Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

92 
 
Əbu Bəkr soruşdu: 
__ Niyə? 
Əli(ə.s) ona buyurdu:  
__  Çünki  Fatimə(s.ə)-nin  paklığı  barədə  Allah-təalanın  şəhadətiniı  (yuxarıdakı  ayəyə  əsasən)  
rədd edib camaatın şəhadətini qəbul edirsən, beləliklə də Allahın və Rəsuli Əkrəm(s)-in hökmünü 
rədd etmiş olursan. Sən Rəsuli-Əkrəm(s)-in Allahın əmrilə Fədəyi Fatimə(s.ə)-yə bağışladığını və 
Fatimə(s.ə)-nin  hələ  Rəsuli-Əkrəm(s)-in  sağlığında  ikən  onu  öz  ixtiyarına  keçirdiyini  rədd 
edirsən,  amma  (Peyğəmbər(s)-in  irs  qoymadığına  şəhadət  verən  Ovs  ibn  Hədsan  kimi)  ayaq 
üstündə idrar edən bir ərəbin şəhadətini qəbul edib, buna əsasən Fədəyi bütün müsəlmanların malı 
adlandırıb  onu  Fatimə(s.ə)-dən  aldın.  Halbuki  Rəsuli-Əkrəm(s)  buyurmuşdur:  «İddia  edən 
(müddəi) şahid gətirməli, iddianı inkar edən isə and içməlidir». Sən isə həzrəti-Mühəmməd(s)-in  
qayda-qanununu dəyişdirin. Şahidi inkar edəndən istədin, iddia edəndən(müddəidən) yox. 
Bu zaman camaat acıqlı nəzərlərlə bir-birinə baxıb səs-küy qaldırdı. Bəziləri isə belə dedi:  
__ Allaha and olsun, Əli(ə.s) düz deyir. 
Əli(ə.s) dönüb öz evinə getdi. Fatimə(s.ə) məscidə gəlib Peyğəmbər(s)-in qəbrinə dövrə vuraraq 
bu şeri oxudu: «Ey ata, səndən sonra elə fitnələr qalxdı ki, əgər sən sağ olsaydın, bu qədər çox 
ixtilaf düşməzdi».  
                            Əli(ə.s)-nin qətli planı. 
Əllamə Təbərsi «Ehticac» kitabında yuxarıdakı əhvalatı qeyd etdikdən sonra sözünə davam edib 
İmam Sadiq(ə.s)-dən eşitdiyi bu rəvayəti belə təsvir edir: 
«Əbu  Bəkr  Əli(ə.s)-nin  sübutundan  sonra  məsciddən  evə  qayıtdı.  Ömər  ibn  Xəttaba  xəbər 
göndərib onu yanına çağırtdırdı. Ömər Əbu Bəkrin yanına gəldi. Onların  arasında belə bir söhbət 
baş verdi:  
Əbu Bəkr:  
__ Əli(ə.s) ilə bu günkü söhbətimizin necə sona yetdiyini gördünmü? Əgər səhərisi günü onunla 
belə  davransaq,  şübhəsiz,  bütün  işlərimiz  laxlayıb  hakimiyyətimizin  əsası  süstləşəcəkdir.  Bu 
barədə fikrin nədir? 
Ömər:  
__Mənim təklifim belədir ki, onun qətlə yetirilməsi üçün hökm verək. 
Əbu Bəkr:  
__ Necə, kimin vasitəsilə? 
Ömər:  


93 
 
__ Xalid ibn Vəlid  bu işi yerinə yetirməyə münasib bir adamdır. 
Onlar Xalidi çağırtdırıb ona dedilər:  
__ İstəyirik, sənə böyük bir iş tapşıraq. 
Xalid:  
__ Hər nə istəyirsinizsə, tapşırın, Əli(ə.s)-ni qətlə yetirmək olmuş olsa belə, yenə də hazıram. 
Əbu Bəkrlə Ömərə dedi:  
__ Elə bizim də təklifimiz budur. 
Xalid:  
__ ııNecə desəniz, elə də yerinə yetirərəm. Onu necə öldürüm?» 
Əbu Bəkr:  
__ Məscidə gedib, camaat namazında Əli(ə.s)-nin yanında əyləş. Mən (imam camaat olduğundan) 
axırıncı salamı deyən kimi qalxıb qılıncla boynunu vurarsan. 
Xalid:  
__ Çox gözəl. Siz deyən kimi edəcəyəm. 
Əbu Bəkrin həyat yoldaşı Ümeysin qızı Əsma (Əhli-beyt(ə.s)-in tərəfdarlarından idi) bu sözləri 
eşitcək öz kənizinə dedi:  
__ Əli (ə.s) və Fatimə(ə.s)-nin yanına gedib mənim salamımı onlara yetirərsən. Əliyə(ə.s) de ki, 
«Bunlar səni öldürmək üçün bir-birilə məşvərət edirlər. Tezliklə şəhəri tərk et. Mən sənin xeyrini 
istəyənlərdənəm». («Qəsəs» 20) 
Cavabında isə Əmirəl-möminin(ə.s) kənizə belə buyurdu:  
«Allah-təala  onların  özləri  və  məqsədləri  arasında  maneəçilik  törədər».  (Yəni  onlar  planlarını 
yerinə yetirə bilməyəcəklər.) 
Sonra Əli (ə.s) evdən çıxıb camaat namazında iştirak etmək üçün məscidə gələrək səfdə əyləşdi. 
Xalid  ibn  Vəlid  də  belində  qılınc  gəlib  Əli(ə.s)-nin  yanında  oturdu.  Namaz  başlandı.  Əbu  Bəkr 
namazın təşəhhüdünü deyəndə peşman olub qərarından döndü. Əli(ə.s)-nin şücaət və dilavərliyinə 
bələd oldüğündan qorxdu ki, qarmaqarışıqlıq düşər. Odur ki, həyəcanlı halda çaşbaş qalıb bilmədi 
ki, namazın salamını versin, ya yox? (Camaat da elə başa düşdü ki, yəqin namazda nəsə səhvə yol 
vermişdir.) Birdən Xalidi fikrinə gətirib dedi: «Sənə verdiyim tapşırığı geri götürürəm». Sonra isə 
ardınca dedi: «Əssəlamu ələykum və rəhmətullahi və bərəkətuhu». 
Bu zaman Əmirəl-möminin(ə.s) Xaliddən soruşdu:  
__ O sənə nə tapşırmışdı ki? 


94 
 
Xalid dedi:  
__ O, mənə səni öldürməyi tapşırmışdı? 
Əli(ə.s)soruşdu:  
__ Sən bu əmri yerinə yetirərdinmi? 
Xalid:  
__  Allaha  and  olsun,  əgər  namazın  salamından  qabaq  məni  bu  işdən  çəkindirməsəydi,  səni 
öldürərdim. 
Əli(ə.s) Xalidi möhkəm itələyib yerə yıxdı. Camaat tökülüşüb Xalidi Əli(ə.s)-nin əlindən almaq 
istədikdə Ömər dedi:  
  __ And olsun Kəbənin sahibinə, Əli Xalidi öldürəcək. 
Məsciddəkilər Əli(ə.s)-yə yalvarıb dedi:  
 __ Səni and veririk bu qəbrin sahibinə (Peyğəmbər(s)-ə), Xalidi burax. 
 Həzrəti- Əli(ə.s)  bu sözdən sonra onu buraxdı. 
Əbuzər  Qəffarinin  söylədiyinə  görə,  həzrəti-Əli(ə.s)  Xalidin  boğazını  iki  barmağı  ilə  tutub  elə 
sıxmışdı  ki,  Xalid  boğuq  səslə  bağırmışdı.  Camaat  qorxusundan  yaxına  gələ  bilmirdi.  Hərə  öz 
fikrində idi. Xalid libasını bulaşdırmışdı. Ayaqlarını bir-birinə vurub heç bir söz deyə bilmirdi. 
Əbu Bəkr Ömərə dedi:  
__  Budur,  səninlə  etdiyim  məşvərətin  nəticəsi  alt-üst  oldu.  Elə  bil,  bugünkü  hadisəni  mən 
görürdüm, Allaha şükr edirəm ki, bizə toxunmadı. 
Hər kim Xalidi Əli(ə.s)-nin qüvvətli əllərindən qurtarmaq üçün yaxın gəlirdisə, Onun (ə.s) qəzəbli 
baxışlarından  dəhşətə  gəlib  geri  çəkilirdi.  Əbu  Bəkr  Öməri  Abbası  (Peyğəmbər(s)-in  əmisi) 
çağırmağa göndərdi. Abbas gəlib Əli(ə.s)-yə and verib dedi:  
__ Səni and verirəm bu qəbrin sahibinin haqqına (həzrəti-Mühəmməd(s)-in qəbrinə işarə edərək), 
öz övladlarına və onların anasının haqqına, Xalidi burax. 
Məhz bu andan sonra Əli(ə.s) Xalidi buraxdı. 
Abbas Əli(ə.s)-nin alnından öpdü. 
Başqa bir rəvayətdə deyilir ki, Əli(ə.s) sonra Ömərin yaxasından tutub dedi:  
__  Ey  Həbəşiyyə  Səhhakın  oğlu,  əgər  Allahın  hökmü  və  Peyğəmbər(s)-in  əhdi  olmasaydı, 
hansımızın zəif və güclü olduğunu sənə göstərərdim. 
Camaat araya girib Öməri Əli(ə.s)-nin əlindən aldı. Bu vaxt Abbas Əbu Bəkrin yanına gəlib dedi:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə