxalifət 
etdiyinə görə Allah qarşısında çəkəcək cəzasını ona başa salıb xatırladın. 
Həmin  on  iki  nəfər  cümə  günü  məscidə  gəlib  (Peyğəmbər(s)-in  vəfatının  dördüncü  günü  idi) 
minbərinin ətrafında əyləşdilər. 
Əbu  Bəkr  minbərə  çıxan  zaman  onlardan  hər  biri  (dəlil  gətirməklə)  Əli(ə.s)-nin  hüququnu 
müdafiə edib, onun fəzilətləri barədə həzrəti-Mühəmməd(s)-in buyurduqlarını ona xatırlatdılar.  
Sözə  ilk  başlayan  Xalid  ibn  Səid  oldu.  Sonra  qalan  mühacirlər,  axırda  isə  ənsarlar  öz  sözlərini 
növbə ilə dedilər. 
Nəql olunur ki, onlar sözlərini bitirdikdən sonra Əbu Bəkr minbərin üstündə çarəsiz qalıb onların 
əleyhinə bundan başqa ağıllı bir söz deyə bilmədi:  
__ Sizin əmiriniz olmağa mənim ləyaqətim yoxdur. Mən sizlərdən üstün deyiləm. Mənə etdiyiniz 
beyəti pozun. 
Ömər ibn Xəttab çığırdı:  
__ Ey ləyaqətsiz, minbərdən aşağı düş. Qüreyşin gətirdiyi sübutlara  cavab verə bilmirsənsə, niyə 
belə bir  vəzifədə əyləşmisən!? Allaha  and olsun, qərara  gəlmişəm ki, səni bu vəzifədən götürüb 
yerinə Hüzeyfənin azad etdiyi qulamı Salimi qoyum. 
Əbu Bəkr minbərdən aşağı düşdü, Ömərin əlindən tutub onu öz evinə apardı. Üç gün evdə qalıb 
Peyğəmbər(s) məscidinə gəlmədilər. Dördüncü gün çəkişmə oldu. Dörd gün idi ki, Əbu Bəkr və 
Ömər evdən çölə çıxmamışdı. Xalid ibn Vəlid min nəfərlə Əbu Bəkrin evinə gəlib belə dedi:  
__  Niyə  evdə  oturmusunuz?  Allaha  and  olsun,  Bəni-Haşim  (sizin  yoxluğunuzdan  istifadə  edib) 
xilafətə göz dikmişdir. 
Bir  tərəfdən  də  Hüzeyfənin  azad  etdiyi  qulam  Salim,  eləcə  də  Məaz  başlarına  yığdıqları 
tərəfdarları  ilə  oraya  gələrək  dörd  min  nəfərdən  ibarət  bir  qoşun  yaradıb,  qılınclarını  siyirərək 
Ömər ibn Xəttabı qabağa salıb, Əbu Bəkri məscidə gətirdilər. Ömər sözə başlayıb belə dedi:  


61 
 
__  Ey  Əli(ə.s)-nin  səhabələri,  Allaha  and  olsun,  əgər  sizlərdən  biri  dünənki  (yəni  dörd  gün 
bundan qabaqkı ) sözü dilinə gətirsə, başını bədənindən ayıracağıq. 
Xalid ibn Səid ayağa qalxıb Ömərə xitabən söylədi:  
__  Ey  Səhhak  Həbəşiyyənin  oğlu,  tərəfdaşlarının  çoxluğu  və  qılınclarınızla  bizi  hədələyirsən? 
Allaha and olsun, sayımız gözə az çarpsa da, qılınclarımız sizinkindən daha itidir, lakin Allahın 
höccəti bizimlə olduğundan biz çoxluq təşkil edirik. Allaha and olsun, əgər imamımızın (Əli(ə.s)) 
itaəti  qarşımı  almasaydı,  onun  əmrini  gözləmədən  qılınc  çəkib  öz  haqqımı  almaq  və  vəzifəmi 
tamamlamaq  üçün Allah yolunda sizinlə cihad edərdim. 
Həzrəti-Əli(ə.s) Xalid ibn Səidə buyurdu:  
__  Allah-təala  sənin  mövqeyini  və  müdafiə  əzmini  gördü,  sənin  səyinin  mükafatını  qəbul  etdi, 
əyləş.  
Xalid oturdu. Bu zaman Salman ayağa qalxıb dedi:  
__  Allah  böyükdür,  Allah  böyükdür.  Əgər  yalan  danışıramsa,  hər  ikisi  kar  olsun,  iki  qulağımla 
Peyğəmbər(s)-dən eşitmişəm: «Bir zaman gələr ki, qardaşım və əmim oğlu öz səhabəsindən bir 
neçə nəfərlə məsciddə oturar, bu zaman cəhənnəm itlərindən bir dəstə onu və əshabını öldürməyə 
gələr». İndi mənim heç şübhəm yoxdur ki, Peyğəmbər(s)-in buyurduğu həmin cəhənnəm itləri elə 
sizsiniz. 
Ömər  bu  sözü  eşidən  kimi  bərk  acıqlandı,  ayağa  qalxıb  Salmana  hücum  etdi.  Əmirəl-möminin 
Əli(ə.s) cəld qalxıb Ömərin yaxasından yapışdı və onu saxladı. Daha sonra Həzrət onu yerə yıxıb 
buyurdu:  
__  Ey  Səhhak  Həbəşiyyənin  oğlu,  əgər  Allahın  hökmü  və  Rəsulullah  ilə  bağladığım  əhd 
olmasaydı, indi sənə başa salardım ki, bizlərdən hansımız qüvvətli və qalib, hansımız məğlubuq! 
Sonra Əli (ə.s) üzünü öz əshabına çevirib buyurdu:  
__  Qalxın,  gedin.  Allah  sizə  rəhm  eləsin.  Allaha  and  olsun  ki,  bundan  sonra  məscidə  daxil 
olmayacağam. Qardaşlarım Musa və Harun kimi. Bəni-İsrail Musaya demişdi:  
«Sən və rəbbin gedin onlarla vuruşun, biz burada oturmuşuq». 
Allaha  and  olsun,  Rəsuli-Əkrəm(s)-in  qəbrini  ziyarət  və  Allahın  hökmünü  icra  etməkdən  başqa 
vaxt mən məscidə daxil olmayacağam, çünki Peyğəmbər(s)-in qoyduğu qanunu təxirə salıb xalqı 
heyrət içində və sərgərdan buraxmaq olmaz. 
Əmirəl-möminin Əli(ə.s)-nin nitqi. 
Böyük  Mühəddis  Şeyx  Kuleyni  (vəfatı  328-ci  il  hicri  qəməri,  təxminən  916-cı  il  miladi)  Əbu 
Heysəm ibn Teyhana əsaslanaraq belə yazır:  
«Bir gün əmirəl-möminin Əli(ə.s) Mədinədə (məsciddə) camaat üçün Allaha dua və səna etdikdən 
sonra belə bir söhbətə başladı:  


62 
 
__  Dəni  yetişdirən  və  insanı  yaradan  Allaha  and  olsun,  əgər  siz  elm  və  kamalı  mədənindən 
çıxarsaydınız, suyu saf və duru olan vaxt  içsəydiniz, yaxşılığı öz  yerindən götürsəydiniz,  yolun 
aydın  tərəfini  tutub  haqqın  yolu  ilə  getsəydiniz,  nicat  yolları  sizə  aydın  olub  İslam  ayini  sizin 
üçün  parlayardı.  O  zaman  Allah  nemətlərindən  bütövlükdə  faydalanaraq  ailələrinizdən  heç  biri 
yoxsulluq  və  çətinliklə  yaşamazdı.  Hətta  ərazimizdə  məskunlaşan  kafirlər  də  əmin-əmanlıq 
içərisində  yaşayardılar,  lakin  siz  zalımların  yolunu  tutdunuz.  Bu  işıqlıqda  dünya  sizin  üçün 
qaranlıqlaşdı. Elm və kamal qapıları üzünüzə bağlandı. Özünüzə qapılıb dininizdə ixtilaf saldınız. 
Elminiz  olmadan  Allah  dinində    fitva  verdiniz.  Siz  yolunu  azmışların  yolunu  gedərək  pak  yolu 
itirdiniz. Haqq rəhbərlərini boşlayıb saya almadınız. Sübh açılanda öz mənafeyinizə uyğun hökm 
verərsiniz. Qarşınıza bir məsələ çıxanda zikr əhlindən (Əhli-beyt(ə.s)) soruşarsınız. Biz sizə fitva 
verəndən  sonra  deyərsiniz:  «Elm  elə  budur».  (Bu  cür  bizim  elmdə  və  kamalda  üstünlüyümüzü 
dilinizlə deyərsiniz.) Lakin belə deməyinizin sizə heç bir təsiri yoxdur. Əməl meydanında onlara 
itaət edəndə isə, əksinə, onlara müxalif hərəkət edib bu əmrləri qulaqardına vurursunuz. Arxayın 
olun. Tezliklə əkdiyinizi biçib əməllərinizin mükafatını alacaqsınız. 
Dəni yetişdirən və insanı yaradan Allaha and olsun ki, mənim sizin sahib və rəhbəriniz olduğumu 
çox  gözəl  bilirsiniz.  Mən  həmin  şəxsəm  ki,  sizə  mənə  itaət  etmək  tapşırılıbdır.  Onun  elminin 
nurunda  sizin  nicat  yolunu  tapmağınız  üçün  alim  mənəm.  Sizin  Rəbbinizin,  eləcə  də 
Peyğəmbərinizin seçdiyi şəxs, xeyrinizi bilən mənəm. Az müddətdən sonra sizlərə vəd olunan şey 
(Allah  əzabı)  qabaqkı  ümmətlərə  göndərildiyi  kimi  sizə  də  göndəriləcək.  Tezliklə  Allah  sizdən 
imamınızın  kim  olduğunu  soruşacaq.  Siz  öz  imamlarınız  ilə  məhşur  olaraq  Allah  dərgahına  üz 
gətirəcəksiniz.  Allaha  and  olsun,  əgər  mənim  Talutun    yoldaşları  qədər  və  ya  Bədr  döyüşünün 
müsəlman  cəngavərləri  miqdarında  (313  nəfər  idilər)  döyüşçüm  olsaydı,  onlar  da  sizin 
düşməniniz olsaydı, onlarla birlikdə haqq gələnə qədər sizi   qılınclayardım, çünki bu qılınclamaq 
küfr  və  nifaq  yolunu  bağlamaq  üçün  yaxşı,  dostluq  və  güzəştlə  keçinməkdən  tutarlıdır.  İlahi, 
bizim aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən». 
Əbu  Heysəm    (ravi)  yazır  ki,  sonra  Əli(ə.s)  məsciddən  çıxıb  bir  qədər  yol  getdi.  Yolda  otuz 
qoyundan ibarət bir sürü görüb buyurdu: «Allaha and olsun, əgər bu qoyunların sayı qədər Allahı 
və  Rəsulunu  istəyən  şəxslərdən  ibarət  döyüşçülərim  olsaydı,  mütləq  bu  milçək  yeyən  uşaqları 
hökmranlıqlarından ayırardım». («Rövzətül-kafi», səh.32) 
Dost dar gündə tanınar.  
Əbu Heysəm yazır ki, Əli(ə.s) həmin günü başa vuranda üç yüz altmış nəfər kişi ölənə qədər onu 
mühafizə etmək üçün o Cənaba beyət etdi. 
Əli(ə.s)  onların  beyətinin  həqiqiliyini  yoxlamaq  üçün  tapşırdı  ki,    gedin,  sabah  başı  qırxılmış 
halda «Əhcarüz zeyt»-ə (Mədinə küçələrindən biri) mənim yanıma gəlin. 
Onlar  getdilər.  Əli(ə.s)  özü  də  başını  qırxıb  səhərisi  həmin  küçəyə  getdi.  Orada  oturub  üç  yüz 
altmış  nəfər  kişini  gözləməyə  başladı,  lakin  onlardan  cəmi  beş  nəfər  başı  qırxıq  halda  oraya 
yığışdı.  İmam  Əli(ə.s)  əllərini  göyə  qaldırıb  ərz  etdi:  «İlahi,  sən  gizlətdiyimiz  və  aşkarda 
saxladığımızdan agahsan. Yerdə və göydə heç bir şey səndən gizli deyil. Məni müsəlman öldür. 
Məni  saleh  əməlli  insanlara  qovuşdur.  Bilin  və  agah  olun,  and  olsun  Kəbəyə,  onun  Sahibinə, 
(nüsxəyə  uyğun)  and  olsun  Müzdəlifəyə  (Ərəfata)  və  Minada  cəmərəni  (xırda  daş)  atmaq  üçün 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə