Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   39   40   41   42   43   44   45   46   47

124 
 
Onlar bizə zülm etdilər və bizə kömək  etmədilər. And olsun Allaha,  möhkəm qanadları buraxıb 
toyuq  qanadlarına  yapışdılar.  Kül  olsun  elə  başlara  ki,  sahibləri  yaxşı  iş  gördüklərini  güman 
edirdilər, amma cahil tamahkardırlar. 
«İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər  ki 
(başqası tərəfindən) hidayət oluna? Sizə nə olub? Necə də (batil) hökm verirsiniz?» (Yunis, 35) 
Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. 
Cəza  vaxtı  çatdıqda  azğınlar  öz  layiqli  cəzalarını  alarlar.  Gələcək  nəsillər  isə  özlərindən  qabaq 
yaşayanların aqibətinə baxar, ibrət götürər.  
Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. 
Zalımlar  sizi  çalıb-çaparlar,  sizin  üçün  çox  az  bir  şey  qoyarlar.  Sizin  cəmiyyətinizi  qətlə 
yetirərlər. O vaxt düzgün rəhbərlik xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz 
kor olubdur. 
4.Fatimə(s.ə)-nin nitqinin mühacir və ənsar qadınlrı vasitəsilə təbliğ olunması. 
Süveyl  ibn  Qüflə  deyir  ki,  Fatimə(s.ə)-nin  görüşünə  gələnlər  (qadınlar)  həzrəti-Zəhra(s.ə)-nın 
sözlərini  öz  ərlərinə  çatdırdılar.  Mühacir  və  ənsar  böyüklərindən  bəzisi  üzr  istəmək  üçün 
Fatimə(s.ə)-nin hüzuruna gəlib belə ərz etdilər:  
__  Ey  dünya  qadınlarının  Xanımı!  Əgər  Əli(ə)  xilafət  məqamını  tez  bildirsəydi,  biz  ona  beyət 
edərdik və başqa heç kimin ardınca getməzdik. Amma Əbu Bəkr qabağa düşdü, nəticədə, biz də 
ona beyət etmişik. (İş-işdən keçib.) 
Fatimə(s.ə) onlara buyurdu:  
__  Məndən  uzaqlaşın.  Artıq  sizin  üçün  üzr  gətirməyə  bir  bəhanə  qalmayıbdır.  Göstərdiyiniz 
süstlük, laqeydlik və günahınızdın sonra üzrxahlığa yer yoxdur. Niyə əvvəldən aldandınız? 
5.Fatimə(s.ə)-nin Ümmü Sələməyə cavabı. 
«Biharül-ənvar» kitabında Əyyaşinin  təfsirinə əsaslanaraq belə qeyd edilir:  
«Ümmü  Sələmə  (Peyğəmbər(s)-in  təqvalı,  sevimli  qadınlarından  biri)  Fatimə(s.ə)-nin  görüşünə 
gəlib belə söylədi:  
__ Ey Allah Peyğəmbərinin qızı, səhəri necə açdın? 
Fatimə(s.ə) :  
__  Səhəri  böyük  kədərlə  açdım. Birincisi, Atamdan  ayrı  düşdüyümə  görə  ciyərim  bir  parça  qan 
olub;  ikincisi,  Allah  Elçisi(s)-nin  Vəsisinə  edilən  zülmdən  qəlbim  odlanır.  And  olsun  Allaha! 
Əmirəlmöminin  Əli(ə.s)-ni  təhqir  etdilər.  O  Həzrət  bir  də  onda  gördü  ki,  xilafət  və  imamət 
məqamını  ondan  oğurlayıblar  və  Allahın  Kitabının  və  Peyğəmbər(s)  sünnətinin  əksinə  əməl 
ediblər. Bu azğınlığın səbəbi budur ki, Əli(ə.s) onların sevdikləri insanları __ müşrikləri Bədr və 
Ühüd müharibələrində məhv etmişdi. Onlar öz həsəd, kin atəşlərini Əli(ə.s)-dən intiqam almaqla 
söndürdülər.  Xilafəti  onun  əlindən  aldılar.  Atamın  rəhmətindən  sonra  çoxalıb  qalmış  və  gizli 


125 
 
ədavətlər üzə çıxdı, söz- gəzdirənlərin, ara qızışdıran adamların köməyi ilə bizimlə düşmənçiliyə 
başladılar  və  bizi  intiqam  axtaranların  hədəfi  etdilər.  Birdəfəlik  iman  kəməndini  kəsdilər,  iman 
cilvəsini 
iman 
kamalından 
ayırdılar. 
Peyğəmbərlərin 
Ağası(s)-nın 
risalətini 
və 
Əmirəlmöminin(ə.s)-in  xəlifəliyini  ayaq  altına  qoydular.  Dünyaya  aldanaraq  öz  mənafeləri 
naminə  Əli(ə.s)-nin  köməyə  dəvətini  də  qəbul  etmədilər.  Çünki  Əli(ə.s)  onların  atalarını 
müharibələrdə və cinayət etdikləri üçün məhv etmişdi.  
6.Fatimə(s.ə)-nin vəsiyyəti 
Fətal Nişaburinin «Rövzətül-vənzin» kitabında belə yazılır: «Həzrəti-Fatimə(s.ə) 40 gün yataqda 
xəstə  oldu  və  ondan  sonra  dünyasını  dəyişdi.  Ölümün  yaxınlığını  hiss  etdikdə  Ümmü  Əyməni, 
Əsma  binti  Ümeysi  və  Əli(ə.s)-ni  istədi.  Onlar  Xanım(s.ə)-ın  yanına  gəldilər.  Bu  zaman 
Fatimə(s.ə)  Əli(ə.s)-yə belə buyurdu:  
__  Ey  əmim  oğlu!  Ölüm  xəbəri  mənə  çatıb.  Elə  bilirəm  ki,  az  bir  müddətdən  sonra  atam 
Peyğəmbə(s)-rə yetişəcəyəm. Ürəyimdə olanı sənə vəsiyyət edirəm. 
Əli(ə.s):  
__ Ey Peyğəmbər(s)-in qızı, istədiyini vəsiyyət elə.  
O vaxt Əli(ə.s)  Fatimə(ə.s)-nin baş tərəfində oturmuşdu. Evdə olanlara isə buyurdu:  
__ Bizi tək buraxın. 
Sonra Fatimə(s.ə) dedi:  
__ Ey əmim oğlu! Mənimlə evləndiyin gündən məndən xəyanət və yalan görməmisən. Mən heç 
vaxt sənə qarşı çıxmamışam. 
Əli(ə.s) buyurdu:  
__  Xeyr,  heç  vaxt  səndən  elə  şeylər  görməmişəm.  Sən  həmişə  ayıq,  sevimli  və  əziz  olmusan. 
Sənin  Allah  dərgahında  olan  xofun  səni  öz  müxalifin  kimi  məlamət  etməkdən  daha  çoxdur. 
Səndən ayrılmaq mənə çox çətindir. Amma nə edək ki, ölümə çarə yoxdur. And olsun Allaha! Elə 
bil, Peyğəmbər(s)-in şəhadət müsibəti mənim üçün yenidən  təkrarlanır. Səndən ayrılmaq və sənin 
yoxluğun çox böyük bir müsibətdir. 
 «Allah tərəfindən gəlmişik, Allaha doğru da qayıdacağıq». 
Bu, çox acı bir müsibətdir. 
 «Bu müsibətin rahatlığı yoxdur və ürək yandıran, sağalmayandır». 
Sonra bir müddət birlikdə ağladılar. Əli(ə.s)  Fatimə(s.ə)-nin başını qucaqlayıb buyurdu:  
__  Nə  istəyirsən,  vəsiyyət  elə.  Sənin  vəsiyyətinə  əməl  edərəm,  sənin  işini  öz  işimdən  qabağa 
salaram. 


126 
 
Fatimə(s.ə):  
__ Əmim oğlu, Allah özü sənin mükafatını versin. Məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə 
evlənərsən.  Mənim  üçün  tabut  düzəlt.  Mənə  zülm  edənlərdən  və  haqqımı  tapdalayanlardan  heç 
biri  mənim  cənazəmin  yanına  gəlməsinlər,  mənim  üçün  namaz  qılmasınlar. Onlara itaət  edənlər 
də gəlməsinlər. Məni gecə camaat yuxuya gedəndən sonra dəfn edərsən». 
«Misbahül-ənvar»  kitabında  İmam  Sadiq(ə.s)-in  Atasından  eşitdiyi  bir  rəvayətdə  belə  oxuyuruq 
ki,  Fatimə(s.ə)  ehtizar  (dünyadan  gedən  zaman,  «canüstündə»  olanda)  vaxtında  Əmirəl-
möminin(ə.s)-ə  belə  vəsiyyət  etmişdi:  «Mən  səni  Allaha  tapşırıram  və  vəsiyyət  edirəm  ki, 
övladlarımla  yaxşı  rəftar  edəsən».  Sonra  qızı  Ümmü  Gülsümü  bağrına  basdı  və  Əli(ə.s)-yə 
buyurdu: «Bu qızım həddi-buluğa çatanda evin bütün əşyaları onun olsun və Allah onun köməyi 
olsun». 
Həmçinin  rəvayət  olunub  ki,  Zəhra(s.ə)-nın  ayrılıq  vaxtı  çatdı,  bir  az  ağladı.  Əmirəl-möminin 
Əli(ə.s) soruşdu:  
__ Niyə ağlayırsan? 
Fatimə(s.ə):  
__ Məndən sonra sənə yetişəcək azar və əziyyətlərə görə ağlayıram. 
Əli(ə.s):  
__ Ağlama, and olsun Allaha, onun yolunda bu çətinliklər mənim üçün asandır». 
Yenə də belə rəvayət edirlər:  
«Fatimə(s.ə)  Əli(ə.s)-yə dedi:  
 __ Ümmü Sələmə, Ümmü Əymən və Fizzədən başqa heç kəsə mənim dünyadan getməyim haqda 
xəbər vermə. Kişilərdən də iki oğlum, Peyğəmbər(s)-in əmisi __ Abbas, Salman, Miqdad, Əbuzər 
və Hüzeyfəyə xəbər et. Sənə də mən öləndən sonra məni görməyi halal edirəm. (Bədənini yaralı 
olduğu  üçün  Əli(ə.s)-yə  göstərmirdi,  öləndə  isə  icazə  verdi  ki,  onun  bədənində  olan  zədələrə 
baxsın). 
Dediyim  qadınlarla  mənə  qüsl  ver,  məni  gecə  dəfn  elə,  qəbrimi  ziyarət  edəndə  də  heç  kəsə 
demə». 
7.Peyğəmbər(s)-in əmisi Abbasın təklifi 
Şeyx Tusi rəvayət edibdir ki, Fatimə(s.ə)-nin xəstəliyi lap şiddətlənəndə Abbas Fatimə(s.ə)-yə baş 
çəkməkdən  ötrü  yanına  gəldi.  Ona  dedilər  ki,  Fatimə(s.ə)-nin  halı  yaxşı  deyil  və  onun  yatdığı 
otağa girməyə heç kəsə icazə verilmir. 
Abbas öz evinə qayıtdı, əmirəl-möminin Əli(ə.s) üçün xəbər göndərdi və öz qasidinə dedi:  «Get 
mənim  dilimdən    Əli(ə.s)-yə  de  ki,    əmin  salam  göndərir  və  deyir  ki,  Peyğəmbər(s)-in  qızı  və 
gözünün  nuru  Fatimə(s.ə)-nin  xəstəliyindən  elə  qəmgin  və  narahatam  ki,  vücudum  titrəyir.  Elə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə