Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   39   40   41   42   43   44   45   46   47

121 
 
Zəhra(s.ə)-nın  üzünü  çevirdikdən  sonra  həmin  iki  nəfər  yenə  də  Zəhra(s.ə)  ilə  üzbəüz  oturdu. 
Xahiş  etdilər  ki,  Zəhra(s.ə)  onlardan  razı  qalsın  və  keçmişləri  yaddan  çıxartsın.  Fatimə(s.ə) 
buyurdu:  
__  Sizi  Allaha  and  verirəm!  Yadınızdadırmı,  Peyğəmbər(s)    Əli(ə.s)-yə  aid  bir  hadisə  ilə  bağlı 
bizi gecə yarısı öz hüzuruna çağırtdırdı?  
Onlar dedilər:  
__ O gecə yadımızdadır. 
 Fatimə buyurdu:  
__  Sizi  and  verirəm Allaha!  Peyğəmbər(s)-dən  eşitdinizmi:  «Fatimə  mənim  bədənimin  yarısıdır 
və mən ondanam, ona əziyyət edən mənə əziyyət etmişdir. Mənə əziyyət edən isə Allaha əziyyət 
etmişdir.  Mənə ölümümdən sonra ona əziyyət edən şəxs elə bil, mənim sağlığımda ona əziyyət 
edib.  Mənim  sağlığımda  ona  əziyyət  edən  isə  elə  bil,  mənim  ölümümdən  sonra  ona  əziyyət 
etmişdir».  
Dedilər:  
__ Bəli, eşitmişik. 
Buyurdu:  
__ Allaha şükr olsun. Allahım, sən özün şahidsən, həmçinin burada olanlar, siz də şahidsiniz ki, 
bunlar  (Əbu  Bəkr  və  Ömər)  mənə  əziyyət  vermişlər.  Alaha  and  olsun,  nə  qədər  ki  Allahımla 
görüşüb,  onların  mənə  etdikləri  zülmdən  şikayət  etməmişəm,  bir  kəlmə  də  onlarla  söz 
danışmaram. 
Başqa bir mənbəyə əsasən, Fatimə(s.ə) əllərini göyə açıb buyurdu:  
__  İlahi,  bu  iki  nəfər  mənə  əziyyət  etdi,  onlardan  şikayətimi  Sənin  və  Peyğəmbəri(s)-nin 
hüzurunda deyəcəyəm. Atam Rəsulullah(s)-la görüşüb sizin mənə etdiyiniz zülm və haqsızlıqları 
ona  çatdırmayınca,    sizə  halal  etməyəcəyəm.  Qoy  O  özü  mənimlə  sizin  aranızda  olanları 
mühakimə etsin. 
Bu vaxt Əbu Bəkr çığırdı:  
__ Vay olsun mənim halıma, ah o ilahi əzab...!!! Ey kaş! Anam məni doğmayaydı.  
Ömər Əbu Bəkrə dedi:  
 __  Səni  özlərinə  rəhbər  seçən  camaata  təəccüb  edirəm.  Sən  süst  qoca  bir  kişisən.  Bir  qadınıın 
qəzəbindən belə qorxursan, bir qadının xoş rəftarından isə xoşhal olursan.  
Sonra onlar ayağa qalxıb getdilər.  Fatimə(s.ə)  bu vaxt Əli(ə.s)-yə dedi:  
__ İstədiyini yerinə yetirdimmi? (Onlara evə daxil olmağa icazə verdim.)  


122 
 
Əli(ə.s) buyurdu:  
__ Bəli.  
Fatimə(s.ə):  
__  Səni  and  verirəm  Allaha,  elə  et  ki,  bu  iki  nəfər  mənim  cənazəmə  namaz  qılmasın,  qəbrimin 
kənarında durmasın. 
2.Örtülü tabutun düzəldilməsi. 
Bir mənbədə isə belə deyilir:  
«Fatimə(s.ə) Əsma binti Ümeysə buyurdu:  
         __ Mən qadınların cənazəsi aparılan taxtanı özümə layiq bilmirəm.  Çünki cənazənin üstünə 
parça atırlar və bədən tamamilə parçanın üstündən görünür. Cənazəni görən isə meyitin kişi və ya 
qadın olduğunu duyur. Mən zəifləmişəm və bədənimdə ət qalmayıb. Mənim bədənimin örtülməsi 
üçün bir şey düzəltməzsənmi? 
Əsma dedi:  
__  Həbəşistanda  olduğum  vaxt    həbəşlər  cənazəni  aparmaq  üçün  bədəni  tamamilə  örtən  şeylər 
düzəltmişdilər. Əgər istəyirsənsə, ona oxşar bir şey düzəldim. 
Fatimə(s.ə):  
__ Düzəlt. 
Əsma taxtadan döşəmə, sonra isə  xurma ağacının budaqlarından istədi. Onları taxtın pəyələrinə 
bağladı, sonra onun üstünə bir parça çəkib Fatimə(s.ə)-yə dedi:  
__ Həbəşistanda camaatın istifadə etdiyi tabut belə idi. 
Fatimə(s.ə) bunu çox bəyəndi və buyurdu:  
__  Allah  səni  Cəhənnəm  odundan  qorusun,  bu  tabutdan  birini  də  mənimçün  düzəlt  və  məni 
onunla ört. 
Rəvayət  olunubdur  ki,  Peyğəmbərin  vəfatından  sonra  həzrəti-Zəhra(s.ə)-nın  dodaqlarından 
təbəssüm silinmişdi, ancaq bu tabutu görəndə xəfifcə gülümsəmiş və buyurmuşdu:  
__ Bu tabut nə qədər gözəl və yaxşıdır. Bundan cənazənin qadına, ya kişiyə aid olması bilinmir».  
3.Mühacir  və  ənsar  qadınlarından  həzrəti-Zəhra(s.ə)-nın  görüşünə  gələnlər  və  o  Xanım(s.ə)-ın 
xütbəsi. 
Təbərsi «Ehticac» kitabında (Ic,səh.147.) Süveyd ibn Qüflənin söylədiklərini belə təsvir edir:  


123 
 
Həzrəti-Fatimə(s.ə)  ölüm  yatağında  olarkən  mühacir  və  ənsar  qadınlarından  bir  qrupu  onun 
yanına gəlib belə ərz etdi:  
__ Ey Peyğəmbər(s) qızı, bu xəstəliklə səhəri necə açdınız? 
Fatimə(s.ə)  Allaha  həmd  və  səna  dedikdən,  eləcə  də  atası  Peyğəmbər(s)-ə  salam  göndərdikdən 
sonra buyurdu:  
  __  And  olsun  Allaha!  Səhəri  sizin  dünyanı,  sizin  kişiləri  bəyənmədiyim  halda  açdım.  Sizin 
kişiləri  düşmən  bilirəm,  çünki  onları  öz  dilimin  altında  yoxlayıb,  ağzımdan  tulladım  və  onları 
sınaqdan  sonra tanıdım. 
İti  qılıncların  kütləşməsi,  (yəni  sizin  kişilərin  əvvəllər  İslamın  inkişafı  yolundakı  fəallığı, 
sonradan isə bu məsələdə süsüt olmaları), iman gətirdikdən sonra dindən çıxıb dünyəvi həvəslərə 
aludə olaraq azğınlaşmaq çox çirkindir. 
Nə  qədər  çirkindir  bu  dəstə  (bizim  hüququmuzu  müdafiə  etməyənlər)  və  onlar  üçün  İlahi  əzab. 
Onlar  özlərini  əbədi  axirət əzabına düçar  etdilər. Görərsiniz,  əzabın  ağır  daşını  onların boynuna 
saldım və onların çirkin əməllərinin cavabını onlara qaytardım. Onları boşladım, əməlləri paltar 
kimi onların əyinlərini bürüdü. 
Bizə  zülm  edənlərdən Allahın  geniş  rəhməti  kəsilsin  və  onlar  o  rəhmətdən  uzaq  düşsünlər. Vay 
olsun onlara ki, rəhbərlik və imamlıq məqamını möhkəm risalət dağlarından aldılar, nübüvvət və 
hidayət köklərini və Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum etdilər. 
Bilin  ki,  sizin  kişilərin  əməlləri,  aşkar  bir  ziyandır  (İslama).  Çünki  onlar  Əli(ə.s)-dən  üz 
çevirdilər.  And  olsun  Allaha!  Əli(ə.s)-nin  qılıncı  meydanda  iti  və  kəsərli  olub.  O,  ölümdən 
qorxmurdu,  öz  qüdrətli  əlləri    ilə  düşmən  cəngavərlərini  fəlakət  torpağına  atıb  məhv  edirdi. 
Allaha  and  olsun!  Əgər  onlar  ümmətin  idarəsini  Əli(ə.s)-yə  tapşırsaydılar,  O(ə.s),  hər  yolundan 
azanı  yola  gətirərdi.  Əli(ə.s)  aşkar  hüccətdən  qaçanları  qaytarardı.  O  camaatı  haqqa  tərəf  elə 
sövqləndirərdi  ki,  haqqa  üz  tutanların  nə  ağzı  yaralanar,  nə  də  yorulardı.  Əli(ə.s)  onları  çoxlu, 
həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı. 
Bəli,  Əmirəlmöminin(ə.s)  onları  məhz  bu  cür  sularla  sirab  edərdi.  Həzrəti-Əli(ə.s)  özü  onların 
dünyasından  bəhrələnmədiyi  bir  halda  nəsihət  edərdi.  Məqamını  öhdəsinə  götürsəydi,  doğru  və 
yalançı, təqvalı və həris insanlar bir-birindən fərqlənərdilər. 
«Və  əgər  şəhərlərdə  və  kəndlərdə  yaşayan  camaat  iman  gətirib  təqvalı  olsalar  yerin  və  göyün 
bərəkətləri onlar üçün açılar (onlara verilər). Amma onlar (həqiqətləri) inkar etdilər, biz də onları 
öz əməllərinin cəzasıyla cəzalandırdıq». (Əraf, 96) 
«Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına çatacaqlar və heç vaxt İlahi 
əzabın cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51) 
Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa) camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir 
və zülm edib pis yol seçdilər?! 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə