Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   39   40   41   42   43   44   45   46   47

115 
 
Fatimə  evə  qayıdarkən  yolda  Ömərlə  rastlaşdı.  Fatimə  buyurdu:  «Fədəyin  mənə  qaytarılması 
haqqında  sənədi Əbu Bəkrdən  aldım».  Ömər  Fatimədə  olan sənədi  tələb  etdikdə  Fatimə sənədi 
Ömərə vermədi. 
Ömər  Fatimə  ilə  kobud  davranaraq  sənədi  ondan  alıb  iki  yerə  böldü.  Ömərin  bu  qəzəbli  rəftarı 
Fatimənin yorğan-döşəyə düşməsinə səbəb oldu. Həzrəti-Fatimə(s.ə) 75  gündən sonra dünyasını 
dəyişdi. O Xanım(s.ə) vəfat etməmiş Əli(ə.s)-yə də  vəsiyyət etdi ki, məni gecə vaxtı dəfn et ki, 
həmin iki nəfərin (Əbu Bəkr və Ömər) bundan xəbəri olmasın. Əli(ə.s) də onun vəsiyyətinə əməl 
edərək gecə ikən Fatimə(s.ə)-ni dəfn etdi. 
Fidyənin Zeynəbə bağışlanması. 
 
Bədr döyüşündə (hicrətin ikinci ili) Əbul As ibn Rəbi (Xədicənin bacısı oğlu və Peyğəmbər(s)-in 
qızı Zeynəbin həyat yoldaşı) kafirlərin qoşununda müsəlmanlara qarşı vuruşmuşdu. Müsəlmanlar 
Əbul As ibn Rəbini əsir tutub Mədinə şəhərinə gətirdilər.  
Məkkə əhli öz əsirlərini fidyə verməklə (pul və yaxud qiymətli əşya) azad edirdi. Peyğəmbər(s)-
in  qızı  Zeynəb  də  Məkkədə  idi.  O  da  ərinin  azad  olunması  üçün  müəyyən  miqdar  mal  və  bir 
boyunbağı  Mədinəyə  göndərdi.  Bu  boyunbağını  anası  Xədicə  toy  gecəsi  öz  qızı  Zeynəbə  toy  
hədiyyəsi  etmişdi.  Peyğəmbər  boyunbağını  görən  kimi  tanıdı  və  çox  mütəəssir  oldu. 
Müsəlmanlara buyurdu:  
__ Əgər icazə verirsinizsə, Əbul Ası azad edib bu boyunbağını da geri qaytaraq. 
Müsəlmanlar dedilər:  
__ Ey Peyğəmbər! Bizim canımız və malımız sənə qurbandır. Əlbəttə, icazə veririk. 
Peyğəmbər(s)  Əbul  Ası  fidyəsiz  azad  etdi  və  boyunbağını  ona  verib  Məkkəyə  Zeynəb  üçün 
göndərdi. 
Əhli – təsənni alimlərindən biri olan İbn Əbil Hədid bu barədə belə yazır: 
«Mən bu hədisi müəllimim Əbu Cəfər Yəhya ibn Əbl Zeyd Nəqibə oxudum. O (Əbu Cəfər) dedi:  
__ Məgər bu hadisəni Əbu Bəkr və Ömər görməyiblər? Heç olmasa, belə mülayim rəftarı  Rəsuli-
əkrəm(s)-dən öyrənib, Fədəyi Fatimə(s.ə)-yə bağışlaya bilərdilər. Məgər Fatimə(s.ə)-nin məqamı 
bacısı  Zeynəbin  məqamından  üstün  sayılmırmı?  Fatimə(s.ə)  behişt  qadınlarının  xanımıdır. 
Əlbəttə, bu hadisə o vaxt mümkün olardı ki, Fədək Fatimənin mülkü olmasın. 
Əbil Hədid müəllimi Əbu Cəfərə dedi:  
__  Əbu  Bəkrdən  belə  rəvayət  olunub  ki,  Fədək  bütün  müsəlmanların  malıdır  və  elə  buna  görə 
guya onun Fədəyi Fatiməyə verməyə haqqı yox idi. 
Əbu Cəfər cavabında söylədi:  


116 
 
__  Əbul  Asın  fidyəsi  də  (boyunbağı)  müsəlmanların  idi,  lakin  Allahın  Rəsulu(s)  boyunbağının 
icazəsini  müsəlmanlardan  alıb  Zeynəbə  qaytardı.  Əgər  Əbu  Bəkr  müsəlmanlardan  Fədəyin 
icazəsini  alıb  Fatiməyə  qaytarsaydı,  müsəlmanlar  buna  etiraz  edəcəkdilər?  Sözsüz  ki,  razılıq 
verərdilər. Çünki Fatimə(s.ə) Peyğəmbər(s)-in qızıdır. 
İbn Əbil Hədid:  
__ Qaziyül qüzat Əbul Həsən Əbdül Cəbbar ibn Əhməd də belə fikirdədir. 
Əbu Cəfər:  
__ Həqiqət budur ki, Əbu Bəkrlə Ömər Fatimə ilə çox insafsız rəftar ediblər».  
Seyyid Cəzuinin nəzmə çəkdiyi şerin məzmunu. 
(Şer ərəbcə olduğuna görə kitabda ancaq onun məzmunu verilib). 
«Fatimə  Peyğəmbər(s)-dən  ona  qalan  irsi  tələb  etmək  üçün  iki  nəfərin  (Əbu  Bəkr  və  Ömər) 
yanına gəldi, lakin irsi ona qaytarmadılar. 
Ey kaş, biləydim ki, niyə görə «Quran»ın göstərişlərinə əməl etmirlər, bir halda ki «Quran»da irs 
haqqında  ayə  var.  Məgər  «Quran»ın  irs  haqqında  ayələri  qüvvədən  düşmüşdür?  Yoxsa  bunlar 
«Quran» ayələrini təhrif etdilər? 
Məgər  «Məvəddət»  ayəsi  («Şura»  surəsi,  23-cü  ayə)  həzrəti-  Fatimə(s.ə)  və  onun  qohumları 
haqqında nazil olmayıbdır? 
Sonra  özlərindən:  «Atan  özündən  sonra  irs  qoymayıb»,  __  deyə  yalandan  iqrar  etdilər.  Dedilər: 
«Qədimdən adətdir ki, peyğəmbərlər özlərindən sonra irs qoymazlar» və bu sözlə də Fatimə(s.ə)-
nin irs aparmasına mane oldular. 
Əgər həzrəti-Mühəmməd(s) belə bir söz deyibsə, bəs niyə Fatimə(s.ə)-nin budan xəbəri yoxdur? 
Fatimə(s.ə) Peyğəmbər(s)-in tən yarısıdır. Məgər O, Atasının sözünə əməl etməzdimi? Sözsüz ki, 
Fatimə  atasının  sözündən  heç  vaxt  çıxmamışdı.  Çünki  Fatimə  Allah  yanında  ən  təqvalı  və  pak 
adamdır. Onların haqsız olduğunu müəyyən etmək üçün «Nəhl», «Məryəm» surələrinə nəzər sal. 
Hər  iki surədə Yəhyanın  və Süleymanın irs  aparmasından bəhs olunur. Hər  kim Fatimə(s.ə)-nin 
haqlı  olmasını  öyrənmək  istəyirsə,  bu iki  surəyə  diqqət  yetirə  bilər.  Sonra  Fatimə(s.ə)  göz  yaşı 
tökərək Allaha şikayətləndi». 
Dördüncü hissə 
Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti. 
Allahın  Rəsulu(s)  vəfat  edən  zaman  böyük–kiçik,  kişi–qadın,  qoca–cavan,  ümumiyyətlə  bütün 
Mədinə əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki, Peyğəmbər(s)-in vəfatına görə 
qəmgin olmasın. Bir sözlə, Mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. Bu ayrılıq ən çox həzrəti-
Mühəmməd(s)-in  yaxınlarına,  xüsusən  əmisi  oğlu  Əli(ə.s)-yə  daha  çox  təsir  etmişdi.  Hətta 


117 
 
bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz  tutsaydı, dağların  belə  buna 
dözümü çatmazdı. 
Lakin heç kim həzrəti-Fatimə(s.ə) kimi qəmgin ola bilməzdi. Yalnız Allah özü buna şahid idi. 
Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı. 
                Fatimə Atası(s)-nın qəbri kənarında (VIII gün). 
Ravi  yazır: «Peyğəmbər(s)-in vəfatından 7 gün sonra səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət 
etmək  niyyəti  ilə  evdən  ağlaya-ağlaya  qəbir  üstünə  yollandı.  Xanım(s.ə)-ın  ağlamaqdan  gözləri 
qaralmışdı. Narahatlığın təsirindən  çadrası  yerlə  sürünürdü. Atasının  qəbrinə  gözü  sataşan  kimi 
özündən  gedib  məzarın  üzərinə  yıxıldı.  Mədinə  qadınları  onun  köməyinə  çatıb,  həzrəti-
Zəhra(s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə ağlaya-ağlaya Atasına xitab 
edərək belə buyurdu: 
«Atacan, qüvvətim tükənib,  səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey 
əziz Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə 
dəyib.  Səndən  sonra  dəhşətli  günlərimi  keçirirəm.  İndi  məni  sakitləşdirən  də  yoxdur.  Qəm- 
qüssəm gündən- günə artır. Atacan, səndən sonra kim bu ümmətin fəryadına  yetişəcək? Ey Ata, 
səndən  sonra  camaat  bizdən  üz  döndərdi.  Görəsən,  nə  vaxt  yanına  gələcəyəm?  İlahi,  mənim 
ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb». 
Fatimə(s.ə)-nin kədəri və Mədinə camaatının təklifi. 
Ağlayıb  qəlbini  boşaltdıqdan  sonra  Fatimə(s.ə)  evə  qayıtdı.  O,  gecə-gündüz  ağlayıb  göz  yaşı 
tökürdü. Mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi:  
__ Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. 
Səndən  xahiş  edirik,  Fatiməyə  deyəsən,  heç  olmasa,  ya  gecə  ağlasın,  biz  gündüzlər  dincələk, 
yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
__ Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram. 
Həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-nin  yanına  gəlib  onu  ağlar  gördü.  Fatimə  Əli(ə.s)-ni  görüb  bir  az 
sakitləşdi. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:  
__ Mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan. 
Fatimə(s):  
__  Ey  Əbul  Həsən!  Mən  bu  camaatın  arasında  çox  az  yaşayacağam  və  tezliklə  bunlardan 
ayrılacağam. 
Əli(ə.s):  
__ İxtiyar sahibisən. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə