Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

69 
 
Peyğəmbər(s)-in ailəsinə təcavüz. 
Elə ki Əli(ə.s) xalqın vəfasızlığını görüb başa düşdü ki, ona kömək etməkdən boyun qaçırırlar və 
Əbu Bəkrin ətrafında birləşirlər, evə qayıdıb bir daha bayıra çıxmadı. Belə olan halda Ömər Əbu 
Bəkrə dedi:  
__ Niyə Əli(ə.s)-yə xəbər göndərmirsən ki, gəlib sənə beyət etsin? Ondan və dörd nəfərdən başqa 
hamı beyət edibdir. 
Əbu Bəkr ürəyiyumşaq və güzəştə gedən bir adam kimi bir işdə çox götür-qoy edər, lakin Ömər 
isə daşürəkli, qəzəbli və acıdil idi. 
Ömər dedi:  
__ Qunfuzu  Əli(ə.s)-ni çağırmağa göndərirəm. O, sərt, qəzəbli, kobuddur. Qunfuz Ədiy ibn Kəb 
sülaləsindən azad olunmuş bir quldur. 
 
Əbu  Bəkr  Qunfuzu  bir  neçə  nəfərlə  Əli(ə.s)-nin  hüzuruna  göndərdi.  Qunfuz  Əli(ə.s)-nin  evinə 
gəlib içəri daxil olması üçün icazə istədi, amma Əli(ə.s) ona icazə vermədi. Qunfuzun yoldaşları 
məsciddə bir neçə nəfərlə oturub söhbət edən Əbu Bəkr və Ömərin yanına gəlib dedilər:  
__ Əli(ə.s) bizə içəri keçməyə icazə vermədi. 
Ömər: 
__ Təzədən Əli(ə.s)-nin evinə qayıdın. Əgər icazə verməsə, icazəsiz içəri girin. 
Onlar Əli(ə.s)-nin evinə gəlib əvvəl icazə istədilər. Fatimə(s.ə) qapıya çıxıb buyurdu:  
__  Mən  sizə  icazəsiz  mənim  evimə  daxil  olmağı  qadağan  edirəm.  (Mən  narahatam,  evimə 
gəlməyin.) 
Qunfuzun  yoldaşları  yenə  də  Əbu  Bəkr  və  Ömərin  yanına    qayıtdılar.  Qunfuz  isə  orada  qaldı. 
Onlar Fatimə(s.ə)-nin sözünü Əbu Bəkrə çatdırdıqda Ömər hirslənib dedi:  
__ Bizim qadınlar ilə nə işimiz vardır? 
Sonra o, ətrafındakılara dedi:  
__ Odun yığın. 
Onlar  odun  yığıb  Ömərlə  birlikdə  həzrəti-Zəhra(s.ə)-nın  evinə  gəldilər.  Odunları  evin  qapısının 
qarşısında  qaladılar.  Bu  vaxt  da  Əli(ə.s),  Fatimə(s.ə),  Həsən  və  Hüseyn(ə.s)  evdə  idilər.  Ömər 
ucadan qışqırıb dedi:  
__ Allaha and olsun, ey Əli, gərək evdən çıxıb Rəsulullahın xəlifəsinə (Əbu Bəkrə) beyət edəsən,  
yoxsa evini yandıracağam. 


70 
 
Fatimə(s.ə) Ömərə buyurdu:  
__ Niyə bizimlə belə rəftar edirsən? 
Ömər:  
__ Qapını aç, yoxsa od vurub yandıraram. 
Fatimə(s.ə):  
__ Allahdan qorxmursanmı, mənim evimə güclə soxulursan? 
Ömər  oradan  çəkilməyib  yoldaşlarından  alov  istədi.  Onlardan  alovu  alıb  həzrəti-Zəhra(s.ə)-nın 
evinin qapısını yandırdı. Sonra qapını itələyib içəri girdikdə Fatimə(s.ə) onun qarşısında dayanıb 
fəryad etdi:  
__ Ey atacan, ya Rəsulullah! 
Ömər  qılıncı  qınındaca  Zəhra(s.ə)-nın  qabırğasına  zərblə  vurdu.  O  Xanımın  naləsi  asimana 
ucaldı:  
__ Ey atacan. 
Ömər qırmancı havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna elə çırpdı ki, o Xanım ucadan nalə 
çəkdi:  
__ Ey Rəsulullah, bax gör, Əbu Bəkr və Ömər səndən sonra bizimlə necə pis rəftar etdilər. 
Bu  zaman  Əli(ə.s)  sıçrayıb  Ömərin  yaxasından  tutaraq  onu  yerə  elə  vurdu  ki,  burnundan  qan 
açıldı. İstədi, birdəfəlik onun işini bitirsin,  birdən Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Dedi:  
__  Ey  Səhhakın  oğlu,  and  olsun  Mühəmməd(s)-i  peyğəmbərliyə  seçən  Allaha,  əgər  Allahın 
hökmü  və  Rəsulullah(s)-ın  vəsiyyəti  olmasaydı,  sən  mənim  evimə  heç  bir  vəchlə  daxil  ola 
bilməzdin. 
Ömər  məscidə  adam  göndərib  Əbu  Bəkrdən  kömək  istədi.  Bir  dəstə  Əbu  Bəkrin 
havadarlarlarından köməyə gəlib Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) ayağa qalxıb qılıncını çəkdi. 
Qunfuz Əli(ə.s)-nin onların üstünə qılınc çəkdiyini görüb qorxusundan Əbu Bəkrin yanına qaçdı, 
çünki o, həzrəti-Əli(ə.s)-nin döyüşlərdə göstərdiyi rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni 
Əbu Bəkrə danışdıqda Əbu Bəkr Qunfuza dedi:  
__  Əlinin  evinə  qayıt,  əgər  evdən  çıxsa,  onu  buraya  gətir.  Yox,  əgər  çıxmasa,  evi  içindəki 
adamlarla bir yerdə od vurub yandır. 
Qunfuz  qayıdıb  dəstəsi  ilə  birlikdə  icazəsiz  Əli(ə.s)-nin  evinə  soxuldu.  Əli(ə.s)  istədi,  qılıncını 
götürsün, Qunfuz onu qabaqlayıb qılıncı qapdı. Bu zaman Fatimə(s.ə) Əli(ə.s)-ni himayə etmək 
məqsədilə qabağa gəldi. Qunfuz tazyanəni havada yellədib Fatimə(s.ə)-ni vurdu. 


71 
 
 «Fatimə(s.ə)  o  zərbələrin  nəticəsində  (bir  müddətdən  sonra)  dünyadan  köçəndə  bu  tazyanələrin 
şiddətli izləri (qolbaq kimi) onun qolunda açıq-aşkar bilinirdi».  
Sonra həzrəti-Əli(ə.s)-ni zorla Əbu Bəkrin yanına gətirdilər. Ömər əlində qılınc Əli(ə.s)-nin başı 
üstündə dayanmışdı. Xalid ibn Vəlid, Əbu Übeydə Cərrah, Əbu Hüzeyfənin azad olunmuş qulamı 
Salim, Məaz ibn Cəbəl, Müğeyrə ibn Şöbə, Əsəd ibn Həzir, Bəşir ibn Səd və başqaları əllərində 
qılınc Əbu Bəkrin ətrafında dövrə vurmuşdular. 
Həzrəti-Zəhra(s.ə)-nın qəzəbi. 
Əyyalinin yazdıqlarından:  
«Əli(ə.s)-ni evdən aparandan sonra Fatimə(s.ə) çölə çıxıb Əbu Bəkrə üzünü tutaraq belə buyurdu:  
__ İstəyirsiz ki, həyat yoldaşımı əlimdən alıb məni tək qoyasız? Allaha and olsun, əgər ondan əl 
çəkməsəniz başımı açıb atamın qəbri üstündə Allah dərgahına nalə çəkərəm. 
Sonra Fatimə(s.ə) Həsən ilə Hüsey(ə.s)-nin əlindən tutub Peyğəmbər(s)-in qəbri üstünə gəldi. 
Həzrəti-Əli(ə.s) məsələdən agah olduqda Salmana belə tapşırdı: 
__  Get  Mühəmməd(s)-in  qızı  Fatimə(s.ə)-ni  tap,  geri  qaytar.  Sanki  Mədinənin  lərzəyə  gəlib 
batdığını  hiss  edirəm.  Allaha  and  olsun,  əgər  Fatimə(s.ə)  saçını  dağıdıb  Peyğəmbər(s)-in  qəbri 
üstündə Allah dərgahına nalə çəksə, daha Mədinə əhlinə bir an belə möhlət verilməyəcəkdir. Yer 
onların hamısını öz kamına çəkəcəkdir». 
Salman  tələsik  Fatimə(s.ə)-nin  yanına  gəlib  ərz  etdi:  «Ey  Mühəmmədin(s)  qızı,  Allah  atanı 
bəşərin rəhmət qayəsi tək göndərmişdi. Evə qayıt və nifrin (qarğış) etmə». 
Fatimə(s.ə) buyurdu:  
-Salman,  onlar  istəyirlər  ki,  Əli(ə.s)-ni  aradan  götürsünlər.  Daha  səbrim  tükənib.  Qoy  gedim 
atamın qəbri üstə saçımı dağıdım, Allahımın dərgahına nalə çəkim. 
Salman:  
__ Mən qorxuram ki, bu zaman yer lərzəyə gəlib Mədinə  əhlini udar. Əli(ə.s) məni sizin yanınıza 
göndərdi ki, nifrin etməkdən əl çəkib evə qayıdasınız. 
Həzrəti-Zəhra:  
__ O zaman mən o Cənaba itaət edib evə qayıdaram və səbir edərəm». 
Əllamə Təbərsi «Ehticac» adlı kitabında İmam Sadiq(ə.s)-dən belə nəql edir:  
«Əli(ə.s)-ni  evdən  aparanda  bütün  Bəni-Haşim  xanımları  evdən  çıxıb  həzrəti-Mühəmməd(s)-in 
qəbri  üstünə  gəldilər.  Həzrəti-Zəhra(s.ə)  ucadan  səsləndi:  «Əmim  oğlunu  buraxın!  And  olsun 
Mühəmməd(s)-i haqq göndərən Allaha! Əgər onu buraxmasanız, saçımı dağıdıb Peyğəmbər(s)-in 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə